Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Okt
    Digər Qarabağ müharibəsi qaziləri üçün şərhlər bağlıdır

    ALLAH MÜHARİBƏNİ HEÇ KİMƏ GÖSTƏRMƏSİN!

    Çardaxlı kəndinin ermənilərdən təmizlənməsi tapşırığı verilmişdi bölməmizə. Batalyonla birlikdə hamı Çardaxlı istiqamətində irəliləyirdi. Döyüş başladı. Atəş təkcə qarşı tərəfdən deyildi, hər tərəfdən atılırdı. Düşmən mühasirəsinə düşməyimiz ağlımıza da gəlmirdi. Bölmə komandiri Cavanşir İsmayılov ucadan səsləndi:
    –Uşaqlar, özünüzü itirməyin, deyəsən, mühasirəyə düşmüşük, ehtiyatlı olun!
    Vaxtı itirmək, sayıqlığı əldən vermək hamımızın məhvi ola bilərdi. Gecədən səhərə kimi mühasirədə qaldıq, səhərə yaxın düşmənin mühasirəsini yarıb çıxdıq. Amma şəhidsiz olmadı. Yaralananlarımız da çox oldu. İgid döyüşçülərimizdən biri Rasim Burcalıyev gözümün önündə qəlpə dəyərək sinəsini dağıtdı və orada şəhid oldu. Allah heç kimə göstərməsin! Mühasirəyə düşmək çox dəhşətliydi!…
    Qarabağ müharibəsi qazisi, ikinci qrup əlil Calal İsmayılov o günləri xatırladıqca həyəcanını gizlədə bilmirdi: “Biz görmüşük, Allah övladlarımıza göstərməsin!”–deyirdi. Müharibənin dəhşətlərini görmüş hər kəs bu arzu ilə yaşayır. Daha ətraflı »

  • 18Okt
    Digər ŞƏHİDLƏRİMİZƏ EHTİRAM üçün şərhlər bağlıdır

    Torpaqlarımız uğrunda canlarından keçən igidlərimiz təkcə öz valideynlərinin deyil, xalqın, Azərbaycanın oğullarıdır. Bu insanlarda Nəsimi cəsarəti, Koroğlu qeyrəti, Cavanşir vüqarı vardır. Biz keçmişimizi yaşadanlarla fəxr edirik. Şəhidlərin həyatı gənclərimiz üçün məktəbdir. Hər bir azərbaycanlı bu müqəddəs adın qarşısında baş əyir. Bu adı qazanmaq hər kəsə nəsib olmur. Şəhidlərin valideynlərinə olan minnətdarlıq heç bir kitaba sığmaz, heç bir mürəkkəb onu yazıb qurtara bilməz. Müqəddəs dinimizdə göstərilir ki, şəhidin qanı onun qüslü, paltarı kəfənidir. Şəhidlərin ölümü ən şərəfli ölümdür.
    Vətən uğrunda şəhid olan oğullarımızdan biri Hüseynov Vasif Telman oğludur. O, 1971-ci ilin 30 yanvarında Tərtər şəhərində anadan olub.Tərtər şəhər 1 saylı tam orta məktəbdə təhsil alıb. Gəncə şəhərində Aqrar Universitetin Energetika fakültəsinə qəbul olub. 18 yaşından Rusiyanın Xabarovski vilayətində hərbi xidmət keçib. 2 il Marquşevandan Vəngə qədər döyüş əməliyyatlarında iştirak edib. Vasif hərbi vəzifəsini yerinə yetirərkən 1993-cü ildə 22 yaşında Vəngdə sinəsindən güllə yarası alaraq qəhrəmancasına şəhid olub. O, doğulduğu torpaqda–Tərtərdə dəfn olunub. Subay idi. Allah rəhmət eləsin! Daha ətraflı »

  • 18Okt
    Təhsil “Müəllim Günü” münasibəti ilə üçün şərhlər bağlıdır

    “ŞAGİRDLƏRİMLƏ FƏXR EDİRƏM”

    “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır.
    Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbrlə bizə öyrətmiş və öyrədir.”
                                                                                                                                         Heydər ƏLİYEV
    Ömrünü şagirdlərinin yolunda şam kimi əridən, onların parlaq gələcəyi naminə həvəslə çalışan və ömründən ömürlərə pay verən, qəlblərə nur çiləyən müəllim! Müəllim ömrü elə bir ömürdür ki, gözlərinin nurunu, ürəyinin hərarətini təmənnasız olaraq şagirdləri ilə paylaşır, onların gələcək həyat yollarında nurlu məşələ çevrilir. Çəkdiyi zəhmətin bəhrəsini gördükcə, sevimli şagirdlərinin xoş sorağını aldıqca qəlbi fərəhlənir, ürəyi qürurla dolur.
    Müəllim peşəsi şərəfli peşədir. Bu peşəni sevdirən, onu dəyərləndirən isə müəllimdir. Rayonumuzda seçdiyi peşəni ürəkdən sevən, onu həvəslə tədris edən müəllimlərimiz yüzlərlədir. Onlardan biri də Umudlu kənd tam orta məktəbinin tarix müəllimi Qızbəs Hüseynovadır. Daha ətraflı »

  • 10Okt
    Digər KEÇMİŞ DÖYÜŞÇÜLƏRİN GÖRÜŞÜ üçün şərhlər bağlıdır

     

     

     

     

     

    1992-ci ildə yaranmış “Babək-44” taborunun keçmiş döyüşçülərinin Tərtərdə görüşü təşkil edilib. Müdafiə Nazirliyi, “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyi və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə keçmiş döyüşçülər Tərtərdəki Şəhidlər abidə kompleksinin, Azərbaycanın Milli qəhrəmanları Vəzir Orucovun və Elman Hüseynovun büstləri önünə əklil və tər gül dəstələri qoyublar. Sonra rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının və ictimaiyyətin nümayəndələri, Qarabağ müharibəsi veteranları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, xatirəsinə ehtiramlarını bildiriblər.
    Tərtər Rayon Mədəniyyət Mərkəzində “Babək-44” taboru haqqında çəkilmiş filmin təqdimatı olub. Təqdimatdan əvvəl respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha ətraflı »

  • 10Okt
    Tərtər RİH-də KƏNDDƏ QƏBUL üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Azadqaraqoyunlu kəndində oldu. Qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Arif Novruzov iştirak edirdi.
    Azadqaraqoyunlu Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Nazim Xəlilov kənd haqqında ümumi məlumat verdi, görülən işlərdən və qarşıda duran vəzifələrdən danışdı.
    Qəbulda 6 nəfər sakinin müraciəti dinlənildi.
    Sakinlərdən Elmira Abbasova, Vüsalə Əhmədova və Arif Hüseynov həyətyanı torpaq sahəsi ayrılması, qaz çəkilişi və məktəb tikintisi ilə əlaqədar məsələ qaldırdılar.
    Müraciətlərlə bağlı əlaqədar təşkilatlara müvafiq tapşırıqlar verildi.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalinin sosial müdafiəsi və sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlərdən və mövcud problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən danışdı. Daha ətraflı »

  • 10Okt
    Xəbərlər PEŞƏ BAYRAMI QEYD OLUNDU üçün şərhlər bağlıdır

    Prokurorluq işçilərinin peşə bayramı münasibətilə tədbir keçirildi.
    Əvvəlcə tədbir iştirakçıları mərkəzi meydanda ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad etdilər.
    Sonra tədbir Yeni Azərbaycan Partiyasının akt zalında davam etdirildi.
    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov prokurorluq işçilərini peşə bayramları münasibəti ilə təbrik edib, işlərində uğurlar arzuladı.
    Sonra rayon prokuroru Şıxəli Alməmmədov, Tərtər hərbi prokuroru Hümbət Məmmədov, polis şöbəsinin rəisi Elçin Qasımov, Dövlət Təhlükəsizliyi Xidmətinin Tərtər Rayon Şöbəsinin rəisi Ülvü Kazımov, Tərtər hərbi məhkəməsi İlqar Quluyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsinin rəisi Elşən Abdullayev, “N” saylı hərbi hissənin komandir müavini Babək Səmidli çıxış etdilər.
    Tədbirin sonunda Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən prokurorluq orqanının xidmətdə fərqlənən bir qrup əməkdaşına fəxri fərman və qiymətli hədiyyələr təqdim olundu.

    “Yeni Tərtər”

  • 10Okt
    Digər AZƏRBAYCAN DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜ üçün şərhlər bağlıdır

    -XX yüzilliyin sonlarında SSRİ-nin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi.
    Rusiyadakı demokratik qüvvələrin fəaliyyəti nəticəsində respublikalarda da mərkəzdən qaçma, öz suverenliyinə qovuşmaq istəkləri qarşısıalınmaz həddə çatdı. Belə şəraitdə Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi.
    Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edildi.
    Azərbaycan Respublikasında dekabrın 29-da ümumxalq səsverməsi keçirildi. Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı.
    1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəylinin, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edildi.
    1991-ci il oktyabrın 18-dən Azərbaycan müstəqil, suveren bir ölkədir və xalq bu tarixi bayram kimi qeyd edir.

  • 10Okt
    Təhsil TƏRTƏRDƏ BEYNƏLXALQ MÜƏLLİMLƏR GÜNÜ üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

     

    Tərtər rayonunun təhsil müəssisələrində gənc nəslin təlim-tərbiyəsi ilə 1287 müəllim məşğul olur. Bu il Təhsil Nazirliyi tərəfindən aparılan müəllimlərin işə qəbulu müsabiqədən keçən 68 nəfər gənc müəllim rayonun məktəblərində pedaqoji fəaliyyətə başlayıb. Bayram ərəfəsində Tərtər şəhər 6 nömrəli tam orta məktəbin müəllimi Raya Hacıyeva Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif olunub.
    Bu barədə Tərtər rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə keçirilən tədbirdə məlumat verilib. Rayonun təhsil işçiləri əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla yad edib, xatirə şəkli çəkdiriblər.
    Mədəniyyət Mərkəzində keçirilən tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanıb. Sonra məktəblilər müəllimləri şeirlə təbrik ediblər.
    Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, müəllimləri əlamətdar gün münasibəti ilə təbrik edib, təhsilə göstərilən diqqət və qayğıdan, rayon müəllimlərinin qazandığı uğurlardan danışıb. Bildirib ki, müəllim peşəsi tarixən cəmiyyətdə ən dəyərli, müqəddəs və şərəfli peşələrdən biri hesab olunur. Məhz müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Müəllim öyrədəndir, gənc nəslə elm, bilik, aydın dünyagörüşü verən, xeyirxahlıq, zəhmətsevərlik, vətənpərvərlik kimi insani keyfiyyətləri təlqin edən və formalaşdıran şəxsiyyətdir. Daha ətraflı »

  • 10Okt
    Kənd Təsərufatı PAMBIQ YIĞIMININ GEDİŞİ İLƏ TANIŞLIQ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məhsul yığımı ilə bağlı yerlərdə pambıqçılarla görüşüb, kənd təsərrüfatının gəlirli sahəsi olan pambıqçılığın əvvəlki şöhrətinin özünə qaytarılması üçün dövlət tərəfindən bu sahəyə göstərilən diqqət və qayğıdan danışıb.
    Rayon rəhbəri bildirib ki, Tərtər torpağı pambıqçılıq üçün məhsuldar və əlverişlidir. Vaxtilə tərtərlilər dövlətə 43 min tondan çox “ağ qızıl” təhvil veriblər. Ötən il rayonda 3300 hektar sahədə pambıq əkilib, hər hektardan 24,8 sentner olmaqla, ümumilikdə, 8196,5 ton məhsual istehsal edilib. Pambıqçılığın gəlirli sahə olduğunu görən fermerlərimiz bu il həmin sahəni daha da genişləndirərək, 3427 hektar sahədə pambıq əkiblər. Hazırda tarlalarda məhsul boldur, qarşımıza qoyduğumuz hədəflərə çataraq, yüksək göstərici əldə edəcəyimizə inanırıq. Bu günə qədər 1546,4 ton məhsul toplanıb.
    Rayon rəhbəri “MKT İK” MMC-nin Tərtər filialında olub, kollektivlə səmimi söhbət edib. Daha ətraflı »

  • 10Okt
    Xəbərlər VƏTƏNDAŞLARIN QƏBULU üçün şərhlər bağlıdır

    Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər.
    Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında Tərtər və Ağdam rayonundan olan vətəndaşları qəbul edib. Qəbulda 9 vətəndaşın müraciətinə baxılıb, məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.

    “Yeni Tərtər”