Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28İyn
    Xəbərlər TƏRTƏRDƏ “AZƏRBAYCANDA 2019-cu İLDƏ KEÇİRİLƏCƏK BƏLƏDİYYƏ SEÇKİLƏRİNDƏ İŞTİRAK EDƏCƏK “LİDER QADINLARININ ŞƏBƏKƏSİ”nin YARADILMASI” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLDİ üçün şərhlər bağlıdır

    YAP Tərtər Rayon Təşkilatında Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” proqramı üzrə “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyi tərəfindən həyata keçirilən “Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi” layihəsi çərçivəsində tədbir keçirildi.
    Tədbiri Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov açaraq, Tərtər rayonunun fəal bələdiyyə üzv qadınların əla təcrübəsindən və əldə etdikləri nailiyyətlərdən danışdı. Qarşıdan gələn bələdiyyə seçkilərində qadın iştirakçılığının rolu və qərar qəbuletmə proseslərində qadın təmsilçiliyi haqqında danışaraq, layihənin Tərtərdə keçirilməsinin vacibliyindən söz açdı.
    Tədbirdə çıxış edən “Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi” layihəsinin əlaqələndiricisi və Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda İctimai Birliyinin sədri xanım Lyudmila Xəlilova çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə keçirilən layihənin əsas məqsədi effektiv və gender yönümlü yerli özünüidarəetmənin təşkili və bələdiyyə idarəçiliyində qadınların rolunun gücləndirilməsidir. Daha ətraflı »

  • 28İyn
    Kənd Təsərufatı TƏRTƏR RAYONUNDA 2019-cu İLİN MƏHSULU ÜÇÜN KƏND TƏSƏRRÜFATI BİTKİLƏRİ ƏKİNLƏRİNİN QƏTİ UÇOTUNUN YEKUNLARI üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi kollegiyasının 2018-ci il 26 dekabr tarixli, 11/3 nömrəli qərarı ilə təsdiq edilmiş “2019-cu ildə yerli statistika orqanları üçün statistik işlər proqramı”na uyğun olaraq 2019-cu il iyunun 1-i vəziyyətinə rayon ərazisində dövlət və qeyri-dövlət kənd təsərrüfatı müəssisələri, həmçinin ailə kəndli və ev təsərrüfatları da daxil olmaqla bütün təsərrüfat kateqoriyaları üzrə kənd təsərrüfatı bitkiləri əkinlərinin qəti uçotu keçirilmişdir.
    Hesabat məlumatlarına əsasən 2019-cu ilin məhsulu üçün əvvəlki illərdə əkilmiş çoxillik otların əkin sahələri də daxil edilməklə, payızlıq və yazlıq bitkilərin ümumi əkin sahəsi 26853,1 hektar olmuş və keçən illə müqayisədə 744,6 hektar və yaxud 2,9 faiz artmışdır.
    Rayon üzrə əkin sahəsinin 11171,4 hektarını və yaxud 41,6 faizini dənli və dənli paxlalı bitkilərin, 6579,1 hektarını və yaxud 24,5 faizini texniki bitkilərin, 1561,8 hektarını və yaxud 5,8 faizini kartof, tərəvəz və bostan bitkilərinin, 7540,78 hektarını və yaxud 28,1 faizini yem bitkilərinin əkin sahələri təşkil etmişdir.
    Dənli və dənli paxlalılar. Dənli və dənli paxlalı bitkilərin 7093,9 hektarı (63,5%) buğda, 3814,5 hektarı (34,1%) arpa, 175,5 hektarı dən üçün qarğıdalı, 4 hektarı darı, 45 hektarı noxud, 26,5 hektarı lobya, 11 hektarı soya və 1 hektarı qarabaşaq əkinlərindən ibarətdir.
    Carı ildə dənli və dənli paxlalı bitkilərin əkini əvvəlki ilə nisbətən 554,5 hektar və yaxud 4,7 faiz , o cümlədən buğda əkini 451,7 hektar və yaxud 6 faiz, arpa əkini 196,2 hektar və ya 4,9 faiz azalmış, dən üçün qarğıdalı əkini 68,5 hektar və ya 64 faiz, noxud əkini 13,3 hektar və ya 42 faiz, lobya əkini 18,6 hektar və ya 3,4 dəfə artmışdır. 2019-cu ilin məhsulu üçün rayon üzrə ən çox dənli və dənli paxlalı bitkilər Şıxarx (1260 hektar), Qaraağacı (718,5 hektar), Hüsənli (659 hektar), Bəyimsarov (540 hektar), Hacıqərvənd (442 hektar) inzibati ərazi dairələrində əkilmişdir.
    Dənli və dənli paxlalı bitkilərin əkin sahələrinin əsas hissəsini payızlıq dənli bitkilər təşkil edir. Belə ki, keçən ilin payızında dən və yaşıl yem üçün əkilmiş 11050,9 hektar sahədən 10902,4 hektar payızlıq dənli bitkilər, cari ilin yaz əkini dövrünün sonunadək salamat qalmışdı ki, bu da ümumi dənli və dənli paxlalı bitkilərin əkin sahəsinin 97,6 faizinə bərabərdir. Payızlıq dənli bitkilərin 86 hektarı yem üçün istifadə edildikdən sonra yerinə yazlıq bitkilər əkilmiş, 62,5 hektarı isə yem üçün saxlanılmışdır. Daha ətraflı »

  • 28İyn
    Kənd Təsərufatı ƏRZAQ TƏHLÜKƏSİZLİYİ AQRAR SEKTORUN İNKİŞAFINDAN ASILIDIR üçün şərhlər bağlıdır

     

    Müasir dövrdə ərzaq təhlükəsizliyinin təmin edilməsi hər bir dövlət üçün strateji xarakter daşıyır. Çünki ərzaq təhlükəsizliyi ölkənin siyasi və iqtisadi təhlükəsizliyinin ən mühüm tərkib hissələrindən olub dövlətin strateji maraqlarının qorunmasında böyük önəm daşıyır.
    Aqrar sektorun inkişafında əsas amillər iqtisadi siyasətin əsas konturlarının dəqiq müəyyən edilməsi və islahatların düzgün aparılmasıdır. Azərbaycan hazırda daxili istehsal hesabına dənli bitkilərlə, quş əti ilə, ətlə, kərə yağı ilə, süd və süd məhsulları ilə, unla, şəkərlə, meyvə-tərəvəzlə təmin olunur. Respublikamız kənd təsərrüfatı məhsullarının istehsalındakı uğurları ilə idxalçıdan tədricən ixracçıya çevrilir.
    Bölgələrdə yaşayan əhalinin əsas gəlir mənbəyi və güzəranı aqrar sektorun inkişafından asılıdır. Odur ki, dövlət tərəfindən kənd təsərrüfatında çalışanlara hər cür dəstək verilir. Bu gün kəndlərdə məhsul istehsalçıları torpaq vergisindən savayı bütün növ vergilərdən azad ediliblər. Onlar istifadə etdiyi yanacağa, sürtkü yağlarına görə dövlətdən subsidiya alırlar. İstehsalçılar müxtəlif toxum, damazlıq heyvanlarla pulsuz və ya güzəştli qiymətlərlə təmin edilirlər. Daha ətraflı »

  • 28İyn
    Digər İstiqamət №16. Ekologiya və ətraf mühitin mühafizəsi üçün şərhlər bağlıdır

    DÜNYANIN TALEYİ EKOLOJİ TARAZLIQDAN ASILIDIR

    TƏBİƏTƏ ZİYAN VURMAQ OLMAZ

    “Mən dəfələrlə demişəm, bir də deyirəm, kim hansı bir sağlam ağacı kəsirsə hesab edirəm ki, o, mənim qolumu, barmaqlarımı kəsir… İnsan qurmalıdır, yaratmalıdır… Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız. Təbiətə zərər vuranlar, təbiəti çirkləndirənlər, korlayanlar cəmiyyətimizin, hamımızın düşmənidir”.

    Heydər ƏLİYEV

    Dünyada ekoloji tarazlığı qorumaq, ətraf mühiti mühafizə etmək Yer kürəsini, həmçinin burada mövcud olan bütün canlı və cansız aləmi məhv olmaqdan xilas etmək deməkdir. Hazırda baş verən qlobal təbii proseslər və onların fəsadları da birbaşa, ya da dolayısı yolla təbiətə insanların münasibəti, ətraf mühitə vurduğu zərərlə əlaqədardır. Yəni çox şey özümüzdən asılıdır. Sağlam və rahat ömür sürmək istəyiriksə, təbii fəlakətlərdən xilas yolu axtarırıqsa, təbiəti qorumalı, ətraf mühiti çirkləndirməməliyik. Onsuz da dünyadakı müharibələr, texnoloji proseslər ekologiyaya ağır zərbələr vurmaqdadır.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “İnsanın yaxşı həyatını təmin edən amillərdən biri də ekoloji vəziyyət, sağlamlıq və təbiətin, ətraf mühitin qorunmasıdır. İnsanların sağlamlığına, ekoloji vəziyyətə, udduğumuz havaya, içdiyimiz suya bütün bunlara biz çox böyük diqqət göstərməliyik”.

    DÖVLƏT QAYĞISI

    “İnsan təbiətdən öyrənir, onun havası ilə pərvəriş tapır, ağıla dolur, zənginləşir, təzələnir, təmizlənir”.

    Heydər ƏLİYEV

    Son illər Azərbaycanda təbiətə dövlət səviyyəsində çox yüksək qayğı göstərilir. Müxtəlif layihələr hazırlanıb, həyata keçirilir. Bunun nəticəsidir ki, ölkəmizdə yaşıllıq sahələri xeyli genişlənmiş, meşələr bərpa olunmuş, yeni meşə zolaqları salınmış, ətraf mühitin sağlamlaşdırılması üçün əsaslı tədbirlər görülmüşdür. Daha ətraflı »

  • 28İyn
    Digər Ailələrimiz üçün şərhlər bağlıdır

    KÖVRƏK QƏLBİN DÖYÜNTÜLƏRİ

    Hər bir yaranmışın–xüsusilə insanın əvvəli və sonu vardır. Bu iki məfhum arasında olanlar, ötüb-keçənlər bir həyat tarixçəsi hesab olunur. Yəni, yaşanmış keşməkeşli, acılı-şirinli günlərin xatirələrinə çevrilir. Bu xatirələr ömrü boyu insanı izləyir. Bəzən onları bölüşmək, paylaşmaq istəyi yaranır, ehtiyacı duyulur. Bu zaman bir parça kağız-qələm köməyə gəlir və xatirələrlə baş-başa qalırsan. Çalışırsan elə yazasan ki, oxuyan bir təskinlik tapsın.
    Qarşımda dəftər vərəqinə qısa yazılmış tərcümeyi-halı xatırladan kövrək bir qəlbin çırpıntıları var. Burada atalı-analı günlərin həsrəti duyulur, ömür-gün yoldaşına vəfalılıq, Vətən-Yurd məhəbbəti uyuyur.
    Bu xatirələri dilə gətirən hamımızın yaxşı tanıdığı, camaat arasında böyük hörmətə layiq, ağsaqqal, həlim təbiətli bir insan olan Zakir Bağırovdur.
    Zakir müəllimə olan hörmətdən dolayı onun xatirələrinə heç bir əlavə etmədən istədim dərd sahibinin öz dili ilə oxucuya çatdırılsın. Zakir müəllim ötən günlərini belə xatırlayır:
    –Atam Mehdiyev Bağır Tağı oğlu 1925-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Nənəcir kəndində anadan olub. Uşaq vaxtlarında atası ilə anası ayrıldıqdan sonra anasının himayəsində Vedibasar rayonunun Xalisə kəndində boya-başa çatmışdır.
    1943-1945-ci illərdə Böyük Vətən Müharibəsinin iştirakçısı olub.
    1946-cı ildə müharibədən qayıtdıqdan sonra əslən Vedibasar rayonunun Qaraqoyunlu kəndindən olan 1929-cu il təvəllüdlü Mehdiyeva Maral Mövlanverdi qızı ilə ailə həyatı qurub, həmin kənddə yaşamışlar. Anam Kolanlı kəndində 7-ci sinfi qurtardıqdan sonra həmin rayonun Baxçacıq kəndində ibtidai sinif müəllimi işləmişdir. Bu, 1941-1945-ci illərə təsadüf olunur.
    Anam ailə həyatı qurduğu üçün müəllimlik fəaliyyətini dayandırır. 1949-cu ildə Stalin–Mikoyan cütlüyünün verdiyi əmrə əsasən ailəmiz, o cümlədən, Qarabağlar rayonunun Çığındərə deyilən kəndi Azərbaycan Respublikasına deportasiya edilmiş, mal-qara ilə birlikdə yük daşınan vaqonlarda Salyan rayonunun Xıllı qəsəbəsində məskunlaşmışlar. Daha ətraflı »

  • 28İyn
    Digər İTKİN SAYILAN ŞƏHİD üçün şərhlər bağlıdır

    Bu günlərdə redaksiyamıza orta yaşlı bir kişi gəldi. Bildirdi ki, qardaşı Qarabağ savaşında şəhid olub. Şəhidlər bizim qürur yerimizdir. Bu mövzuda yazmaq çətin olsa da, onu şərəf işi bilib, şəhiddən yazmağı müqəddəs vəzifə hesab edirəm.
    Danışdıqca onun həsrətdən dil-dodağı əsirdi. Dedi ki, Vasifin 18 yaşı varıydı şəhid olanda. Məndən kiçik idi. Cəmi 9 ay hərbi xidmət çəkdi.
    18 yaş nədir ki, müharibənin od-alovuna tab gətirsin, qan-içən, yağı düşmənin hücumunu qarşılayıb, dəf etsin. Axı, biz, hətta o yaşdakı cavanlarımız müharibəni kinolarda görmüşdük, kitablarda oxumuşduq. Özü də müharibəyə nə özümüz, nə də düşüncəmiz hazır deyildi. Heç kəsin–kiçiyin də, böyüyün də müharibəni və onun gətirdiyi fəlakətləri görmədiyi halda o dəhşətləri yaşamalı olmuşduq. Ta yaranışımızdan Vətən, Torpaq bizim üçün əziz olduğundan, onu qorumağı şərəf işi bilib düşmən qarşısına çıxan oğullarımız geri çəkilmədən ölümün gözünə dik baxaraq, canlarından, qanlarından keçdilər, Vasif Abdullayev kimi.
    Qardaşı Məhəmmədin dediklərindən:
    –1993-cü ildə hərbi xidmətə çağrılanda çəkinmədən, könüllü getdi. Ürəkli oğlanıydı. Evə gələndə qalmaq istəmirdi, əynini dəyişən kimi döyüşə qayıdırdı. Axırıncı dəfə evdən çıxanda bildirdi ki, bir müddət gələ bilməyəcəm. Hətta şəhid olarkən xəbər tutmadıq. Qonşu kəndlərdən olan döyüş yoldaşları Azər, Şəmsi və Səlim şəhidliyi haqqında xəbər gətirdilər…
    Vasif Abdullayevin döyüş yolu Ağdərəətrafı kəndlərdən keçmişdi. “Faqot” adlı silahı ilə birgə düşmənə qarşı cəsarətlə döyüşürdü. 26 iyun 1994-cü il bu ürəkli vətən oğlumuzun son savaşı oldu. Çardaxlı kəndində qanlı döyüş gedirdi. Düşməni diri tutmaq məqsədi ilə onların “BMP”-nin üstünə çıxdığı zaman içəridən atılan gülləyə tuş gəlir. Düşündüyü planını həyata keçirə bilmədi. Cəsədi döyüş bölgəsində qaldı. Daha ətraflı »

  • 28İyn
    Təhsil QÜRURLANDIĞIMIZ UŞAQLAR üçün şərhlər bağlıdır

    Umudlu kənd tam orta məktəbin IV sinif şagirdləri bu il ibtidai sinifi başa vurdular. Qısa olaraq bu sinif haqqında məlumat vermək istərdim. Çünki bu sinifin uşaqları ayrı-ayrılıqda çox böyük gələcəyi olan istedadlı uşaqlardır. 20 nəfər şagirddən ibarət olan bu sinif Zümrüd Rasim qızı Mustafayevanın əməyinin məhsuludur. Zümrüd müəllimə 40 ildir ki, Umudlu kənd tam orta məktəbində ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir. Onun yetirdiyi şagirdlər müxtəlif sahələrdə uğurlar qazanıblar. Bütün vaxtını şagirdləri ilə keçirmək, onlarla birlikdə olmaq bu müəllimin həyatının mənasını təşkil edir. Onun sevgi dolu fəaliyyəti şagirdlərinə də sirayət edib. Onlar da müəllimi kimi həyat doludurlar.
    Zümrüd müəllimənin uzunmüddətli pedaqoji fəaliyyətində belə buraxılış siniflər çox olub.
    Ancaq bu ilki IV siniflər rayon və məktəb tədbirlərində yaxından iştirak etmişdilər.
    2018-ci il noyabrın 9-da “Bayraq meydanı”nda keçirilən ümumrayon tədbirində gözəl bir kompozisiya ilə çıxış etdilər. O cümlədən, Umudlu kənd tam orta məktəbin yetirməsi Elçin Qasımov da məktəbin özünün keçirtdiyi görüş tədbirində yüksək səviyyədə çıxış etdi.
    Bütün bu çıxışlardan daha yaddaqalanı 2019-cu il fevralın 28-də Umudlu kəndinin işğalı ilə bağlı 6 saylı məktəbdə keçirilən “Umudluya qayıdacağıq” tədbirində daha geniş kompozisiya ilə çıxış etdilər. Bu tədbirdə isə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov və digər məsul şəxslər IV sinif şagirdləri ilə xatirə şəkili çəkdirdilər. Bu fidan balalar Zümrüd müəllimənin təşkilatçılığı ilə çox maraqlı “Son zəng” keçirdilər. Onlar özləri rəngarəng proqramlar hazırlamışdılar. Daha ətraflı »

  • 28İyn
    Ədəbiyyat Poeziya üçün şərhlər bağlıdır
    Asif TALIBOĞLU

    GƏL QƏBRİMİN ÜSTÜNƏ

     

    Sağlığımda görüşümə gəlmədin,

    Barı hərdən gəl qəbrimin üstünə.

    Bir vaxt mənə oğrun baxan gözlərin,

    Qoy axıtsın sel qəbrimin üstünə.

     

    Sənə olan saf eşqimin xətrinə,

    Səni yazdım hər şeirimin sətrinə.

    Qarışdırıb saçlarının ətrinə,

    Qoy bir dəstə gül qəbrimin üstünə.

     

    Demirəm ki, fəryad qopar, et nələr,

    Asif deyə bir pıçıltın bəs elər,

    Bəlkə ruhum rahatlanar, dincələr,

    Gəzdirərsən əl qəbrimin üstünə

    NAHAQ DEDİN: “L BRİN ÜSTÜNƏ”

    radə nəşin Asif Talı-boğluna cavabı)

     

    rüşünmədim, bağışla!

    Nahaq dedin: “l brimin üstünə”.

    Dünya-aləm qara geyib, yas tutar,

    Töksə gözüm sel qəbrinin üstünə.

     

    Qönçə kimi saralanda bənizim,

    Məhəbbətin verdi mənə bir dözüm.

    Böyütmədim arzuları, əzizim,

    Qoymaq üçün gül qəbrinin üstünə.

     

    Bundan belə İradəni dərd didər,

    Ay insafsız, arzuladın gör nələr!…

    Boğsa məni acı qüssə, qəm, qəhər,

    Gəlmiyəcəm, bil qəbrinin üstünə.

    Nahaq dedin: “Gəl qəbrimin üstünə”

                                                             Bakı şəhəri

     

  • 28İyn

    Ədəbiyyat üçün şərhlər bağlıdır
     

    TƏRTƏRİM

    Murovdağın ətəyindən boylanan

    Sən bir cənnət bucağısan, Tərtərim.

    Vətənimiz qədim Odlar Yurdunun

    Sönməz odu-ocağısan, Tərtərim.

     

    Əsrlərin yaşıdısan–ulusan.

    Hər tarixi şanlı hünər dolusan,

    Qarabağa gedən zəfər yolusan,

    Xoş günlərin sorağısan, Tərtərim.

     

    Bürünmüsən yaşıla sən, ala sən,

    Görüm səni daim abad olasan!

    Sən yenilməz, bir alınmaz qalasan,

    Düşmənlərə göz dağısan, Tərtərim.

     

    Sahilboyu sərin yaylaq havası,

    Axşamüstü bir aləmdir səfası.

    Tərtərçayın səsi–ana laylası,

    Doğma ana qucağısan, Tərtərim.

     

     

    Asif deyər sən dahilər yurdusan,

    Qəhrəmanlar, fədailər yurdusan.

    Cavanşirlər, Xətailər yurdusan,

    Azərbaycan torpağısan, Tərtərim.

     

    DÜŞÜNCƏR

    Payıza k nclik baharı,

    Bir n gec, bir n tez, rq edər ki?

    Yetək nzilə ör qatarı,

    Bir n gec, bir n tez, rq edər ki?

     

    Budur Yaradanın qoyduğu rar,

    r bir başlanğın bir sonu var.

    vbədir, gec ya tez, hamıya çatar,

    Bir n gec, bir n tez, rq edər ki?

     

    Asif, demə yaşın z yox, əllidir,

    Bunlar insan üçün boş təsəllidir.

    Onsuz da həyatın sonu bəllidir,

    Bir gün gec, bir gün tez, nə fərq edər ki?

     

     

  • 20İyn
    Təhsil SƏBİRSİZLİKLƏ GÖZLƏNİLƏN “SON ZƏNG” üçün şərhlər bağlıdır

     

     

     

     

     

    Rayonun 34 tam, 10 ümumi orta məktəbində “Son zəng” çalındı. Bu il rayon üzrə 598 nəfər şagird XI sinfi, 743 nəfər şagird isə IX sinfi bitirir.
    Məktəblərdə təşkil olunan “Son zəng” tədbirlərinə rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların nümayəndələri də qatıldılar. Bütün ümumtəhsil məktəblərində tədbir dövlət bayrağının gətirilməsi, Dövlət himninin səsləndirilməsi ilə başlandı.
    Sonra məktəblilərin hazırladıqları rəngarəng musiqi nömrələri, müəllimlərin, valideynlərin, məzunların çıxışları bir-birini əvəz etdi.

     

     

     

     

     

    Tərtər şəhərində və təmas xəttinə yaxın yerləşən kəndlərin ümumtəhsil məktəblərinin “Son zəng” tədbirlərində iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov məzunları təbrik edərək, onlara uğurlar arzuladı. Müstəqil Azərbaycanımızın gələcəyinin gənclərimizdən asılı olduğunu söylədi. Məzunlara dövlətimizə və dövlətçiliyimizə sədaqətli olmağı, həyat yollarında inamla addımlamağı tövsiyə etdi. İlbəil təhsil sahəsinə artan dövlət qayğısı, bu sahədə atılan yenilikçi addımlar, qabaqcıl dünya təcrübəsindən bəhrələnməklə çağdaş təlim metodlarının tətbiqinin bu gün təhsilimizin inkişafına əlverişli zəmin yaratdığını bildirdi. Rayon rəhbəri millətin gələcəyi olan təhsilin tərəqqisinə cənab Prezidentin xüsusi diqqət və qayğı göstərdiyini diqqətə çatdırdı. Sonda məzunlara hansı peşəyə yiyələnməsindən asılı olmayaraq öz bilik və bacarıqları sayəsində möhtərəm Prezidentimizin rəhbərliyi ilə günbəgün tərəqqi edən Azərbaycanın çiçəklənməsi naminə töhfələr verməyi, dövlətimiz üçün layiqli vətəndaş, ailələri üçün layiqli övlad olmalarını arzuladı.
    Çalınan “Son zəng” məzunları sinif otaqlarına deyil, müstəqil həyata səslədi və tədbir iştirakçılarına xoş anlar yaşatdı.

    “Yeni Tərtər”