Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,237
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Okt
    Ədəbiyyat Poeziya guşəsi üçün şərhlər bağlıdır

     

    Talıb Məmmədli

    IMG_0142ÖMRÜN FƏSİLLƏRİ
    Yaz kimi gəldik cahana,
    Tər çiçəklər ətri saçdıq.
    Pərvazlana-pərvazlana
    Şirin-şirin dillər açdıq,
    Noğullandıq, noğullandıq.

    Duyum verdi ömrün yayı,
    Duyduq əsil-soyumuzu.
    İgidlərin olduq tayı,
    Vətən sevdi boyumuzu,
    Oğullandıq, oğullandıq.

    Qayğılardan halı olduq,
    Payıza yetdi yaşımız.
    Övladlarla bara dolduq,
    Bardan əyildi başımız,
    Ağıllandıq, ağıllandıq. Daha ətraflı »

    Teqlər:

  • 18Avq
    Ədəbiyyat Poeziya güşəsi üçün şərhlər bağlıdır

    BİLMƏDİM

    Həyat çəkdi oda, közə,
    Girdim, yan dura bilmədim.
    Bəxtim qondu əlyetməzə,
    Neynim, endirə bilmədim.

    Qına, eşqim, qına məni,
    Qına dönə-dönə məni.
    Çıraq oldun, bir şöləni
    Çıxıb, yandıra bilmədim.

    Dönüb istəyə, mehirə,
    Çıxdın ürəkdən zahirə,
    Düşdün tilsimə, sehirə,
    Qırıb, sındıra bilmədim. Daha ətraflı »

    Teqlər:

  • 18Avq
    Ədəbiyyat DAĞLARA ÇƏKİLİB üçün şərhlər bağlıdır

    Can Vətəndən oldu baha,
    Dözüm dedik bu günaha.
    İntizardan doyub daha
    Ruhum dağlara çəkilib.

    Kef düşkünü diksin, üşən
    Bağrımdı köz üstə bişən.
    Təntənədən perik düşən.
    Ahım dağlara çəkilib.

    Talemi bu, qəzamı bu,
    Bizə Haqdan cəzamı bu,
    Qiyamətdən “vizamı” bu,
    Nuhum dağlara çəkilib? Daha ətraflı »

    Teqlər:

  • 18Avq
    Ədəbiyyat İŞGÜZAR üçün şərhlər bağlıdır

    Günəş qalxdı asimana,                                                        
    Ordan boylandı Orxana.
    Orxan yatağından qalxdı,
    Pəncərədən çölə baxdı.
    Aləm nura boyanmışdı,
    Nənə təzdən oyanmışdı.
    İndi küpdən dən səpirdi,
    Toyuq-cücə dənlənirdi.
    Orxan geydi köynəyini,
    Daradı ipək telini.
    Çıxdı çölə əldə sini,
    Salamladı nənəsini.
    Gülə-gülə şən səsiylə,
    Təbəssümlü çöhrəsiylə
    Çevrildi nənəyə sarı:
    –Dürmək elə, ver mən yeyim, Daha ətraflı »

    Teqlər:

  • 10Avq
    Ədəbiyyat 1 AVQUST AZƏRBAYCAN ƏLİFBASI VƏ AZƏRBAYCAN DİLİ GÜNÜDÜR üçün şərhlər bağlıdır

    DİL XALQIN ADIDIR, XALQIN ÖZÜDÜR

    1368357933_ana_dilimDil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən güclü vasitədir. Ana dili! Nə qədər möhtəşəm, nə qədər müqəddəs, əzəmətli bir qüvvə!
    Ana dili! Bir dil ki, mehriban bir vücud öz şəfqət və məhəbbətini o dildə bəyan edir.
    Füzuli zirvəli, Vaqif vüqarlı,
    Mənim Qorqud dilim, Ələsgər dilim.
    Ömrümün naxışı, bəxtimin xalı,
    Dadda, şirinlikdə bal, şəkər dilim!

    Bu dildə şeir də, mahnı da gözəldir. Bu dil zərifdir, incədir, ecazkardır. Nəsimi dözümlü, Füzuli kədərli, Səməd şöhrətli, Bəxtiyar ünvanlı ecazkar dilim. Daha ətraflı »

    Teqlər:

  • 28İyl
    Ədəbiyyat Duyğu yarpaqları hər an yaşıldı… üçün şərhlər bağlıdır

    semsirrEVDƏ

    AŞIQ  ŞƏMŞİR

    Cavanlar oynaşır yalda-yamacda,
    Mən də pəncərədən baxıram evdə.
    Qıçım tutmur qocalığın əlindən,
    Yandırıb qəlbimi, yaxıram evdə.
    ***
    Tərlan könül şikar almış sar kimi,
    Soluxuram şaxta vurmuş bar kimi.
    Xəstə üçün gətirilmiş qar kimi,
    Əriyib ocağa axıram evdə.
    ***
    Yoxuş olub indi mənə dolayım,
    Hanı başımdakı məclis, olayım?
    Elə bil sürtülüb gedib qalayım,
    Köhnə qazan kimi paxıram evdə. Daha ətraflı »

    Teqlər:

  • 28İyl
    Ədəbiyyat YATIR üçün şərhlər bağlıdır

    1441777446_a5a5d682389a4214f0a50b7590a8dea3MƏZAHİR DAŞQIN

    Ana, sən yatdığın qara torpaqda,
    Saysız cavan yatır, ixtiyar yatır.
    Qapısız, aynasız zülmət otaqda,
    Minlərlə sən kimi vəfadar yatır.
    ***
    Gör nələr yazılıb hər baş daşına,
    Canlar həsrət qalıb can sirdaşına.
    Düşərək hicrana, eşq atəşinə
    Min arzu, min dilək, min ilqar yatır.
    ***
    Görməyib əsirlər, qərinələr də
    Cahandan köçənlər qayıda bir də.
    Kim bilir bəlkə də yatdığın yerdə,
    Dünyanı bəzəyən min memar yatır. Daha ətraflı »

    Teqlər:

  • 28İyl
    Ədəbiyyat VAĞZALI ÇALINIR üçün şərhlər bağlıdır

    1416831624164267737547322882111dTOFİQ BAYRAM

    Bacım Elmiraya ithaf edirəm

    Duvağa bürünüb yola düşürsən,
    Qonşular telinə çiçək bağlayır.
    Ay bacım, sən haldan-hala düşürsən,
    “Vağzalı” çalınır, anam ağlayır.
    ***
    O, nələr etmədi, toyunda nələr,
    Bu həsrətin yeri nə tez bilindi?
    “Vağzalı” çalınır, son dəqiqələr…
    Özgə bir yuvaya köçürsən indi.
    ***
    Köçürsən üzüağ, məğrur, həyalı,
    Gedirsən könlünü verdiyin yerə.
    Buydu anamın da fikri-xəyalı,
    Bəs niyə kövrəlir o, birdən-birə? Daha ətraflı »

    Teqlər:

  • 28İyl
    Ədəbiyyat İLAHİ, SƏN MƏNİ O KƏNDƏ YETİR üçün şərhlər bağlıdır

    aga_lacinli_11AĞA  LAÇINLI

    İlahi, sən məni o kəndə yetir, –
    O kəndin diləyi dildə göyərən.
    O kəndin yığvalı oğuldan yetim,
    O kəndin qızları qarğış əyirən.
    ***
    Qocası bürünüb his çuxasına,
    Qarısı ah çəkib qapıda bitir.
    İlahi, bağışla el duasına,
    İlahi, sən məni o kəndə yetir.
    ***
    Bağışla dəhrənin paslı yasına,
    Bağışla cəhrənin qəm havasına;
    Bağışla köhlənin yatan tısına,
    Bağışla məhlənin tor hanasına; Daha ətraflı »

    Teqlər:

  • 28İyl
    Ədəbiyyat GÜNAH ONUN ÖZÜNDƏDİR üçün şərhlər bağlıdır

    52953_3bynb2j9vnOSMAN SARIVƏLLİ

    Dostum, incə barmaqların
    Sədəflərin üzündədir.
    Mənim meylim bir sazında,
    Bir də şirin sözündədir.

    Qarayazı meşəsində,
    Cavan ovçu həvəsində,
    Qulağın maral səsində,
    Gözün ceyran izindədir.

    Tarixi var hər daşın da,
    Tərlanın on beş yaşında.
    Bəzən qarlı dağ başında,
    Bəzən Muğan düzündədir. Daha ətraflı »

    Teqlər: