Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Fev
    Səhiyyə ƏHALİNİN NÖVBƏTİ TİBBİ MÜAYİNƏSİNƏ BAŞLANILDI üçün şərhlər bağlıdır

    Изображение 197Изображение 209Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Səhiyyə Nazirliyi tərəfindən fevral ayının 15-dən may ayının 1-dək əhalinin pulsuz tibbi müayinədən keçirilməsinə başlanılıb.
    Bununla əlaqədar olaraq Tərtər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Sərəncam imzalanaraq müvafiq komissiya yaradılıb. Cədvəl əsasında rayon mərkəzi xəstəxanasının tibb işçiləri fevral ayının 15-dən əhalinin tibbi müayinəsinə başlayıblar.
    Ümumilikdə, tibbi müayinədən rayonun 54 yaşayış məntəqəsindən 18 yaşdan yuxarı 58 min 366 nəfərin keçməsi nəzərdə tutulmuşdur.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalinin tibbi müayinədən keçirilməsi ilə əlaqədar rayon mərkəzi xəstəxanasında olub, tibb işçiləri və müayinəyə gələnlərlə görüşüb.

    “Yeni Tərtər”

    Teqlər:

  • 27Fev
    Xəbərlər TƏŞKİLATIN ÜZVLƏRİNƏ QAYĞI GÖSTƏRİLİR üçün şərhlər bağlıdır

    Изображение 080Изображение 067“Yeni Tərtər” qəzeti redaksiyası ilk həmkarlar təşkilatının hesabat-secki yığıncağı keçirilib. Təşkilatın sədri Kənan Hüseynzadə 2014-cü ilin aprelindən 2017-ci ilin yanvar ayınadək olan dövr ərzində həmkarlar ittifaqı təşkilatının fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış edib.
    Qəzetin baş redaktoru Tofiq Yusif, baş redaktorun müavini Svetlana Bağırova, mühasib Bəxtilə Əliyeva, korrektor Elfuzə Vəliyeva, muxbir Əvəz Nəsirov və xadimə Zümrüd Bayramova çıxış edərək qəzet işçilərinə həmkarlar təşkilatı tərəfindən göstərilən qayğıdan və işdə yol verilən nöqsanlardan bəhs etdilər.
    İclasda ilk həmkarlar ittifaqı təşkilatının 3 nəfərdən ibarət yeni tərkibi və həmkarlar ittifaqı rayon komitəsinin növbəti konfransına 2 nəfər nümayəndə seçilib.
    Tədbirdə iştirak edən Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Tərtər Rayon Komitəsinin sədri Fəxrəddin Binnətov ətraflı çıxış edib.

    “Yeni Tərtər”

    Teqlər:

  • 27Fev
    Xəbərlər 2017-ci il “İslam Həmrəyliyi ili”dir üçün şərhlər bağlıdır

    BİRLİYƏ ÇAĞIRIŞ

    Изображение 121Heydər Əliyev Mərkəzində “İslam Həmrəyliyi ili”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə mərkəzin direktoru Səlimə Yusibova məruzə ilə çıxış edib O göstərib ki, ölkədə “İslam Həmrəyliyi ili” elan edilməsi bütün dünya üçün önəmli olan birliyə çağırışdır.
    Bu istiqamətdə görülən işlər, keçirilən tədbirlər dünyanın diqqətini İslam ölkələrinə qarşı ədalətsiz yanaşmalara yönəldəcək.
    Tədbirdə “Cümə” Məscidinin axundu Sadiq Cəfərov, rayon təhsil şöbəsinin nümayəndəsi Nigar Məstəlizadə və YAP Tərtər Rayon Təşkilatının işçisi Arzu Yaqubova çıxış edərək Azərbaycanda bütün dinlərin nümayəndələrinə yaradılan tolerantlıq mühitindən və bunun dünya ölkələri üçün nümunə olmasından danışıblar

    “Yeni Tərtər”

    Teqlər:

  • 27Fev
    Digər DİASPOR QURUCULUĞU, LOBBİÇİLİK VƏ DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ üçün şərhlər bağlıdır

    DÖVLƏTLƏR ARASINDA “KÖRPÜ”

    2015-09-23-17-32-33391844-300x225AZƏRBAYCANLILARIN DİASPOR TƏŞKİLATLARININ FORMALAŞMASI
    Planetimizin hansı guşəsində yaşamasından asılı olmayaraq, bu gün Heydər Əliyev dühası hər bir azərbaycanlının həyatına işıq saçır. Vaxt var idi ki, xarici ölkələrdə azərbaycanlılara yalnız işçi qüvvəsi kimi baxırdılar, haradan gəldikləri, hansı xalqı təmsil etdikləri heç kimi maraqlandırmırdı. Çoxları hətta Azərbaycan adlı bir məmləkətin Yer üzündə mövcudluğundan xəbərsiz idi. Vətəndən uzaqda yaşayan azərbaycanlıların özləri də bir-birilə əlaqə saxlamırdılar. Beləliklə də millətindən, ölkəsindən ayrı düşən insanlar getdikcə adət-ənənələrimizi unudur, onların ailələrində böyüyən uşaqlar isə hətta doğma dilimizi belə bilmirdilər.
    Bu sahədə əsaslı dönüş Ulu Öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində yaranmışdır. Məhz onun təşəbbüsü ilə 1991-ci ildə 31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik Günü təsis edilmişdir. İndi bu gün dünya azərbaycanlılarının ən sevimli bayramıdır. Daha ətraflı »

    Teqlər:

  • 27Fev
    Digər Gəncliyin səsi üçün şərhlər bağlıdır

    İSTEDADIN SEHRİNDƏ

    10001Baxııb sinəsindən axan al qana,
    Buludlar kişnədi, göy qan ağladı.
    O şənbə gecəsi Vətən başına
    Elə vətən boyda qara bağladı.
    * * *
    Bu nə fəryad, bu nə nalə, bu nə dərddir,
    Döndüm buza.
    Odmu yağır, daşmı yağır, qanmı yağır yurdumuza?
    Ölüm çökür torpağıma, üfüqlərin rənginə bax!
    Azadlıqla fəlakətin döyüşünə, cənginə bax!
    İlahi vergisidirmi bu, söylədiyi şeirlə bərabər gah əriyib göz yaşlarına dönür, gah da bir naləyə çevrilərək ürəyinin səsini zərrə-zərrə beyinlərə, ürəklərə hopdurmaq istəyir. Istedada bax! Adi sözlər kimi qarşılamaq qeyri-mümkündür onun söylədiklərini. Dinləyənin qanını dondurur bu səs. Sanki bir sehrdir. Ona hakim kəsilmədən qulaq asmaq mümkün deyil. Bu qız kimdir? Dinləyəni düşündürür. Təkrar-təkrar eşitmək istəyirsən. Bu səsin möcüzəsindən ayrılmaq olmur. O səsin sahibini tanımaq istəyirsiniz? Daha ətraflı »

    Teqlər:

  • 27Fev
    Digər ERMƏNİ QƏDDARLIĞI-TARİXİN ÜZ QARASI üçün şərhlər bağlıdır

    Изображение 085Faciə! Bu sözün mənası yəqin ki, hamıya aydındır. Faciə böyük arzuların, xəyalların, gözəl günlərin məhv olması deməkdir. Elə faciələr də var ki, bir ailənin, bir şəhərin deyil, bütövlükdə xalqın dərdidir.
    XX əsrin ən böyük faciəsindən–Xocalı soyqırımından söz açacağam mən. Xalqımızın başına gətirilən bu müsibətdən çox danışılıb, haqqında çox filmlər çəkilib, əsərlər yazılıb, rəsmlərdə öz əksini tapıb. Mən isə kiçik məqaləmdə bu dəhşətli faciə haqqında öz ürək sözlərimi yazacam.
    Biz ilk dəfə məktəbə–birinci sinfə qədəm qoyduqda Vətən, ana sözləri ilə yanaşı dostluq, sülh sözlərini də öyrənmişik, bu sözlərin sədası altında böyümüşük. Mühit bizi məhz bu ruhda tərbiyə etmişdir. Sən demə bir ucu gəlimli, son ucu ölümlü olan bu dünyada, qəribə məxluqlar–ermənilər varmış. Sən demə, illərlə dost, qardaş bilib, duz-çörəklə qarşıladığımız bu alçaq millət bizim düşmənimizimiş. Daha ətraflı »

    Teqlər:

  • 27Fev
    Digər Respublika mətbuatının səhifələrində üçün şərhlər bağlıdır

    CIRIQ ŞALVARLA MODA?

    Məlum məsələdir ki, təmiz, səliqəli, dəblə geyinmək mədəniyyət göstəricisidir. Gənclərimiz geyim seçərkən müasir modaya daha çox üstünlük verirlər. Bu, basa düşüləndir. Amma təəssüf ki, bəzən ifrata varır, moda xatirinə özlərini gülünc görkəmə salırlar. Düzdür, zamanla bərabər zövqlər də dəyişir, dəb də. Bununla belə, paytaxtımızda, elə rayonlarda da tez-tez rastlaşdığımız bir “mənzərə” məni çox narahat edir: hər dəfə süzülmüş, cırıq şalvarlı gəncləri görəndə acı təəssüf hissi keçirirəm. Axı niyə belə olmalıdır? Deyirlər, bu, Avropadan gəlmə bir dəbdir–müasirlik əlamətidir. Məgər Avropanı yamsılamaq, təqlid eləmək bizim borcumuzdur? Elədirsə, gəlin Avropadan yaxşı şeyləri götürək–mütərəqqi texnologiyaları, elmin son nailiyyətlərini mənimsəyək. Yoxsa cırıq şalvarla müasir olduğumuzu göstərməyə çalışmayaq. Daha ətraflı »

    Teqlər:

  • 27Fev
    Kənd təsərrüfatı 2016-cı İLDƏ TƏRTƏR RAYONUNDA ÜMUMİ MƏHSUL BURAXILIŞI 46,4 FAİZ ARTIB üçün şərhlər bağlıdır

    2016-cı ildə Tərtər rayonunda iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 181,6 milyon manat olmuşdur. Məhsul və xidmətlərin 72,6 faizi istehsal sahələrinin, 27,4 faizi xidmət sahələrinin payına düşmüşdür. 2016-cı ildə Tərtər rayonunun da daxil olduğu Yuxarı-Qarabağ iqtisadi rayon üzrə ümumi məhsul buraxılışının həcmi 25,7 faiz, Tərtər rayonunda isə 46,4 faiz artmışdır.
    2015-ci ildə ümumi məhsulun 49,8 milyon manatlıq və ya 27,5 faizi qədər kənd təsərrüfatı sahəsində, 46,7 milyon manatlıq (25,7 %) ticarət və xidmət sahəsində, 76,6 milyon manatlıq (42,2 %) tikinti-quraşdırma işləri yerinə yetirilmiş, 5,5 milyon manatlıq (3%) sənayedə, 2,4 milyon manatlıq (1,3%) nəqliyyat və anbar təsərrüfatı sahəsində, 0,6 milyon manatlıq (0,3%) informasiya və rabitə sahələrində məhsul və xidmətlər istehsal olunmuşdur.

    Tərtər Rayon Statistika İdarəsi

    Teqlər:

  • 27Fev
    Sosial 2016-cı İLDƏ TƏRTƏR RAYONUNDA 3478 YENİ İŞ YERİ AÇILIB üçün şərhlər bağlıdır

    2016-cı ildə Tərtər rayonunda 3478 yeni iş yeri açılmışdır ki, onun 1972-i daimi iş yerləridir. Daimi iş yerlərinin 226-ı yeni yaradılmış müəssisə və təşkilatlarda, 402-i mövcud müəssisə və təşkilatlarda, 100-ü fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda, 1244-ü isə fərdi sahibkarlıq subyektlərində açılmışdır. Bundan başqa digər tədbirlər üzrə (müxtəlif beynəlxalq və yerli layihələr, mövsümi, abadlıq və s.) 1506 iş yeri açılmışdır. Ümumiyyətlə son üç ildə Tərtər rayonunda 5908 yeni iş yer açılmışdır ki, onun 2844-ü daimi iş yerləridir.

    Tərtər Rayon Statistika İdarəsi

    Teqlər:

  • 27Fev
    Digər ƏLLƏRİN YARATDIĞI NAĞILLAR üçün şərhlər bağlıdır

    Изображение 251Bu gün sizə əlləri ilə nağıllar aləmi yaradan, öz maraqlı əl işləri ilə insanları düşündürən bacarıqlı bir qızdan söhbət açacağam.
    Bu qız Tərtər şəhər Uşaq Yaradıcılıq Mərkəzinin “Bacarıqlı əllər” dərnəyinin üzvü Aişə Qorçuyevadır. Aişə 1 saylı tam orta məktəbin 6-cı sinif şagirdidir. Lap kiçik yaşlarından onun əl işlərinə böyük marağı olub və bu maraq da Aişəni bizim mərkəzə gətirib.
    “Bacarıqlı əllər” dərnəyinin rəhbəri Ruhiyyə Kamalova söyləyir ki, Aişə öz bacarığı, tərbiyəsi və nümunəvi davranışı ilə seçilir. Onun hazırladığı maraqlı, səliqəli əl işlərindən olan “Azərbaycanın milli atributları”, “Qış nağılı”, “Buta” bunları seyr edənlərin marağına səbəb olur. Rayon sərgilərində Aişə yaxından iştirak edir. Mərkəzin fəal şagirdlərindən olan Aişənin bir neçə fəxri fərmanı da var.
    Biz də istedadlı şagirdimizə işlərində uğurlar və yeni-yeni nailiyyətlər arzulayırıq.

    Ülviyyə Qəmbərova,
    rayon uşaq yaradıcılıq mərkəzinin direktoru

    Teqlər: