Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Apr
    Xəbərlər ERMƏNİLƏR DİNC SAKİNLƏRİ HƏDƏF ALIR üçün şərhlər bağlıdır

    Qaragaci kendinde vurulan masinAzadqaraqoyunlu kendinde rehimov mirzenin eviDaxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə bəyanatında qeyd olunur ki, aprelin 2-də törədilmiş növbəti belə təxribat və diversiya aktları nəticəsində mülki əhalinin milli zəmində düşmənçilik niyyətilə qəsdən öldürülməsi, öldürülməsinə cəhd edilməsi, vətəndaşlara məxsus əmlakın məhv edilməsi ilə müşaiyət olunan xüsusilə ağır və ağır cinayət əməlləri qeydə alınıb. Dinc sakinlərdən 2-si ölüb, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Vətəndaşlara külli miqdarda maddi və mənəvi ziyan vurulub. Bir orta məktəb binası, çoxsaylı evlər, obyektlər, istehsal müəssisələri düşmənin artilleriya zərbələrinə tuş gəlib, nəqliyyat vasitələri, yüksək gərginlikli elektrik xətləri sıradan çıxıb.
    Həmin gün saat 08 radələrində Tərtər rayonunun Qarağacı kəndi ərazisinə atılmış mərmilərdən biri kənddə məskunlaşmış Rəhimov Cəlal Saday oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobilin üzərinə düşüb. Daha ətraflı »

    Teqlər:

  • 07Apr
    Xəbərlər RAYON RƏHBƏRİ MÜSTƏQİM MƏMMƏDOV VƏ MÜDAFİƏ NAZİRLİYİNİN GENERALI RASİM ƏLİYEV YARALILARIN VƏZİYYƏTİ İLƏ TANIŞ OLMUŞLAR üçün şərhlər bağlıdır

    DSC_0636Aprelin 4-də erməni silahlı qüvvələrinin artilleriyasının atdığı “Qrad” mərmiləri rayonun Düyərli kənd sakinləri Etibar Quliyevin evinə və Vüqar Ağayevin həyətinə düşmüşdür. Nəticədə hər iki evə ciddi ziyan dəymişdir. Kənd sakini 1984-cü il təvəllüdlü Mehbarə Əliyeva və 1976-cı il təvəllüdlü Kəmalə Ağayeva müxtəlif bədən xəsarətləri alaraq Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişlər.
    Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov və Müdafiə Nazirliyinin generalı Rasim Əliyev Tərtər Rayon Mərkəzi Xəstəxanasında yaralıların vəziyyəti ilə tanış olmuşlar. Hazırda xəstələrin vəziyyəti orta ağırdır.
    ***
    Erməni terrorçularının hücumları tərtərliləri nəinki qorxutmuş, əksinə, hər kəsin vətənpərvərlik ruhunu daha da yüksəltmişdir. Daha ətraflı »

    Teqlər:

  • 07Apr
    Milli-mənəvi dəyərlər AZƏRBAYCAN–MULTİKULTURALİZM MƏKANI: BMT SİVİLİZASİYALAR ALYANSININ VII QLOBAL FORUMU ÖLKƏMİZƏ NƏ VƏD EDİR? üçün şərhlər bağlıdır

    1459148124Nazirliksiaphoto_391844“Sülhə gəlin, ey insanlar!” Bu çağırış müasir qloballaşan dün-yamızda xüsusilə aktualdır və mənə elə gəlir ki, 2016-cı il 25-27 apreldə Bakı şəhərində keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda digər məsələlərlə yanaşı bu fikir də beynəlxalq səviyyədə dialoq və əməkdaşlıq şəraitində müzakirə ediləcək. Son illər Azərbaycan müxtəlif dövlətləri, sivilizasiyaları bir araya gətirən məkana çevrilib. Dini dözümsüzlüyün, irqi ayrıseçkiliyin və islamofobiyanın bütün dünyada geniş yayıldığı bir dövrdə Azərbaycanda multikultural dəyərlərə böyük önəm ve- rilir.
    “Multikulturalizm” sözü dilimizə yeni gəlsə də, ölkəmizdə bu anlayış daim olmuşdur və qədim dövrlərdən bu günədək azərbaycanlılar başqa millətlərin və dinlərin nümayəndələri ilə dostluq və mehribançılıq şəraitində yaşamışlar.
    III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın sivilizasiyaların, mədəniyyətlərin və dinlərin kəsişməsində yerləşdiyini bildirərək deyib: “Biz Avropa ilə Asiya arasında yerləşirik. Daha ətraflı »

    Teqlər:

  • 07Apr
    Milli-mənəvi dəyərlər 2016-cı il “Multikulturalizm ili”dir üçün şərhlər bağlıdır

    1437079417_4QƏLBLƏRİ QIRMAYAQ!

    Bismillahir Rəhmanir Rəhim.
    Mehriban və bağışlayan Allahın adı ilə!
    “Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə gəlin! Şeytanın yolu ilə getməyin”… (Bəqərə s., ayə 208) .
    “…Hər kəs bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur.” ..(Maidə s., ayə 32). Bu ayələr, daha doğrusu, bu hökmlər, bütün aləmləri içindəkilərlə bərabər xəlq edən Uca Allah tərəfindən, Hörmətli Rəsulu (elçisi) vasitəsiylə bütün insanlara göndərilmişdir.
    Quranın başqa bir ayəsində isə (Bəqərə s., ayə11), insanlara fitnə-fəsaddan uzaq durmaq əmr olunur.
    Yer kürəsi birlikdə bütün insanların yaşadıqları bir evdir sanki. Daha ətraflı »

    Teqlər:

  • 07Apr
    Digər Oxucu məktubları üçün şərhlər bağlıdır

    IMG_0024TƏŞƏKKÜRÜMÜZÜ BİLDİRİRİK

    Çox dəyərli “Yeni Tərtər” ailəsi!
    Aylarca cəhd göstərdiyim, məqamını gözlədiyim zaman yetişdi. Səmimi hislərimi sözə çevirib ağ kağız üzərində ürək çırpıntıları ilə qeyd etmək mənim üçün nə qədər xoşdur.
    İlk dəfə redaksiyaya gəlişimi heç unutmaram. Əslində bir üzrhaqlıq üçün gəldiyim görüşdə baş redaktor Tofiq Yusiflə söhbət zamanı əsl ziyalı, əsl ağsaqqal sözünün böyüklüyünü gördüm. İşimdə mənə köməklik edəcək məsləhətlər aldım və xoş təəssüratlarla ayrıldım.
    Elə həmin vaxtdan etibarən sevə-sevə mütaliə etdiyim “Yeni Tərtər” qəzetinin daimi və sadiq oxucusuna çevrildim. Bir oxucu olaraq onu deyə bilərəm ki, qəzetin hər yeni sayında təkcə Tərtərimizdə deyil, ümumən respublikamızda baş verən hadisələrin işıqlandırılması, rayonumuzun sosial-iqtisadi tərəqqisi, təhsil, səhiyyə, mədəniyyət sahələ-rindəki yeniliklərdən və s. bəhs edən yazılar təqdirəlayiqdir. Daha ətraflı »

    Teqlər:

  • 07Apr
    Digər Sadə peşə adamları üçün şərhlər bağlıdır

    новый-1SƏNƏTİNİ SEVƏN İNSAN

    İnsan həyatda elə sənət, elə peşə seçməlidir ki, həm özünün bu peşəyə sevgisi olsun, həm də sənəti ilə xalqına, cəmiyyətə xeyir verə bilsin.
    Belə peşə adamlarından biri də Səfərov Ziyəddin İdris oğludur. O, 1997-ci ildə orta məktəbi bitirdikdən sonra Gəncə Politexnik Texnikumunun Energetika fakültəsinə daxil olub. 1980-ci ildə texnikumu bitirdikdən sonra hərbi xidmətə gedib, xidmətini başa vurduqdan sonra öz ixtisası üzrə müxtəlif iş yerlərində çalışıb.
    1993-cü ildən Tərtər Elektrik Şəbəkəsində elektrik montyoru işləməyə başlayıb. İşgüzarlığı və məsuliyyətliliyi ilə seçilən Ziyəddin əmi Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi vaxtdan apardığı düzgün siyasəti və Azərbaycanın uğurlu inkişafını görərək, 1995-ci ildən Yeni Azərbaycan Partiyasına daxil olub. Daha ətraflı »

    Teqlər:

  • 07Apr
    Digər BACARIQLI MAŞİNİST–EKSKAVATORÇU üçün şərhlər bağlıdır

    Изображение 104Ötən ilin iyun ayından başlayaraq rayonumuzda su və kanalizasiya sistemini quraşdıran TTŞ “İnşaat”ın işçiləri hər küçədə, hər evdə əziz qonağa çevriliblər. Qazıntı işləri şəhərin yollarında müvəqqəti çətinlik yaratsa da, hamı anlayır ki, layihə başa çatandan sonra bunlar unudulacaq, əvəzində isə tərtərlilər çoxdan həsrətində olduqları rahatlığa qovuşacaqlar. Qonaqpərvər sakinlər yayın istisində, qışın soyuğunda şirkətdə çalışanlara qayğıkeşliklə yanaşırlar.  Artıq şəhərdə kollektivin qabaqcıl işçilərini də yaxşı tanıyırlar. Bunlardan biri maşinist-ekskavatorçu Tofiq Qurbanovdur. Zəhmətkeş insanın üzərinə düşən vəzifə borcu xətlərin layihə üzrə tələb olunan dərinlikdə qazılması və əks doldurulmasıdır.
    Peşəsinin sirlərini ilk növbədə atası Yaqub Qurbanovdan öyrənən və 1978-ci ildə Tərtərdəki texniki peşə məktəbində sevdiyi ixtisas üzrə təhsil alaraq daha da püxtələşən Tofiq Qurbanovun ilk iş yeri Bərdə Su Meliorasiya İdarəsi olub. 2015-ci ildən isə TTŞ “İnşaat”da çalışır. Daha ətraflı »

    Teqlər:

  • 07Apr
    Sosial Minnətdarlıq üçün şərhlər bağlıdır

    Изображение 011MAHİR ƏSƏDOV KÜÇƏSİ ABADLAŞDIRILIB

    Hörmətli redaksiya! Oğlum Mahir Əsədov çox gənc yaşlarında torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub.
    O, orta məktəb partasından yenicə ayrılmışdı. Könüllü olaraq döyüşlərə qatıldı. Vətənin ağ gününü şəxsi xoşbəxtliyindən üstün tutdu. Nə evlənməyə macal tapdı, nə də övladı yadigar qaldı. Təsəllim bircə budur ki, Mahir unudulmayıb. Şəhərimizin ən yaraşıqlı küçələrindən birinə onun adı verilib. Bu yaxınlarda həmin küçədə abadlıq və yenidənqurma işləri aparıldı, səkilər təmir edildi, yeni işıq sistemi quraşdırıldı. Həmçinin burada şəhid Mahir Əsədovun adına tikilmiş bulaq təmir olunaraq, yaraşıqlı görkəm aldı. Mən bu küçə ilə addımlayanda övladımın arzularının gerçəkləşməsinin şahidi oluram. Axı, o, şəhərimizi beləcə gözəl, onun sakinlərini isə xoşbəxt görmək istəyirdi. Daha ətraflı »

    Teqlər:

  • 07Apr
    Digər TƏBRİK EDİRİK! üçün şərhlər bağlıdır

    05555Həyatımızın sevinci Mədinə balamız, bir yaşın mübarək olsun!
    Arzu edirik ki, bu qayğısız bir yaşın müdrik 100 yaşa çatsın. Doğmalarının duası, Allahın mərhəməti səni xoşbəxt balalarımızdan biri etsin. Üzündəki təbəssümün ömrünün bəzəyinə çevrilsin. Nəslimizin-kökümüzün xanım-xatın gözəllərindən olasan, əziz Mədinəmiz. Ən xoş arzularımız daim səninlədir, gül balamız. Səni xoşbəxt yaşa!
    Hörmətlə: Atan Bəxtiyar, anan Gülşən, babaların Surxay və Qəzənfər, nənələrin İradə və Tahirə, dayıların Anar və Heydər, bibilərin Fəridə və Nigar .

    Teqlər:

  • 05Apr
    Digər Təbrik edirik! üçün şərhlər bağlıdır

    50DoFjaNOL8Hörmətli Tofiq müəllim!

    Bakıda yaşayan tərtərli ziyalılar adından sizi doğum gününüz münasibətilə səmimi təbrik edir, həyatda ən böyük nemət olan cansağlığı arzulayırıq.

    Ziyalının, şairin, jurnalistin həyatı daim xalqın gözü qarşısında olur və yazılmış kitabları, şeirləri, məqalələri ilə ölçülür. Bu baxımdan demək olar ki, siz zəngin bir ömür yaşamısınız. Arzu edirik ki, yeni-yeni yaradıcılıq uğurlarınız həyatınızın bu zənginliyini daha da artırsın. Daha ətraflı »

    Teqlər: