Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09İyn
    Digər Tarixi günlər üçün şərhlər bağlıdır

    BEYNƏLXALQ SÖZ VƏ MƏTBUAT AZADLIĞI GÜNÜ

    2015-10-17-01-00-5185742fccd3461991-ci il mayın 3-də Namibiyanın paytaxtı Vindhukda regional seminara toplaşan jurnalistlər azad və müstəqil informasiya vasitələrinə yardımçı olmaq məqsədilə dünya hökumətlərinə mətbuat azadlığının və demokratiyanın təmin edilməsinə yardımçı olmağa çağıran “Vindhuk Bəyannaməsi”ni qəbul ediblər. Bununla bağlı BMT Baş Məclisi 1993-cü ildə mayın 3-nü Beynəlxalq Söz və Mətbuat Azadlığı günü kimi qeyd etməyi qərara alıb. Azərbaycanda söz və mətbuat azadlığının təminatı ilə bağlı müvafiq qanunvericilik aktları qəbul edilib. 1998-ci il avqustun 6-da Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə mətbuat üzərində senzura ləğv olunub.
    Senzuranın ləğvi və bu qəbildən digər tədbirlər müstəqil KİV-lərin inkişafını, vətəndaşların beynəlxalq hüquq normaları və Azərbaycan Konstitusiyası ilə təsbit olunmuş söz, məlumat və fikir azadlığını təmin edib. Daha ətraflı »

    Teqlər:

  • 09İyn
    Digər BEYNƏLXALQ AİLƏ GÜNÜ üçün şərhlər bağlıdır

    скачанные файлы15 may Birləşmiş Millətlər Təşkilatının qərarı ilə bütün dünyada Beynəlxalq ailə günü kimi qeyd olunur. Azərbaycanda ailə bütün zamanlarda cəmiyyətimizin ən müqəddəs təməl daşı hesab olunub. Ulu Öndər Heydər Əliyev Azərbaycan ailəsi və onun problemlərini həmişə diqqətdə saxlayırdı. Bu münasibət indi də dövlət başçımız İlham Əliyev tərəfindən həssaslıqla davam etdirilir.
    Bu gün ölkəmizdə ailə cəmiyyətin əsas özəyi kimi dövlətin xüsusi himayəsindədir və dövlət öz siyasətində ailənin sosial müdafiəsi, gənc ailələrə qayğını əsas tutur. Azərbaycan ailəsi və onun problemlərini həmişə diqqətdə saxlayan Ulu Öndər Heydər Əliyev cəmiyyətdə qadınların rolunun artırılması, qadınlarla kişilər arasında bərabərliyin gerçəkləşdirilməsi, qadın, ailə problemlərinin həlli istiqamətində də böyük işlər gördü. 1998-ci il yanvarın 14-də Azərbaycanda “Qadın Problemləri üzrə Dövlət Komitəsi”ni yaratdı. Bu məsələyə böyük həssaslıqla yanaşan Prezident İlham Əliyev 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında Sərəncam imzaladı. Daha ətraflı »

    Teqlər:

  • 09İyn
    Digər EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI üçün şərhlər bağlıdır

    DSC02105Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən ölkəmizdə hər il 23 may günü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.
    Azərbaycan müstəqillik əldə etdikdən sonra məhz Ulu Öndər Heydər Əliyevin ekologiya və ətraf mühitin mühafizəsi sahəsinə qayğıkeş münasibəti nəticəsində onun imzaladığı 2001-ci il 23 may tarixli sərəncamla Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb.
    Son bir neçə ildə ekoloji vəziyyətin sağlamlaşdırılması, ətraf mühitin mühafizəsi sahəsində ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında ardıcıl, məqsədyönlü işlər görülüb, uzun illər ərzində yığılaraq müstəqil Azərbaycana miras qalmış ekoloji problemlər təhlil edilərək, onların kompleks həllinə yönəlmiş 5 Milli və Dövlət Proqramı təsdiq edilib, ekologiya və ətraf mühitin mühafizəsi sahəsində hüquqi baza təkmilləşdirilib. Daha ətraflı »

    Teqlər:

  • 09İyn
    Digər “ATAMIN YARIMÇIQ QALMIŞ ARZULARINI YERİNƏ YETİRƏCƏYƏM” üçün şərhlər bağlıdır

    DSC_9274Bu sözləri redaksiyamızda olarkən şəhər 6 saylı tam orta məktəbin X sinif şagirdi Yaqut Qurbanova söylədi. Onun atası Eyvaz Qurbanov BDU-nu bitirmişdi. Polis işçisiydi. I Qarabağ müharibəsinin iştirakçısı olub. Gərgin döyüşlər zamanı səhhətində yaranan problemlər onun ömür yolunu yarımçıq qoydu. Həyat yoldaşı üç övladını atasız böyütməli oldu.
    Yaqutun qardaşı və böyük bacısı artıq orta məktəbi bitiriblər, hərəsi bir sahədə çalışır. Onun isə bircə arzusu var: Atasının yarımçıq qalmış arzularını yerinə yetirmək.
    Bu məqsədlə məktəbli qız dərslərindən hər gün “yaxşı” və “əla” qiymətlər alır. Xüsusən də humanitar fənləri dərindən öyrənir. BDU-nun hüquq fakültəsinə daxil olmaq istəyən bu qızın çalışqanlığından müəllimləri də razıdırlar. Müxtəlif fənn olimpiadalarında, bilik yarışmalarında Yaqut doğma məktəbini layiqincə təmsil edir, fəxri fərmanlarla təltif olunur. Daha ətraflı »

    Teqlər:

  • 09İyn
    Digər SİZİNLƏ QÜRUR DUYUR AZƏRBAYCANIM üçün şərhlər bağlıdır

    Изображение 085İstər dünya ədəbiyyatında, istərsə də bizim ədəbiyyatda tarixi şəxsiyyətlərə, məşhur adamlara həsr edilən çoxlu əsərlər var. Tarix boyu belə insanlar yaddaşımızda silinməz izlər buraxıb. Bu qəhrə-manları, kişi ya qadın olsun, fərqi yoxdur, sevir və özümüzə ideal seçirik.
    Azərbaycanlılar hər zaman yüksək səviyyəli nəcib və xeyirxah qadınları ilə qürur duyublar. Tarixi-mizin bütün mərhələlərində Azərbaycan qadını fədakarlıq nümunəsi kimi öz adını səlnamələrə, eposlara yazdırıb.
    Mən belə qadınlardan biri–Azərbaycan Respublikasının Birinci vitse prezident Mehriban xanım Əliyeva haqqında öz ürək sözlərimi yazmaq istəyirəm.
    Bu zərif, gözəl qadının bizim dövlətimiz üçün nələr etdiyini görəndə ürəyim qürurla dolur. Gözümün qarşısına qəhrəman Tomris, Bərdə hökmdarı Nüşabə, Koroğlunun Nigarı gəlir. Daha ətraflı »

    Teqlər:

  • 09İyn
    Digər TƏRTƏRİN YAZ ETÜDLƏRİ üçün şərhlər bağlıdır

    Изображение 733Изображение 707
    Daha ətraflı »

    Teqlər:

  • 09İyn
    Milli-mənəvi dəyərlər AİLƏ MÖHKƏM TƏMƏL ÜZƏRİNDƏ QURULMALIDIR üçün şərhlər bağlıdır

    MÜSAHİBƏ

    DSC_2056“Azərbaycan xalqının milli ənənələrindən biri də ondan ibarətdir ki, uşağa diqqət, qayğı hər bir ailənin, hər bir insanın əsas vəzifəsi, mənəviyyatımızın əsas hissəsi olubdur”. Bu sözləri Ulu Öndərimiz Heydər Əliyev deyib. Ümummilli Lider tərəfindən formalaşdırılmış ailə siyasəti Azərbaycanda bu gün də uğurla davam etdirilir. Dövlət başçımız İlham Əliyev müasir Azərbaycanın həyatında ailə dəyərlərinin önəmini yüksək qiymətləndirir: “Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və milli dəyərlərin tam bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksək olmalıdır”.
    Bəs, rayonumuzda bu sahədə vəziyyət necədir? Böyüməkdə olan gənc nəsil ailə müqəddəsliyinə yanaşmada ata-babaların yolunu davam etdirirmi? Bu və digər suallarımıza cavab almaq üçün redaksiyamıza rayon icra hakimiyyəti aparatında hüquq şöbəsinin əməkdaşı Çingiz İsayevi dəvət etdik. Daha ətraflı »

    Teqlər:

  • 09İyn
    Digər 93 YAŞLI MÜHARİBƏ VETERANI üçün şərhlər bağlıdır

    BurceliyevFaşist Almaniyası üzərində tarixi qələbənin 72-ci ildönümündə o dövrün cəsur döyüşçülərindən biri –Bürcəliyev Cavanşir Talıb oğlu haqqında, qısa da olsa, sizlərə məlumat vermək istiəyirəm.
    1941-1945-ci illərin müharibə veteranı Cavanşir Bürcəliyev 1924-cü ildə Mirbəşir (Tərtər) rayonunun Cəmilli kəndində anadan olub. Kənd məktəbini bitirəndən sonra 1942-ci ilin oktyabr ayında müharibəyə gedib. Primorska düşüb. Gənc əsgərin qoçaqlığını, bacarığını ilk günlərdən görən komandirləri onu 6 aylıq kiçik komandirlər hazırlayan məktəbə göndəriblər. Oranı bitirdikdən sonra Yaponiyada –Mancuriyada xidmətə başlayıb. Çox keçmir ki, ona leytenant rütbəsi verirlər. Bütün bunları mənə bu yaxınlarda Cavanşir müəllimlə görüşümüz zamanı özü danışdı.
    Öyrəndim ki, Cavanşir müəllim müharibə illərində Ukraynanın, Belorusiyanın, Polşanın, Uzaq Şərqin və Yaponiyanın alman fasiştlərindən təmizlənməsində iştirak edib. Deyir ki, müharibə 9 may 1945-ci ildə bitsə də, mən 1946-cı ilin oktyabrında ordudan tərxis olundum. Daha ətraflı »

    Teqlər:

  • 09İyn
    Digər RAYONUMUZUN UZUNÖMÜRLÜLƏRİ üçün şərhlər bağlıdır

    DƏMİRÇİ HÜSEYN

    DSC_0546DSMF Tərtər rayon şöbəsinin verdiyi məlumata görə qeydiyyatda 128 nəfər 90 yaşdan yuxarı sakinimiz var. Belə insanlardan birinin ailəsində oldum. 66 ildir ki, birgə ömür yaşamış Mustafayev Hüseyn Səlim oğlu və Mustafayeva Zərniyar Hüseyn qızı ilə görüşdüm.
    Hüseyn Mustafayev 11 aprel 1926-cı ildə Ağdərə rayonunun Sırxavənd kəndində doğulub. Uşaqlığı şura hökumətinin vurhavur, tuthatut dövrünə təsadüf edib. O zamankı bütün ailələrdə olduğu kimi, Səlim kişi də ailəsini, uşaqlarını mal-heyvan saxlamaqla, əkin-biçinlə məşğul olmaqla dolandırıb. Böyük Vətən müharibəsi başlayanda Hüseynin 15 yaşı varıydı.
    1951-ci ildə qonşu kənddə yaşayan Zərniyarla ailə həyatı qurdu. İş-gücün olmaması gənc ailənin ehtiyac-larının təmin olunmasında çətinliklər törədirdi. Odur ki, 1952-ci ildə Tərtər rayonuna köçürlər. Həmin ildən 1957-ci ilədək yerli sənaye kombinatında işə dəmirçi kimi başlayan Hüseyn o zamankı Mirbəşir rayonunun fərdi yaşayış evlərinin, ictimai binaların dam örtüklərini vuraraq ailəsinin dolanışığını təmin edirdi. 1957-ci ildən 1986-cı ilədək rayonun kommunal müəssisələri kombinatında armaturçu işləyib. Hüseynin əl qabiliyyəti hər kəsin diqqətini çəkirdi. Onu bütün tərtərlilər “Dəmirçi Hüseyn” kimi tanıyırdılar. O, həm də gözəl tar ifaçısı olub. Daha ətraflı »

    Teqlər:

  • 09İyn
    Digər “BALA HAMIYA BALADI, ALLAHIM” üçün şərhlər bağlıdır

    4444Bu yaxınlarda “Azərbaycan” qəzetində sevimli şairimiz Fikrət Qocanın “Allahım, sahib çıx yaratdıqlarına” şeirini oxudum və çox təsirləndim. Şeirin əvvəlində şair yazıb: “Suriyada əhalinin üstünə atılan kimyəvi bombalardan boğulan, sudan çıxmış balıq kimi nəfəsi çatışmayan uşaqları ekrandan izlədim. Azərbaycanda, öz evimdə mənim də havam çatışmadı, az qala boğulurdum. Bu, bəşəriyyətə qarşı cinayətdir”.
    Daha sonra Fikrət Qoca şeirin dili ilə cinayəti törədənlərə mədəni qarğışlar yağdırır. Sonda isə deyir: “Amma balasına dəymə, bala hamıya baladı, Allahım”. Bu, Azərbaycan xalqının mentalitetidir: Başqasının balasına nəinki fiziki əzab verməmək, heç fikirlərində də ona pislik arzulamamaq.
    Çox təəssüf ki, bunun əksinə olaraq bizə erməni kimi qəddar bir düşmənlə qonşuluqda yaşamaq nəsib olub və əsrlər boyu balalarımız onların insanlığa sığmayan vəhşiliklərinin qurbanına çevrilirlər. Daha ətraflı »

    Teqlər: