Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09May
    Milli-mənəvi dəyərlər ORUCUN XEYRİ üçün şərhlər bağlıdır

    Mehriban və Bağışlayan Allahın adı ilə!
    “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi sizə də vacib edildi. Bəlkə təqvalı olasınız deyə. Oruc tutmaq sayı müəyyən olan günlərdədir. Sizdən kim xəstə və ya səfərdə olarsa (tutmadığı oruc) sayısınca başqa günlərdə (tutmalıdır). (Oruc tutmağa) taqəti olmayanlar isə bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Kim xeyir iş görməkdə könüllü olarsa, bu onun üçün daha xeyirlidir. Əgər bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!
    Ramazan o aydır ki, Quran onda nazil edilmişdir; İnsanlara doğru yol göstərən, doğru yolun və (haqqı batildən) ayırmanın açıq dəlilləri olaraq!… Daha ətraflı »

  • 09May
    Digər ERMƏNİ HƏRBİ EKSPERTİNİN ETİRAFLARI üçün şərhlər bağlıdır

    Bildiyimiz kimi, ermənilər əsrlərdir ki, bizə qarşı düşmən münasibətdədirlər. Son bir əsrdə başımıza gətirdikləri müsibətləri isə dünya birliyi nəinki görmək, hətta eşitmək belə istəmir. Amma bəzən həqiqət insana elə baxır ki, ondan yayınmaq, gizlənmək və qaçmaq heç cür mümkün olmur. Birdən heç kimin gözləmədiyi bir olay baş verir. Yüz illərlə deyilmiş yalanlar içindən ortaya bir həqiqət çıxır və kor gözləri açır, kar qulaqları deşib-keçir.
    Erməni hərbi eksperti Rusiyanın bir elektron mediasına müsahibə verərkən deyir ki, bu gün Ermənistan adlandırılan torpaqlar son qarışına qədər qədim türk torpaqlarıdır.
    Rusiya internet saytlarının birində erməni mənşəli hərbi ekspert Xoren Aşotoviç Abramyanın müsahibəsini oxudum və öz xalqımla bir daha qürur duydum. Ru-siyanın tanınmış jurnalisti Vladi-mir Vladimiroviç Mixaylovun su-allarına erməni ekspertinin verdiyi cavablar öz obyektivliyi ilə xeyli fərqlənir. Həmin müsahibəni olduğu kimi diqqətinizə çatdırıram: Daha ətraflı »

  • 09May
    İdman “FİQUR SABİR” üçün şərhlər bağlıdır

    Haqqında yazacağım insan rayonumuzda və respublikamızda tanınmış bir insandır. Hələ gənclik illərindən özünə maraqlı bir ləqəb də qazanıb, demək olar ki, qazandığı bu ləqəblə onu tanımayan yoxdur. “Fiqur Sabir” deyiləndə hamı bilir ki, söhbət kimdən gedir. Bu insan çoxlu yetirmələri olan, idmançılar yetişdirən Zeynalov Sabir Səlim oğludur.
    Sabir müəllim redaksiyamıza gələndə özü ilə bərabər “Fəxri Fərman” və medal gətirdi. Bildirdi ki, onu Azərbaycanda Kyokuşin Karatenin əsasını qoyan sensey Ələddin Mirzəyevin xatirəsinə həsr olunmuş KWU-nun açıq respublika turnirinə Fəxri Qonaq qismində dəvət olunarkən təqdim edilib. Həm də onun üçün bu təqdimat çox əziz və unudulmaz oldu. Dünya şöhrətli idmançı Ələddin Mirzəyev Sabir müəllimin yetirməsi olub. Kyokuşin karateni ölkəmizə gəlib çıxmasının ilk səbəbkarı elə Ələddin Mirzəyevdir. Bu gün də gənclər arasında idmanın bu növünə böyük maraq var. Ümumiyyətlə, rayonumuzda idmanın inkişafında Sabir müəllimin danılmaz zəhməti vardır. Daha ətraflı »

  • 09May
    Digər DƏRDİ DƏRDƏ CALANANLAR üçün şərhlər bağlıdır

    Mart ayının əvvəllərində iş otağının qapısı döyüldü.
    Gəl – dedim. İçəri bir əlində çəlik, bir əlində isə selofan torba olan bir nurani kişi yanındakı cavan oğlanla daxil oldu. Yer göstərdim, əyləşdi. Danışmağa başladı:
    –Bala, mənim başıma bu günə kimi çox işlər gəlib. Yerimdən-yurdumdan didərgin düşmüşəm, neçə ildir köçkünlük həyatı yaşayıram. Bir igid oğlum şəhid olub. Bu ay mənim qara günlərimin başlanğıcıdır. Martın 12-si həm didərgin düşdüyümüz, həm də oğlumun şəhid olduğu gündür. Bu gün sizin yanınıza dərdlərimi götürüb gəlmişəm, – dedi və əlindəki selofan torbadan səliqəli formada qəzetlə üzlənmiş qalın dəftər və kiçik bir kitab çıxartdı:
    –Bax, mənim başıma gələn bütün işlər hamısı burada yazılıb, – deyə kövrəldi. Daha ətraflı »

  • 09May
    Digər REPLİKA üçün şərhlər bağlıdır

    KORONAVİRUSU VECLƏRİNƏ
    ALMAYANLAR

    Bu Tərtər camaatı ki, var ha, çox cəsur və igid camaatdır. Heç nədən qorxmur, heç nədən çəkinmir. Məsələn, illərlə erməni quldurlarıyla müharibə apardı, yüzlərlə şəhid verdi, evləri-eşikləri darmadağın oldu, am-ma bir addım da geri çəkilmədi, uşağından-böyüyünə, kişisindən-qadınına, qədər hamı müsəlləh əsgərə döndü, döyüşdü və bir qarış torpaq da yağıya vermədi, əksinə, bir çox yaşayış məntəqələrini erməni tapdağından azad etdi.
    İndi deyirsiniz ki, bu tərtərlilər gözə görünməyən bir virusdur, nədir, ondan qorxub, evdən bayıra çıxmasınlar?! Ay-hay!
    Ona görə də bəzi tərtərlilər karantin rejiminin məhdudiyyətlərinə məhəl qoymadan küçələrdə o yana-bu yana məqsədsiz gəzir, dolaşır, özünü, ailəsini, bir sözlə, ətrafdakıların həyatlarını təhlükəyə atırlar. Fikirləşmirlər ki, bu döyüş meydanı deyil, çox təhlükəli koronavirusdur! Ondan qorunmaq lazımdır.
                                                                                                                                                                                                        “Yeni Tərtər

  • 09May
    Digər OXUCULARIN NƏZƏRİNƏ! üçün şərhlər bağlıdır

    “Yeni Tərtər” qəzetinə 2020-ci ilin ikinci yarısı üzrə abunə yazılışına başlanmışdır.
    Qəzetin 1 nüsxəsinin 6 aylıq abunə qiyməti 15(on beş) manatdır.
    Abunə yazılışı həm “Kapital Bank”ın Tərtər filialında, həm də “Yeni Tərtər”qəzeti redaksiyasında aparılır.
    Bank rekvizitləri:
    H/h№AZ08AİİB33010019444500202145
    VÖEN № 7200074411
    Abunə yazılışının cari ilin iyun ayının sonunadək başa catdırılması nəzərdə tutulur.
    Sizdən xahiş edirik ki, rayonumuzun yeganə mətbu orqanı olan “Yeni Tərtər” qəzetinə vaxtında abunə yazılasınız
    Redaksiya heyyəti

  • 30Mar
    Digər KORONAVİRUSDAN (COVİD–19) ÖZUNÜZÜ QORUYUN! üçün şərhlər bağlıdır

    Dünyada yayılan yeni növ koronavirus(COVİD-19) infeksiyasının coğrafiyasının genişlənməsini nəzərə alaraq ölkəmizdə qeyd olunan xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədilə dövlətimiz tərəfindən müvafiq preventiv və profilaktik tədbirlər görülür. Özünüzün, doğmalarınızın, hər birinizin sağlamlığı naminə Sizi görülən tədbirlərə laqeyd yanaşmamağa, koronavirus infeksiyası ilə mübarizədə vətəndaş–dövlət birliyi, həmrəylik və vətəndaş məsuliyyəti nümayiş etdirməyə Ümumdünya Səhiyyə Təşkilatının və Nazirlər Kabinetinin yanında Operativ Qərargahın bütün tövsiyə və tələblərinə ciddi riayət etməyə, evdən çıxmamağa çağırırıq!

  • 30Mar
    Digər AZƏRBAYCAN RESPUBLİKASINDA ƏHALİNİN SAĞLAMLIĞININ QORUNMASI VƏ KORONAVİRUS İNFEKSİYASINA QARŞI MÜBARİZƏNİN GÜCLƏNDİRİLMƏSİ İLƏ BAĞLI TƏDBİRLIƏR HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasında əhalinin sağ-lamlığının qorunması, dünya standartlarına uyğun tibbi yardımla təmin olunması ölkədə həyata keçirilən sosialiqtisadi siyasətin prioritetlərindəndir. Son aylarda dünyada yayılan yeni növ koronavirus infeksiyasının coğrafiyasının genişlənməsi ölkəmizdə də bu xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədilə müvafiq preventiv və profilaktik tədbirlə-rin gücləndirilməsini zəruri edir. Bu məqsədlə, əhalinin müxtəlif təbəqələrinin, o cümlədən sahibkarlıq subyektlərinin bu növ tədbirlərə dəs-tək verməsi, sosial həmrəylik nümayiş etdirməsi görülən işlərin səmərəliliyinə bilavasitə təsir edən xüsusi əhəmiyyətli məsələlərdən olmaqla, korporativ sosial məsuliyyəti, dövlət – vətəndaş birliyini əks etdirən əsas faktorların bariz göstəricisidir. Daha ətraflı »

  • 30Mar
    Digər AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ YANINDA OPERATİV QƏRARGAHIN MƏLUMATI üçün şərhlər bağlıdır

    Koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. Virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranmışdır. Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınmışdır. Həmçinin, dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur. Daha ətraflı »

  • 30Mar
    Digər AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ YANINDA OPERATİV QƏRARGAHIN MƏLUMATI üçün şərhlər bağlıdır

    Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilir.
    Bu müddət ərzində:
    1. 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilsin. Bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin edilsin. Daha ətraflı »