Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20İyl
    Digər MİLLİ MƏTBUATIN 145 İLİ TAMAM OLUR üçün şərhlər bağlıdır

    22 iyul – Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur.
    Dövrün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdir-diyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb. Azərbaycanda maarifçilik hərəkatının formalaşmasında əsas rol oyna-mış “Əkinçi”nin əsas məqsədi fanatizmi, cəhaləti aradan qaldırmaq, xalqı elmə, maarifə, tərəqqiyə çağırmaq, onun elmi-mədəni səviyyəsini yüksəltmək olub. Çox ciddi senzura altında cəmi 56 nömrəsi çapdan çıxan “Əkinçi” qəzetinin nəşrinə 1877-ci ildə qadağa qoyulmuşdur.
    Buna əsas səbəb kimi Rusiya-Türkiyə müharibəsinin başlanması və qəzetin siyasi mövzulara da toxunması olub.XX əsrin əvvəllərində mətbuat orqanları Azərbaycanda milli-azadlıq hərəkatının əsas istiqamətverici qüvvəsini təşkil etmiş, milli oyanış, milli özünüdərk proseslərinin aparıcı vasitələrindən biri olublar. Milli siyasi mətbuatın təşəkkül dövrü adlandırılan 1905-1907-ci illərdə KİV-lər Azərbaycan cəmiyyətinin siyasi və ideoloji fəallığının artırılmasında mühüm rol oynayıblar. Daha ətraflı »

  • 20İyl
    Digər RAYONUMUZUN TARİXİNDƏ İZİ QALAN İNSANLAR üçün şərhlər bağlıdır

                                                                 BİR OCAĞIN İSTİSİ

    Başı bəlalar çəkən doğma Tərtərim! Nə yaxşı ki qoynunda həmişə mərd insanların olub. Onlar adlarını tarixə yazıb. Hər dövrünün yaddaşlara həkk olunmuş oğlu, qızı olub, doğma Tərtərim. Onlar sənin övladlarındır, səndən bəhrələnib, sənə güvənib qol-qanad açıblar. Məhs tərtərli adı ilə qü-rurlanıblar, sənin tarixində iz qoyaraq, adı-nı yaşadıblar. Bu dünən də belə idi, bu gün də belədir, sabah da belə olacaq, mənim doğma rayonum!
    Hər dəfə belə övladlarının həyatından bəhs edib, nəsə yazanda mən də qürur du-yuram. Nə yaxşı ki, sənin övladın olaraq qoynunda böyüyüb boy atmışam mənim doğma, mərd Tərtərim!
    Bu gün də sənin tarixində izi qalan insanlardan söz açacağam. Bunun üçün bir ailənin qonağı olub, saçını illərin sınağında ağartmış, gözlərinin nurunu şagirdlərinə vermiş, ömrünü zərrə-zərrə doğma rayonunun övladlarının savadlanmasına həsr etmiş bir qadın, qayğıkeş ana, nəvələrinin nağıl dünyası, yetirmələrinin dilində unu-dulmayaraq hər an xatırlanan Validə müəllimlə söhbət edirəm.
    Məqsədim təkcə onun özündən yazmaq deyil. Bu, mülayim sifətli insanın xatirələrində həm dünəni, həm bu günü, həm də sabahı Daha ətraflı »

  • 20İyl
    Digər AĞDAMIN İŞĞALINDAN 27 İL ÖTÜR üçün şərhlər bağlıdır

                                                YURD HƏSRƏTLİ MÜƏLLİM

    1993-cü ilin iyun-iyul aylarında Gəncə və Bakıda baş verən hadisələr ermənilərə Qarabağ cəbhəsində hücum əməliyyatlarını genişləndirmək imkanı verdi. Ağdam üzərinə edilən birinci hücum nəticəsiz qaldı, ermənilər qüvvəni Ağdərə istiqamətində cəmləşdirdi, iyun ayının 26-da Ağdərə düşmən əlinə keçdi. Bunun ardınca ermənilərin iki ordu korpusu Ağdərə istiqamətində əməliyyata başladı. 600 minlik erməni-rus ordusuna qarşı əsasən könüllülərdən ibarət və düşməndən sayca az olan Azərbaycanın döyüşçüləri dururdu.
    42 gün davam edən döyüş Ağdamın işğalı ilə sona çatdı. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, bir şəhəri 80 kəndi işğal olundu. İşğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşayır. 90 kəndi, 38 kolxozu, 12 sənaye mərkəzi, 74 məktəbi, 271 mədəniyyət evi, 67 idarə və 99 klubu düşmən əlinə keçdi. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq vətəndaş şəhid oldu. Məcburi köçkün düşən Ağdamlılar Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşdı. Bu işğal nəticəsində ölkəyə ümumilikdə 6 milyard 179 milyon dollar məbləğində ziyan dəydi.
    Daha ətraflı »

  • 20İyl
    Səhiyyə GÖZ HƏKİMİ üçün şərhlər bağlıdır

    Elə insanlar var ki, onlar öz əməlləri ilə tarixin bir səhifəsinə çevrilir, yaddaşlara həkk olunurlar, yaşadıqları zamandan sonra da xatırlanırlar. Belə insanlardan birinin sorağı ilə onun yaxınlarının görüşünə yollandım. Bir zamanlar göz həkimi Rübabə adlı qadının səsi-sorağı nəinki rayonumuzda hətta ətraf rayonlara da yayılmış, adı sakinlərin dilindən düşməmişdir. Ağrı-acı içində onun yanına üz tutanların sayı gündən-günə artırdı.

    Göz həkimi Rübabə Vəiyeva kimiydi? Bu barədə onun ata evində yaşayan bacısının gəlini Rəmziyyə və nəvəsi Elşadla söhbət et-dik. Mən həmin günədək Rəmziyyə xanımı Rübabə həkimin gəlini kimi tanımışdım. Rəmziyyə xanım düşdüyü ocağın böyükləri haqqında fəxrlə danışdı və dedi ki, mən qürur duyuram belə insanların gəlini olmuşam, bu ailə əsl ziyalı ailəsi idi. Daha ətraflı »

  • 20İyl
    Təhsil MÜƏLLİM ZƏHMƏTİNİN BƏHRƏSİ üçün şərhlər bağlıdır

    Dünyanı bürümüş karo-navirus pandemiyası bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də bir sıra çətinliklərin yaranmasına öz təsirini göstərir. Lakin onlayn dərslərin keçirilməsi bu çətinliklərin qarşısını qismən aldı, təhsilin davam etdirilməsinə kömək oldu. Bunun nəticəsini keçirilən olimpiadalarda, respublika fənn yarışmalarında görmək olur.
    Mamırlı kənd tam orta məktəbinin şagirdi Murad Qarayevin Respublika fənn olimpiadasında qazandığı uğur təkcə həmin məktəbin uğuru deyildir. Əlbətdə, burada həm də müəllim–şagird birgə zəhmətinin nəticəsi vardır. Fənn müəllimi Səbuhi Kərimovun altıncı sinifdən şagirdinə coğrafiya fənnini sevdirməsi pedaqoji təcrübənin
    yerində olmasından xəbər verir. Məhz bunun nəticəsi məktəbin, ailənin, bütünlükdə bir təhsil ocağının və sonda rayonun müvəffəqiyyətinə səbəb olur.
    Qazanılmış “Diplom” və bürünc medal münasibə-tilə Səbuhi Kərimovu və onun şagirdi Murad Qarayevi təbrik edib, hər birinə gələcəkdə daha böyük uğurlar arzulayırıq!
                                                                                                                      Ülviyyə Akif qızı

  • 20İyl
    Kənd Təsərufatı KƏND TƏSƏRRÜFATI üçün şərhlər bağlıdır

                                                                                 PAMBIQ

    Kənd təsərrüfatının mühüm sahələrindən birinə çevrilən pambıqçılığın inkişafı gündən-günə həm ölkəyə layiqli gəlir gətirir, həm də bu sahədə çalışanların maddi-rifah halının yaxşılaşdırılmasında mühüm rol oynayır. Buna görə də son illər unudulan bu sahənin inkişafına diqqət artırılaraq pambıqçılığın əvvəlki şöhrətinin yenidən özünə qaytarılması məqsədi ilə müəyyən işlər aparılır.
    Tərtər pambıqçıları da bu sahədə öz üzərlərinə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışırlar. Bu il pambıq-çılarımız 2981 hektarda səpin aparmışlar. Tarlalarda normal bitiş alınıb. Hazırda pambıq sahələrində becərmə işləri mütəşəkkilliklə davam etdirilir, vegetasiya suvarılması aparılır, ziyanverici və həşaratlara qarşı mübarizə tədbirləri həyata keçirilir. Rayonumuzun “ağ qızıl” sahələrində çalışan zəhmət adamları bol və keyfiyyətli məhsul götürmək üçün qüvvə və bacarıqlarını əsirgəmirlər. Yüksək və keyfiyyətli məhsul götürmək pambıqçılarımızın ümdə vəzifəsidir.

  • 20İyl

    Kənd Təsərufatı üçün şərhlər bağlıdır

                                                                                TAXIL

    Qeyri-neft sektorunu inkişaf etdirmək məqsədilə taxılçılarımız ildən-ilə əkin sahələrini artıraraq bol məhsul əldə olunmasına çalışırlar. Bu il taxılçılarımız bu sahədən daha çox məhsul götürməyi qarşılarına məqsəd qoydular. Torpağı sevən və ona ürəkdən bağlanan insanlar yaxşı bilirlər ki, təsərrüfat işləri ilə məşğul olmaqla güzaranlarını daha da yaxşılaşdıra bilərlər. Odur ki, bu il fermerlərimiz 10599 hektarda taxıl əkmişlər.
    Artıq zəmilərdə biçin başa çatıb. Sahələrdən 42056,1 ton məhsul götürülmüşdür. Bunun 6056,9 hektarı buğda əkini, 4542,9 hektarı isə arpa əkini sahələri olub. Götürülən məhsulun isə 25620 tonu buğda, 16436,1 tonu arpadır. Hər hektardan məhsuldarlıq buğda üzrə 42,3 sentner, arpa üzrə 36,2 sentner, ümumi məhsuldarlıq isə 39,7 sentner olmuşdur.

  • 20İyl

    Kənd Təsərufatı üçün şərhlər bağlıdır

                                                            QARĞIDALI                  

    Bu il fermerlərimiz yem bazasının möhkəmləndiril-məsi məqsədi ilə 400 hektara yaxın ərazidə qarğıdalı əkilməsini planlaşdırıblar. Artıq 315 hektarda şum aparılıb. 295 hektarda isə dənlik və silosluq məqsədilə səpin keçirilib. Qarğıdalı səpini davam etdirilir.

  • 18İyl
    Digər ERMƏNİSTANIN AZƏRBAYCANA QARŞI DAVAM EDƏN TƏCAVÜZÜ VƏ DÖVLƏT SƏRHƏDİNİN TOVUZ İSTİQAMƏTİNDƏ TÖRƏTDİYİ SON TƏXRİBATLARI İLƏ ƏLAQƏDAR SİYASİ PARTİYALARIN MİLLİ HƏMRƏYLİYƏ DAİR BƏYANATLARI VƏHDƏTİN TİMSALIDIR üçün şərhlər bağlıdır

    Öz faşist xislətlərinə uyğun olaraq yenidən Azərbaycan torpaqlarını qəsb etmək istəyən erməni irticaçılarının çirkin niyyətləri həmişəki kimi gözlərində qaldı. 2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz istiqamətindəki sərhəd ərazilərinə xaincəsinə basqınından və ordumuzun düşmənə layiqli cavabından sonra Azərbaycanda əsl Ali Baş Komandan-xalq, ön və arxa cəbhə birliyi, vəhdəti yaşanır. Siyasi baxışlarından, yaşından, statusundan, məşğuliyyət növündən, cinsindən asılı olmayaraq Azərbaycan vətəndaşları ağır pandemiyanın törətdiyi çətinlikləri və məhrumiyyətləri unudaraq, mənfur düşmənin növbəti dəfə Vətən torpaqlarına göz dikdiyi zaman bir nəfər kimi Ali Baş Komandana, Silahlı Qüvvələrimizə dəstəklərini ifadə etmişlər.

    Ölkə ərazisində fəaliyyət göstərən siyasi partiyalar da bu prosesdən geri qalmamışlar, praktiki olaraq Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq müxtəlif proqramı, platforması, fərqli məqsədi və məramı olan siyasi partiyalar iqtidar partiyası ilə olan fikir ayrılığını, məsələlərə müxtəlif yanaşma tərzini bir yana qoyaraq, həmrəylik nümayiş etdirmiş və Ali Baş Komandanın yanında olduqlarını bəyan etmişlər. Daha ətraflı »

  • 17İyl
    Digər NAZİRLƏR KABİNETİNİN 2020-Cİ İLİN BİRİNCİ YARISININ SOSİAL-İQTİSADİ İNKİŞAFININ YEKUNLARINA VƏ QARŞIDA DURAN VƏZİFƏLƏRƏ HƏSR OLUNAN İCLASINDA PREZİDENT İLHAM ƏLİYEV ERMƏNİSTANIN TƏCAVÜZÜNDƏN DANIŞMIŞDIR üçün şərhlər bağlıdır

    Ermənistan silahlı qüvvələri həmişə olduğu kimi yenə də heç bir beynəlxalq qaydaya əməl etmədən Azərbaycan ərazisinə növbəti dəfə təcavüz etmiş, vandalizm və barbarlıq aktları törətmişlər. Bunun nəticəsində Azərbaycan ordusu şəhidlər vermiş, mülki əhali arasında tələfat olmuş, evlər, həyətlər dağıdılmışdırş

    Bu məsələlərə prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan nitqində aydınlıq gətirmişdir. Qeyd etmişdir ki, iyulun 12-də erməni silahlı qüvvələri Azərbaycan mövqelərinə artilleriya atəşi ilə zərbə endirmişlər və bu gözlənilməz zərbə nəticəsində bizim hərbçilərimiz həlak olmuş, yaralanmışlar. Ermənistan bu təxribatın səbəbkarı kimi Azərbaycanı göstərməyə cəhd etmişdir. Bizim Ermənistanla Azərbaycanın dövlət sərhədində hər hansı bir hərbi məqsədimiz yoxdur.

    Azərbaycan Silahlı Qüvvələri tərəfindən hərbçilərimizin intiqamı alınmış, onların qanı yerdə qalmamış və düşmənə elə bir zərbə endirilmişdir ki, uzun illər bundan sonra da yaddan çıxarmayacaqlar. Daha ətraflı »