Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 13İyn
    Xəbərlər ELMİ-PRAKTİK SEMİNAR KEÇİRİLİB üçün şərhlər bağlıdır

    DSC_6376 (Копировать)DSC_6444 (Копировать)Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti, Tərtər Regional Elm və İnformasiya Məsləhət Mərkəzi və Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən Tərtər rayonunda “Taxılçılıqda yeni sortlar və mütərəqqi becərilmə texnologiyaları mövzusuna həsr olunmuş elmi-praktik seminar keçirilib.
    Seminarda Azərbaycanın bir sıra rayonlarından–Kürdəmir, Ağdaş, Beyləqan, Samux, Füzuli, Ağcabədi, Göygöl, İmişli, Bərdə, Saatlı və Zərdab rayonlarından təsərrüfat rəhbərləri və fermerlər iştirak ediblər.
    Tədbiri Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Rəsul Balayev açaraq, iştirakçıları salamlayıb. O, kənd təsərrüfatı sahəsində informasiya-məsləhət xidmətinin təşkili barədə seminar iştirakçılarına ətraflı məlumat verib.
    Sonra Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov çıxış edib. Deyib ki, bu gün sizi Qəhrəman Tərtər torpağında görməyimdən çox məmnunam. Rayonumuzun mənfur qonşularımızla təmas xətti 48 km təşkil edir. Ermənilər yaşayış məntəqələrimizi “Qrad” və ağır top mərmilərindən atəşə tutublar, insanlar həlak olub, evlər dağılıb. Bütün bunlara baxmayaraq, Tərtərdə həyat öz axarı ilə davam edir. Daha ətraflı »

    Teqlər:

  • 13İyn
    Xəbərlər Ermənilərin açdıqları atəş nəticəsində dağılmış evlər bərpa olunur üçün şərhlər bağlıdır

    SAKİNLƏR BU İŞDƏN RAZIDIRLAR

    Изображение 232Изображение 206Həmsöhbətim Ağdərə rayonunun Kərəmli kənd sakini, 1991-ci ildən ailəlikcə məcburi köçkün düşən Qarayeva Rəbiyyə Abbas qızıdır. Rəbiyyə bacının danışdığını həyəcansız dinləmək olmur. Deyir ki, bizim kəndimiz başıqarlı Murov dağının ətəyində yerləşirdi. Uşaqlıqdan valideynlərimiz burada yaşayıblar. Sonra elə mən özüm də ailə həyatı qurdum. Gözəl güzəranımız, hər cür şəraiti olan ev-eşiyimiz vardı. Sanki, qəflətən bu gözəllikdən əsər-əlamət qalmadı. 1991-ci ilin sentyabrında mənfur ermənilər kəndimizi iriçaplı silahlardan, “Alazan” tipli raketlərdən atəşə tutdular. Hətta evlərə od vurub yandırdılar. Neçə-neçə insan evinin içində yanıb kül oldu. Belə vəhşilik heç zaman görünməyib. Həmin vaxt kəndə vertolyot endi. Uşaqları, qocaları vertolyotla Tərtərə yola saldıq. Qalan kənd sakinləri isə Murov yolu ilə Tərtərə gəldilər. Tərtərin Hüləbətli kəndində köhnə tanışlarımız vardı. Bir müddət orada yaşadıq. Sonra böyük qızım Fəxrəndə indiki Fikrət Əmirov küçəsində 9 nömrəli həyəti aldı. Orada iki otaq və geniş seyvandan ibarət ev tikdirdi. Onun 3 uşağı var. Daha ətraflı »

    Teqlər:

  • 13İyn
    Xəbərlər MÖHTƏŞƏM BAYRAM TƏDBİRİ üçün şərhlər bağlıdır

    DSC_6964DSC_6828Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Tərtər şəhərində Heydər parkında Tərtər Rayon İcra Hakimiyyətinin və rayon təhsil şöbəsinin təşkilatçılığı ilə möhtəşəm bayram tədbiri keçirilmişdir.
    Xüsusi tərtibatla bəzədilmiş parkda keçirilən bayram şənli-yində rayonun ümumtəhsil məktəblərinin aşağı sinif şagirdləri ilə birgə rayon ərazisində yerləşən uşaq bağçalarında tərbiyə alan uşaqlar da iştirak etmişlər.
    Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov bayram tədbirinə topla-şan çoxsaylı uşaqları salamlayaraq onları təbrik etmiş və bildirmişdir ki, uşaqlar dünyada hamı üçün əzizdir.
    Azərbaycanda uşaqlara xüsusi məhəbbət, xüsusi münasibət vardır. Rayon rəhbəri bugünkü uşaqların XXI əsrdə müstəqil Azərbaycanın qurucuları, yaradıcıları və Azərbaycanı yüksəklərə qaldıranlar olacağını söylədi. Sonra uşaqlar maraqlı konsert proqramı ilə çıxış etmişlər.
    Bayram tədbirində uşaqlara şirniyat paylanmış, 4 nəfər uşağın valideyninə Tərtər rayon Qeydiyyat şöbəsi tərəfindən doğum şəhadətnaməsi təqdim edilmişdir.

    Teqlər:

  • 01İyn
    Xəbərlər AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV 2015-ci İLDƏ “DÜNYADA İLİN ADAMI” SEÇİLİB üçün şərhlər bağlıdır

    PRESID_1(1)Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi və enerji mənbələrinin şaxələndirilməsinə mühüm töhfə verir. Qlobal transmilli layihələrin həyata keçirilməsində böyük təcrübə toplamış Azərbaycanın ciddi səyləri və liderliyi sayəsində müxtəlif ölkələrin təmsil olunduğu böyük komanda formalaşdırılıb, “XXI əsrin layihəsi” olan “Cənub” qaz dəhlizinin, onun tərkib hissəsi kimi “Şahdəniz-2”, TANAP və TAP layihələrinin reallaşdırılmasına başlanıb və hazırda bu istiqamətdə işlər sürətlə davam etdirilir.
    Azərbaycan tarixdə ilk dəfə təşkil olunan birinci Avropa Oyunlarını ən yüksək səviyyədə keçirməklə, ona göstərilən etimadı tam doğruldub və Avropa ictimaiyyətinə əsl idman bayramı hədiyyə edib. Azərbaycan həm də böyük beynəlxalq tədbirləri nümunəvi şəkildə təşkil etmək, onların yeni standartlarını müəyyənləşdirmək bacarığını, öz böyük potensialını bütün dünyaya bir daha təqdim edib.
    Azərbaycan qitələri birləşdirən nəhəng nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsində əhəmiyyətli rol oynayır, “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin yaradılması üçün böyük səylər göstərir. Son illər hava, yol, dəniz və dəmir yolu infrastrukturunu ən müasir standartlara uyğun yenidən qurmaqla, Azərbaycan qarşıdan gələn dövrdə bütün regionun inkişafına xidmət göstərəcək beynəlxalq nəqliyyat-tranzit şəbəkəsinin mərkəzinə çevrilib. Daha ətraflı »

    Teqlər:

  • 01İyn
    Xəbərlər BAŞ NAZİRİN MÜAVİNİ ƏLİ ƏHMƏDOV VƏ MİLLİ MƏCLİSİN DEPUTATLARI TƏRTƏR RAYONUNDA OLUBLAR üçün şərhlər bağlıdır

    DSC_6746 (Копировать)Sehfe 1Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov, Milli Məclisin deputatları Hadı Rəcəbli, Eldar İbrahimov və Hüseynbala Mirələmov mayın 28-də Tərtər rayonunda olub, əsgər və zabitlərlə görüşüb, Ermənistan silahlı bölmələrinin şiddətli artilleriya atəşi nəti-cəsində dağılmış evlərə baş çəkiblər.
    Baş nazirin müavini, Milli Məclisin deputatları və Tərtər rayon rəhbərliyi əvvəlcə Tərtər şəhərinin mərkəzi Mey-danında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül dəstələri qoyublar.
    Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov nümayəndə heyətinə cəbhədə baş verən son atışmalar zamanı dinc əhalinin üzləşdiyi çətinliklər, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər barədə məlumat verib.
    Sonra Mərkəzi meydanda aprelin əvvəllərində cəbhənin Tərtər istiqamətində gedən döyüşlərdə fərqlənən hərbçilərlə görüş keçirilib. Daha ətraflı »

    Teqlər:

  • 01İyn
    Xəbərlər RESPUBLİKA GÜNÜ QEYD EDİLDİ üçün şərhlər bağlıdır

    DSC_0007 (Копировать)Heydər Əliyev Mərkəzində 28 May – Respublika Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir. Toplantı iştirakçıları əvvəlcə torpaqlarımız uğrunda canından keçmiş vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
    Sonra rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Elvin Umudov Respublika Günü münasibəti ilə məruzə etmişdir. O bildirmişdir ki, xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılmış 1918-ci ilin 28 May Günü Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gün kimi tarixdə yeni bir mərhələnin başlanğıcını qoymuşdur.
    Qeyd olunmuşdur ki, 1991-ci il oktyabrın 18-də “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə xalqımız yenidən öz istiqlalına qovuşsa da, həmin vaxt hakimiy-yətin savadsız və qətiyyətsiz adam-ların əlində olması milli dövlətçiliyimizin taleyini təhlükə altında qoyurdu.
    Yalnız 1993-cü ilin iyununda Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtmasından və dövlətçiliyimizin sükanını öz qüdrətli əllərinə almasından sonra həmin mənzərə dəyişdi. Daha ətraflı »

    Teqlər:

  • 01İyn
    Xəbərlər TÜRKİYƏ RESPUBLİKASININ GƏNCƏ BAŞ KONSULU ORXAN İŞIQ TƏRTƏRDƏ üçün şərhlər bağlıdır

    DSC_6306Türkiyə Respublikasının Gəncə baş konsulu Orxan İşıq rayonumuza səfəri zamanı Ermənistan silahlı bölmələrinin yaşayış məntəqələrimizi şiddətli artilleriya atəşinə tutması nəticəsində dinc əhaliyə dəymiş ziyanla tanış olub.
    Bu barədə qardaş ölkənin diplomatına Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov ətraflı məlumat verib. Bundan sonra konsul Orxan İşıq rayon icra hakimiyyətinin başçısı ilə fikir mübadiləsi edib, müzakirələr aparıb.

    “Yeni Tərtər”

    Teqlər:

  • 01İyn
    Xəbərlər BAŞ NAZİRİN MÜAVİNİ ƏLİ HƏSƏNOV MƏCBURİ KÖÇKÜNLƏRLƏ GÖRÜŞÜB üçün şərhlər bağlıdır

    Изображение 214Изображение 139Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov rayonumuza səfəri zamanı məcburi köçkünlərlə görüşüb. O, Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovla birlikdə aprel döyüşləri zamanı ermənilərin atdıqları mərmilərdən zərər çəkmiş evlərdə olub. Bildirib ki, bu evlərin hamısı əvvəlkindən də yaxşı bərpa olunacaq.
    Şıxarx qəsəbəsində olarkən Əli Həsənov xeyli hissəsi ermənilər tərəfindən dağıdılmış “Marağa–150” abidəsinə baxıb. O deyib ki, erməni məkrini və yalanını ifşa etmək üçün bu abidənin böyük əhəmiyyəti var. Abidə tezliklə bərpa olunmalı, ölkəmizə səfər edən xarici nümayəndələr ermənilərin Qarabağda məskunlaşması münasibətilə ucaltdıqları bu abidədəki tarixi görməlidirlər.

