Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 03Avq
    Digər Azərbaycan ədaləti və ərazi bütövlüyünü bərpa etdi üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev 22 iyul tarixində Şuşada “Euronews” televiziya kanalına müsahibə verib. Dövlət başçısı bildirib ki, 2020-ci il noyabrın 10-da imzalanmış sənəd Bəyanatdır o, sülh razılaşması deyildi. Əslində, imzalanmış sənəd Ermənistanın kapitulyasiya aktı idi. Buna görə biz Ermənistanla münaqişənin yekun həll variantını tapmaq məqsədilə müəyyən təşəbbüslərlə çıxış etməyə başladıq.

    Azərbaycan sülh sazişinin prinsiplərini müəyyən etdi. Onlar ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn tam məlum prinsipləridir.

    Azərbaycan 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi oldu. Bir milyon azərbaycanlı 30 il ərzində evindən məhrum olmuşdur, buna baxmayaraq biz qisası döyüş meydanında aldıq.

    Qeyd olunub ki, Brüssel görüşləri Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən təşkil olunur. Həmin görüşlər çox həssas məsələlərə toxunmaq imkanını verir.

    Əgər biz Ermənistan tərəfindən konstruktiv yanaşma görsək və əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda tezliklə sülh variantını tapa bilərik.

    Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər, çünki bizim onunla münasibətlərimiz qarşılıqlı hörmətə, etimada və maraqlara söykənir. Azərbaycan ilə Avropa İttifaqının, eləcə də onunla Ermənistanın əməkdaşlıq səviyyəsini nəzərə alsaq, Avropa İttifaqının fəal olması təbiidir. Xüsusən də İkinci Qarabağ müharibəsindən sonra Minsk qrupu, əslində, fəaliyyət göstərmirdi və indi də göstərmir.

    Diqqətə çatdırılıb ki, Rusiya atəşkəs sazişinin, yəni 2020-ci il 10 noyabr tarixli Bəyanatın vasitəçisi olub. Bu, nə Birləşmiş Ştatlar, nədə ki, Avropa İttifaqı idi. Ermənistanın baş naziri ilə ilk görüşlər də Rusiya tərəfindən Rusiyada təşkil olunmuşdur. Rusiya–Ukrayna müharibəsindən sonra vəziyyət dəyişdi və Birləşmiş Ştatlar və Avropa daha fəal oldular. Daha ətraflı »

  • 01Avq
    Digər 1 Avqust Azərbaycan əlifbası və Azərbaycan dili günüdür üçün şərhlər bağlıdır

    Ulu Öndər Heydər Əliyev deyib: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”

    70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. 30-ci illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər.

    Bütün süni məhdudiyyətlərə rəğmən Ulu Öndər Heydər Əliyev ana dili məsələsində öz mövqeyini hər zaman çox qətiyyətlə qorumağa müvəffəq olmuşdur. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Daha ətraflı »

