Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,442
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyl
    Xəbərlər Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun adı verilmiş küçənin açılışı olub üçün şərhlər bağlıdır

    Изображение 084 Tərtər şəhərindəki küçələrdən birinə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş həmyerlimiz, Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun adı verilib.
    Bu münasibətlə rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən açılış mərasimində iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov qəhrəmanın ömür yolundan söhbət açaraq bildirib ki, Vəzir Orucov 1956-cı ildə rayonun Xoruzlu kəndində anadan olub. Daha ətraflı »

    Teqlər:

  • 02İyl
    Sosial Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi üçün şərhlər bağlıdır

    TƏRƏQQİ YOLU

    YAXIN KEÇMİŞDƏ

    loqo_kivdf Tərtər rayonunun bugünkü yüksəlişini daha aydın görmək üçün, yaxın keçmişimizə  nəzər salmaq kifayətdir. Ötən  əsrin 70-ci illərinə qədər təbii gözəlliyi, iqlimi ilə fərqlənən,  yeraltı və yerüstü sərvətləri, məhsuldar torpaqları ilə  zəngin olan Azərbaycanın bu  dilbər guşəsi nədənsə sosial-iqtisadi inkişaf, insanların yaşayış səviyyəsi baxımından  respublikamızın digər bölgələrindən kəskin surətdə seçilirdi. Nəinki kəndlərdə, elə rayon mərkəzinin özündə də  əhali əsasən kərpicdən tikilmiş sadə evlərdə yaşayırdı. Hətta  yeraltı damlara da rast gəlinirdi. Kolxoz və sovxozların  iqtisadi göstəriciləri zəif  olduğundan, ailələrin dolanışığı da aşağı səviyyədəydi.  Daha ətraflı »

    Teqlər:

  • 02İyl
    İdman TƏRTƏRİN ADINI UCALDANLAR üçün şərhlər bağlıdır

    IMG_20150527_153236İsmayıllı rayonunda kikboksinq idman növü üzrə XXI Azərbaycan çempionatı keçirilib.
    Gənclər və yeniyetmələr arasında təşkil olunan bu yarışda Azərbaycanın bütün bölgələrindən 300-dən çox idmançı iştirak edib. Adıçəkilən yarışda Tərtərin kikboksinq klubu 10 idmançı ilə təmsil olunub. Bu barədə bi-zə məlumat verən məşqçi müəllim, kikboksinq üzrə idman ustası Əhməd İsmayılov bildirdi ki, həmin on idman-çıdan 3-ü birinci yeri tutub. Ağabəy Vəlizadə 60 kq, İsmayıl Həsənov 67 kq, Süleyman Mehdiyev isə 86 kq çəki dərəcəsində mübarizə aparıblar. İdmançılardan Nurlan Nəcəfli 42 kq və Elnur İlqaroglu 75 kq çəki dərəcəsində ikinci yeri tutublar. Daha ətraflı »

    Teqlər:

  • 02İyl
    Təhsil Analarımız üçün şərhlər bağlıdır

    QAYĞIKEŞ MÜƏLLİM–ANA

    DSC_3187 Müasir cəmiyyətimizdə az-az sahələr tapılar ki, qadın əməyindən istifadə olunmasın. Qadın təhsildə, səhiyyədə,  hüquq orqanlarında, kənd təsərrüfatında yorulmaq bilmədən çalışır. O, həm də ailə idarə edir, anadır. Belə  analardan biri də müəllim–ana Kifayət Kərimovadır.
    Kifayət müəllim şəhər 3 saylı orta məktəbdə çalışır. O, ömrünün 35 ilini şagirdlərin təlim–tərbiyəsinə həsr edib.  Üstəlik də evinin həm kişisi, həm qadını olub. Həyat yoldaşı Sabir 1992-ci ildə Qarabağ müharibəsi zamanı Ağdərə  (keçmiş Mardakert) rayonunda avtomobil qəzasında həlak olmuşdur. Ona görə də ailənin qayğısı və məsulliyəti  Kifayət müəllimin çiyinlərinə düşmüşdür. Bu günlərdə onunla görüşüb müəllim-ana kimi fikirlərini öyrənmək  qərarına gəldim. Daha ətraflı »

    Teqlər:

  • 02İyl
    Milli-mənəvi dəyərlər ERKƏN NİGAHLAR VƏ BUNA QARŞI MÜBARİZƏ üçün şərhlər bağlıdır

    erken Azərbaycan xalqının ən böyük sərvətlərindən biri onun dünyada analoqu  olmayan ailə modelinə sahib olmasıdır. Dünyanın heç bir yerində bizdəki kimi ailə  münasibətləri istər valideyn-övlad, istərsə də ər-arvad münasibətləri yoxdur.
    Ailə kiçik dövlətdir. Azərbaycanda qədim dövrlərdən bu günə qədər bu kiçik  dövlətdə münasibətlər qarşılıqlı hörmət əsasında qurulmuş, böyüyə-kiçiyə  məhəbbət və ehtiram göstərilmişdir. Lakin təəssüf ki, hər sahədə olduğu kimi, bu  gün müasirlik, qloballaşma, dünyaya inteqrasiya ailə münasibətlərindən də yan  keçməmişdir. Daha ətraflı »

    Teqlər:

  • 02İyl
    Digər Ziyalılarımız üçün şərhlər bağlıdır

    MƏNƏVİ PAKLIQ  NÜMUNƏSİ

    DSC_1197Rayonumuzun hörmətli ziyalısı, YAP Tərtər Rayon Təşkilatının yaradıcılarından biri olan Zakir Bağırovun həyat kitabını vərəqlədikcə, ən çox diqqətimi cəlb edən bu insandakı vəzifə məsuliyyəti, işgüzarlıq və mənəvi paklıq oldu.
    Zakir müəllimin ailəsi 1949-cu ilin deportasiyası nəticəsində Qərbi Azərbaycandan didərgin düşənlərdəndir. Həmin vaxt onun cəmi 2 yaşı vardı. Lakin böyüklərin söhbətlərindən bu məcburi köçürülmənin ailəni hansı çətinliklərlə üz-üzə qoyduğunu yaxşı bilir. O deyir: Daha ətraflı »

    Teqlər:

  • 02İyl
    Xəbərlər Rayonumuzun həyatından üçün şərhlər bağlıdır

    Qazlaşdırma işləri sürətlənib

    III Dövlət Proqramı çərçivəsində rayonumuzdakı yaşayış məntəqələrinin qazlaşdırılması işi sürətlənib. Belə ki, rayonun Evoğlu, İsmayılbəyli kəndlərində qaz çəkilişi başa çatdırılıb. Mamırlı, Poladlı, Alışarlı, Hacıqərvənd kəndlərində son tamamlama işləri aparılır. Yaxın zamanda bu kəndlərin sakinləri də təbii qaz yanacağından istifadə edəcəklər.
    Seydimli, Balakəngərli, Cəmilli, Kəngərli kəndlərində paylayıcı qaz xətlərinin çəkilişi sürətlə davam etdirilir.
    Kəndlərin infrastrukturunun yaxşılaşdırılması sosial-iqtisadi inkişafı sürətləndirir.

    Teqlər:

  • 02İyl
    Xəbərlər 26 iyun Azərbaycan Silahlı Qüvvələri Günüdür üçün şərhlər bağlıdır

    Hərbi hissədə tədbir

    DSC_5768Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun və rayon ictimaiyyətinin nümayəndələri 26 iyun-Azərbaycan Silahlı Qüvvələrinin yaradılması Günü münasibəti ilə “N” saylı hərbi hissədə olublar. Tədbiri hərbi hissə komandirinin vəzifəsini icra edən zabit açaraq əsgərləri Milli Ordumuzun yaranması günü münasibəti ilə təbrik edib. Sonra Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov çıxış edərək əsgər və zabitləri bayram münasibətilə təbrik edib. Daha ətraflı »

    Teqlər:

  • 02İyl
    Tərtər RİH-də Dövlət Qulluqçularının peşə bayramı üçün şərhlər bağlıdır

    DSC_5643 Bu münasibətlə keçirilən tədbir iştirakçıları öncə Ulu Öndərin abidəsi önünə gül  dəstələri qoyub, xatirəsini etiramla andılar. Sonra tədbir rayon Gənclər  Mərkəzində davam etdirildi.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov ətraflı məruzə ilə çıxış etdi. Bildirdi ki, müstəqil respublikamızın hər yerində olduğu kimi 9 ildir ki, rayonumuzda da Dövlət Qulluqçularının peşə bayramı təntənə ilə qeyd olu-nur. Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə iyunun 23-ü Dövlət Qulluqçularının peşə bayramı günü elan edilib. Daha ətraflı »

    Teqlər:

  • 02İyl
    Xəbərlər Professor Rasim Axundov doğma məktəbində olub üçün şərhlər bağlıdır

    Q_1Bu görüş Azadqaraqoyunlu kənd tam orta məktəbinin müəllim və şagird kollektivi üçün daha əlamətdar, yaddaqalan olub. Ona görə ki, həmişə olduğu kimi bu il də vaxtilə bu kənd məktəbində təhsil alan, texnika elmləri doktoru, professor Rasim Axundov onların görüşünə gəlib. Bu görüş həm müəllimlər, həm də şagirdlər və valideynlər tərəfindən böyük sevinclə qarşılanıb.
    Professor şagirdlərə daim elmli olmağı tövsiyə edib və müstəqil həyatda onlara uğur-lar diləyib. Orta məktəb illərində yiyələndikləri bilikləri ali məktəb auditoriyalarında daha da artırmağı arzulayıb. Daha ətraflı »

    Teqlər: