Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Okt
    Xəbərlər AHILLARLA GÖRÜŞ üçün şərhlər bağlıdır

    Yap Tərtər Rayon Təşkilatının təmsilçiləri rayonun bir qrup ahıllarının ziyarətinə gedərək, onları Beynəlxalq Ahıllar Günü münasibətilə təbrik etdi.

  • 10Okt
    Ədəbiyyat İmadəddin Nəsimi–650 üçün şərhlər bağlıdır

    “ƏQİDƏ HEYKƏLİ” MÖVZUSUNDA TƏDBİR

    Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar olaraq “Yeni Tərtər” qəzeti redaksiyasında “Əqidə heykəli” mövzusunda tədbir keçirildi.
    Tədbiri giriş sözü ilə qəzetin baş redaktoru Tofiq Yusif açdı və mövzu ilə bağlı qısa məlumat verdi.
    “Yeni Tərtər” qəzetinin əməkdaşı Nübar Mehdizadə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş “Əqidə heykəli” mövzusunda geniş məruzə etdi.
    Göstərdi ki, dahi şair 1369-cu ildə Azərbaycanın Şamaxı şəhərində anadan olub və doğulduğu yerdə təhsil alıb. Çətin bir dövrdə yaşayan şairimizin yaradıcılığı da çox ağır təzyiqlərlə üzləşib. Ərəb, fars dilləri ilə yanaşı ana dilində yazdığına görə Nəsimi bir çox şairləri üstələyib. Seyid İmadəddin Nəsimi yaradıcılığı baxımından ədəbiyyatımızda ən öndə gedən klassik şairlərdən biridir. Böyük şair Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Zülfüqar Şirvani, Xaqani Şirvani, Arif Ərdəbilinin əsərlərinə maraq göstərib. Nəsimi Şah İsmayıl Xətai, Füzuli və Vaqif yaradıcılığına böyük təsir edib. “Neylərəm”, “Etməgil”, “Yanaram” məhəbbət, “Nədir”, “Bəhrül-Əsrar”(“Sirlər dəryası”) ictimai mövzuda yazdığı qəzəlləri ecazkar gözəlliyə malikdir.
    Sonra məruzəçi şairin yaradıcılığından nümunələr gətirdi, həyatının təlatümlü məqamlarından və əqidəsinə görə edam olunduğundan söhbət açdı.
    Məruzə ətrafında “Yeni Tərtər” qəzetinin əməkdaşlarından Elfuzə Vəliyeva və Bəxtilə Əliyeva çıxış etdilər.
    Tədbiri qəzetin baş redaktoru Tofiq Yusif yekunlaşdırdı.

    “Yeni Tərtər”

  • 10Okt
    Digər QATİL DÜNYANIN ƏN DƏHŞƏTLİ VARLIĞIDIR üçün şərhlər bağlıdır

    Qətl hadisələri dünyanı bürüyüb. Müharibələr, təbii fəlakətlər, terrorçuluq, narkomanlıq azıymış kimi, bir tərəfdən də insan insanı qətlə yetirir, heç “uf!” da demir. Ələlxüsus da doğmalar bir-birinin qatili olur–ər-arvadını öldürür, qardaş-bacısını, oğul ata-anasını, ata-ana öz övladını… Dəhşətdir! Bunlar necə baş verir, adam doğmasını necə öldürə bilir, necə əlləri gəlir?! Gərək ürəyin daş olsun ki, bir canlını məhv edəsən, gözü baxa-baxa bir insanı öldürəsən. Ölüm anında o dəhşətli baxışlar, o uçunmalar, o qorxunc və tükürpədici səslər xəyalıma gəldikcə, əsməcə tutur məni, tüklərim biz-biz olur. Elə bunlara görədir ki, ömrümün bu çağına qədər bir toyuq başı kəsməmişəm, bir canlını, qarışqa olsa da, öldürməyə ürək eləməmişəm, gül-çiçəyi, yaşıl otu tapdalamağa cürətim çatmayıb; kimsə bir ağac budağı sındıranda pis olmuşam, hamısı canlıdır, axı! Tanrının yaratdığını insan necə məhv edə bilər, ömrünə necə son qoya bilər?! Bu, Allah dərgahında böyük günah sayılır. Hətta insan özü-özünə qəsd edəndə, yəni özü-özünü öldürəndə belə Yaradan onu bağışlamaz, onun yeri birbaşa cəhənnəm olar. Daha ətraflı »

