Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Mar
    Digər QANLI CİNAYƏTLƏR üçün şərhlər bağlıdır

           Yunis Hüseynov, tarix üzrə fəlsəfə doktoru                                    1918-ci il mart soyqırımı            

    Ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımın 100 illiyi 2018-ci ilin martında tamam olmuşdur. Bu soyqırım uzun illər araşdırılmamış, səbəb və nəticələri xalqdan gizli saxlanılmışdır. Sovet hakimiyyəti bu barədə danışmağı yasaq etmişdi. Hətta ermənilərin qanlı cinayətinin canlı şahidləri olan minlərlə insana haqsız olaraq divan tutulmuşdur.
    Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra xalqımıza tutulan haqsız divanların olduğu kimi dünya ictimaiyyətinə çatdırılması sahəsində olduqca böyük işlər görülmüşdür. Bu iş indi də davam etdirilir.
    Soyqırım haqqında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 26 mart 1998-ci il tarixli fərman vermiş və fərmanda baş verən soyqırımlarının səbəb və nəticələri hərtərəfli şərh olunmuşdur. Ulu Öndər həmin fərmanda martın 31-ni azərbaycanlıların soyqırımı günü elan etmişdir. Daha ətraflı »

  • 29Mar
    Digər DÜNYA TARİXİ ŞƏXSİYYƏTLƏRİNİN ERMƏNİLƏR HAQDA DEDİKLƏRİ üçün şərhlər bağlıdır

    “Erməni eybi: bədfel, kündəbədən, gözügötürməyən, bir ayağı qaçmaqda olan, əmrə baxmayan, yersiz hay-küy salan, vəfasız, riyakar, söyüş sevən, ürəyi xıltlı, ağasına düşmən..”
                                                                                                                                                          Qabusnamə
    * * *
    “Sən köləsən, sən qorxaqsan, sən ermənisən..”
                                                                                                                                                            A.Puşkin
    * * *
    “Ermənilər dost cildində düşməndir. Onun nəvazişindən, təbəssümündən qorxduğum qədər açıq düşməndən qorxmuram.
                                                                                                                                           İ.Çavçavadze, gürcü şairi
    * * *

    “Ermənilərlə heç cür yaxınlıq edə bilmirdim, çünki onların alçaqlığı və əclaflığı dözülməzdir”.
                                                                                                                                          Qraff de Şoll, fransız səyyahı,
    Daha ətraflı »

  • 29Mar
    Ədəbiyyat ALİMENT üçün şərhlər bağlıdır

    (Novella)

    –Mən boşanmaq istəmirdim. Ailəni dağıtmaq Tanrı dərgahında da böyük günah sayılır. Həm də bir uşağımız vardı. Onu atasız qoymaq olmazdı. Bu uşağa niyə yetim deməliydilər ki? Ortaya inad düşmüşdü. Ərim “tüpürdüyünü yalamaq” istəmirdi. Nə qədər xahiş-minnət elədimsə də, xeyri olmadı. “İki ayağını bir başmağa dirədi” ki, boşanıram, vəssəlam! Sənnən bir yerdə yaşamaqdansa, eşşəklə yaşamaq yaxşıdır. Ömrüm boyu arvadsız qalmağım sənin kimi biriynən bir damın altında yaşamaq əzabından min qat fərzdir. Üzünü görmək mənə cəhənnəmin qır qazanında yaşamaqdan da betərdi.
    –Niyə, neyləmişəm sənə? Evin bütün ağırlığı mənim boynumdadır. Çalışıb-vuruşuram, işləyib uşağıma çörək qazanıram. Pis yola getmirəm, narkoman deyiləm, pinti deyiləm, siqaret çəkmirəm. “Qaa”–deyəndə ət verirəm”, “quu”–deyəndə su verirəm; daha nə istəyirsən? Daha ətraflı »

  • 29Mar
    Ədəbiyyat KİMDİR MÜQƏSSİR? üçün şərhlər bağlıdır

    (Hekayə)

    Biz üç yoldaş–Rüstəm, Tahir və mən Tahirin maşınında tanışlardan birinin bağ evindən qayıdırdıq. Qəsəbənin çıxışındakı “Market”in qarşısında Tahir maşını saxlayır, bizə bir söz demədən mağazaya girir, bir qədər keçmiş dörd dolu salafan torba ilə çıxır.
    Nədi aldığın, nəyinə lazımdır?
    –Rüstəm soruşur.
    –Bir azdan bilərsiniz–deyir.
    Qəsəbə ilə şəhəri birləşdirən şosse yolu yenilənib. Yolun hər iki yanı ilə salınmış yaşıl meşə zolağı və ot örtüyü adamın ruhuna sığal çəkir. Bu quru-boz və mazutlu çöllərdə belə gözəlliyi yaradanlara eşq olsun!
    Maşınımız düz, asfalt yolla şütüyür. Bir qədər getdikdən sonra yoldan sağa buruluruq. Burada da eyni gözəllik, eyni səliqə-səhman var. Daha ətraflı »

  • 29Mar
    Digər ÖMRÜ QISALDAN SƏBƏBLƏR üçün şərhlər bağlıdır

    Alkoqol insanın həyat müddətini 10-12 il azaldır. Demoqrafiyaya (təbii doğum, əhalinin artımı və inkişafı) mənfi təsir göstərən amillərin 90%-i alkoqol ilə əlaqələndirilir. Bəzi mütəxəssislərin fikrincə bu göstərici hətta 98-99%-ə çatır.
    * * *
    Alkoqolun bəşəriyyətə vurduğu ziyan aclıq, taun və mü-haribələrin vurduğu ümumi ziyandan daha böyükdür.
    * * *
    Mütəxəssislərin hesablamalarına görə dünyada filtirli siqaret çəkənlərin 47%-ni kişilər, 53%-ni qadınlar təşkil edir. Daha ətraflı »

  • 29Mar
    Digər BİLİRSİNİZMİ? üçün şərhlər bağlıdır

    Azərbaycanda mövcud olan ümumtəhsil məktəbləri 4505 sayda:
    Onlarda təhsil alan şagirdlərin sayı isə 1 milyon 289 min nəfərdir.
    * * *
    1893-cü ildə Paris şəhərində (Fransa) ilk sürücülük vəsiqəsi verilmişdir.
    1895-ci ildə Sankt–Peterburq şəhərinə (Rusiya) ilk dəfə avtomobil gətirilmişdir.
    * * *
    İşıqfor yol sistemində, qovşaqlarda, piyada keçidlərində və hərəkətin idarə edilməsi lazım olan digər yerlərdə olan tənzimləmə vasitəsidir. 5 avqust tarixi dünyada Beynəlxalq işıqfor günü hesab edilir. Daha ətraflı »

  • 29Mar
    Digər YÜK DAŞIYAN KEÇİLƏR üçün şərhlər bağlıdır

    Asiya qitəsində yerləşən ölkələrin bəzilərində keçilərdən yük heyvanı kimi istifadə edilir. Belə ki, yaşlı təkələr az miqdarda olan yükləri daşımaqla yanaşı, arabaya da qoşulur.
    Hindistan və Nepal sərhəddində yerləşən dağlıq ərazilərdə yaşayan əhali Ağ Himalay keçiləri və dağ keçilərindən taxıl daşınmasında istifadə edirlər. Bu keçilər yəhər bağlanmadan bellərinə qoyulmuş 5 kq-lıq taxıl çuvallarını çox asanlıqla daşıyırlar.
    Hindistanın Pəncab əyalətində geniş yayılmış Çenqdu keçilərindən isə duz daşınmasında istifadə olunur.
    Deməli, keçilər keyfiyyətli süd və pendir verməklə yanaşı, yük daşımaqla da sahiblərinə xeyir verirlər.

  • 19Mar

    Digər üçün şərhlər bağlıdır

    …Mənim işim sizə xidmət etməkdir. Mən öz vəzifəmi bunda görürəm. Prezident kimi həmişə çalışmışam ki, Azərbaycan xalqına ləyaqətlə xidmət edim. Vətəndaşları narahat edən problemlərin həlli üçün lazımi addımlar atılacaq.

    İlham ƏLİYEV,
    Azərbaycan Respublikasının Prezidenti

  • 19Mar
    Tərtər RİH-də SARICALI KƏNDİNDƏ NÖVBƏTİ SƏYYAR QƏBUL-GÖRÜŞ KEÇİRİLDİ üçün şərhlər bağlıdır

    Əvvəlcə Sarıcalı kənd İƏD üzrə nümayəndə Sərdar Aslanov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verdi, sonra vətəndaşların müraciətləri dinləndi. Sakinlərdən Ədalət Əliyev, Ədibə Mustafayeva, İqbal İmanov, Zülfü Əliyev müxtəlif məsələlər barədə müraciət etdilər. Daha ətraflı »

  • 19Mar
    Xəbərlər ŞƏHİD ZÜLFÜQAR QASIMOVUN ANIM GÜNÜ üçün şərhlər bağlıdır

    Tərtər rayonunun Yuxarı Qaradağlı kəndində respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhid Zülfüqar Qasımovun 25 illik anım gününə həsr olunmuş tədbir keçirilib.
    Əvvəlcə tədbir iştirakçıları kənddə şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə tər gül-çiçək dəstələri düzərək, onların xatirəsini ehtiramla yad ediblər. Daha ətraflı »