Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Avq
    Kənd təsərrüfatı RESPUBLİKA MƏTBUATININ SƏHİFƏLƏRİNDƏ üçün şərhlər bağlıdır

    ALİMLƏR KÖMƏYƏ GƏLİR

    Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu Tərtər Bölgə Təcrübə Stansiyasında təsərrüfat işlərinin qızğın çağıdır. Bu ünvan ölkənin qabaqcıl fermerlərinə yaxşı tanışdır. Taxıl toxumçuluğu ilə məşğul olanların stansiya ilə sıx və işgüzar əlaqələri var. Burada yetişdirilən yüksək reproduksiyalı toxumlara tələbat çoxdur.
    Cari il təcrübə stansiyasının ərazisində 277 hektar sahəyə taxıl əkilmişdir. Bunun 30 hektarı elmi əkinlərdir. Elmi əkinlərin əsasını “Qobustan”, “Fatimə”, “Qırmızı gül1”, “Murov-2” buğda, “Qarabağ-22” və “Qarabağ 33” arpa sortları təşkil edir. Daha ətraflı »

    Teqlər:

  • 30Avq
    Digər TƏRTƏRDƏ DƏ XALÇA TOXUNACAQ üçün şərhlər bağlıdır

    Bilirik ki, Azərbaycan xalçaları dünyanın ən məşhur muzeylərini bəzəyir. Onu da bilirik ki, xalçaçılıq böyük mədəniyyətə və qədim tarixi ənənələrə malik xalqlara məxsusdur. Son illər bu sahəyə dövlət səviyyəsində daha böyük qayğı göstərilir.
    İndi Tərtər şəhərinin Nizami küçəsində də “Azərxalça” ASC tərəfindən xalça istehsalı emalatxanasının tikintisinə başlanmışdır. Bu məqsədlə 0,42 hektar torpaq sahəsi ayrılıb. Emalatxana istifadəyə veriləndən sonra burada 180 nəfər qadın çalışacaq. Bu xəbər tərtərli qadınlarla yanaşı, rayonumuzda məskunlaşan qaçqın və məcburi köçkün ana və bacılarımızı da çox sevindirib. Axı onların da arasında bu qədim peşənin sirlərinə dərindən bələd olanlar var.
    Öyrənmişik ki, inşaat işləri ilin sonunadək başa çatdırılacaq. Bu, o deməkdir ki, qızlarımız Tərtər şəhərində toxunan xalçalardan da cehiz aparacaq, evlər, muzeylər bəzənəcək.

    Nigar ƏMRAHOVA,
    Tərtər şəhərinin sakini
    “Azərbaycan”

    Teqlər:

  • 30Avq
    Xəbərlər TƏRTƏR RAYONUNDA İMTİYAZLI VƏTƏNDAŞLARLA GÖRÜŞ KEÇİRİLİB üçün şərhlər bağlıdır

    “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Qaçqın, məcburi köçkün, müharibə veteranları, əlil və sağlamlıq imkanları məhdud olan şəxslərin, məhbusların və ailə üzvlərinin problemlərinin həllinə dəstək” adlı layihəni davam etdirir. İctimai birliyin sədri Tahir Xudiyev, təşkilatın hüquq şöbəsinin rəhbəri, ədliyyə müşaviri Fərman Rzayev və İdarə Heyətinin üzvü Məlahət Abdullayeva Tərtər rayonunda yerli sakinlər, məcburi köçkünlər, müharibə veteranları, şəhid ailələri, sağlamlıq imkanları məhdud olan şəxslərlə görüş keçirib.
    Görüşdən əvvəl Tərtər Rayon İcra Hakimiyyətində icra başçısı Müstəqim Məmmədov, birinci müavin Ramiz Şabanov, rayon prokuroru Şıxəli Alməmmədov, şöbə müdirinin müavini Elvin Umudovla keçirilən görüşdə layihənin vacibliyindən danışılıb. Daha ətraflı »

    Teqlər:

  • 30Avq
    Digər QUBADLININ İŞĞALINDAN 25 İL ÖTÜR üçün şərhlər bağlıdır

    QUBADLI HƏSRƏTİ SƏNGİMİR Kİ…

    (RƏFİQƏM SVETLANAYA MƏKTUB)

    Mənə Qubadlıdan danış, xatirələrini dilə gətir, deyən qələm yoldaşım, jurnalist bacım Svetlana, Qubadlı mən deməkdir, bütün hüceyrələrim, beyin toxumalarım, damarlarım Qubadlıyla dop-doludur, nədən danışım, nəyi yada salım? 25 il keçdi, amma yurd həsrətim, yanğım heç səngimədi. Təbiətin səxavətlə gözəllik bəxş etdiyi, torpağının altı da, üstü də xəzinə olan, havası məcun, suyu zəmzəm yurdumu elə görmək istəyirəm ki. Razıyam, ayağımı o torpağa basdığım, havasını ciyərlərimə çəkdiyim gün həyatımın son günü olsun, amma olsun. Daha ətraflı »

    Teqlər:

  • 30Avq
    Digər XARİCDƏ YAŞAYAN HƏMYERLİLƏRİMİZ üçün şərhlər bağlıdır

    ÜRƏKLƏRİ VƏTƏNLƏ DÖYÜNƏNLƏR

    Həyatda sevdiklərimiz çoxdur. Analar, atalar, qardaş-bacılar, övladlar, qohum-əqraba, qonum-qonşu, dost-yoldaş, yaşadığımız doğma ocağımız, kəndimiz, şəhərimiz, dağımız-bağımız, gül-çiçəyimiz və ila-xır. Sevgimizin ən ulusu Allahımıza və vətənimizə aiddir. Allahımız itaət və and ye-rimizdir, vətənimiz isə qürur yerimiz, toxunulmaz-bölünməz məkanımızdır. Harada yaşamağımızdan asılı olmayaraq hər bir azərbaycanlı öz ölkəsi ilə qürurlanır. Vətənimiz evimizdən, küçəmizdən, kəndimizdən, şəhərimizdən başlayaraq bütöv ölkəmizlə tamamlanır, doğma Azərbaycan deyilən bir məmləkətə çevrilir. Bu məmləkətin övladları təkcə ölkəmizdə yaşamırlar. Minlərlə soydaşımız xarici ölkələrdə yaşayırlar, ölkəmizin təmsilçisinə çevrilirlər. Daha ətraflı »

    Teqlər:

  • 30Avq
    Digər UŞAQLARDA ASILILIQ NECƏ YARANIR? üçün şərhlər bağlıdır

    Bu yaxınlarda bir evə qonaq getmişdim. Ailədə kiçik yaşlı uşaqlar vardı. Gənc ana nə qədər çalışırdısa, onları sakitləşdirə bilmirdi. Balacalar bir-biriləri ilə aqressiv davranır, tez-tez ağlayırdılar. Bunu görən nənə uşaqları qonşu otağa apardı və bununla da bütün səs-küy kəsildi. Sanki heç bu evdə uşaq yox imiş. Təəccübləndiyimi görən nənə dedi:
    –Uşaqlara cizgi filmi qoymuşam, baxırlar. Evdə sakitçiliyi ancaq bu yolla yarada bilirik.
    Söhbətimiz bir saatdan artıq davam etdi. Bu müddətdə uşaqlar televizorun qarşısından durmadılar.
    Psixoloqlar deyirlər ki, 2-6 yaş arasındakı uşaqlar erkən yaş qrupuna aiddirlər. Bu dövrlərdə əsasən əzələlərin inkişafı başlayır. Ona görə də oyaq olan vaxtlarını onlar oynamaqla keçirməlidirlər ki, həmin oyunlar böyümələrinə və inkişaf etmələrinə səbəb olsun. Daha ətraflı »

    Teqlər:

  • 30Avq
    Milli-mənəvi dəyərlər MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZİ YAŞADAQ üçün şərhlər bağlıdır

    “QONAQ ALLAH QONAĞIDIR”

    Qədim Azərbaycan adət-ənənəsinə görə qonaq Allahın qonağı sayılır. Hər bir evdə, hətta kasıb ailələrdə belə qonaqlar üçün ayrıca otaq ayrılır. Ən yaxşı əşyalar burada saxlanılır, bahalı qabqacaq qonaqlar gələndə işlədilir. Ona görə də bütün dünyada Azərbaycanın adı çəkiləndə ilk növbədə xalqımızın qonaqpərvərliyi, səmimiyyəti yada düşür.
    Azərbaycan ədəbiyyatında, xüsusən də dastanlarımızda bu adətlərə geniş yer ayrılır, insanlarımızın qonaqpərvərliyi təsvir olunur. Dədə Qorqud dastanında deyilir ki, qonaq olmayan evlər dağılsa yaxşıdır. Nizami Gəncəvi və Məhəmməd Füzuli öz əsərlərində qonaqpərvərlik səhnələrini çox gözəl yaratmışlar. Azərbaycana, o cümlədən Tərtərə səyahət edən Aleksandr Düma xalqımızın qonaqpərvərliyi haqqında heyranlıqla yazmışdır.
    Azərbaycan inanclarına görə, qonağın ruzisi özündən əvvəl gəlir. Həm də onu da deyirlər ki, qonağı necə qarşılasan, Allah da ruzini ona uyğun yetirəcək. Daha ətraflı »

    Teqlər:

  • 30Avq
    Digər POEZİYA GUŞƏSİ üçün şərhlər bağlıdır

    Qərib

    ÖMÜRLƏRİN FƏRQİ

    Elə bil dünənmiş əlli il qabaq,
    Ayaqyalın, başıaçıq qaçardıq.
    Nə dünya bilirdi onda biz varıq,
    Nə də biz dünyadan söhbət açardıq.

    Ürək istəyəni söz deyə bilmir,
    İsti də, soyuq da keçir ömürdən.
    Zaman yaddaşında saxlamaq üçün
    Ən gözəl illəri seçir ömürdən.

    Nağıl kimi şirin olur hər anı
    Andıqca arxada qalan illəri.
    Bəzən təəssüflə yad eliyirəm
    Saçıma ağ ləpir salan illəri. Daha ətraflı »

    Teqlər:

  • 30Avq
    Digər BİLİRSİNİZMİ? üçün şərhlər bağlıdır

    Azərbaycanda ilk dəmir yolunun çəklişinə 1878-ci ildə başlanılmış və 20 yanvar 1880-ci ildə başa çatdırılmış, uzunluğu 20 kilometr olan Bakı– Sabuncu–Suraxanı dəmir yolu xətti olmuşdur.
    Bu dəmir yolunun çəkilişində əsas məqsəd Bakı limanından neft məhsullarının və eləcə də neft sənayesində çalışan işçilərin daşınması olmuşdur.
    * * *
    Azərbaycan Respublikası quruda 5 dövlətlə: Şimaldan Rusiya (289 km.), Şimal–Qərbdən Gürcüstan (340 km.), Cənub-Qərbdən Türkiyə (13 km.), Cənubdan isə İranla (618 km.) həmsərhəddir. Şərqdən 825 km məsafədə Xəzər dənizi ilə əhatə olunan Azərbaycan Respublikası 4 dövlətlə: Rusiya, Qazaxstan, İran və Türkmənistanla su sərhəddinə malikdir. Daha ətraflı »

    Teqlər:

  • 20Avq

    Digər üçün şərhlər bağlıdır

    İslamın bir din kimi tamamlanmasını və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini özündə təcəssüm etdirən mübarək Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə və qardaşlığa dəvət edən bir bayramdır. Bu əziz gündə müsəlmanlar Allah yolunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirir, uca Tanrıya yaxınlığın fərəhini yaşamaq fürsəti əldə edirlər.
    Xalqımız öz milli-mənəvi dəyərlərinə və ənənələrinə həmişə ehtiramla yanaşır. Bütün dini mərasimlər, o cümlədən Qurban bayramı hər il böyük təntənə ilə qeyd edilir. Ölkəmizin hər yerində Allahın adına qurbanlar kəsilir, geniş xeyriyyəçilik işləri görülür, dövlətimizin tərəqqisi və əmin-amanlığı üçün dualar edilir, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur.

    İlham ƏLİYEV,
    Azərbaycan Respublikasının Prezidenti

    Teqlər: