Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 05Mar
    Digər Rayonumuzun tarixində iz qoyan insanlar üçün şərhlər bağlıdır

    HALAL ZƏHMƏTİN PİLLƏLƏRİ

    Çeşid-çeşid insanlar içərisində elələri var ki, onları seçilmişlərdən hesab etmək olar. Belə insanlar ailədə də, cəmiyyətdə də öz yeri, sanbalı olanlar, təmkini, müdrikliyi, idarəetmə bacarığı ilə fərqlənənlərdir. Rayonumuzun tarixində belələri çox olub. Onların hər birinin yaddaşlarda özünəməxsus izi qalıb.
    Taryel Məmmədov da belə şəxslərdən biri idi. Şəxsi keyfiyyətləri, ağır, sanballı hərəkətləri, səmimi görkəmi, insanlarla işləmək bacarığı onu fərqli biri kimi tanıtmışdı. Zəhmli olmasına baxmayaraq, sadə insanıydı Taryel müəllim.
    45-50 il bundan əvvəl rayonumuzun rəhbər vəzifələrdə işləyənlərini yaxşı xatırlayıram. Sanki, onlar bütün cəhətlərində fərqli insanlarıydı. Elə Taryel müəllim də…
    Bu gün belə şəxsiyyətləri xatırlamaq, onların keçdiyi ömür yoluna nəzər salmaq hər birimiz üçün vacibdir və gərəklidir.
    Məmmədov Taryel Hüseyn oğlunun həyat və fəaliyyətini öyrənmək üçün ailəsinə müraciət etdim. Daha ətraflı »

  • 05Mar
    Kənd Təsərufatı ZƏHMƏTDƏN KEÇƏN ÖMÜR YOLU üçün şərhlər bağlıdır

    Pambıq ölkəyə valyuta gətirən, sənaye istehsalına təkan verən sahə olmaqla yanaşı, həm də insanların məşğulluğunun təmin edilməsinə, əhalinin həyat səviyyəsinin yüksəlməsinə əhəmiyyətli dərəcədə təsir göstərən sahədir. Ona görə də kənd əməkçilərinin torpağa bağlılığı günbəgün daha da artır.
    İlkin Qurbanov da iki ali təhsil almasına, müəyyən vəzifələrdə işləməsinə baxmayaraq torpağı sevdi, ona ürəkdən bağlandı, “bir torpaq, bir sən” prinsipi ilə torpağa can yandırmağa başladı. Artıq 20 ilə yaxındır ki, torpaqla dostlaşıb, onunla ülfət bağlayıb, nazını çəkib. Torpaq isə bu zəhmətin qarşılığında üz ağardıb, baş ucaldıb, nəticədə sahibini şöhrətləndirib.
    Bu zəhmətkeş insanı yaxından tanımaq üçün onunla görüşüb, qazandığı uğurların səbəbi haqqında özündən eşitməyi qərara aldım. Daha ətraflı »

  • 05Mar
    İdman RƏVANIN UĞURLARI üçün şərhlər bağlıdır

    Bu günlərdə rayonumuzun ucqar kəndlərindən biri olan Gülabatlı kənd tam orta məktəbin direktoru Asif Alıkişiyev əlində bir neçə diplom və medallarla redaksiyaya gəldi. Onun bura gəlməsi səbəbsiz deyildi. Məktəbin şagirdi Məmmədli Rəvan Vasif oğlunun uğurları barədə məlumat verərək danışmağa başladı:
    –Bu uşaq bizim məktəbin fəxridir. Onun idmanda qazandığı uğurlar müəllim və şagird kollektivimizi ürəkdən sevindirir. İstəyirəm ki, bizim bu qoçaq oğlanımız haqqında kiçik bir məqalə yazılsın.
    Sabahı gün Asif müəllim Rəvanın özü ilə birgə gəldi və dedi:
    –Rəvanın uğurunu təkcə onun özünün deyil həm də məktəbimizin uğuru hesab edirəm. Hazırda onbirinci sinifdə oxuyur. Əksər vaxtlarda məşqlərə və yarışlara icazə vermirik ki, dərsləri ilə məşğul olsun. Lakin idmana olan marağı onu çempion edib. Dəfələrlə zona yarışlarında iştirak edərək qalib olub. Daha ətraflı »

  • 05Mar
    Milli-mənəvi dəyərlər ELİMİZİN ƏZİZ BAYRAMI NOVRUZUN MÜJDƏÇİLƏRİ–ÇƏRŞƏNBƏLƏR üçün şərhlər bağlıdır

    NOVRUZ GƏLİR, YAZ GƏLİR

    Çərşənbələr Novruz bayramının əvəzolunmaz atributlarındandır. Hər çərşənbə təbiətin bir ünsürü ilə əlaqələndirilmiş və beləliklə, insanların təsəvvürlərində ilaxır çərşənbələr, yaxud ilin axır çərşənbələri şəklində formalaşmışdır.
    Novruz ulu əcdadlarımızın əski bayramlarından olmuş, insana həyat verən dörd ünsürün – suyun, odun, yelin, torpağın isinməsi, dirilməsi istəyi ilə bağlı yaranmışdır.
    İlaxır çərşənbələrin birincisi su çərşənbsidir Su çərşənbəsi boz ayın dörd müqəddəs çərşənbəsinin ilkidir. Xalq arasında o, “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Qorxulu yuxuların suya danışılması ilə insanı izləyən qəzaların dəf olunması inamı türk mifoloji mətnlərinin əsasını təşkil edir. Əzəli inamlarda su sağlamlığın mənbəyi idi. Su çərşənbəsi günü axar sudan keçənlər azarbezardan xilas olar. Daha ətraflı »

    Teqlər:

  • 05Mar
    Milli-mənəvi dəyərlər NOVRUZUN MƏNŞƏYİ üçün şərhlər bağlıdır

    Çətin qış günlərindən sonra yazın gəlişini dünyanın demək olar ki, bütün xalqları milli mentalitetin qəbul etdiyi sevinc səviyyəsində keçirir. Uzaq Şərqdə bu fevrala, Rusiyada martın əvvəllərinə, Sami xalqlarında isə aprel ayına təsadüf edir. Elmi baxımdan ən dəqiq günü və saatı isə ulu babalarımız təyin edə biliblər. Beynəlxalq astronomik il xalqımızın Novruz bayramı kimi qeyd etdiyi gündən – Günəşin Qoç bürcünə daxil olması ilə başlayır. Yaz bərabərlik nöqtəsində gecə ilə gündüzün hərəsi 12 saat olur. Daha ətraflı »

  • 24Fev
    Xəbərlər PREZİDENT ADMİNİSTRASİYASININ MƏSUL İŞÇİLƏRİ TƏRTƏRDƏ VƏTƏNDAŞLARIN MÜRACİƏTLƏRİNİ DİNLƏYİBLƏR üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçiləri şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Tərtər rayonunda sakinlərlə görüşüblər.
    Prezident İlham Əliyevin tapşırığına əsasən keçirilən görüş-lərdə sakinlərin qaldırdıqları məsələlər diqqətlə dinlənilib, bütün müraciətlərin qanunvericiliyə uyğun həlli istiqamətində tapşırıqlar verilib
    Bəzi müraciətlər yerində həll edilib. Araşdırma tələb edən müraciətlər nəzarətə götürülüb və onların həlli istiqamətində aidiyyəti üzrə göstərişlər verilib. Daha ətraflı »

  • 24Fev
    Tərtər RİH-də GÜLƏBATLI KƏNDİNDƏ SƏYYAR QƏBUL GÖRÜŞ üçün şərhlər bağlıdır

    Əvvəlcə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək 2019-cu ilin dərin islahatlar ili kimi tarixə qovuşduğunu, Milli Məclisə seçkilərin Azərbaycanda demokratiyanın sürətli inkişafından xəbər verdiyini bildirdi. Tərtərlilər seçkilərdə fəallıq göstərdilər və öz namizədlərinə səs verdilər. İcra başçısı seçkidə fəallıq göstərdiklərinə görə vətəndaşlara öz təşəkkürünü bildirdi.
    Qeyd olundu ki, son beş ildə rayonda tikinti-abadlıq işləri geniş vüsət alıb, yeni yollar çəkilib, körpülər tikilib, yeni inzibati binalar, körpələr evi-uşaq bağçası istifadəyə verilib.
    Sonra Buruc kənd İƏD üzrə nümayəndə Böyükkişi Məlikok görülən işlər haqqında məlumat verdi. Daha ətraflı »

  • 24Fev
    Xəbərlər XİDMƏTİN SƏKKİZİNCİ İLDÖNÜMÜ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsi ilə birgə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının səkkizinci ildönümü münasibəti ilə tədbir keçirdi. Əvvəlcə tədbir iştirakçıları Mərkəzi Meydanda ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad etdilər. Daha ətraflı »

  • 24Fev
    Xəbərlər GƏNCLƏRİN İNKİŞAF VƏ KARYERA MƏRKƏZİNİN NÜMAYƏNDƏLİYİ FƏALİYYƏTƏ BAŞLAYIB üçün şərhlər bağlıdır

    Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliyi fəaliyyətə başlayıb
    Heydər Əliyev mərkəzində Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) növbəti nümayəndəliyi fə-aliyyətə başlayıb. Bu münasibətlə keçirilən tədbirdə rayon icra hakimiyyətlərinin rəhbərliyi, Gənclər Fondunun, Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndələri və rayon gəncləri iştirak ediblər.
    Açılış tədbirində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti, ölkəmizdə gənclər üçün yaradılan imkanlar barədə danışıblar Daha ətraflı »

  • 24Fev
    Digər TƏRTƏRƏ QAR YAĞDI… üçün şərhlər bağlıdır

                                                QAR TORPAĞIN BƏRƏKƏTİDİR

    İlin müxtəlif aylarında təzahür edən fəsillərin hər birinin özünəməxsus gözəlliyi vardır. Bu mövsümlərdə təbiət gözəl və fərqli mənzərələr alır. Məhz buna görə deyirlər ki, ən gözəl rəssam təbiətdir.
    Qış gələndə isə yorğun təbiət yuxuya gedir. Bu fəsil yorulub yatmış təbiətin üstünə yorğan çəkmək istəyir. Həmin yorğan çox bəyaz, yumşaq və tər-təmizdir. İlk qar hər bir insanın qəlbinə fərəh, üzünə sevinc gətirir. Səhər tezdən durub hər tərəfin ağappaq olduğunu görürük. Qar dənələri ulduz kimi yavaş-yavaş yerə enir. Ağacların, evlərin üstü qarla örtülür. Təmiz havanı sinə dolusu udursan. Ancaq ayağını qarın üstünə qoyub bu gözəlliyi pozmaq istəmirsən. Ağacların qardan ağırlaşmış budaqları sallanır. Yavaşca toxunan kimi qar topaları adamın üstünə və yerə tökülür.
    İnsanın qəlbi fərəhlə dolur. Qollarımızı açıb təbiətin bu gözəlliyini sinəmizə sıxmaq istəyirik.
    Təsərrüfatla məşğul olan insanlar yazı xoşladığı ki-mi, qış fəslini də ürəkdən sevirlər. Çünki yağan qar özü ilə bol ruzi bərəkət gətirir, firəvanlıq və əmin-amanlıq yaradır.
                                                                                                                Nübar Mehdizadə