Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20İyn
    Tərtər RİH-də MİNNƏTDARLIQ BİLDİRİBLƏR üçün şərhlər bağlıdır

    Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar–qəbul görüşü Gülabatlı kəndində keçirilib.
    Əvvəlcə Buruc kənd İƏD üzrə nümayəndə Böyükkişi Məlikov kəndin sosial-iqtisadi inkişafı və görülən işlər barədə məlumat verib. Qeyd olunub ki, Gülabatlı kəndinin 245 hektar ərazisi, 404 nəfər sakini var.
    Sonra vətəndaşların müraciətləri dinləndi. Gülabatlı kənd tam orta məktəbin direktoru Asif Alıkişiyev məktəbdə telefon xəttinə, yardımçı sinif otaqlarına, Nüşabə Misirova məktəbə gələn yolun asfaltlanmasına, Əzim Qaraşov kəndarası su arxlarının lildən təmizlənməsinə ehtiyac olduğunu bildiriblər.
    Qaldırılan məsələlərlə bağlı rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalinin güzəranının yaxşılaşdırılması üçün görülən işlərdən, mövcud problemlərin həlli ilə əlaqədar həyata keçirilən tədbirlərdən danışıb. Daha ətraflı »

  • 20İyn
    Xəbərlər MİLLİ QURTULUŞ GÜNÜ üçün şərhlər bağlıdır

    Əvvəlcə tədbir iştirakçıları Mərkəzi Meydanda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri qoydular, onun həyat və fəaliyyətini əks etdirən kitab sərgisinə baxdılar.
    Sonra tədbir YAP Tərtər Rayon Təşkilatının Qərargahında davam etdirildi. Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq tərtərliləri Milli Qurtuluş Günü münasibəti ilə təbrik etdi, ulu öndərin Azərbaycan xalqının xilaskarı olduğuna diqqəti cəlb etdi. Rayon rəhbəri ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının rifahı naminə gördüyü möhtəşəm işlərdən və həyata keçirdiyi qlobal tədbirlərdən ətraflı bəhs etdi, əvəzsiz xidmətlərindən danışdı.
    Sonda nəzərə çatdırdı ki, xalqın təkidli tələbi və iqtidarın xahişi ilə Heydər Əliyev 1993-cü il iyunun 15-də Ali Sovetə sədr seçildi. O gündən insanlarda inam yarandı ki, faciələrdən, fəlakətlərdən, ölüm və qandan qurtulacaqlar. Bu, doğrudan da milli qurtuluş idi. Daha ətraflı »

  • 20İyn
    Səhiyyə TİBB İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI üçün şərhlər bağlıdır

    Tərtərdə 17 iyun–Tibb işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirildi.
    Tədbir iştirakçıları ulu öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla yad etdilər.
    Sonra tədbir YAP Tərtər Rayon Təşkilatının inzibati binasında davam etdirildi.
    Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq, tibb işçilərini peşə bayramları münasibəti ilə təbrik edib, son illərdə ölkəmizdə səhiyyənin inkişaf səviyyəsinin dünya standartlarına cavab verməsini, hazırda ölkə-mizdə ən mürəkkəb və unikal tibbi əməliyyatların belə yüksək peşəkarlıqla həyata keçirildiyini, respublikada tibbin bütün sahələri üzrə ixtisaslı kadrların yetişdirildiyini nəzərə çatdıraraq, bütün bu uğurların əldə olunmasında ölkəmizin artan iqtisadi imkanlarının və bu imkanlardan səhiyyənin maddi-texniki bazasının tam yenilənməsi istiqamətində ölkə başçımız cənab İlham Əliyevin uzaqgörən siyasətinin və gərgin fəaliyyətinin nəticəsi olduğunu bildirdi. Daha ətraflı »

  • 20İyn
    Xəbərlər RAYON RƏHBƏRİ ŞƏHİD AİLƏSİNƏ BAŞ ÇƏKİB üçün şərhlər bağlıdır

    Tərtərdə şəhidlərimizin ruhu daim əziz tutulur, doğmalarına, yaxınlarına diqqət və qayğı göstərilir. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhidlərimizin ruhuna ehtiram göstərərək, onların ailələrinə, doğmalarına və yaxınlarına daim hörmətlə yanaşır. Hər zaman onların problemləri ilə yaxından maraqlanır, qarşılaşdıqları çətinliklərin həlli istiqamətində işlər görür.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Ramazan bayramında Aprel şəhidi Nicat İsgəndərovun ailəsində olub, Bəhruz İsgəndərovun səhhətilə maraqlanıb. Qeyd edək ki, şəhid atası Bəhruz İsgəndərov Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə may ayının 23-də ürəyində yaranmış problemlə əlaqədar əməliyyat olunub, hazırda sağlığına qovuşub. Rayon rəhbəri şəhid atasını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib, bayram sovqatları verib və xoş arzularını çatdırıb. Bildirib ki, siz şəhid valideynlərinə qayğı göstərmək hər birimizin ən ümdə borcumuzdur. Vətən üçün igid oğullar böyüdən valideynlərə qayğı ilə yanaşmaq hər bir azərbaycanlının ən əsas işi olmalıdır. Şəhid atası ilə səmimi söhbətdə rayon rəhbəri dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb.
    Şəhid atası Bəhruz İsgəndərov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığını bildirib.

    “Yeni Tərtər”

  • 20İyn
    Digər ŞƏHİD NİCAT İSGƏNDƏROV ADINA KÜÇƏ üçün şərhlər bağlıdır

    Rayon rəhbərliyinin təşəbbüsü ilə son zamanlar şəhərimizin küçələrinə Qarabağ müharibəsində şəhid olmuş igidlərimizin adları verilir, baralyefləri vurulur və beləliklə onların xatirələri əbədiləşdirilir. Bu küçələr əvvəlcədən abadlaşdırılır, səliqə-sahmana salınır, müasir işıqlandırma sistemi ilə təmin olunur, asfaltlanır və təmir edilir.
    Belə küçələrdən biri də ötən il çox gözəl abadlaşdırılmış və şəhid Nicat İsgəndərovun adı verilmiş küçədir. Bu küçə əvvəllər bərbad vəziyyətdə idi. İndi isə yaraşıqlı və rahat gediş-gəliş yerinə çevrilib. Axşamlar sakinlər burada müasir küçə işıqlarının altında gəzintiyə çıxır, təmiz havada rahat dincələ bilirlər.
    Küçənin giriş hissəsinə şəhidin baralyefi vurulmuş, asfaltlanmış, divarlar tam təmir olunmuş, kommunikasiya xətləri nizama salınmışdır.
    Görülən işlər sakinlərin ürəyincədir.

    Nübar XANLARQIZI

  • 20İyn
    Kənd Təsərufatı “TƏRTƏR RAYONUNDA TAXIL BİÇİNİNİN, BARAMA TƏDARÜKÜNÜN, PAMBIQ VƏ ÇUĞUNDUR SAHƏLƏRİNDƏ BECƏRMƏ İŞLƏRİNİN GEDİŞİ VƏZİYYƏTİ BARƏDƏ” MÜŞAVİRƏ KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Müşavirədə kənd təsərrüfatının inkişafı ilə bağlı qarşıda duran vəzifələr müzakirə edilib.
    Yerli icra nümayəndələrinin, bələdiyyə sədrlərinin, idarə, müəssisə, təşkilat rəhbərlərinin, kənd təsərrüfatı mütəxəssislərinin, fermerlərin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi bu müşavirədə rayonda kənd təsərrüfatı sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışılıb.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin respublikada kənd təsərrüfatının və sahibkarlığın inkişafı, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, əhalinin məşğulluğunun yüksəldilməsi, torpaq sahələrindən səmərəli istifadə olunması barədə tapşırıqları Tərtər rayonunda uğurla icra olunur.
    Diqqətə çatdırılıb ki, rayon ərazisində bu günə kimi 9447,7 hektar sahədə yazlıq əkin işləri aparılıb. Buğda və şəkər çuğunduru istehsalına görə ötən illər respublikada ön sıralarda gedən tərtərli əkinçilər bu il də yüksək məhsul əldə etməyi qarşılarına məqsəd qoyublar. Belə ki, 2018-ci ildə 7545,6 hektar buğda sahəsindən 30 min 984,4 ton, 859 hektar şəkər çuğunduru sahəsindən 29 min 928 ton məhsul əldə edilib. Buğdanın orta məhsuldarlığı 41,1 sentner, şəkər çuğundurunun orta məhsuldarlığı 378,1 sentner olub. Bu il isə 7087,9 hektar sahədə buğda, 682,5 hektar sahədə şəkər çuğunduru əkilib. Əkin və becərmə işləri aqrotexniki qaydalara düzgün əməl olunaraq aparıldığı üçün bu il də sahələrdə bol məhsul yetişdirilib. Daha ətraflı »

  • 20İyn
    Digər AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ üçün şərhlər bağlıdır

    Möhtərəm cənab Prezident!
    Zati-Alilərinizə müraciət etməkdə məqsədim mənim bir şair, qələm adamı kimi yaradıcılığıma yüksək dəyər verərək Azərbaycanın Xalq şairi adına layiq gördüyünüzə görə Sizə öz dərin minnətdarlığımı bildirməkdir.
    Əzəli və əbədi torpaqlarımız olan Dərələyəz mahalında təvəllüd tapdığıma görə, bəri başdan qeyd edim ki, mən Azərbaycanın Xalq şari fəxri adına layiq görülmüş ilk Qərbi Azərbaycanlıyam. Ona görə də bu ada layiq görülməyimdən xüsusi qürur duyuram. Qeyd etməyi özümə borc bilirəm ki, Zati-Alilərinizin məni belə yüksək məqama yüksəltməsi həmyerlilərim tərəfindən böyük bir rəğbətlə qarşılandı. Təmasda olduğum çoxsaylı insanlar mənə göstərilmiş bu diqqət və qayğını, eyni zamanda, onların hər birinə göstərilən sayğı kimi dəyərləndirirlər. Həm də Sizin diqqətinizə çatdırmağı dönə-dönə rica etdilər ki, zaman-zaman öz yuvalarından didərgin düşmüş insanlar ümummilli liderimiz Heydər Əliyevin müqəddəs ruhuna, onun siyasi və ən yüksək insani keyfiyyətlərinin daşıyıcısı olan cənab İlham Əliyevin həyata keçirdiyi siyasətə daim sadiq olacaqlar və onları bu yoldan heç bir siyasi qüvvə, kiminsə yersiz ambisiyaları döndərə bilməyəcəkdir. Daha ətraflı »

  • 20İyn
    Xəbərlər MAARİFLƏNDİRİCİ MİSSİYA üçün şərhlər bağlıdır

    Tərtər rayonunda “Erkən nikah və işsizlik insan alverinə şərait yaradan səbəblər” kimi mövzusunda maarifləndirmə tədbiri keçirilib.
    Tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi və nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Tərtər Rayon Məşğulluq Mərkəzi tərəfindən təşkil olunub. Ümumtəhsil məktəblərinin psixoloqlarının, gənclərin, sosial işçilərin və digərlərinin iştirak etdiyi tədbirdə mövzu ilə bağlı müzakirələr və maarifləndirmə aparılıb.
    İnsan alveri anlayışı, onun növləri, insanların hansı hallarda qurbana çevrildiyi, habelə insan alveri ilə mübarizə formaları və s. barədə ətraflı məlumatlar verilib. İnsan alveri qurbanlarının, eləcə də potensial qurbanlarının (insan alveri təhlükəsi ilə üzləşmək riski olan şəxslərin) cəmiyyətə fəal inteqrasiyasında onların məşğulluğunun təmin olunmasının da xüsusi önəm kəsb etdiyi qeyd olunub. Həmin şəxslərin əmək bazarına çıxışının dəstəklənməsi, habelə onların əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunması, məşğulluq problemlərinin həlli istiqamətində görüləcək işlər müzakirə olunub.

    “Yeni Tərtər”

  • 20İyn
    Xəbərlər REDAKSİYADA TƏDBİR üçün şərhlər bağlıdır

    Milli Qurtuluş Günü münasibəti ilə “Yeni Tərtər” qəzeti redaksiyasında tədbir keçirilib. Tədbirdə qəzetin bütün əməkdaşları iştirak edib.
    “Yeni Tərtər” qəzeti redaksiyası ərazi ilk partiya təşkilatının sədri Elfuzə Vəliyevanın “Heydər Əliyev və onun xilaskarlıq missiyası” mövzusunda ətraflı məruzəsi dinlənilib. Məruzədə ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının həyatında oynadığı rol, xilaskarlıq missiyası, əvəzolunmaz bir lider kimi beynəlxalq aləmdəki nüfuzu, öz xalqına qeyrətli bir oğul kimi göstərdiyi xidmətlər öz geniş əksini tapdı.
    Qəzetin baş redaktoru Tofiq Yusif, redaksiyanın əməkdaşlarından Bəxtilə Əliyeva, Kənan Hüseynzadə, Nübar Mehdizadə, Aysel Hüseynova və Yemən Bəhmənli çıxış edərək, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, öz xalqına göstərdiyi misilsiz xidmətlərdən danışdılar.

    “Yeni Tərtər”

  • 20İyn
    Milli-mənəvi dəyərlər AZƏRBAYCANDAKI TOLERANTLIQ MODELİ DÜNYAYA NÜMUNƏDİR üçün şərhlər bağlıdır

    Azərbaycanda tolerantlıq mühiti hər zaman ən yüksək səviyyədə olduğu üçün burada multikulturalizmə, millətlər və dinlər arasında olan münasibətlərə, dialoqa həsr edilmiş beynəlxalq səviyyəli bir çox tədbirlər, elmi konfranslar keçirilir. Dünyanın müxtəlif ölkələrinin ənənəvi dünya dinlərini təmsil edən 200-dən çox nümayəndənin iştirak etdiyi “Qloballaşma, din, ənənəvi dəyərlər” mövzusunda tədbir 2010-cu ilin aprelində məhz Bakı şəhərində keçirilmişdir. Bunu Azərbaycanın beynəlxalq aləmdə tanınması, tolerantlıq mühitinin genişlənməsi və inkişafı ilə əlaqələndirmək olar. 2011-ci ildən başlayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə hər iki ildən bir Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bu forumlar UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatının tərəfdaşlığı ilə reallaşdırılır.
    Respublikamızda dini dözümlülüyün, dini müxtəlifliyin, milli və dini tolerantlığın, multikulturalizmin, milli-mənəvi dəyərlərin inkişafında və təbliğ edilməsində Heydər Əliyev Fondunun əvəzolunmaz xidmətləri vardır. Fondun təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan Parisin ürəyində” adlı layihə çərçivəsində 2015-ci il sentyabrın 8-də Parisdə “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda konfrans keçirilmiş və “Parisin ürəyində Azərbaycan musiqisi” adlı konsert təşkil olunmuşdur.
    2014-cü il sentyabrın 26-da BMT Baş Məclisinin 69-cu sessiyasında Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun 2016-cı ildə Bakıda keçirilməsi barədə qərarına əsasən 2016-cı il aprelin 25-27-də Bakıda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci qlobal forumu keçirilmişdir. Forumda dünyanın 140-dan çox ölkəsindən nümayəndə heyətləri, çox-saylı beynəlxalq təşkilatların, dini konfessiyaların, QHT-lərin nümayəndələri iştirak etmişlər.
    Multikulturalizmin bu formada geniş təsbit və tətbiq olunması Azərbaycanın dünyaya olan töhfələrindən biridir.
    Cari ilin mayın 2-də Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başladı.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər. Daha ətraflı »