  • 31İyl
    Xəbərlər Ötən illərin yazılarından üçün şərhlər bağlıdır

    YÜKSƏLİŞ İLLƏRİ

    Ulu Öndərimiz Azərbaycana rəhbərlik etdiyi dövrlərdə hər sahədə olduğu kimi, qəzetin işində də yüksəliş müşahidə olunurdu. 1975-ci ildə rayon qəzetimiz həftədə 3 dəfə 5500 nüsxə tirajla buraxılırdı.
    Redaksiyanıın zəngin mətbəəsi vardı: iki “N-14” sətirtökən “Linotip” maşını, “PSIM” tipli iki çap maşını, çoxlu miqdarda şriftlər və digər mətbəə avadanlığı…
    O zaman rayonumuz da özünün dirçəliş dövrünü yaşayırdı. Bura çoxlu qonaqlar gəlirdi. Məhz həmin illərdə biz qəzetimizdə rayonda RSFSR günlərinin keçirilməsini, Fransanın Milli Qəhrəmanı Xarqonun (Əhmədiyyə Cəbrayılovun) gəlişini və s. hadisələri işıqlandırmışdıq.
    Kəndlərimizdə əmək adamları xarüqələr yaradır, insanların həyatı dəyişirdi. Rayon mərkəzinin özündə tikilən bir çox binalar da həmin illərin yadigarıdır. Bütün bu işlər qəzetin səhifələrində öz əksini tapırdı.
    Qəzetimiz hər sayında rayonun tarixini yaşadırdı.
    1974-cü ildə rayonumuzun zəhmətkeşləri dövlətə pambıq satışı üzrə öhdəlikləri layiqincə yerinə yetirmişdilər. Bu işdə rayonda çıxan “Qızıl bayraq” qəzetinin də xüsusi təsiri olmuşdur. Respublika televiziyası ilə çıxışında rayon partiya komitəsinin birinci katibi Zülfüqar Abdullayev qəzetin rolunu ayrıca qeyd etmişdir. Daha ətraflı »

  • 31İyl
    Digər Tənqidi materiallara münasibət üçün şərhlər bağlıdır

    Qəzetimizin əməkdaşları həyatımızda baş verən neqativ halların aradan qalqırılması üçün tənqidin gücündən daim istifadə etmişlər. 1973-cü ildə qəzetdə 60, 1974-cü ildə 50 tənqidi material dərc olunmuşdu. 1973-cü ildə qəzet öz tənqidi çıxışlarına 30, 1974-cü ildə isə 35 cavab almışdı.
    Qəzetdə belə bir qayda var: əgər tənqidi məqalə, yaxud korrespondensiya dərc olunursa, tənqid olunanlar buna münasibətlərini bildirməli, gördükləri tədbirlər barədə cavab verməlidirlər. Əgər qəzetin çıxışı ilə razı deyillərsə, onu təkzib etməlidirlər.
    Ancaq rəqəmlərdən göründüyü kimi, bəzən qəzetin çıxışlarına laqeyd qalanlar da tapılırdı. O zaman biz onlarla özümüzün qəzet üsullarımızla mübarizə aparırdıq: tənqidi qəbul etmək istəməyən insanların adlarını çəkməklə, yenidən çıxış edirdik. Daha ətraflı »

  • 31İyl
    Digər YAZIÇI-PUBLİSİST AQİL ABBASIN 70 İLLİK YUBİLEYİ MÜNASİBƏTİ İLƏ ONUNLA GÖRÜŞ KEÇİRİLİB üçün şərhlər bağlıdır

     

     

     

     

     

    Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycanın dövlət xadimi, “Şöhrət” və 1-ci dərəcəli “Vətənə Xidmətə görə” ordenli, “Əməkdar jurnalist”, onlarla mükafata layiq görülmüş yazıçı-publisist Aqil Abbasın 70 illiyinə həsr olunmuş təbdir keçirilib.
    Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, yazıçı-publisist Aqil Abbas, onun həyat yoldaşı İradə Tuncay, yazıçının nəvələri, şəhid ailələri, qazilər və rayonun ziyalıları iştirak ediblər.
    Tədbir iştirakçıları əvvəlcə Mədəniyyət Mərkəzinin foyesində yazıçının kitablarından ibarət sərgiyə baxıblar.
    Sonra tədbir rayon Mədəniyyət Mərkəzinin zalında davam etdirilib. Öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarında keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
    Yazıçını təbrik etmək üçün ilk söz rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədova verilib. Rayon rəhbəri yazıçını 70 illik yubileyi münasibəti ilə təbrik edərək, ona yeni-yeni yaradıcılıq uğurları arzulayıb. Bildirib ki, Aqil Abbasın 70 ildə qazandığı mükafatlar çoxdur: Hələ sovet dönəmində “Ən yaxşı adam” kitabına görə Azərbaycan Komsomolu mükafatı, sonra Azərbaycan Jurnalistlər Birliyinin “Qızıl Qələm”, “Məmməd Araz”, “Dan ulduzu”, “Yaddaş”, “Zeynalabdin Tağıyev” mükafatları, “Şöhrət” və 1-ci dərəcəli “Vətənə Xidmətə görə” ordenləri, bunlarla birgə çoxlarına qismət olmayan xalq məhəbbəti, xalq sevgisi qazanıb, ən başlıçası qəlbindəki Vətən həsrətinə, Ağdam nisgilinə möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan oğulları 30 ildən sonra son qoyub, işğal altında olan torpaqlarımızı işğaldan azad edib. Daha ətraflı »

  • 31İyl
    Digər Narkomaniyaya qarşı birgə mübarizə aparaq! üçün şərhlər bağlıdır

    Sağlamlığın və mənəviyyatın qənimi

    Bütün dünyada son dərəcə mürəkkəb ictimai təhlükəli hadisə sayılan narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi bəşəriyyəti öz əsarətinə alıb. Narkotiklə mübarizə bütün dünyada olduğu kimi, Azərbaycanda da insanları düşündürən ən aktual məsələlərdən biridir. Ha-zırda aidiyyəti dövlət orqanları tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün dövlət proqramı” icra olunmaqdadır. Bəşəriyyət üçün ən təhlükəli bəla olan narkomaniya ilə bağlı problemləri dünya ictimaiyyətinin diqqətində saxlamaq məqsədi ilə BMT iyun ayının 26-nı “Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” elan edib. Məhz həmin gün narkomaniya ilə mübarizə ilə bağlı atılan addımların hesabatı kimi dəyərləndirilir. Yaşadığımız dövrün ən aktual, ağrılı problemi olan narkomaniya və onun fəsadlarına qarşı mübarizə ilə bağlı əhali, xüsusən də gənc nəsil arasında maarifləndirmə və təbliğat işlərinin aparılması ölkəmizdə də ümumxalq hərəkatına çevrilib. Daha ətraflı »

  • 31İyl
    Digər Tərtər rayon qəzetinin 90 illiyi qarşısında üçün şərhlər bağlıdır

    SÖZÜNÜN AĞASI

    Bu günədək rayonumuzun çox sayılıb-secilən, samballı köhnə kişilərindən söhbət açmışıq, onların ağ-saqqal sözündən, xasiyyətindən danışmışıq. Və adətən bu insanlar yaşlı adamlar olublar. Amma sözsüz, kişi xasiyyəti, kişi sözü yaşdan deyil, xarakterdən, qanın genlərindən irəli gəlir. Deyirlər ki, ağıllı uşaq körpəliyindən məlum olur.
    Bu dəfə ənənəmizi pozaraq, dünyasını çox tez – 32 yaşında dəyişmiş Əsgərov Yaqub Qənbər oğlundan danışmaq istəyirik. Kişi sözünün qiymətini bilən, verdiyi vədə əməl edən, haqqı-nahaqdan seçən Yaqub Qənbər oğlundan.
    Bir qədər keçmişə qayıdaq, oxucularımızı Yaqub kişinin soy-kökü ilə tanış edək. Onun atası Qənbər Əsgər oğlu rayonumuza Qazaxdan köçüb gəlib. Səbəbi atası Əsgərin kəndxudanı öldürərək Sibirə sürgün olunmağıymış. Ona görə də onu Sibir Əsgərin oğlu çağırırmışlar. Yaqub kişinin atası da ürəkli, sayılan adam olub. Hara getsə onu böyük hörmətlə qarşılayar, eyni qaydayla da yola salarmışlar. Belə bir kişinin oğlu olan Yaqub da atası kimi qoçaq, tay-tuşları içərisində seçilən olub. Savadlı imiş. O vaxt rayonda təhsilli adam azıydı. Daha ətraflı »

  • 31İyl
    Digər YOL NİŞANLARI KİMLƏR ÜÇÜNDÜR? üçün şərhlər bağlıdır

    Son illər rayonumuzda piyada keçidlərinin, yol nişanlarının, işıqforların sayı xeyli artıb. Bir tərtərli və sürücü olaraq mən bunu alqışlayıram.Yəni dövlətimiz tərəfindən bütün tədbirlər görülür ki, yol qəzalarının sayı azalsın, insanlar yolu rahat şəkildə keçə bilsinlər.
    Təəssüf ki, bəzi hallarda rastlaşdığım hadisələr məni çox təəccübləndirir. Belə ki, yaşıl işıq yandığı halda sürücülər, qırmızı işıq yandığı halda piyadalar heç nəyə məhəl qoymadan yolu keçirlər. Beləliklə də açıq-aşkar qəza şəraiti yaranır. Biz hara tələsirik? Həyatımızı niyə bu qədər ucuz tuturuq? Özü də yalnız özümüzün yox, başqalarının da həyatına təhlükə yaradırıq.
    Əziz tərtərlilər! Bir vətəndaş, sürücü kimi sizdən xahişim budur ki, qayda-qanunlara əməl edək. Belə olarsa, yol gedərkən hər kəsin əsəbləri sakit olar və mənzil başına vaxtında çatar.

    Andrey Mozqovoy,
    şəhər sakini

  • 31İyl
    Milli-mənəvi dəyərlər Qəbiristanlıqlarımıza qayğı göstərək! üçün şərhlər bağlıdır

    Son mənzilə gedən yolları ot basmasın

    Bu dünyada hər kəs çalışır ki, başqalarından geri qalmasın, evi dəbdəbəli, maşını bahalı olsun. Lakin yaradanın bizə ayırdığı vaxt çatanda, bərabərləşirik. Qəbiristanlıqda məzarlar müxtəlif olsa da, orada uyuyanların bir istəyi var: Son mənzilə gedən yolları ot basmasın, bura zibil tökülməsin.
    Odur ki, gəlin qəbiristanlıqlarımıza qayğı ilə yanaşaq, ancaq qara bayramlarda deyil, adi günlərdə də vaxt tapanda bura baş çəkək, səliqə yaradaq.
    Bu baxımdan şəhərimizdəki köhnə qəbiristanlıqda vəziyyət xüsusilə acınacaqlıdır. Bəzi məzarların üzərinə tökülmüş qalaq-qalaq zibil adamın ürəyini ağrıdır.
    Bu zibilliklər qəbiristanlıqdakı sakitliklə heç cür uyuşmur. Axı, biz bura gələrkən həyatın daimi olmadığını daha çox anlayırıq. Elə isə çalışaq ki, yaşadığımız günləri, ayları xeyirxah işlərə sərf edək. Daha ətraflı »

  • 29İyl
    Şəhidlər İcra başçısı birinci Qarabağ Müharibəsi şəhidi Habil Abdullayevin ailəsini ziyarət edib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov birinci Qarabağ Müharibəsi şəhidi Abdullayev Habil Kalam oğlunun ailəsində olub, onların qayğıları ilə maraqlanıb.

    Görüşdə rayon rəhbəri ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərin qəhrəmanlığından söhbət açıb, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi altında Şanlı Ordumuz tərəfindən torpaqlarımızın düşmən tapdağından azad olunmasından və əsgərlərimizin qəhrəmanlıqlarından fəxrlə danışıb. Xalqımızın şəhidlərin qəhrəmanlığını heç zaman unutmadığını və unutmayacağını bildirib. İstər birinci Qarabağ Müharibəsi, istərsə də Vətən Müharibəsi şəhidlərinin ailələrinə dövlət tərəfindən hər zaman xüsusi diqqəti və qayğının olduğunu vurğulayıb, onların yaşayış səviyyəsinin yaxşılaşdırılması və sosial problemlərinin hər zaman diqqət mərkəzində saxlanıldığını, onların həlli istiqamətində mühüm işlər görüldüyünü bildirib. Daha ətraflı »