Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30İyn
    Digər RAYONUN DÖVLƏT QULLUQÇULARI üçün şərhlər bağlıdır

    2020-ci il yanvarın 1-nə Tərtər rayonunda dövlət qulluqçularının sayı 248 nəfər olub ki, onların da 57 nəfərini və ya 23 faizini qadınlar təşkil edir. Dövlət qulluqçula-rının 226 nəfəri və ya 91,1 faizi 4-7-ci təsnifatları, 22 nəfəri və ya 8,9 faizi isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləyir.
    Dövlət qulluqçularının 2,8 faizi 1 ilə qədər, 25,4 faizi 1 ildən 5 ilə qədər, 17 fai-zi 5 ildən 10 ilə qədər, 16,1 faizi 10 ildən 15 ilə qədər, 38,7 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.
    Dövlət qulluqçularının 17,8 faizini 30 yaşadək, 10,9 faizini 30-34 yaşda, 14,1 fai-zini 35-44 yaşda, 27 faizini 45-54 yaşda, 29 faizini 55-64 yaşda, 1,2 faizini 65 və yuxarı yaşda olan şəxslər təşkil edir. 4-7-ci təsnifatlar üzrə inzibati vəzifələrdə çalışanların 0,9 faizini icra hakimiyyəti başçısının müavinləri, 23 faizini şöbə müdirləri, 19,9 faizini şöbə müdirinin müavinləri, 5,8 faizini sektor müdirləri, 28,3 faizini baş məsləhətçilər, 3,1 faizini böyük məsləhətçilər, 9,7 faizini aparıcı məsləhətçilər, 9,3 faizini məsləhətçilər təşkil etmişlər.
    2019-cu ildə Tərtər rayonu üzrə dövlət qulluqçularının orta aylıq nominal əmək-haqqı 632,3 manat təşkil edib. Bu göstərici əvvəlki illə müqayisədə 14,7 faiz, 2015-ci illə müqayisədə isə 31,9 faiz çoxdur.

                                                                                                                        TƏRTƏR RAYON STATİSTİKA İDARƏSİ

  • 30İyn
    Digər LALƏNİN ARZULARI üçün şərhlər bağlıdır

    Müasir dövrümüzdə öz is-tedadı, bacarığı ilə fərqlənən yeniyetmə gənclərimiz gündən-günə çoxalır. Onlar həm ailələrinin, həm təhsil aldıqları məktəblərin, həm də cəmiyyətin sevimlisinə çevrilir. Lalə Bayramlı da belə yeniyetmələrimizdən biridir. O, şəhər 6 saylı tam orta məktəbin onuncu sinif şagirdidir.
    Məktəbin direktoru Azad Abbasov söz düşəndə Lalə haqqında fəxrlə danışıb deyir:
    –Lalə məktəbimizin tərbiyəli və bacarıqlı şagirdlə-rindəndir. Bu sakit və mü-layim təbiətli qızımız yaxşı oxumaqla bərabər ictimaiy-yətçidir. Məktəbimizin tədbirlərində fəal iştirak edir. O, həm də vətənpərvər bir qızdır. Bunu Lalənin çıxışlarından daha aydın görmək olur. O öz kiçik həcmli yazıları ilə mətbuatda çıxış edir. Bizim məktəbin kollektivi Lalə kimi şagirdlərimizlə qürur duyur.
    Lalə Bayramlı ilə görüşümüzdə məktəb direktorunun söylədiklərinin bir daha təsdiqini tapdıq. O, gözəl arzularla yaşayır.
    Gələcəkdə müəllim olmaq istəyir. Xalqımızın qaçqın-köçgün dərdi, qəhrəman şəhidləri-mizin şücaəti Lalənin kövrək qəlbində bir nisgilə çevrilib. Onun bu nisgillə yazdığı bir neçə məqaləsi “Yeni Tərtər”qəzetində dərc olu-nub. “Erməni qəddarlığı – tarixin üz qarası”nı yazmağa səbəb Xocalı faciəsi olub. Daha ətraflı »

  • 30İyn

    Səhiyyə üçün şərhlər bağlıdır

    Koronavirus epidemiyasının (COVİD-19) dünyanı cənginə aldığı bir vaxtda onun vaksininin hələ də mövcud olmaması və çox ağır hə-yati təhlükələrə gətirib çıxarması bütün bəşəriyyəti narahat edən bir problemdir. Bu infeksiya qısa zaman kəsiyində çox böyük sürətlə yayılmış, dünya üzrə 7 milyondan çox insanın yoluxmasına və 400 mindən çox insanın ölümünə səbəb olmuşdur.
    Azərbaycanda da koronavirus pandemiyasına qarşı dövlət səviyyəsində bütün lazımi tədbirlərin görülməsinə baxmayaraq, insanların özlərinin laqeyd münasibətindən yoluxma get-gedə genişlənmiş və əhatəsi böyümüşdür. Buna görə Nazirlər Kabineti yanında Operativ Qərərgah mövcud karantin rejimini daha da sərtləşdirməyə məcbur olmuşdur.
    Tərtərdə də koronavirus epidemiyasına qarşı çox ciddi tədbirlər görülür, əhalinin bu sahədə maarifləndirilməsi daim diqqət mərkəzində saxlanılır.
    Bu göstərilənləri nəzərə alaraq, infeksiya barədə məlumatı oxuculara təqdim edirik.

  • 30İyn
    Səhiyyə İNFEKSİYA üçün şərhlər bağlıdır

    İnfeksiya – patogen mikroorqanizmin digər canlı orqanizminə daxil olması və bu-nun nəticəsində yoluxmuş orqanizmdə gedən cavab proseslər. İnfeksiyanı törədən amil orqanizmə daxil olduqda müəyyən orqan və toxumalarda məhdudlaşır. Nəticədə infeksion proses əmələ gəlir. İnfeksion proses kəskin və xroniki xəstəliklər, yaxud infeksiya gəzdirmə formasında aşkar ola bilər.
    Hər bir İnfeksiyanın özünəməxsus yoluxma mexanizmi var; tənəffüs yollarının infeksion xəstəliklərində xəstə öskürdükdə, asqırdıqda və danışdıqda İnfeksiya selik damcıları vasitəsilə ətrafa yayılır və sağlam insana hava ilə yoluxur; səpgili yatalaq, malyariya, taunun bubonlu forması və s. xəstəliklər qansoran cücülər vasitəsilə yayılır; qoturluğun, göbələk və zöhrəvi xəstəliklərintörədiciləri isə xəstə ilə bilavasitə təmasda olduqda keçir. İnfeksiyanın yoluxma mexanizminin aydınlaşdırılması infeksion xəstəliklərin profilaktikasının əsasını təşkil edir. İnfeksiya müəyyən klinikiəlamətləri ilə özünü göstərən infeksion xəstəlik haqqında və gizli – yəni latent, inapparant infeksiya, immunlaşdırıcı subinfeksiya və mikrobdaşıyıcılıq halında gedir. Daha ətraflı »

  • 30İyn
    Digər TARİXİ GÜNLƏR üçün şərhlər bağlıdır

                                                                                  SİLAHLI QÜVVƏLƏR GÜNÜ

    Azərbaycanda silahlı Qüvvələrin yaranmasından 102 il ötür.
    1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhu-riyyəti Nazirlər Şurasının qərarı ilə Azərbaycanda ilk nizami hərbi hissə – Əlahiddə Korpus yaradılıb. O dövrdə təşkil olunan Hərbi Nazirlik və onun rəhbər heyətində təmsil olunan Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və başqa ordu biliciləri Azərbaycanda ordu quruculuğunda mühüm islahatlar həyata keçiriblər.
    Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkə hərbi sahədə ciddi böhranla üzləşdi. Nizami orduya malik olmayan Azərbaycanın qarşısında duran əsas iş Qarabağ uğrunda gedən döyüşlərdə vəziyyəti nəzarət altına almaq idi ki, bu da çox çətinliklə həyata keçirilirdi. Ordunun maddi-texniki təminatı problemlərlə müşayiət edilirdi. Daha ətraflı »

  • 30İyn
    Digər NARKOMANİYAYA VƏ NARKOBİZNESƏ QARŞI BEYNƏLXALQ MÜBARİZƏ GÜNÜ üçün şərhlər bağlıdır

    BMT narkomaniya ilə bağlı problemləri daim ictimaiyyətin nəzarəti altında saxlamaq məqsədilə bu günü elan edib.
    Narkotik maddələrin gənc nəsillər arasında ya-yılması təhlükəsini nəzərə alaraq, bir çox ölkələr “Narkotiksiz gələcək naminə” milli proqramlar qəbul edirlər. Buraya təhsil ocaqlarında, hüquq müha-fizə orqanlarında, təşkilatlarda narkomaniyanın ziyanı haqqında maarifləndirilmə kampaniyaları daxildir. Bu kampaniyalar kütləvi informasiya vasitələri, o cümlədən internet şəbəkəsi vasitəsilə aparılır.
    Müstəqilliyimizin təhlükə altında qaldığı 1990-cı illərin axırlarında ölkəmizdəki özbaşınalıq, haki-miyyətsizlik, gənclərə diqqətin unudulması, narkomanlığa aludəçilik üçün münbit şərait yaratdı. Ulu öndər Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, 26 avqust 1996-cı il tarixdə müvafiq fərman imzaladı.
    Dövlət başçısı İlham Əliyev çıxışlarında daim bildirir ki, həyata keçirilən siyasətin önündə vətəndaş amili dayanır. Əhalinin sağlamlığının yüksək səviyyədə qorunması da prioritet məsələlərdəndir.

  • 30İyn
    Səhiyyə VƏTƏNDAŞLARIN SANİTAR-GİGİYENİK MAARİFLƏNDİRİLMƏSİ DAHA DA GENİŞLƏNİR üçün şərhlər bağlıdır

    Tərtərdə yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə uyğun olaraq qabaqlayıcı tədbirlər davam etdirilir. Tərtər Rayon İcra Hakimiyyətində yaradılan koronavirusa qarşı mübarizə qərargahının mobil qrupları şəhərin müxtəlif ərazilərində maarifləndirmə işləri aparıblar.
    İnfeksiyaya qarşı həyata keçirilən profilaktik tədbirlərlə yanaşı əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsi və sosial məsuliyyət tədbirləri davam etdirilir.
    Koronavirusla mübarizənin səmərəliliyinin artırılması, sadə gigiyena qaydalarına riayət etməklə koronavirusdan qorunma yolları və doğru davranış qaydalarından bəhs edən məlumatlandırıcı təlimatları özündə əks etdirən posterlər YAP Tərtər rayon təşkilatının, “Qızıl Aypara” cəmiyyətinin Tərtər rayon bölməsinin və Tərtər Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri tə-rəfindən əhalinin görə biləcəyi məkanlarda: yaşayış binalarının girişində, ticarət, ictimai-iaşə obyektlərinin giriş qapılarında, idarə-müəssisə və təşkilatların dəhlizlərində və digər görünən yerlərdə yerləşdirilmişdir.
    Dövlətimiz tərəfindən görülən tədbirlərin effektli olması üçün sakinlərdən müəyyən edilmiş bu qaydalara riayət etmələri tələb olunur.

  • 30İyn
    Digər “BALA KİRPİ”NİN SƏRGÜZƏŞTLƏRİ üçün şərhlər bağlıdır

                                                                            KORONAVİRUS QƏLƏT ELƏYİR!

    “Bala Kirpi” səhər-səhər yatağından qalxdı. Vacib olan işlərini gördü, əllərini, ağzını, burnunu sabunla möhkəm-möhkəm yudu, yeməyini yedi, çayını içdi, bir də sabunlama əməliyyatı apardı, geyindi-kecindi, spirtləndi, hətta cib telefonunu, fotoaparatını spirtli pambıqla sildi, sonra “Bala Tutuquşu”na zəng elədi. O başdan gələn “Alo” sözünü eşidən kimi dedi:
    –Ə, Tutuquşu, bu koronavirusla neyniyirsən? Hələ səni yaxalamayıb ki?
    –İraq olsun! Ağzını bu sübh tezdən xeyirliyə aç da, ay kirpinin yöndəmsiz balası! 4 aydır evdəyəm, hara çıxıram ki, virusa da yoluxum? “Evdə qal” kampaniyası üzrə müsabiqə aparılsa, mən qalib olardım, canın üçün!
    –Yaxşı, yaxşı. Şəhərə çıxmaq istəyirəm, mənə qoşulursanmı? Ağzına-burnuna maska tax, spirtlən, gəl gedək, şəhər doludur adamnan. Karantin rejimini çoxu vecinə almır.

    –Ə, kirpi oğlu, kirpi! Sən məni bir o qədər qorxaq hesab eləyirsən?! O balaca virusdur, nə zibildir, mənə neyniyəndir, hə? Deyirlər heç gözlə də görünmür. Hara deyirsən gəlim.
    –Özündən çıxma, əllərini spirtli məhlulla yu, ağzına maska tax, əlcək geyin, gəl bazarın qabağına. Orda səni gözləyəcəm.
    “Bala Tutuquşu” ədəbazlandı:
    –Koronavirus qələt eləyir! Onun özü nədir ki, mənə də neyniyə? Həm də o pandemiyadır, nədir, deyirlər ki, hamısı yalandır, elə bir şey yoxdur.
    “Bala Kirpi” nə qədər çalışsa da “Bala Tutuquşunu” başa sala bilmədi. Daha ətraflı »

  • 30İyn
    Ədəbiyyat HƏR ÇİNARDAN BİR YARPAQ üçün şərhlər bağlıdır

                                            MƏNƏ YÜZ İL ÖMÜR ARZULAMAYIN

    Mənə yüz il ömür arzulamayın,

    Payız yarpağıtək qovmasın külək.

    Gözlərim görsə də, ayağım, əlim,

    Əsalıq olanda dayansın ürək

     

    Sağlıqlar deyəndə hərdən şənimə,

    Nə özüm kövrəlim, nə sizə gülüm.

    Tanrıdan bir ömür diləyin mənə,

    Hər vaxt sevə bilim, sevilə bilim

    Mənə “Yüz il yaşa!” deməsin dostlar,

    Gülüşüm, yerişim, səsim itməsin.

    Məndən cavan olan, gümrah olanlar

    Çiynimdə dünyadan köçüb getməsin

     

    . Taleyim sevgiylə baxsın üzümə;

    Görsün yad payına şərik deyiləm.

    Gərək olmayanda özüm-özümə,

    Deməli, heç kəsə gərək deyiləm

    Mənə yüz il ömür arzulamayın,

    Bu qədər yaşayan hansı çiçəkdir?

    Sən yaşda qalmırsa tay-tuşun, tayın,

    Qurdla qiyamətə qalmaq deməkdir.

     

    ,Mənə yüz il ömür arzulamayın,

    Ləyaqət, təmiz ad atıb getməsin.

    Dünyaya qalacaq malı dünyanın,

    Karvanım lənətə batıb getməsin!

    Mənə yüz il ömür arzulamayın…

     

    Mənə elə ömür arzulayın ki,

    Ölüncə ümmantək çağlaya bilim.

    Qapı-pəncərəni öz evimdəki

    Özüm aça bilim, bağlaya bilim

     

    Vahid ƏZİZ,

    Xalq şairi

  • 30İyn
    Ədəbiyyat SƏN MƏNƏ VERDİYİN ƏZABA GÖRƏ üçün şərhlər bağlıdır
    Qapında əyilib suala döndüm,

    Səndən alacağım cavaba görə.

    Allahım heç sənə əzab verməsin,

    Sən mənə verdiyin əzaba görə.

    Elə bil ürəklər daşdı, dəmirdi,

    Bir üzü ağ küldü,biri kömürdü,

    İlahi, bu necə yalqız ömürdü,

    Qoymaram bu ömrü hesaba görə

     

    Üzüb hər ümiddən əlimi sənsiz,

    Dünyanın gedimi,gəlimi sənsiz,

    Daha istəmirəm könlümü sənsiz,

    Baxıb biganələr xaraba görə.

     

    Öz eşqim yolunda sadiq canam mən,

    Heyf  oldum, həm  yanan, həm  yamanam  mən,

    Bəlkə də, birinci müsəlmanam mən,

    Cəhənnəm çəkirəm savaba görə

     

    Düşməzmi güzarım bir dost bağına,

    Sevda çiçəklərim düşüb qırğına,

    Yamanca tuş oldum el qınağına,

    Təsəlli tapdığım şəraba görə.

     

     

     

    Allahım heç sənə əzab verməsin,

    Sən mənə verdiyin əzaba görə.

    Musa YAQUB,

    Xalq şair