  • 10Okt
    Digər AZƏRBAYCANA QARŞI ERMƏNİ TERRORU üçün şərhlər bağlıdır

    Tamamilə aydındır ki, Azərbaycan Respublikasının tərəqqisi yolunda başlıca maneə Ermənistan Respublikasının ona qarşı ərazi iddiası səbəbindən yaranmış və genişmiqyaslı hərbi təcavüzlə nəticələnən Ermənistan Azərbaycan münaqişəsidir. Buna görə də dövlətin apardığı xarici siyasət məhz Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi və erməni hərbi təcavüzünün ağır nəticələrinin aradan qaldırılması məsələsinə xüsusi diqqət yetirməkdədir.
    Məlum həqiqətdir ki, bugünkü Ermənistan-Azərbaycan münaqişəsinin dərin tarixi kökləri vardır. Əsası XIX əsrin əvvəllərində Rusiya İmperiyası tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarına ermənilərin köçürülməsilə qoyulmuş bu proses 1905-1906 və 1918-1920-ci illərdə azərbaycanlıların qəddar kütləvi terror və qanlı soyqırıma məruz qalması mərhələlərindən keçmişdir. Sonralar isə sovet dövründə əzəli Azərbaycan torpaqları hesabına orada əsrlər boyu yaşamış azərbaycanlılara qarşı etnik təmizləmənin aparılması yolu ilə indiki Ermənistan Respublikasının sələfi olan Ermənistan SSR yaradılmış və Azərbaycan SSR-in tərkibində onun Mərkəzi İcraiyyə Komitəsinin 7 iyul 1923-cü il tarixli qərarı ilə Dağıq Qarabağ Muxtar Vilayəti təşkil olunmuşdur.

    1987-ci ilin axırlarından o vaxt üçün son olaraq Ermənistan SSR-də qalan 250 minə qədər Azərbaycan əhalisinin planlaşdırılmış qovulmasının başlanması ilə Ermənistan-Azərbaycan münaqişəsinin müasir mərhələsinə təkan verilmişdir. 1988-ci ilin 20 fevral tarixində isə Dağlıq Qarabağ Muxtar Vilayətinin Vilayət Şurasının sessiyasında erməni nümayəndələrinin qəbul etdiyi “DQMV-nin Azərbaycan SSR-in tərkibindən Ermənistan SSR-in tərkibinə verilməsi barədə Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetlərinə müraciət haqqında” qərarı və 1989-cu il dekabrın 1-də Ermənistan SSR-in Ali Sovetinin indiyəcən ləğv edilməmiş “Ermənistan SSR və Dağlıq Qarabağın yenidən birləşdirilməsi haqqında” qətnaməsi qəbul edilmişdir. Daha ətraflı »

  • 10Okt
    Digər Şəhidlərimiz üçün şərhlər bağlıdır

    KİMLƏR GƏLDİ, KİMLƏR GETDİ…

    Əliyev Qabil Cəlil oğlu “Tərtər Özünümüdafiə Batalyonu”na müraciət edəndə hamı tərəddüd etmişdi. Komandanlıq tərəfindən– “sizin həm yaşınız, həm də uşaqlarınız çoxdur”–demişdilər. Lakin bu inadkar insan əqidəsindən dönmür, 1993- cü il noyabr ayının 7-də hərbi hissəyə qəbul edilir. O gündən bir əsgər kimi vətənin müdafiəsinə qalxır və mənfur ermənilərə qarşı batalyonun digər üzvləri kimi mübarizə aparır.
    Qabil Əliyev döyüşə qoşulmamışdan əvvəl ailəsini dolandırmaq üçün yaşadığı doğma Sarıcalı kəndində, sonralar isə Bərdə rayonundakı 32 saylı səyyar mexanikləşdirmə idarəsində fəhlə işləmişdi. Onun ailəsində 5 övlad böyüyürdü. Oğlu Loğman, qızları Əsmər, Ruhiyyə, Məhəbbət və Səbinə. Loğman isə anadangəlmə əlil idi.
    Qabil gündüzləri fəhləçiliyini etsə də, evə gələndə həyət-bacada çalışar, doğmalarının qayğıları ilə məşğul olardı. Bəzən ailə-nin ağırlığını nəzərə alaraq həyat yoldaşı Kəkliyin üzərinə çox yük düşməsin deyə, çöl işlərinə özü gedər, “sən get ev işlərinlə məşğul ol”– deyərdi. Beləcə baş-başa verib uşaqlarının gələcəyi üçün çalışardılar. Bəzən də qonum-qonşunun Qabilə işi düşərdi. İşığı yanmayanın işığını düzəldər, ehtiyacı olanın işinə əl atardı. Necə deyərlər, əlindən beli, baltası, kəlbətini düşməzdi. Kənddə hamı onu sadə, zəhmətkeş bir insan kimi tanıyardı.
    Mənfur ermənilərin Qarabağ savaşı başlayanda Qabil kişi çox düşünüb-daşınır. “Hamının evindən bir nəfər də olsa Vətənin müdafiəsinə qoşulur. Bəs, mən niyə getməyim?”–deyə düşünərdi. Nəhayət, qəti qərar verir. Lakin 4 qızının, əlil oğlunun və ailəsinin qayğıları daim onu narahat edir.
    Artıq özünümüdafiə batalyonuna yazıldığı vaxtdan bir neçə ay keçmişdi. Əməliyyatları yerinə yetirib qayıdanda və yaxud da döyüş tapşırığına yollanmazdan əvvəl ailəsinə baş çəkər: “Darıxmayın, hər şey yaxşı olacaq, qorxmayın! Yuyulub üstünüzə hazır gələcəm”–deyərdi. Həyat yoldaşı Kəklik onun dediyi sözlərin mənasını anlasa da uşaqları qorxutmamaq üçün fərqinə varmırdı. Evin kişisini arxayınlıqla yola salıb, yaxşı yol diləyərdi. Daha ətraflı »

  • 10Okt
    Digər Qarabağ müharibəsi qaziləri üçün şərhlər bağlıdır

    ÖMRÜN CƏSURLUQ YOLU

    1994-cü ilin sonları idi. Adəti üzrə Qarabağ müharibəsi iştirakçılarından yazmalı idim. Onun üçün Qarabağ əlliləri cəmiyyətinə zəng etdim və bir nəfər döyüşçünün barəsində yazacağımı bildirdim. Heç 10 dəqiqə çəkmədi”, 2 nəfər redaksiyaya gəldi. ( O vaxt redaksiya ilə əlillər cəmiyyəti yaxın binalarda yerləşirdi). Gələnlərdən biri Akif Lalayev, digəri cəmiyyətin o zamankı sədri İlham Mustafayev idi. Bir qədər söhbətdən sonra Akif Lalayevin savadlı, intellektli döyüşçü olmasına, İlham Mustafayevin boy-buxununa, şəxsiyyətinə, heyrət etdim…
    Bu gün o döyüşçülərdən biri–İlham Mustafayevlə üz-üzə oturmuşuq. O zamankı İlhamla bu günkü İlhamı müqayisə edirəm.
    Vətənimiz, torpaqlarımız uğrunda bir gözünü, bir qolunu, ayaq barmaqlarından birini itirmiş, üz-gözündə dəhşətli müharibənin çapıqları varıydısa da cavan görünürdü. Bu gün isə onun görkəmində son 25 ilin izləri hiss olunur. Sanki, danışığı, əsəbi də dəyişib. Bu gün İlhamdan yazmağımın əsas səbəbi ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə onun “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilməsi oldu. Yenidən döyüş günlərini yada saldıq, ona göstərilən dövlət qayğısından danışdı.
    İlham Mustafayev:
    –1990-cı ildə Özünümüdafiə Batalyonları təşkil olunanda mən də kəndimizdə yaradılmış “Cəmilli” Özünümüdafiə Batalyonuna yazıldım.
    . İlk müdafiə döyüşümüz “Torpaq təpə” deyilən ərazidən başladı. Batalyona tapşırıq verilmişdi ki, Şikar Şikarovu düşmənlər vurub, onun cəsədi döyüş ərazisində qalıb, mütləq çıxarmaq lazımdır. Batalyon döyüşçüləri ilə bərabər verilən əmri yerinə yetirdik. Cəsədi çıxararaq Tərtər hospitalına təhvil verdik.
    İkinci əməliyyat Səhlabad kəndi istiqamətində oldu. Rahilə Orucovanın cəsədini çıxarmaq lazım idi. Bu tapşırığı da yerinə yetirdik. Daha ətraflı »

  • 10Okt
    Digər QAYNAR XƏTT NÖMRƏLƏRİ üçün şərhlər bağlıdır

    1. Azərbaycan Resbublikasının Baş Prokurorluğu-161
    2. Daxili İşlər Nazirliyi – 102
    3. Vergilər Nazirliyi – 195
    4. Fövqəladə Hallar Nazirliyi – 112
    5. İqtisadi İnkişaf Nazirliyi – 195-2
    6. Dövlət Gömrük Komitəsi – 192
    7. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası – 141
    8. Təhsil Nazirliyi – 146
    9. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi – 193
    10. Dövlət Miqrasiya Xidməti – 919
    11. Ədliyyə Nazirliyi – 539 76 75
    12. Azərişıq – 440 29 21
    13. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – 142
    14. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti – 9100
    15. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu – 190
    16. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi – 1655
    17. Baş Dövlət Yol Polisi İdarəsi – 902
    18. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti – 148

  • 27Sen

    Digər üçün şərhlər bağlıdır

    AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TƏRTƏR MƏKTƏBLİLƏRİ ARASINDA(3 DEKABR 2016-cı il)

  • 27Sen
    Təhsil “BİLİK GÜNÜ” QEYD OLUNDU üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

    Tərtər rayonunun ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması münasibətilə təntənəli mərasimlər keçirildi.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı və onun nümayəndələri, idarə, müəssisə rəhbərləri ümumtəhsil məktəblərində, o cümlədən, Şıxarx qəsəbəsi ərazisində 1176 məcburi köçkün ailəsi üçün inşa olunmuş yaşayış kompleksində fəaliyyət göstərən 1200 yerlik tam orta məktəbdə yerləşən Laçın rayonunun Çaylı kənd tam orta, Nərimaniya kənd ümumi orta, Ağdam rayonunun 84 saylı tam orta və Kəlbəcər rayonunun 36 saylı tam orta məktəblərində də oldular.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov “Bilik günü” münasibəti ilə rayonumuzun təhsil işçilərini və şagirdləri təbrik edərək, onlara təhsildə uğurlar dilədi. Bildirdi ki, respublika Prezidenti cənab İlham Əliyev və Birinci-vitse prezident Mehriban xanın Əliyeva tərəfindən milli təhsilimizə yüksək səviyyədə diqqət və qayğı göstərilir. Dövlət və Heydər Əliyev Fondu tərəfindən yeni məktəblər, uşaq evləri, liseylər tikilir, məktəblərin maddi-texniki bazası gücləndirilir. Təhsilə göstərilən qayğı gələcəyimizə göstərilən qayğıdır. Məhz bu qayğı nəticəsində təhsildə uğurlu nəticələr əldə olunur. Daha ətraflı »

  • 27Sen
    Tərtər RİH-də QARAAĞACI KƏNDİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Qaraağacı kəndində oldu. Tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.
    Əvvəlcə Qaraağacı kənd İƏD üzrə nümayəndə Lətif Həmidov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti və görülən işlər barədə məlumat verdi.
    İcra nümayəndəsinin məlumatından sonra sakinlərin müraciətləri dinlənildi. Kənd ağsaqqalı Şükür Əhmədov görülən işlərə görə respublika Prezidentinə kənd camaatı adından minnətdarlığını bildirdi. Erməni quldurları ilə təmas xəttində yaşayan kənd sakinlərinin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən danışdı.
    Sonra Şükür Əhmədov “Qulubəyli yeri” adlanan ərazidə yerləşən 80 hektara yaxın əkin sahələrinin suvarılmasında yaranan çətinlikdən danışaraq bu ərazidə subartezian quyusunun qazılmasına ehtiyac olduğunu bildirdi. Eyni təklifə kənd sakini Mamed Nuriyev də qoşuldu.
    Sakinlərdən Zahid Əhmədov içməli su xəttinin 24 ailənin yaşadığı küçəyə də çəkilməsi, ll qrup Qarabağ müharibəsi əlili Ceyhun Məmmədov ona 2-ci pay torpağı sahəsinin verilməsi, Elnur Əhmədov isə kənd yolunda maşınların sürət həddinin azaldılması üçün yol nişanı qoyulması ilə bağlı müraciət etdilər. Daha ətraflı »