Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 05İyl
    Xəbərlər SİLAHLI QÜVVƏLƏR GÜNÜ MÜNASİBƏTİLƏ RAYON ƏRAZİSİNDƏ YERLƏŞƏN HƏRBİ HİSSƏLƏRDƏ TƏDBİRLƏR KEÇİRİLMİŞDİR üçün şərhlər bağlıdır

    DSC_5903 (2)DSC_9944Silahlı Qüvvələr Günü münasibətilə Tərtər rayonunda yerləşən hərbi hissələrdə rayon icra hakimiyyətinin təşkilatçılığı ilə bayram tədbirləri keçirilmişdir.
    Tədbirlərdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, keçmiş döyüşçülər, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
    Tədbirlərdə əvvəlcə hərbi hissələrin şəxsi heyətlə iş üzrə komandir müavinləri Azərbaycan Respublikasının Müdafiə Naziri general polkovnik Zakir Həsənovun təbrik məktubunu oxumuşlar.
    Sonra hərbi hissələrin şəxsi heyəti qarşısında çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əsgər və zabitləri təbrik etmiş, çətin və şərəfli işlərində uğurlar arzulamışdir. Bildirilmişdir ki, ordu quruculuğu sahəsin-də dövlət siyasətinin nəticəsi olaraq son illərdə Silahlı Qüvvələrimiz bütün qoşun növləri üzrə inkişaf edərək möhkəmlənmiş, ordumuzun maddi-texniki bazası gücləndirilmiş və döyüş qabiliyyəti artmışdır. 1-5 aprel döyüşləri bir daha sübut etdi ki, möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi, Azərbaycanın güclü or-dusu var. Ordu və xalq birliyi vəhdət təşkil edir. Məhz bu birliyin nəticəsində aprel döyüşlərində düşmənə qalib gəldik, bir neçə strateji əhəmiyyətli yüksəklikləri ələ keçirdik. Daha ətraflı »

    Teqlər:

  • 05İyl
    Xəbərlər MƏTBUAT İŞÇİLƏRİNİN SEMİNARI üçün şərhlər bağlıdır

    images-cms-image-000421950Bu günlərdə Avropa Şurası və Azərbaycan Mətbuat Şurası birlikdə “İfadə Azadlığı və Şəxsi Həyata Hörmət” mövzusunda seminar kecirmişlər.
    Tədbirdə müstəqil ekspert Ələsgər Məmmədli “İfadə Azadlığı və Şəxsi Həyata Hörmət sahəsində Avropa Şurası və Avropa İnsan Hüquqları Konvensiyası standartları”, “Azərbaycan Respublikasının qanunvericiliyində ifadə azadlığı və şəxsi həyata hörmət”, Azərbaycan Mətbuat Şurasının nümayəndəsi Müşviq Ələsgərli” Media və şəxsi həyata hörmət”, Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin müəllimi Sevinc Əliyeva “Azərbaycan jurnalistikasında ifadə azadlığı və şəxsi həyata hörmət”, “Mingəçevir İşıqları” qəzetinin redaktoru Fərman Nəbiyev “Azərbaycanda regional qəzetlər və onlayn me-dia” mövzularında seminar iştirakçılarını ətraflı məlumatlandırmışlar.
    Diskussiya şəraitində davam edən seminarda Yevlax şəhərində çıxan “Kür”qəzetinin şöbə müdiri Ramiz Həmidov, “Mingəcevir işıqları” qəzetinin şöbə müdiri Yeganə Nəbiyeva, “Zaman” qəzetinin əməkdaşı Esmira Hidayətova, “Space” televiziya kanalının bölgə müxbiri Zakir Muradov, “Mingəcevir” qəzetinin müxbiri İlahə İsmayılova və başqaları yaxından iştirak etmişlər.
    Tədbirdə Müşviq Ələsgərli ilə birlikdə Avropa Şurası və Avropa İttifaqının birgə layihəsinin rəhbəri Pərvanə Bayramova iştirak etmişdir.

    “Yeni Tərtər”

    Teqlər:

  • 05İyl
    Xəbərlər BMT QAK-ın TƏMSİLÇİLƏRİ TƏRTƏRDƏ üçün şərhlər bağlıdır

    DSC_9624Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin hüquq şöbəsinin müdir müavini Oliver Tuholske və sahə məsələləri üzrə baş məsləhətçi Elsevər Ağayevi qəbul etmişdir. BMT QAK-ın nümayəndələri aprel ayında gedən döyüşlər zamanı rayona dəymiş zərərin necə aradan qaldırılması ilə maraqlanmışlar.
    Rayon rəhbəri bildirmişdir ki, respublika Prezidenti cənab İlham Əliyevin Tərtərə səfərindən sonra dağılmış evlərin bərpası, dəymiş zərərin aradan qaldırılması üçün rayona 3 miliyon manat vəsait ayrılmışdır. Hazırda həmin vəsaitlə dağılmış evlər bərpa olunur, dəymiş ziyan aradan qaldırılır. Sonra rayon rəhbəri qonaqları maraqlandıran suallara cavab vermişdir.

    Teqlər:

  • 05İyl
    Xəbərlər UNİCEF-in NÜMAYƏNDƏLƏRİ QONAĞIMIZDIR üçün şərhlər bağlıdır

    DSC_0204(1)DSC_0044(1)BMT-nin Uşaq Fondunun (UNICEF) fövqəladə hallar üzrə rəhbəri Robert Makkarti, fövqəladə hallar üzrə mütəxəssisi Asim Rəhman, Fondun Azərbaycandakı nümayəndəliyinin yeniyetmə və gənclərlə iş üzrə mütəxəssisi Aida Aylarova Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ilə UNICEF-in birgə həyata keçirdiyi “Azərbaycan Gənclərinə Dəstək Proqramı” çərçivəsində Tərtər rayonunda səfərdə olublar.
    Tərtər Rayon İcra Hakimiyyətində keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon haqqında qonaqlara məlumat verib, cəbhə xəttində yerləşən yaşayış məntəqələri və orada yaşayan yeniyetmə və gənclərin həyat şəraiti ilə bağlı fikirlərini bölüşüb.
    Sonra BMT Uşaq Fondunun rəsmiləri və BAMF-ın təmsilçiləri rayon icra hakimiyyətində “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsində iştirak edən Tərtər, Bərdə, Goranboy rayonlarının icra hakimiyyəti rəsmiləri, Gənclər və İdman idarələrinin rəhbərləri və yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndələri ilə birlikdə “dəyirmi masa”da müzakirələr aparıblar. Müzakirələr zamanı cəbhə xəttində yerləşən yaşayış məntəqələrində yaşayan yeniyetmə və gənclərin təhsil almaları, asudə vaxtlarını keçirmələri ilə bağlı fikirlər səsləndirilib. İcra hakimiyyətinin nümayəndələri ilə qonaqlar yeniyetmə və gənclərin fövqəladə hallar zamanı keçirdikləri psixoloji sarsıntı və bu problemlərin həlli yollarını müzakirə ediblər. Daha ətraflı »

    Teqlər:

  • 05İyl
    Xəbərlər, Sosial CƏBHƏ BÖLGƏSİNDƏ DAĞIDILAN EVLƏR  DÖVLƏT TƏRƏFİNDƏN BƏRPA EDİLİR üçün şərhlər bağlıdır

    38726dd0479ae708d5d5e8485f8b4792_9945603DSC_9350__copy_copy_9945605Prezident İlham Əliyevin təmas xəttində yaşayan insanlara
    davamlı diqqət və qayğısı böyük minnətdarlıqla qarşılanır

    Aprel hadisələrində Tərtər rayonunun düşmənlə təmas xəttinə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrinin Ermənistan silahlı birləşmələri tərəfindən atəşə tutulması nəticəsində çox sayda yaşayış evlərinə ziyan dəymişdi.
    Ermənilər törətdikləri bu təxribatın layiqli cavabını aldılar. Canlı qüvvə və xeyli döyüş texnikası itirən düşmən geri otuzduruldu. Ancaq bu da faktdır ki, rayonun cəbhə xəttinə yaxın ərazilərdə yaşayan əhalinin rahatlığı pozulmuş, evləri yararsız vəziyyətə düşmüşdü. O ağrılı günlərdə Prezident İlham Əliyev bölgəyə səfər etmişdi. Ağdam və Tərtər rayonlarında yaranmış vəziyyətlə yerindəcə tanış olmuşdu. Ağır gündə, bərk ayaqda öz rəhbərini yanında görən insanların keçirdiyi hissləri təsəvvür etmək çətin deyil. Bölgə əhalisi ilə səmimi və unudulmaz görüşün sabahı günü Prezident xüsusi sərəncam imzaladı, müharibədən zərər çəkən evlərin təmiri və bərpası üçün dövlət büdcəsindən yetərincə vəsait ayırdı. Daha ətraflı »

    Teqlər:

  • 05İyl
    Milli-mənəvi dəyərlər ÇEXİYADA AZƏRBAYCAN MULTİKULTURALİZMİ üçün şərhlər bağlıdır

    220112Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xarici ölkə universitetlərində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi layihəsi çərçivəsində sözügedən fənnin keçildiyi dünyanın 13 nüfuzlu ali təhsil müəssisəsi sırasında Çexiyanın paytaxtı Praqada yerləşən Karlov Universiteti də var. “Azərbaycan multikulturalizmi” fənnini bu ilin yaz semestrində həmin universitetdə tədris edən Roza Şəfiyeva ilə bugünlərdə tədrisin yekun nəticələri, Azərbaycan multikulturalizminin bu ölkədə təbliği istiqamətində görülən işlər barəsində söhbətləşdik.
    Roza Şəfiyeva bildirib ki, dərslər bu ilin mart-iyun ayı ərzində Karlov Universitetinin Fəlsəfə fakültəsinin Şərqi Avropa ixtisası və musiqi bölümünün tələbələrindən, eləcə də universitetdə Ukrayna dilini tədris edən müəllimdən ibarət 14 nəfərlik heyətə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin tərəfindən təqdim edilən tədris proqramı əsasında keçilib. Tədrisin sonunda müdavimlər uğurlu nəticə göstəriblər.
    Pedaqoq Praqada olduğu müddətdə “Çex mərkəzləri” təşkilatının əməkdaşları ilə görüş keçirib, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti haqqında məlumat verib. Adıçəkilən təşkilatın rəhbərliyi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə əməkdaşlıq etməyə, birgə layihələr həyata keçirməyə hazır olduqlarını bildirib. Daha ətraflı »

    Teqlər:

  • 05İyl
    Sosial GÜCÜMÜZ BİRLİYİMİZDƏDİR üçün şərhlər bağlıdır

    140210_7483REGİONLARIMIZIN SİMASININ DƏYİŞMƏSİ, BURADA SOSİAL-İQTİSADİ PROBLEMLƏRİN UĞURLU HƏLLİ HEYDƏR ƏLİYEV STRATEGİYASININ REALLAŞDIRILMASININ NƏTİCƏSİDİR

    1993-cü ildə ikinci dəfə respublikamıza rəhbərlik etməyə başlayan Heydər Əliyev ölkəmizin ictimai-siyasi həyatında hökm sürən xaos və anarxiya ilə yanaşı, iqtisadiyyatın da tamamilə dağılması ilə üz-üzə qalmışdır. Xüsusən regionlarda vəziyyət çox çətin idi. Sosial infrastruktur bərbad hala salınmış, iş yerləri bağlanmış, insanlarda torpağın əkilib-becərilməsinə maraq qalmamışdı. Ümummilli Liderimizin Prezidentliyinin ilk mərhələsində həyata keçirdiyi islahatlar ölkə iqtisadiyyatını gücləndirməklə yanaşı, Azərbaycanın dünya birliyinə inteqrasiyası üçün zəmin yaratdı.
    1996-cı ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə torpaq islahatı proqramı hazırlandı və bununla da regionların inkişafında yeni mərhələ başladı. Həmçinin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi haqqında” Fərmanın imzalanması ölkədə geniş-miqyaslı dinamik inkişafın yeni istiqamətlərini müəyyənləşdirdi. Məhz həmin Fərman əsasında Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası hazırlandı və bu mühüm vəzifənin sonrakı illərdə icrası Prezident İlham Əliyevin üzərinə düşdü.

    HƏLLEDİCİ MƏRHƏLƏ
    Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi altında işlənib hazırlanmış və ardıcıllıqla həyata keçirilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” bu dövrə aid vəzifələrin yerinə yetirilməsində həlledici mərhələ olmuşdur. Daha ətraflı »

    Teqlər:

  • 05İyl
    Milli-mənəvi dəyərlər YAŞANMIŞ BİR ÖMÜR üçün şərhlər bağlıdır

    zeynebHəyata gələn insan bir ömür yaşayır. Kimisi az, kimisi çox. Sözsüz ki, az yaşayana çərxifələk macal vermir. Ancaq çox yaşayan nə isə etməyə can atır, özündən sonra iz qoymağa çalışır. Kişi, ya qadın fərqi yoxdur. Əzab çəkəni də var, xoşbəxt yaşayanı da. Hər halda bir ömür yaşanılır və vaxt çatanda bu dünyanın istisinə-soyuğuna, şirininə-acısına əlvida deyir. Lakin nə xoşbəxtdir özündən sonra izi qalanlar, xoş xatirələrlə anılanlar!
    Zeynəb Usub qızı Əhmədova da özünə düşən ömür payını yaşamışdır. O, 1911-ci ildə Tərtər qəzasının Bayandur kəndində dünyaya göz açmışdır. Onun uşaqlığı sovet hökumətinin ilk quruculuq illərinə təsadüf edir. Əmək fəaliyyətinə sıravi kolxozçu kimi başlamışdı. Torpağa bağlılıq, zəhmətsevərlik ilk vaxtlardan onu hamıya sevdirmiş, hörmətli etmişdir.
    1937-ci ildən 1964-cü ilə kimi pambıqçılıq təsərrüfatında manqa-başçısı və briqadir kimi fəaliyyət göstərdi. Necə deyərlər, zəhmətlə ülfət bağladı. Qışın oğlan çağında, yayın qora bişirən vaxtında işdən yorulmadı, öz halal əməyi ilə həyatının şöhrət çələngini toxudu. Bəzən gecənin ay işığında kəhər atın belinə qalxaraq əlində “lapatka” pambıq sahələrinin suvarılmasına nəzarət etdi, bəzən də becərmənin keyfiyyətli aparılmasını yoxladı. Nəhayət ki, istədiyi nəticəni ala bildi.
    Hazırda rayonumuzda Zeynəb Əhmədovanın oğlu, gəlini, nəvə-nəticələri yaşayır. İlk görüşüm gəlini Qənirə bacı ilə oldu. Daha ətraflı »

    Teqlər:

  • 05İyl
    Milli-mənəvi dəyərlər BİR DAHA MƏMMƏD ASLANI YAD EDƏK üçün şərhlər bağlıdır

    ma 1Tərtərlilərin şair dostu Məmməd Aslanın Dəlidağa olan səfərləri bizim mahaldan keçirdi. Çox şeirinin mövzusu dünya gözəli Kəlbəcər idi.
    Bəli, insan övladı sevdiyini itirəndə onu ikiqat sevir. Bu belədir.
    Gəncə yolu burdan keçir,
    Müğan keçir, Şirvan keçir.
    Dəlidağa karvan keçir,
    Qonaq gəlin bizə, dostlar.
    Bəli, bütün ellərdən Dəlidağa insanlar bizim Cavanşir mahalından, yəni Tərtərimizdən keçib gedirdilər. Məmməd Aslan da bu həsrətin xəstəsi oldu. Dövlət televiziyasında apardığı verilişdə söz xəzinədarlarına istinadən söyləyirdi ki, “həsrət” sözünə tay olan ikinci bir ağır sözə təsadüf etməmişəm.
    Məmməd Aslanımızın ruhu şad olsun, rahat yat, əziz qardaş, deyəsən, bıçaq sümüyə çatıb.

    Nübar Mədətli,
    Azadqaraqoyunlu kəndi

    Teqlər:

  • 05İyl
    Milli-mənəvi dəyərlər KÖHNƏ QƏBRİSTANLIĞIN “TƏZƏ” DƏRDİ üçün şərhlər bağlıdır

    012.JPGAdətdir, Novruzqabağı günlərdə hər bir ailədə əvvəlcə dünyalarını dəyişənləri yad edir, onların ruhlarına Quran surələri oxutdurur, qəbirlərin üstünü təmizləyir, evlərdə ehsan verirlər. Bu, xalqımızın milli mentalitetidir, təqdirəlayiq ənənədir. Çünki, kim bilir ki, bu gün başdaşlarının arasında gəzənlərin hansı sabah özü harada olacaq – torpağın üstündə, yoxsa altında? Yəni, anmalıyıq ki, bizim özümüzü də ansınlar.
    “Qara bayram” deyilən gündə qəbristanlığa kimlər gəlmir? Azərbaycanın müxtəlif guşələrində, hətta ölkəmizdən kənarda yaşayanlar da həmin gün dünyadan köçənlərini yad etmək üçün doğma ocağa gəlirlər. Yəni bu ənənə həm də insanları bir-birinə yaxınlaşdırır, doğmalar arasında canlı ünsiyyətə cəlb edir. Bütün bunlar çox yaxşıdır. Amma açığını deyim ki, həmin gün bir tərtərli kimi mən həm də xəcalət hissi keçirirəm. Biz nə edirik? Doğmalarımızın qəbirlərini təmizləyib, otu-alağı, müxtəlif tullantıları yaxınlıqdakı qəbirlərin üstünə tökürük. Niyə? Məgər onlar da bizdən deyillərmi? Əgər qəbrin təmiz saxlanmasının ölünün ruhuna bir xeyri dəyərsə, onda başqa ruhları niyə narahat edirik? Hansı əsrdə yaşayırıq? Bütün tullantıları bir yerə toplayıb, oradan da daşıtdırmaq olmazmı? Daha ətraflı »

    Teqlər: