Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Mar
    Ədəbiyyat MƏMMƏD ARAZIN üçün şərhlər bağlıdır

    (Tofiq YUSİFƏ)

    Nələr gördü, nə düşündü, nə yazdı,

    Şükür hələ Dədəm Qorqud varıymış.

    Anlamayan yəqin ağlı dayazmış,

    Söz mülkünün sərvətiymiş, varıymış,

    Qəbri nurla dolsun Məmməd Arazın!

     

    Sən ilqara, vəfaya bax, a qardaş,

    Tənhalıqda uca dağa qar adaş.

    Bizdən ötrü o göyərən qara daş

    Dar ayaqda arpa cadı, darıymış,

    Qəbri nurla dolsun Məmməd Arazın!

     

    Duman tutub, çətin keçəm bu dağdan,

    Yurd gəzirəm o dağ zülmət, bu dağ dan.

    Ağıl dözmür, sallanan çox budaqdan,

    Gövdə də ki, bir qocalmış qarıymış.

    Qəbri nurla dolsun Məmməd Arazın!

     

    Sən də hərdən, ara dostu, dəy, toxun,

    Nə bir qəlbi incit, nə də dəy, toxun.

    Min-min acdan yox xəbəri day toxun–

    Dövlətlinin qulaqları karıymış.

    Qəbri nurla dolsun Məmməd Arazın!

     

    Bu xınaya bənzəməyir o xına,

    Müəmmadır, çətin hələ oxuna.

    Su tökdülər Yalıncığın oxuna,

    Onun da ki, əsli-kökü xarıymış.

    Qəbri nurla dolsun Məmməd Arazın!

     

    Rafiq, ha dönsə də dünyanın dəfi,

    Şair–haqq aşiqi, pozulmaz səfi.

    Getdi, qoydu varis Tofiq Yusifi,

    Halal olsun, bəxti ona yarıymış!

     Qəbri nurla dolsun Məmməd Arazın!

    Rafiq NƏSİROV

  • 30Mar
    Digər 31mart Azərbaycanlıların Soyqırımı Günüdür üçün şərhlər bağlıdır

    ERMƏNİ QƏDDARLIĞI

    Xalqımıza qarşı erməni millətçilərinin törətdiyi soyqırımı siyasətinin tarixi XVIII əsrin əvvəllərindən başlayır. Ermənilərin fasilələrlə, lakin düşünülmüş və planlı şəkildə davam edən soyqırımı siyasəti nəticəsində minlərlə günahsız azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, evləri yandırılmış, əmlakları qarət olunmuşdur. Azərbaycanın ərazisində məskunlaşdırılan ermənilər sayca azlıq təşkil etsələr də, öz havadarlarının himayəsi altında inzibatı bölgü yaradılmasına nail olmuşdular. Bakı şəhərində başlanılan erməni vəhşilikləri Azərbaycanın bütün ərazisinə yayılmışdır. “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilərin XX əsrdə azərbaycanlılara qarşı ilk kütləvi qırğını 1905-1907-ci illərə təsadüf edir. 1918-ci il martın 31-də ermənilər tərəfindən Bakı şəhərində azərbaycanlıların kütləvi qırğınına başlanılmışdır. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” Daha ətraflı »

  • 30Mar
    Digər QARADAĞLI FACİƏSİ üçün şərhlər bağlıdır

    1992-ci il fevralın 17-də erməni millətçiləri keçmiş sovet ordusunun 366-cı alayının köməyi, Ermənistan silahlı qüvvələrinin və erməni terror təşkilatlarının iştirakı ilə Xo-cavənd rayonunun Qaradağlı kəndində dəhşətli soyqırımı törədiblər. Ancaq Qaradağlının qara günləri hələ bir qədər əvvəl başlamışdı.1990-cı il noyabrın 24-də 3 nəfər Qaradağlı sakini “Xocavənd-Xankəndi” yolunun 6 kilometrliyində vəhşicəsinə qətlə yetirildi. 1991-ci ildən Qarabağın dağlıq hissəsində gərginlik get-gedə artırdı. Hadisələr böyük fəlakətin yaxınlaşma-sından xəbər verirdi. 1991-ci il yanvarın 9-da kəndə gələn avtomaşın atəşə tutuldu, 1 nəfər öldürüldü, 4 nəfər yaralandı, sonradan onlardan 2-si aldığı yaralardan dünyasını dəyişdi. Daha sonra ermənilər martın 8-də kəndin yaxınlığında 2 nəfəri vəhşicəsinə qətlə yetirdilər.1991-ci il iyunun 27-28-də Xocavənd rayonunda Daha ətraflı »

  • 30Mar
    Digər ERMƏNİ VANDALİZMİ üçün şərhlər bağlıdır

  • 18Mar
    Tərtər RİH-də QARAĞACI KƏNDİNDƏ SƏYYAR QƏBUL – GÖRÜŞ üçün şərhlər bağlıdır

    Görüşdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək 2019-cu ilin dərin islahatlar ili kimi tarixə qovuşduğunu qeyd etdi. Bildirdi ki, ötən il Prezident İlham Əliyevin böyük sosial islahatlar paketi çərçivəsində ölkədə maaşlar, pensiyalar, təqaüdlər, müavinətlər demək olar ki, iki dəfə artdı.
    Sonra rayon rəhbəri, son beş ildə rayonda aparılan tikinti abadlıq işlərindən də danışdı.
    Sonra Qarağacı kənd İƏD üzrə nümayəndə Lətif Həmidov görülən işlər haqqında məlumat verdi.
    Kənd ağsaqqalları Şakir və Şükür Əhmədovlar, Məhəmməd Nuriyev çıxış edərək, kəndin fasiləsiz qaz, işıq, su ilə təmin Daha ətraflı »

  • 18Mar
    Xəbərlər İCRA BAŞCISI 87 YAŞLI NUBAR MƏDƏTLİ İLƏ GÖRÜŞDÜ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 8 mart Beynəl-xalq Qadınlar günü ərəfəsində rayonun Azadqaraqoyunlu kəndində yaşayan 87 yaşlı folklorşünas, şairə-publisist, uzun illər rayon qəzetinin ştatdankənar müxbiri olmuş, “Aşıq Pəri” məclisinin üzvü kimi səmərəli fəaliyyət göstərən Nubar Mədətlinin evində olub, onu 8 mart Beynəlxalq Qadınlar Bayramı münasibətilə təbrik edib.
    Rayon rəhbəri qeyd edib ki, insanı cəmiyyətdə ucaldan, nüfuz sahibi edən onun vətənpərvərliyi və zəhmətsevərliyidir. Bu baxımdan Nubar Mədətli qibtə olunası insanlardan biridir. O, gənclik enerjisi ilə çalışaraq vətəninə, xalqına, rayonuna, doğma kəndinə gərəkli olan bir insan kimi tanınıb. Topladığı folklor nümunələri, şeirləri və publisist yazıları oxucular tərəfindən maraqla qarşılanır. Daha ətraflı »

  • 18Mar
    Xəbərlər HƏRBİ HİSSƏDƏ BAYRAM TƏDBİRİ üçün şərhlər bağlıdır

    Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən nazirliyin rəhbər heyəti Od çərşənbəsi və hərbi hissənin yaranmasının 28-ci ildönümü münasibətilə keçirilən tədbirdə iştirak edib.
    Xalqımızın milli-mənəvi dəyərlərini və qədim ənənələrini özündə əks etdirən Novruz bayramı ərəfəsində şəxsi heyətlə görüşən Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev bayram şənliyində iştirak edərək Müdafiə nazirinin təbrikini şəxsi heyətə çatdırıb. Daha ətraflı »

  • 18Mar
    Tərtər RİH-də QADINLARIN BAYRAMI QEYD EDİLDİ üçün şərhlər bağlıdır

    8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Tərtər rayon İcra Hakimiyyəti YAP rayon təşkilatı ilə birgə tədbir keçib. Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınlar iştirak edib.
    Mərasimdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov zərif cinsin nümayəndələrini bayram münasibətilə təbrik edib, qadınlara göstərilən dövlət qayğısından, onların cəmiyyətimizdə tutduqları yüksək mövqedən danışıb. Rayon rəhbəri ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan qadınına həmişə yüksək qiymət verdiyini, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, onların fədakar əməyinin yüksək qiymətləndirildiyini, müxtəlif sahələrdə çalışan qadınlara fəxri adların, fərdi təqaüdlərin verildiyini, orden və medallarla təltif olunduğunu diqqətə çatdırdı. Daha ətraflı »

  • 18Mar
    Tərtər RİH-də SAKİNLƏRİN MÜRACİƏTLƏRİ DİNLƏNİLDİ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azadqaraqoyunlu kəndində sakinlərlə görüşüb.
    Görüş zamanı rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin sosial durumunun yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərdən, regionların sosial-iqtisadi inkişafı ilə bağlı bölgələrdə aparılan tikinti-abadlıq, quruculuq işlərindən danışıb.
    Sonra rayon rəhbəri kənd sakinlərinin problemləri ilə maraqlanıb. Vətəndaşlar Azadqaraqoyunlu kəndində yeni məktəbin tikilməsinə, yola yeni asfalt örtüyünün salınmasına, elektrik təsərrüfatının yenidən qurulmasına, içməli su üçün və təsərrüfat sahələrinin suvarılmasına görə yeni subartezian quyuları-nın qazılmasına, su arxlarının təmizlənməsinə ehtiyac olduğunu bildiriblər. Rayon rəhbəri vətəndaşlara məktəb və yol tikintisinin “2019-2023-cü Daha ətraflı »

  • 18Mar
    Səhiyyə AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİ YANINDA OPERATİV QƏRARGAHIN MƏLUMATI üçün şərhlər bağlıdır

    Koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. Virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranmışdır. Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınmışdır. Həmçinin, dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur.
    Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində tətbiq olunacaq bəzi sosial izolyasiya tədbirlərini diqqətə çatdırır: Daha ətraflı »