Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09İyn
    Digər BEYNƏLXALQ AİLƏ GÜNÜ üçün şərhlər bağlıdır

    скачанные файлы15 may Birləşmiş Millətlər Təşkilatının qərarı ilə bütün dünyada Beynəlxalq ailə günü kimi qeyd olunur. Azərbaycanda ailə bütün zamanlarda cəmiyyətimizin ən müqəddəs təməl daşı hesab olunub. Ulu Öndər Heydər Əliyev Azərbaycan ailəsi və onun problemlərini həmişə diqqətdə saxlayırdı. Bu münasibət indi də dövlət başçımız İlham Əliyev tərəfindən həssaslıqla davam etdirilir.
    Bu gün ölkəmizdə ailə cəmiyyətin əsas özəyi kimi dövlətin xüsusi himayəsindədir və dövlət öz siyasətində ailənin sosial müdafiəsi, gənc ailələrə qayğını əsas tutur. Azərbaycan ailəsi və onun problemlərini həmişə diqqətdə saxlayan Ulu Öndər Heydər Əliyev cəmiyyətdə qadınların rolunun artırılması, qadınlarla kişilər arasında bərabərliyin gerçəkləşdirilməsi, qadın, ailə problemlərinin həlli istiqamətində də böyük işlər gördü. 1998-ci il yanvarın 14-də Azərbaycanda “Qadın Problemləri üzrə Dövlət Komitəsi”ni yaratdı. Bu məsələyə böyük həssaslıqla yanaşan Prezident İlham Əliyev 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında Sərəncam imzaladı. Daha ətraflı »

    Teqlər:

  • 09İyn
    Digər EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI üçün şərhlər bağlıdır

    DSC02105Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən ölkəmizdə hər il 23 may günü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.
    Azərbaycan müstəqillik əldə etdikdən sonra məhz Ulu Öndər Heydər Əliyevin ekologiya və ətraf mühitin mühafizəsi sahəsinə qayğıkeş münasibəti nəticəsində onun imzaladığı 2001-ci il 23 may tarixli sərəncamla Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb.
    Son bir neçə ildə ekoloji vəziyyətin sağlamlaşdırılması, ətraf mühitin mühafizəsi sahəsində ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında ardıcıl, məqsədyönlü işlər görülüb, uzun illər ərzində yığılaraq müstəqil Azərbaycana miras qalmış ekoloji problemlər təhlil edilərək, onların kompleks həllinə yönəlmiş 5 Milli və Dövlət Proqramı təsdiq edilib, ekologiya və ətraf mühitin mühafizəsi sahəsində hüquqi baza təkmilləşdirilib. Daha ətraflı »

    Teqlər:

  • 09İyn
    Digər “ATAMIN YARIMÇIQ QALMIŞ ARZULARINI YERİNƏ YETİRƏCƏYƏM” üçün şərhlər bağlıdır

    DSC_9274Bu sözləri redaksiyamızda olarkən şəhər 6 saylı tam orta məktəbin X sinif şagirdi Yaqut Qurbanova söylədi. Onun atası Eyvaz Qurbanov BDU-nu bitirmişdi. Polis işçisiydi. I Qarabağ müharibəsinin iştirakçısı olub. Gərgin döyüşlər zamanı səhhətində yaranan problemlər onun ömür yolunu yarımçıq qoydu. Həyat yoldaşı üç övladını atasız böyütməli oldu.
    Yaqutun qardaşı və böyük bacısı artıq orta məktəbi bitiriblər, hərəsi bir sahədə çalışır. Onun isə bircə arzusu var: Atasının yarımçıq qalmış arzularını yerinə yetirmək.
    Bu məqsədlə məktəbli qız dərslərindən hər gün “yaxşı” və “əla” qiymətlər alır. Xüsusən də humanitar fənləri dərindən öyrənir. BDU-nun hüquq fakültəsinə daxil olmaq istəyən bu qızın çalışqanlığından müəllimləri də razıdırlar. Müxtəlif fənn olimpiadalarında, bilik yarışmalarında Yaqut doğma məktəbini layiqincə təmsil edir, fəxri fərmanlarla təltif olunur. Daha ətraflı »

    Teqlər:

  • 09İyn
    Digər SİZİNLƏ QÜRUR DUYUR AZƏRBAYCANIM üçün şərhlər bağlıdır

    Изображение 085İstər dünya ədəbiyyatında, istərsə də bizim ədəbiyyatda tarixi şəxsiyyətlərə, məşhur adamlara həsr edilən çoxlu əsərlər var. Tarix boyu belə insanlar yaddaşımızda silinməz izlər buraxıb. Bu qəhrə-manları, kişi ya qadın olsun, fərqi yoxdur, sevir və özümüzə ideal seçirik.
    Azərbaycanlılar hər zaman yüksək səviyyəli nəcib və xeyirxah qadınları ilə qürur duyublar. Tarixi-mizin bütün mərhələlərində Azərbaycan qadını fədakarlıq nümunəsi kimi öz adını səlnamələrə, eposlara yazdırıb.
    Mən belə qadınlardan biri–Azərbaycan Respublikasının Birinci vitse prezident Mehriban xanım Əliyeva haqqında öz ürək sözlərimi yazmaq istəyirəm.
    Bu zərif, gözəl qadının bizim dövlətimiz üçün nələr etdiyini görəndə ürəyim qürurla dolur. Gözümün qarşısına qəhrəman Tomris, Bərdə hökmdarı Nüşabə, Koroğlunun Nigarı gəlir. Daha ətraflı »

    Teqlər:

  • 09İyn
    Digər TƏRTƏRİN YAZ ETÜDLƏRİ üçün şərhlər bağlıdır

    Изображение 733Изображение 707
    Daha ətraflı »

    Teqlər:

  • 09İyn
    Digər 93 YAŞLI MÜHARİBƏ VETERANI üçün şərhlər bağlıdır

    BurceliyevFaşist Almaniyası üzərində tarixi qələbənin 72-ci ildönümündə o dövrün cəsur döyüşçülərindən biri –Bürcəliyev Cavanşir Talıb oğlu haqqında, qısa da olsa, sizlərə məlumat vermək istiəyirəm.
    1941-1945-ci illərin müharibə veteranı Cavanşir Bürcəliyev 1924-cü ildə Mirbəşir (Tərtər) rayonunun Cəmilli kəndində anadan olub. Kənd məktəbini bitirəndən sonra 1942-ci ilin oktyabr ayında müharibəyə gedib. Primorska düşüb. Gənc əsgərin qoçaqlığını, bacarığını ilk günlərdən görən komandirləri onu 6 aylıq kiçik komandirlər hazırlayan məktəbə göndəriblər. Oranı bitirdikdən sonra Yaponiyada –Mancuriyada xidmətə başlayıb. Çox keçmir ki, ona leytenant rütbəsi verirlər. Bütün bunları mənə bu yaxınlarda Cavanşir müəllimlə görüşümüz zamanı özü danışdı.
    Öyrəndim ki, Cavanşir müəllim müharibə illərində Ukraynanın, Belorusiyanın, Polşanın, Uzaq Şərqin və Yaponiyanın alman fasiştlərindən təmizlənməsində iştirak edib. Deyir ki, müharibə 9 may 1945-ci ildə bitsə də, mən 1946-cı ilin oktyabrında ordudan tərxis olundum. Daha ətraflı »

    Teqlər:

  • 09İyn
    Digər RAYONUMUZUN UZUNÖMÜRLÜLƏRİ üçün şərhlər bağlıdır

    DƏMİRÇİ HÜSEYN

    DSC_0546DSMF Tərtər rayon şöbəsinin verdiyi məlumata görə qeydiyyatda 128 nəfər 90 yaşdan yuxarı sakinimiz var. Belə insanlardan birinin ailəsində oldum. 66 ildir ki, birgə ömür yaşamış Mustafayev Hüseyn Səlim oğlu və Mustafayeva Zərniyar Hüseyn qızı ilə görüşdüm.
    Hüseyn Mustafayev 11 aprel 1926-cı ildə Ağdərə rayonunun Sırxavənd kəndində doğulub. Uşaqlığı şura hökumətinin vurhavur, tuthatut dövrünə təsadüf edib. O zamankı bütün ailələrdə olduğu kimi, Səlim kişi də ailəsini, uşaqlarını mal-heyvan saxlamaqla, əkin-biçinlə məşğul olmaqla dolandırıb. Böyük Vətən müharibəsi başlayanda Hüseynin 15 yaşı varıydı.
    1951-ci ildə qonşu kənddə yaşayan Zərniyarla ailə həyatı qurdu. İş-gücün olmaması gənc ailənin ehtiyac-larının təmin olunmasında çətinliklər törədirdi. Odur ki, 1952-ci ildə Tərtər rayonuna köçürlər. Həmin ildən 1957-ci ilədək yerli sənaye kombinatında işə dəmirçi kimi başlayan Hüseyn o zamankı Mirbəşir rayonunun fərdi yaşayış evlərinin, ictimai binaların dam örtüklərini vuraraq ailəsinin dolanışığını təmin edirdi. 1957-ci ildən 1986-cı ilədək rayonun kommunal müəssisələri kombinatında armaturçu işləyib. Hüseynin əl qabiliyyəti hər kəsin diqqətini çəkirdi. Onu bütün tərtərlilər “Dəmirçi Hüseyn” kimi tanıyırdılar. O, həm də gözəl tar ifaçısı olub. Daha ətraflı »

    Teqlər:

  • 30May

    Digər üçün şərhlər bağlıdır

    Ilham_Aliyev mskastarabassagligidYeni Azərbaycan Partiyasının öz liderinə, dövlətçiliyə nə qədər sadiq olduğunu tarix sınaqdan keçirirdi. Bütün bu sınaqlardan bizim partiyamız üzüağ çıxdı. Bütün bu sınaqlardan biz daha da güclənmiş şəkildə çıxa bildik.

    İlham Əliyev,
    Azərbaycan Respublikasının Prezidenti

    Teqlər:

  • 30May
    Digər 15 İYUN MİLLİ QURTULUŞ üçün şərhlər bağlıdır

    TARİXƏ QIZIL HƏRFLƏRLƏ YAZILAN GÜN

    heyder7_rAzərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər vardır ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən böyük başlanğıcların əsası qoyulub. Müxtəlif tarixi hadisələrlə əlamətdar olan belə günlərdən ən önəmlisi 1993-cü ilin 15 iyun günüdür. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş bu gün onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Milli Qurtuluş günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik olan bir gündür.
    Vətənini, xalqını, millətini sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixidir. Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir.
    1993-cü ilin 15 iyununda Azərbaycan xalqının bir millət, Azərbaycan Respublikasının isə bir dövlət kimi yaşaması sual altında idi. Daha ətraflı »

    Teqlər:

  • 30May
    Digər 1 İYUN UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜDÜR üçün şərhlər bağlıdır

    ÜÇÜNCÜ SİNİF ŞAGİRDİ İBRAHİMİN UĞURLARI

    Изображение 183Uşaqların Beynəlxalq Müdafiəsi Gününün 1iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dün-yanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.

    Uşaqlar həyatımızın sevinc dolu bir dünyasıdır–bütün qayğılarımızın, diqqətimizin əsasını təşkil edən bir dünya. Məhəbbətimizin çox hissəsi uşaqlarımıza ayrılır. Onlar bu məhəbbətdən pərvazlanaraq gələcəkdə həyatımızı mənalandırırlar. Gözəl tərbiyə ilə böyümüş övladlarımız qürur yerimiz olaraq həyatımızın güzgüsünə çevrilir. Onlar ata, ananın, baba-nənələrin, hətta bir xalqın fəxrinə, qüruruna dönürlər. Xoşbəxtlik elə üz-gözlərindən oxunur, bu insanların. Daha ətraflı »

    Teqlər: ,