Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Okt
    Milli-mənəvi dəyərlər AİLƏLƏR NİYƏ DAĞILIR? üçün şərhlər bağlıdır

    Qayıq iki avarın eyni anda hərəkət etməsi ilə üzür, avarların hərəkəti bir-birinə uyğun gəlməsə, dalğalar qayığı aşırar. Evlilik də qayıq kimidir.
                                                                  Julian Edvin Levi
    Müasir dövrdə cəmiyyətdə ciddi narahatlıqlara səbəb olan amillərdən biri də bəzi nikahların uğursuz nəticə verməsidir. Dövlətimizin güclü olması, gələcək nəslin sağlam böyüməsi qurulan evliliklərdən asılıdır. Hal-hazırda ölkəmizdə möhtərəm Prezidentimizin sayəsində ailə siyasəti uğurla həyata keçirilir.
    Ailənin təməlinin möhkəm olması evlənən cütlüklərdən asılıdır. Uğurlu nikah üçün gənclər ailə mədəniyyətinə yiyələnməlidir. Boşanma halları, bütün dünya ölkələrində olduğu kimi, milli-mənəvi dəyərlərə sadiq olan Azərbaycanda da özünü büruzə verir. Xalqımız hər zaman ailəni müqəddəs bilmiş, ağsaqqal və ağbirçəklərimiz onu nəyin bahasına olursa-olsun qoruyub saxlamağı tövsiyə etmişdir. Təəssüflər olsun ki, həmin qayda-qanunlara bir çox gənclər riayət etmirlər. 2018-ci ildə Azərbaycanda 14857 boşanma halı qeydə alınmışdır. Keçən il ölkədə uşağı olmayan 6559 nəfər boşanıb. 2019-cu ilin 6 ayında qeydiyyat şöbələri tərəfindən 29391 nikah və 8257 boşanma halları qeydə alınmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7-dən 6-ya, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artmışdır. Daha ətraflı »

  • 18Okt

    Digər üçün şərhlər bağlıdır

    Pambıqçılıq əmək tutumlu sahədir. Biz pambıqçılığın inkişafı ilə bağlı, eyni zamanda, on minlərlə yeni iş yeri yaratdıq. Bütövlükdə son illərdə pambıqçılıqla məşğul olan insanların sayı 200 minə yaxınlaşır. Bu insanların böyük əksəriyyəti işləmirdi, ancaq bu gün işlə təmin olunurlar. Əlbəttə ki, bu, xüsusən bölgələrdə işsizliyin aradan qaldırılması istiqamətində çox ciddi sosial sahədir.

    İlham ƏLİYEV,
    Azərbaycan Respublikasının Prezidenti

  • 18Okt
    Tərtər RİH-də SƏMİMİ QƏBUL üçün şərhlər bağlıdır

    Əvvəlcə Buruc kənd İƏD üzrə nümayəndə Böyükkişi Məlikov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti və görülən işlər barədə məlumat verdi. Bildirdi ki, Buruc kəndinin 290 təsərrüfatı, 1165 nəfər əhalisi, 614 hektar ərazisi var. Kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Kənd daimi işıq, qaz, içməli su ilə təmin olunub, əsas yolu asfaltlanıb.
    Hazırda tarlalarda pambıq yığımı gedir. Baramaçılığın inkişafı üçün 1500 ədəd tut tingi əkilib, 3000 m su arxları lildən təmizlənib, 2 km kəndarası, 1 km qəbristanlıq yolu təmir olnub.
    İcra nümayəndəsinin məlumatından sonra sakinlərin müraciətləri dinlənildi. Kənd ağsaqqalı Asif Alıkişiyev kənd sakinlərinin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən danışdı. Bildirdi ki, kənd yolu asfaltlanıb, fasiləsiz işıq, qazla təmin olunuruq. Sonra ağsaqqal kənddə yeni müasir tipli məktəbin tikilməsinə, körpələr evi-uşaq bağçasının təmirinə ehtiyac olduğunu bildirdi.
    Sakinlərdən Nüşabə Misirova suvarmada olan çətinliklərin aradan qaldırılması üçün yeni subartezian quyusunun qazılmasına, qəzalı vəziyyətdə olan subartezianın təmirinə, Məhərrəm Şamilov məktəbin qarşısından keçən asfalt yola yol nişanlarının qoyulmasına, Fizuli Yusifov suvarma kanallarının təmizlənməsinə ehtiyac olduğunu bildirdilər.
    Müraciətlərlə bağlı rayon rəhbəri tərəfindən əlaqədar qurumlara müvafiq tapşırıqlar verildi. Daha ətraflı »

  • 18Okt
    Xəbərlər TƏHLÜKƏSİZ OYUN MEYDANÇASI üçün şərhlər bağlıdır

    Səhlabad kəndində Litva Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşlığı ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən yüksək səviyyədə inşa edilən yeni Təhlükəsiz Oyun Meydançası istifadəyə verildi.
    Layihə çərçivəsində rayonda səfərə gələn Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Egidijus Navikas Tərtər Rayon İcra Hakimiyyətində oldu. Rayon rəhbəri qonağa təmas xəttində yerləşən rayon haqqında ətraflı məlumat verdi.
    Sonra tədbir Səhlabad kəndində davam etdirildi. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Litva Respublikasının Azərbaycandakı səfiri Cənab Egidijus Navikas, səfirin köməkçisi Dalija İgnatavisiute, AzQAC-nin İcraçı Katibi Ceyhun Mirzəyev, layihənin koordinatoru Məmməd Kətanov, Tərtər Rayon AzQAC-nin bölməsinin sədri Etibar Heydərov, kənd sakinləri, müəllim və şagird kollektivi iştirak etdilər.
    Sonda Təhlükəsiz Oyun Meydançası uşaqların istifadəsinə verildi.

  • 18Okt
    Kənd Təsərufatı Respublika mətbuatının səhifələrində üçün şərhlər bağlıdır

    TƏRTƏRDƏ PAMBIQÇILIQ APARICI SAHƏYƏ ÇEVRİLİR

    Prezident İlham Əliyevin ölkədə ənənəvi kənd təsərrüfatı sahələrini inkişaf etdirmək, bu sahədə əvvəlki şöhrəti qaytarmaq barədə göstərişləri tərtərlilərin də fəaliyyətinə yeni istiqamət verdi. O cümlədən, unudulub arxa plana keçirilmiş pambıqçılığa münasibət kökündən dəyişdi.
    Həyata keçirilən təşkilat-təsərrüfat tədbirləri sayəsində rayonda həm məhsul istehsalı artır, həm də təcrübəli pambıqçıların sayı. Adı qabaqcıllar sırasında çəkilənlərdən biri Köçərli kəndinin fermeri Əvəz Mirzəyevdir. Onun ucubucağı görünməyən tarlası bu il də başdan-başa ağ örpəyə bürünmüşdür.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov və MKT İK Tərtər filialının direktoru Feruz Hacıyevlə də Əvəz kişinin tarlasında rastlaşdıq. Hal-əhval tutandan sonra söhbətə M.Məmmədov başladı. Dedi ki, ölkə rəhbərinin təşəbbüsü ilə pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün qəbul olunan Dövlət Proqramının icrası bizim rayonda da bu sahəyə böyük təkan verdi. Daha ətraflı »

  • 18Okt
    Digər Zəngilanın işğalından 26 il ötür üçün şərhlər bağlıdır

    XARABA YURDUN HARAYI

    Rayon kimi Zəngilan rayonu 1930-cu ildə təşkil olunmuşdur. Rayonun sahəsi 707 kv.km, əhalisi isə 35.351 nəfərdir. Rayonda bir şəhər, bir şəhər tipli qəsəbə, bir qəsəbə, 81 kənd var idi. Mərkəzi Zəngilan şəhəridir.
    XX əsrin sonu Azərbaycan xalqının tarixinə faciələrlə dolu bir dövr kimi yazıldı. Ölkədə mövcud ictimai-siyasi vəziyyət, daxili çəkişmələr, bir-birinə xəyanət edən silahlı birləşmələrin bəd əməlləri torpaqlarımızın itirilməsi ilə nəticələndi. Zəngilan da digər rayonlarımız kimi xəyanətin qurbanı oldu. Təqvimimizdə daha bir qara günün sayı artdı – 29 Oktyabr (1993-cü il)
    Zəngilan müharibə alovunun qasırğasını 1990-cı ildən daha tez-tez hiss etməyə başladı. Ermənilər dəmir yolunu bağlayır, qatarları saxlayır, adamları girov götürürdülər. 1992-ci ilin əvvəlindən isə rayonun sərhəd kəndləri döyüş zonasına çevrildi. Yerli əhali özümüzünkülərdən gizləyib saxladıqları ov tüfəngləri ilə torpaqlarımızı qoruyurdular. Ermənilər isə xarici havadarların köməyilə mükəmməl silahlanmışdılar.
    Zəngilanın işğalı artıq 1992-ci ildə faktiki olaraq reallaşmışdı. Hərbi işdən az-çox başı çıxan adam bu reallığı görürdü. Aydınlıq olsun deyə, işğala aparan bu yolda xronoloji ardıcıllığa qısa nəzər yetirək:
    1992-ci ilin yanvar ayının sonunda ermənilərin Zəngilana mütəşəkkil hücumları başlayır. Fevralın 1-də Günqışlaq, Qazançı, Dərəli və Vejnəli kəndinə basqın edirlər. Artıq döyüşlər intensiv xarakter almışdı. Aprelin 9-da erməni silahlı birləşmələri Qazançı, Seyidlər, Dərəli, Ağkənd, Pirveyis, Günqışlaq kəndlərinə soxulur. Evlərə od Daha ətraflı »

    Teqlər:

  • 18Okt
    Digər Payız bolluq fəslidir üçün şərhlər bağlıdır

    BİZİ VƏTƏN HƏSRƏTİNDƏN XİLAS ET!

    Yenə günlər qısalıb, Günəşin hərarəti zəifləyib, çöl-bayır qızılı libasını geyib. Gah isti yayı bizə xatırladan, hərdən də soyuqluğu ilə şaxtalı qışa “muştuluqçu” olduğunu hiss etdirən payız fəslindən, onun bəxş etdiyi təkrarsız gözəllik çalarlarından doyunca zövq almağın vaxtıdır. Ömrümüzün növbəti payızı yurdumuza qədəmlərini qoyub. Bu payız bizə qucağında bağların bəhrəsini, buz bulaqların laylasını, dağların əzəmət və vüqarını, ana təbiətin gözəlliyini gətirib. Payızın kövrəkliyi sanki qəlbimizi də yuxaldıb, daha duyğusal olmağa başlamışıq. Saralıb tökülən yarpaqlar hərəsi bir xatirəyə çevrilir, bir nağıla dönür. Axı, bu, payızın rəngidir, öz simasıdır…
    Qızılı payız günlərində müşahidə olunan duman özündən sonra qarlı, şaxtalı günlərin, ayların gəlişindən xəbər verir, insanlara “tədarükünüzü görün” söyləyir. Qışa hazırlıq fəslidir payız. Ta qədimdən xalqımızın məişətində, milli mentalitetimizdə də payız qiymətli, xətir-hörmətli fəsil olub. Payızın bin-bərəkəti, bolluğu var, təknələrimizin ruzisi, qar-şaxtadan susqun qışımızın hazırlığı, azuqə bolluğu var. Elə ona görə də payıza bədbinlik, ayrılıq, həzinlik, duyğular fəsli deyil, bolluq, bərəkət fəsli, həm də toylar fəsli deyilir.
    Payız günləri həm də kəndlinin qayğılı günləridir. Əkinçiliklə məşğul olan zəhmətkeş insanlar sahələrdəki məhsulu toplayır, bağlardakı meyvələr yığılır. Çeşid-çeşid payız nemətləri dükan-bazarlarda, alış-veriş mərkəzlərinin piştaxtalarının bəzəyinə çevrilir, bolluq rəmzinə dönür. Daha ətraflı »

  • 18Okt
    Digər 20 oktyabr energetiklər günüdür üçün şərhlər bağlıdır

    “TƏRTƏR” YARIMSTANSİYASINDA VƏZİYYƏT NECƏDİR?

    “Azərişıq” ASC yarandığı dövrdən “Mərkəzi Aran” Regionunda elektrik təchizatının yaxşılaşdırılmasına, elektrik enerjisi verilişində yaranan uzunmüddətli fasilələrin qarşısının alınması üçün genişmiqyaslı tikinti, yenidənqurma və təmir işlərinə başlanılmışdır. Bu istiqamətdə görülən işlərdən biri kimi Tərtər rayonu ərazisində 110/35/6 kV-luq 1×25 və 1×40 MVA gücündə olan yeni “Tərtər” yarımstansiyasının tikintisini göstərmək olar. “Tərtər” yarımstansiyası vasitəsilə Tərtər şəhəri və ətraf 9 yaşayış məntəqəsinin 35 kV-luq Dəmirçilər hava xəttinin üzərində olan 35/10 kV-luq “Dəmirçilər”, 35 kV-luq Sarıcalı hava xəttinin üzərində olan 35/10 kV-luq Sarıcalı və 35 kV-luq İsmayılbəyli hava xəttinin üzərində olan 35/10 kV-luq İsmayılbəyli yarımstansiyalarının elektrik enerjisi ilə təchizatı həyata keçirilir. Yarımstansiyada 110 kV-luq açıq paylayıcı qurğu, 5 ədəd müasir tipli “Eleqaz” açarlarla təchiz edilərək, məsafədən idarə olunan ayrıcılar quraşdırılmaqla icra olunmuşdur. 8 ədəd çıxış fideri olan 35 kV-luq müasir tipli qapalı paylayıcı qurğu, 18 ədəd çıxış fideri olan 2 giriş, 2 bölmədən ibarət 6 kV-luq müasir tipli qapalı paylayıcı qurğu quraşdırılmışdır.
    Sözügedən yarımstansiya 110 kV-luq Naftalan və 110 kV-luq Bərdə hava xətləri vasitəsilə qidalanır.
    Yarımstansiya müasir standartlara cavab verən elektron tipli rele mühafizəsi və avtomatika sistemləri ilə təchiz edilmişdir. Yarımstansiyanın ərazisi abadlaşdırılaraq ağaclar, gül kolları əkilmiş, sahəyə su xətti çəkilmişdir. Qəza yağ tutumu, yanğın əleyhinə su tutumu hovuzları inşa edilmişdir. Yarımstansiyanın ətrafı üzlüklü daş hasarlarla hasarlanmışdır. Daha ətraflı »

  • 18Okt
    Təhsil Bizim istedadlılar üçün şərhlər bağlıdır

    GƏLƏCƏYİN YARADICILARI

    İnsanın ən böyük xoşbəxtliklərindən biri də onun xüsusi istedada malik olmasıdır. Son zamanlar ölkəmizdə və rayonumuzda bacarıqlı uşaqların
    sayı artmaqdadır. Bu istedad rəqs, musiqi, qiraət, idman və digər sahələrdə özünü göstərir. Bu qabilliyətə malik uşaqların yaradıcılığa, axtarışa xüsusi həvəsi olur. İstedadlı olduqları həmin sahə onların yüksək zirvələr fəth etməsinə səbəb ola bilər. Belə istedadlıların inkişaf etməsinə icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun diqqəti sayəsində rayonumuzda Uşaq Gənclər İnkişaf Mərkəzinin göstərdiyi xidmət əvəzolunmazdır. Bu mərkəzin yetirmələrinin bəzilərini oxucularla tanış edirəm.
    İbrahimova Qənfirə Allahverdi qızı 2009-cu ildə Tərtər rayonunda anadan olub. Şəhər 1 saylı tam orta məktəbin şagirdidir. Gözəl şeir söyləmək qabilliyətinə malik olan Qənfirə “Bədii Qiraət” dərnəyinin üzvüdür. “Xocalı soyqırımı”, “20 Yanvar”a və eləcə də digər əlamətdar günlərə həsr olunmuş tədbirlərdə fəal iştirak edib. O, Uşaq Yaradıcılıq Mərkəzi tərəfindən 2 fəxri fərmanla təltif edilib. Daha ətraflı »

  • 18Okt
    Ədəbiyyat 2019-cu il “Nəsimi İli”dir üçün şərhlər bağlıdır

    ÖZ ƏQİDƏSİ YOLUNDA SOYULAN ŞAİR

    Azərbaycan şeir mədəniyyətinin görkəmli nümayəndələrindən biri olan Seyid İmadəddin Nəsimi XIV əsrin axırlarında və XV əsrin əvvəllərində yaşayıb yaratmışdır. Nəsiminin yaradıcılığı Azərbaycan ədəbiyyatı tarixində yeni bir mərhələnin başlanğıcıdır. Nəsimi Yaxın Şərq və xüsusən Azərbaycan ictimai fikri tarixində vaxtına görə tərəqqipərvər mahiyyətdə olan panteizm ideyalarına əsaslanaraq, öz əsərlərində islam dininin dar, məhdud qanun-qaydaları xaricinə çıxmağa can atmış, zülmə, ədalətsizliyə qarşı çıxmış, insanpərvərliyi, əxlaqi-mənəvi təmizliyi təbliğ etmişdir.
    Nəsiminin tarixi xidmətlərindən biri də onun doğma Azərbaycan dilində yazması, Azərbaycan ədəbi dilini, şeir dilini zənginləşdirməsidir. Nəsimi Həsənoğludan və Qazi Bürhanəddindən sonra Azərbaycan dilində yaradılmış şeirin böyük ustadlarındandır.
    Seyid İmadəddin Nəsimi təxminən 1369-cu ildə Şamaxıda anadan olmuşdur.
    İmadəddin Nəsimi zamanına görə mükəmməl təhsil görmüş, öz ana dilindən başqa fars, ərəb dillərini, məntiq, riyaziyyat, təbiət və astronomiya elmlərini öyrənmişdir. Şair kiçik yaşlarından şəhər zəhmətkeşləri, peşəkar və sənətkarlar mühitində dolaşmış, bu mühitin təsiri altında onun dünyagörüşü formalaşıb inkişaf etmişdir. Daha ətraflı »