    “Yeni Tərtər”

    Teqlər:

  • 01İyn
    Xəbərlər KƏBİRLİ KƏNDİNDƏ BU HADİSƏNİ SƏBİRSİZLİKLƏ GÖZLƏYİRDİLƏR üçün şərhlər bağlıdır

    DSC_6062 (Копировать)DSC_6075 (Копировать)“Tərtər rayonundakı 51 yaşayış məntəqəsindən 38-də əhali təbii qazdan istifadə edir. Kəbirli kəndinin qazlaşdırılması başa çatıb, bundan başqa daha 4 kənddə bu iş yekunlaşmaq üzrədir. Bu kəndlərdə də qazlaşma başa çatdıqdan sonra 15230 abonentə qaz verilmiş olur ki, bu da ümumi abonentlərin 92,7 faizidir”. Bu sözləri Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov Kəbirli kəndinə qaz verilməsi münasibətilə keçirilən açılış mərasimində söyləmişdir.
    Kəndlərdə sosial problemlərin həlli əhali tərəfindən böyük razılıqla qarşılanır. Bu barədə isə həmin tədbirdə iştirak edən Kəbirli kənd İƏD üzrə nümayəndə Azər Yaqubzadə, kənd sakinləri Zakir Bayramov, Rafiq Səfərov, Aybəniz Məmmədova danışıblar.
    Rayon rəhbəri həmçinin Kəbirli kəndində səyyar görüş-qəbul keçirib, əhalini narahat edən məsələləri öyrənib, bunların həlli üçün konkret tapşırıqlar verib. O bildirib ki, Respublika Prezidenti İıham Əliyevin Tərtərə və tərtərlilərə daimi qayğısı var. Burada insanların rahat yaşaması üçün bütün işlər görülür və bundan sonra da görüləcəkdir. Düşmənlərimizin törətdikləri bütün təxribatlara baxmayaraq, tərtərlilər, o cümlədən Kəbirli kəndinin sakinləri,ölkə rəhbərinin ətrafında sıx birləşərək, əkin-biçin işləri ilə məşğul olur, rayonun iqtisadiyyatını möhkəmləndirirlər.
    Eyni zamanda rayonumuzun sakinləri böyük həvəslə dinc quruculuq-abadlıq işlərini həyata keçirir, şəhərimizin və kəndlərimizin simasını gözəlləşdirirlər. Bütün bunlar isə düşmənlərimizin gözünə ox kimi batır.

    “Yeni Tərtər”

    Teqlər:

  • 18May
    Xəbərlər RAYONUMUZDA ULU ÖNDƏRİN ƏZİZ XATİRƏSİ YAD EDİLDİ üçün şərhlər bağlıdır

    DSC_4392 (Копировать)DSC_4420 (Копировать)Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə mərasim keçirilmişdir.
    Minlərlə tərtərli rayonun mərkəzi meydanına gələrək, Ulu Öndərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət etmiş, ona öz hörmət və ehtiramlarını, ümümxalq məhəbbətini nümayiş etdirmişlər. Meydana toplaşan insan izdihamının önündə gedən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Ümummilli Liderin abidəsini ziyarət edərək, önünə əklil qoymuşdur. İcra başçısının ardınca anım mərasimində rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin rəhbərləri, ziyalılar, minlərlə sadə tərtərli Azərbaycan xalqının Ümummillli Lideri Heydər Əliyevi hörmətlə anaraq, abidəsi önünə tər gül-çiçək dəstələri düzmüşlər. Abidənin ətrafı güllərdən düzəldilmiş kompozisiya və əl işləri ilə bəzədilmişdir.
    Tədbir rayon ərazisində iməcilik və ağacəkmə kampaniyası, Heydər Əliyevin adını daşıyan parkda kitab və rəsm müsabiqəsi ilə davam etdirilmişdir.

    “Yeni Tərtər”

    Teqlər: