Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 04May
    Xəbərlər AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ TƏRTƏRDƏ üçün şərhlər bağlıdır

    ilham 2600@0Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər rayonunda olmuşlar.
    Dövlət başçısı əvvəlcə Tərtər rayonundakı “N” saylı hərbi hissəyə gedərək hərbi hissənin qərargahı ilə tanış olmuşdur.
    Müdafiə naziri Zakir Həsənov təmas xəttindəki son vəziyyət barədə Ali Baş Komandan İlham Əliyevə məlumat vermişdir.
    Dövlət başçısı hərbi hissənin müasir standartlara cavab verən yeməkxanası, kazarması ilə də tanış olmuşdur.
    Sonra Ali Baş Komandan hərbi hissənin şəxsi heyəti ilə görüşmüşdür.
    Prezident İlham Əliyev təmas xəttində baş verən son hadisələrdən danışaraq dedi ki, həmişə Ermənistana beynəlxalq təzyiqlər artan zaman işğalçı dövlət danışıqlar prosesindən yayınmaq üçün atəşkəs rejimini pozur və təxribata əl atır. Daha ətraflı »

    Teqlər:

  • 04May
    Tərtər RİH-də CƏBHƏ BÖLGƏSİNDƏ: “VƏTƏNİN MÜDAFİƏSİNƏ HAZIRAM!” üçün şərhlər bağlıdır

    DSC_3195Изображение 317Cəbhə bölgəsi olan Tərtər rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon icra hakimiyyəti ilə birlikdə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirmişdir. Tədbirdə məqsəd Azərbaycan vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların AZƏRBAYCANIN müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsidir.
    Yığıncaqda rayon icra hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin şəxsi heyəti, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak etmişlər.
    Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoymuş, onun xatirəsini yad etmişlər. Daha ətraflı »

    Teqlər:

  • 04May
    Xəbərlər EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRİ TƏRTƏRDƏ üçün şərhlər bağlıdır

    3a6fe7c916a5b65cae673b84646a6ecd222222Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov Tərtər rayonunun cəbhəyanı kəndlərində olmuşdu.
    Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovla birlikdə Tərtər şəhərində və Qapanlı kəndində mərmi düşməsi nəticəsində dağılan evlərə baxış keçirmiş, ev sahibləri ilə görüşmüşdür. Erməni silahlı birləşmələrinin iriçaplı silahlardan intensiv atəşləri nəticəsində aprelin 27-də Tərtər rayonunun 10 yaşayış məntəqəsində 58 evə, iki tam orta məktəbə və digər qeyri-yaşayış obyektlərinə ciddi ziyan dəymişdir.
    Nazir jurnalistlərə ermənilərin mülki əhaliyə qarşı törətdiyi cinayətlərin, terror aktlarının nəticələrinin sənədləşdirilərək beynəlxalq təşkilatlara göndəriləcəyini bildirmişdir. Qeyd etmişdir ki, mənbəyi Ermənistan ərazisində olan çaylarda təmizləmə qurğuları tikilir: “Biz bilirik ki, onlar çaylara zəhərli maddələr axıdırlar. Daha ətraflı »

    Teqlər:

  • 04May
    Xəbərlər SAHİBKARLARA DƏSTƏK VERİLİR üçün şərhlər bağlıdır

    DSC_3109Изображение 248İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın inkişafında, xüsusilə cəbhə və sərhəd bölgələrində fəaliyyət göstərən sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsi və həmin ərazilərdə yaşayan insanların məşğulluğunun təmin edilməsi istiqamətində Tərtər rayonunda tədbir keçirib.
    Tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq, rayonda sahibkarlara göstərilən diqqət və qayğıdan, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması istiqamətində görülən işlərdən danışıb. Qeyd edib ki, rayonda kənd təsərrüfatı məhsulları istehsalının artırılması, pambıqçılığın, baramaçı-lığın inkişafı üçün yeni tədbirlər həyata keçirilir.
    Rayon rəhbəri sahibkarlara göstərilən dəstəyə görə rayon əhalisi, o çümlədən rayon sahibkarları adından cənab Prezidentə öz minnətdarlığını bildirib. Daha ətraflı »

    Teqlər:

  • 04May
    Milli-mənəvi dəyərlər HEYDƏR ƏLİYEV VƏ DÖVLƏT QADIN SİYASƏTİ üçün şərhlər bağlıdır

    QADINLAR DÖVLƏTİMİZİN, DÖVLƏTÇİLİYİMİZİN, MÜSTƏQİLLİYİMİZİN, BUGÜNÜMÜZÜN,
    GƏLƏCƏYİMİZİN DAYAĞIDIR

    qadinIAR1Dünya siyasət aləminin ən görkəmli şəxsiyyətlərindən biri, Azərbaycan xalqının Ümummilli Lideri, polad iradəli insan Heydər Əliyevi qadınlara qarşı xüsusi bir münasibət fərqləndirirdi–sonsuz qayğı, həssaslıq, mehribançılıq və məhəbbət. İstər öz ailəsinin üzvləri olsun, istərsə də hər bir Azərbaycan qadını–onlar Ulu Öndər üçün ən uca zirvədə dayanan insanlar idi. Ən ümdə məqsədlərindən birini də qadınların həyat şəraitinin daha da yaxşılaşdırılmasında görürdü. Çünki bu bir həqiqətdir ki, əgər qadın cəmiyyətdə qayğı və diqqətlə əhatə olunubsa, bu ölkədə böyüyən gənc nəsil də, bütövlükdə cəmiyyətin özü də xoşbəxt ola bilər.
    Tərtərli qadınlar Ulu Öndərin hələ Sovetlər birliyi dövründə Azərbaycana rəhbərlik etdiyi zaman rayonumuza səfərlərini yaxşı xatırlayırlar. O, kolxozlarda olarkən pambıqçı qadınlarla görüşür, hər biri ilə ayrıca söhbət edir, onları narahat edən məsələləri öyrənir və dərhal həllinə nail olurdu. O dövrdə sürücü-mexanik işləyən Ofelya Səfərova Heydər Əliyevi mənəvi ata hesab edirdi. Bütün ömrü boyu bu səmimi münasibətin həyatını işıqlandırdığını söyləyirdi. Daha ətraflı »

    Teqlər:

  • 04May
    Milli-mənəvi dəyərlər ZƏRİFƏ XANIM ƏLİYEVANIN XATİRƏSİ YAD EDİLDİ üçün şərhlər bağlıdır

    Изображение 050(4)Rayon icra hakimiyyəti YAP rayon təşkilatı və mərkəzi rayon xəstəxanasının kollektivi ilə birlikdə görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbir keçirmişdir.
    Yığıncaqda rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının, səhiyyə və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
    Tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açmışdır. Qarabağ uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
    Mərkəzi rayon xəstəxanasının baş həkimi Yaşar Hüseynov görkəmli alim və ictimai xadim Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti haqqında geniş məlumat vermişdir. Qeyd etmişdir ki, o, 1985-ci ildə aprel ayının 15-də Moskva şəhərində vəfat etmişdir. 1994-cü ildə onun cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda atasının qəbrinin yanında dəfn edilmişdir. Böyük alimin adı əbədiləşdirilmişdir. Daha ətraflı »

    Teqlər:

  • 04May
    Milli-mənəvi dəyərlər MƏKTƏBLİLƏR ULU ÖNDƏRİN İRSİNİ ÖYRƏNİRLƏR üçün şərhlər bağlıdır

    IMG-20160425-WA0000Heydər Əliyev Mərkəzində yuxarı sinif şagirdlərinin Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsi ilə daha yaxından tanış olmaları məqsədilə ardıcıl iş aparılır. Məktəblilərin Mərkəzə ekskursiyaları təşkil edilir, onlar Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən əvəzsiz eksponatlarla tanış olur, eyni zamanda “Dəyirmi masa” ətrafında bu barədə mühazirələri dinləyirlər. Şagirdlərin vətənpərvərlik tərbiyəsini daha da gücləndirmək məqsədilə hərbi vətənpərvərlik mövzusunda filmlər nümayiş etdirilir. Azərbaycanın Milli Qəhrəmanları, şəhidlər barədə məlumat verilir.
    Aprelin 1-dən 2-nə keçən gecədən başlanan erməni təxribatına Azərbaycan Ordusunun verdiyi layiqli cavab, ordumuzun gündən-günə möhkəmlənməsi də gənclərdə ruh yüksəkliyinin artmasına səbəb olur. Onların hər biri Vətənin müdafiəsinə hazır olduqlarını bildirir.

    “Yeni Tərtər”

    Teqlər:

  • 04May
    Ədəbiyyat YENİ ŞEİRLƏR üçün şərhlər bağlıdır

    20160502_143940Kamil Tərtərli (Süleymanov) 1955-ci il avqustun 26-da Tərtər rayonunun Qaynaq kəndində dünyaya göz açıb. Kamil müəllim “şairəm” deməsə də, daim onu düşündürən, bir vətəndaş kimi silkələyən mövzulara toxunur, obrazlı şəkildə bunlara münasibətini bildirir. “Qəhrəman Tərtər” şeiri də aprel ayının əvvəllərindən cəbhədə hadisələrin gərginləşməsinə həsr olunub.

    Teqlər:

  • 04May
    Ədəbiyyat QƏHRƏMAN TƏRTƏR üçün şərhlər bağlıdır

    Yenə bulud çöküb üstünə, Tərtər,
    İgid oğlanları çağır meydana!
    Ayağı dəyməsin yağı düşmənin,
    Qəhrəman diyarın torpaqlarına!

    Birinci Qarabağ savaşında sən

    Düşmənə layiqli cavab vermisən.
    Qovmusan düşməni uzaq yerlərə,
    İndi qisas almaq istəyir səndən.

    Vətən oğulları, qalxın ayağa!
    Döyüşmək vaxtıdı, hünər vaxtıdı.
    “Hay”ların başını əzəsən gərək,
    Torpağı almağın zamanı çatdı. Daha ətraflı »

    Teqlər:

  • 04May
    Ədəbiyyat OLAYDIM üçün şərhlər bağlıdır

    Kaş yolum düşəydi bu yaz dağlara,
    Açan gül-çiçəyə qonaq olaydım.
    Yaz dumanı süründükcə çəməndə,
    Şehdə ayaqyalın gəzən olaydım.

    Təzə yarpaq açmış o meşələrdə,
    Kəkotu, qantəpər gül açan yerdə,
    Qar selə döndükcə şah zirvələrdə
    Tərtər çayı coşan yerdə olaydım.
    Murovdağın sərin mehi vuraydı,
    Mürgüləyib mən də meyxoş olaydım.
    Bulaqların şırıltısı yoraydı,
    Allahıma şükür eləyən olaydım. Daha ətraflı »

    Teqlər: