Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Mar
    Digər Erməni hiyləsinin fəsadları üçün şərhlər bağlıdır

    SUMQAYIT HADİSƏLƏRİ

    Keçmiş SSRİ dövlətinin başçısı Mixayıl Qorbaçovun məsləhətçisi akademik Abel Aqanbekyan 1987-ci ildə Fransada nəşr olunan “Humanite” jurnalındakı məlum çıxışı ilə dünyaya səpələnmiş bütün ermənilərə Qarabağın müstəqilliyi uğrunda mübarizəsinin başlandığını elan edəndən sonra ermənilər və onların havadarları hərəkətə gəldilər. Planın tərkib hissələrindən biri də Sumqayıtda ermənilərin qırğınını təşkil etmək idi.
    Məlumdur ki, sovet hökuməti özündən əvvəlki imperiyanın siyasətini davam və inkişaf etdirərək Qərbi Azərbaycan torpaqlarında paytaxtı bizim İrəvan şə-həri olan Ermənistan dövləti yaratdı. Ancaq ermənilər və ermənipərəst sovet hökuməti Azərbaycana qarşı torpaq iddialarından əl çəkmədilər. 1948-1953-cü illərdə Anastas Mikoyanın Stalinlə razılaşdırılmış planına əsasən azərbaycanlılar qədim ata-baba yurdlarından deportasiya edildilər. Daha ətraflı »

  • 07Mar
    Xəbərlər SOYQIRIMIN DƏHŞƏTLƏRİNDƏN DANIŞILIB üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin Xocalı soyqırımının 27-ci ildönümü münasibəti ilə hazırlanmış Tədbirlər Planına uyğun olaraq YAP rayon təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə tədbir keçirilib.
    Tədbirdə əvvəlcə Xocalı faciəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov Xocalı faciəsi haqqında ətraflı məlumat verib. Daha ətraflı »

  • 07Mar
    Xəbərlər YADDAQALAN GÜN üçün şərhlər bağlıdır

    Bu günlərdə Dəmirçilər kənd mədəniyyət evinin və Ağkənd kənd kitabxanasının işçiləri “Xocalı soyqırımı”nın 27-ci il ildönümü münasibəti ilə geniş tədbir keçirmişlər.
    Tədbiri giriş sözü ilə mədəniyyət evinin direktoru Ləman Bəylərova açdı. “Xocalı soyqırımı” şəhidlərinin və ümumiyyətlə torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş bütün şəhidlərimizin xatirələri 1 dəqiqəlik sükutla yad edildi.
    Tədbirdə “Xocalı soyqırımı”nın törədilməsi və erməni vandalizmi haqqında mədəniyyət evinin təşkilatçı metodisti Gültəkin Hüseynova məruzə etdi. Daha ətraflı »

  • 07Mar
    Kənd Təsərufatı MAARİFLƏNDİRİCİ TƏLİM üçün şərhlər bağlıdır

    Azərbaycan Dövlət Aqrar Universiteti, Tərtər Rayon İcra Hakimiyyəti və Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə fermerlərə və tədarük məntəqələrinin nümayəndələrinə “Pambığın mütərəqqi becərmə texnologiyası” mövzusunda maarifləndirici təlim keçirilib.
    Mərasimi giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Natiq Musayev açaraq, bu tədbirin əhəmiyyətindən danışıb.
    Sonra Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Babayev Tərtər rayonunda kənd təsərrüfatının inkişafından danışıb, 2018-ci ildə bu istiqamətdə görülən işlər haqqında ətraflı məlumat verib. Daha ətraflı »

  • 07Mar
    Digər 8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜDÜR üçün şərhlər bağlıdır

    Qadın hərəkatının tarixi 1857-ci ildə Nyu-Yorkda qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci il-də BMT bu günü qadın günü kimi rəsmiləşdirib.
    Qadınlar bayramı Azərbaycanda da geniş qeyd edilir. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart-Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub. Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart-Beynəlxalq Qadınlar Günü ölkədə qeyri iş günüdür. Azərbaycan qadınları artıq cəmiyyətin apa-rıcı qüvvəsinə çevriliblər. Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxa bilib. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir. Daha ətraflı »

  • 07Mar
    Digər YURDUMUZA BAHAR GƏLİR üçün şərhlər bağlıdır

    NOVRUZUN MƏNŞƏYİ VƏ TARİXİ

    Novruz bayramının mənşəyi qədimdir. İslam dini Yaxın Şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonra Ərəb xilafəti bu ölkələrin xalqlarının adət-ənənələrini, bayramlarını təqib etməyə başladı. Əsrlər boyu dini xadimlər, müxtəlif təriqət nümayəndələri bu bayramı təbii və tarixi köklərindən ayırmağa çalışmış, ona dini, mövhumi libas geyindirməyə cəhd göstərmişlər. Hətta bəzi din xadimləri belə bir fərziyyə uydurmuşlar ki, Novruz bayramı guya IV xəlifə Əlinin hakimiyyətə (656-661) gəldiyi günlə əlaqədardır. Halbuki, imam Əli iyul ayında hakimiyyətə gəlmiş Novruz isə yazda bayram edilir.
    Xalqın bayramla əlaqədar keçirdiyi mərasimlər heç bir dini ehkamlar ilə bağlı deyildir. Əksər xalqlar bahar bayramının əsl mahiyyətindən doğan bir sıra adət-ənənələri, oyunları indiyədək saxlamışlar.
    Orta əsr müəllifləri Şərq ölkələrində İslam dini yayıldıqdan sonra da Novruz bayramında yaz ənənələrinin, əkinçilik təqvimi etiqadlarının möhkəm yer tutduğunu göstərirlər. Əbu Reyhan Biruni Novruz bayramı haqqında müxtəlif rəvayətlərdən, onun Daha ətraflı »

    Teqlər:

  • 07Mar
    Digər NOVRUZ BAYRAMININ ADƏTLƏRİ üçün şərhlər bağlıdır

     

    Papaq atmaq.
    Qapıya atılan papağı boş qaytarmazlar.

    Qulaq falına çıxmaq.
    Əgər gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu arzunun yerinə yetəcəyinə işarədir.
    Tonqaldan tullanmaq. Tonqaldan tullanarkən bu ifadə deyilir: “Ağırlığım-uğurluğum odda yansın”. Daha ətraflı »

    Teqlər:

  • 07Mar
    Digər NOVRUZU QABAQLAYAN BAYRAMLAR üçün şərhlər bağlıdır

    Qədim tarixə malik olan və amma el arasında çox da geniş yayılmayan bayramlardan biri də “Xıdır İlyas” və ya “Xıdır Nəbi” adlandırılan mərasimdir. Bu bayram bir-birindən cuzi fərqlərlə demək olar ki, Azərbaycanın bir sıra bölgələrində keçirilir. Xıdır Nəbi adətən təbiətin oyanması, otların cücərməsi, axar suyun təmizlənməsi və sairə təbii proseslərlə müşayiət edilir. Ta qədimdən xalq təqvimində qış fəsli iki əsas mərhələyə-40 gün sürən böyük çilləyə (22 dekabr – 31 yanvar) və kiçik çilləyə (1 fevral-20 fevral) bölünüb, sonrakı 30 gün isə boz ay adlanıb. Qədim xalq mərasimlərindən biri olan “Xıdır Nəbi” (“Xızır İlyas”) bayramı da çillə günlərinə təsadüf edir. Bu bayramın təsadüf etdiyi günlərlə bağlı tədqiqatçılar arasında müxtəlif fikirlər mövcuddur. Bəziləri bayramın böyük çillədən dörd, kiçik çilədən isə üç gün olmaqla yeddi gün davam etdiyini bildirir. Qarabağın əksər bölgələrində (Cəbrayıl, Laçın, Zəngilan, Kəlbəcər və Füzuli rayonlarında) “Xıdır İlyas” bayramı özünəməxsus mərasimlərlə qeyd olunub. Qışın ortalarında keçirilən bu bayramda azərbaycanlı qadınlar ailəsinin salamatlığı üçün sacda qovurğa qovurar, çay və bulaq kənarında müxtəlif rəngli bir neçə yumurta qoyar və niyyət edərdilər. Ertəsi gün yumurtalara baxardılar. Əgər yumurta qırmızı rəngə boyanmışdırsa yaxşı, qara rəngə boyanırdısa pis əlamətə yozulardı. Yığılmış bayram payını götürüb uşaqlardan birinin evinə toplaşıb bayram edərdilər.
    “Xıdır İlyas” mərasimini bölgədə qışın yarısının yola salınması münasibətilə keçirirlər. Bu mərasimdə hamı evdən bayıra çıxar, çoxlu tonqallar yandırardılar. Belə bir inam da var ki, guya mərasimdə Ona mütləq pay verilməlidir. Əgər pay verilməsə, Xıdır İlyas küsər, atını çapıb gedər və ruzi-bərəkəti də özü ilə aparar. Pay verildikdə isə Xıdır İlyas-Xıdır peyğəmbər atını çapıb həmin evlərin hamısına ruzi paylaya-paylaya gedər. ”Xıdır Nəbi” bayramından sonra artıq yalançı çərşənbə gəlir. Daha sonra isə “Xəbərçi çərşənbə” və “Boz ay” gəlir. “Boz ay”dan sonra isə o biri çərşənbələr başlayır. Yəni, bu bayram Novruza giriş bayramıdır. Qədimlərdə kəndlərdə bu bayram keçirilirdi”-Həmin çərşənbələrin ilk üçünə “Oğru üsgü”, ikinci Daha ətraflı »

    Teqlər:

  • 07Mar
    Digər NOVRUZ SÜFRƏSİ NECƏ OLMALIDIR?-7 YEMƏK, 7 ŞİRNİYYAT, 7 ÇƏRƏZ… üçün şərhlər bağlıdır

    Novruzun əsas atributlarından biri Novruz süfrəsidir. İnanclarımıza görə, süfrəyə düzülən nemətlər nə qədər bol, çeşidli olarsa, il bir o qədər bərəkətli olar.
    Qədim zamanlarda belə bir inanc da vardı: Əgər ailə bütün lazımi nemətləri süfrəyə qoyurdusa, bu, həmin ailənin özünütəsdiqindən xəbər verirdi. Novruz bayramında süfrənin əsas özəlliyindən biri də budur ki, süfrəyə şirin yeməklər qoyulmalıdır. Şirniyyatlardan paxlava, şəkərbura, şirin qoğal, badambura və s. saymaq olar. Bundan başqa, qovurğa qovrulur, müxtəlif şərbətlər, milli içkilərə yer verilir. Adətə görə, süfrəyə “s” hərfi ilə başlayan 7 növ ərzaq qoyulur.
    Niyə belədir? Daha ətraflı »

    Teqlər:

  • 07Mar
    Digər KOSA VƏ KEÇƏL üçün şərhlər bağlıdır

    Kosa və keçəl –Azərbaycanda, xüsusilə Novruz bayramında məşhur personajlardır. Onların oyunbazlığı bayrama xüsusi ovqat gətirir Kosa və Keçəl obrazları qışla yazın mübarizəsini əks etdirir: Qış öz yerini yaza təhvil vermək istəmir, yaz isə bu yeri əldə etməyə çalışır. Kosa ilə Keçəlin məzhəkəsinin rəmzi bundan ibarətdir. Çox qədim mənbələrdə Novruz mərasimi ilə bağlı bu obrazlardan istifadə olunub. Onlar ta qədim zamanlardan açıq havada keçirilən meydan tamaşasını gözəlləşdiriblər. Bu personajlar barədə Hüseynqulu Sarabskinin ”Köhnə Bakı” əsərində yazılanlar Novruz ənənələrinin orijinal variantına yaxındır, onların oyunbazlığının geniş mətni həmin əsərdə əks olunub. Daha ətraflı »

    Teqlər: