Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 26May
    Digər TARİXİMİZİN ƏN ŞANLI VƏ PARLAQ SƏHİFƏSİ üçün şərhlər bağlıdır

    Yüz beş il bundan əvvəl – 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən – Əqdnamədən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi.
    Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tari-xi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.
    Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir döv-lət kimi dünyanın siyasi xəritəsindən si-linməsinin qarşısını aldı. Daha ətraflı »

  • 26May
    Təhsil TÜRK DÜNYASININ MƏDƏNİYYƏT PAYTAXTI – ŞUŞA üçün şərhlər bağlıdır

    Ş-ərəf, U-ğur, Ş-əhadət, A-zadlıq və daha nələ-nələr yaza biləcəyimiz ecazkar şəhər.
    İgid oğullarımızın şərəflə uğur qazanmaq üçün şəhadət şərbəti içib azadlığa qovuşdurduğu qədim şəhər. Adı çəkilən zaman izahı olmayan qürur bürüyür insanın qəlbini, ruhunu. Necə də gözəl, necə də fərəhlidir azad Şuşadan yazmaq.
    2023-cü ilin Şuşanın Türk Dünyasının Mədəniyyət paytaxtı elan olunması ilə əlaqədar təhsil müəssisələrində keçirilən tədbirlərə məktəbimiz də özünəməxsus şəkildə qoşuldu. Fərqli və maraqlı formatda təşkil olunmuş tədbirimizdə Şuşaya – o füsünkar diyara xəyali səyahətə yollandıq. Vacibdir ki, səyahət edəcəyimiz yerin tarixi, iqlimi, mədəniyyəti, mətbəxi, tanınmış şəxsiyyətləri haqqında məlumatlı olaq. Elə bu səbəbdən də məktəbimizin fənn müəllimləri səyahətimizə bələdçilik etdilər. Belə ki, məktəbimizin tarix müəllimi Yavər Abbasova Şuşanın tarixi, yaranması, işğalı və azad edilməsi haqqında tədbir iştirakçılarına əhatəli və dolğun məlumat verdi.
    Bizə bu səyahətdə bələdçilik edən məktəbimizin biologiya müəllimi Raya Əliyeva Şuşanın flora və faunası haqqında geniş və maraqlı məlumatları iştirakçıların diqqətinə çatdırdı. Daha ətraflı »

  • 26May
    Digər HEYDƏR ƏLİYEV İLİ–2023 üçün şərhlər bağlıdır

    HEYDƏR ƏLİYEV VƏ MUZEYLƏRİMİZ

     

     

     

     

     

     

    Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Milli Məclisin deputatı, Azərbaycan-İsrail parlamentlərarasi işçi qrupunun rəhbəri Anatoliy Rafaylov və İnsan Hüquqları Mərkəzinin və “Magen David Group” Xeyriyyə Cəmiyyətinin direktoru David Seliverstov Tərtər rayonuna səfər ediblər. Qonaqları qəbul edən Tərtər rayonunun İcra başçısı Müstəqim Məmmədov ra-yon haqqında ümumi məlumat verib və qonaqlarla birgə Ümümmilli Lider Heydər Əliyevin abidəsini və Şəhidlər Abidə Kompleksini ziyarət ediblər.
    Sonra Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Tərtər rayonunda yerləşən Heydər Əliyev Mərkəzinə, Tarix-Diyarşünaslıq, Dövlət Rəmzləri, Vətən müharibəsində ermənilər tərəfindən atılmış qadağan olunmuş “smerç” raketi nəticəsində dağılmış Sahib İsmayılova məxsus ev-muzeylərinə səfər ediblər. Mərkəzi Meydanda Vətən müharibəsi zamanı Tərtər rayonuna dəymiş ziyanı özündə əks etdirən fotostendlərə, ermənilərin Tərtərə atdığı qadağan olunmuş raketlərin qalıqlarına, Şıxarx qəsəbəsində şəhidlərin xatirəsinə salınmış “Vətən bağı”na və ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibəti ilə Şıxarx qəsəbəsində özləri tərəfindən ucaldılmış “Marağa–150” abidəsinin qalıqlarına baxıblar. Daha ətraflı »

  • 26May
    Xəbərlər MARAQLI TƏDBİRLƏR KEÇİRİLİR üçün şərhlər bağlıdır

    Cəmyyətimiz bu gün böyüyən nəslin çiyinləri üzərində daha da inkişaf edəcək, irəli gedəcəkdir. Bu baxımdan şagirdlərin savadlı olması ilə yanaşı onların milli-mənəvi dəyərlərimizə yiyələnməsi mühüm əhəmiyyət kəsb edir.
    Bu məqsədlə məktəbimizdə də vaxtaşırı maraqlı tədbirlər keçirilir. Çalışırıq ki, ölkəmizin tarixini, milli bayramlarımızı, xalqımızın gözəl adət-ənənələrini şagirdlərə daha yaxından çatdıraq, onları qəhrəmanlıq, vətənpərvərlik ruhunda tərbiyə edək.
    2023-cü ilin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən “Heydər Əliyev ili” elan olunmasından sonra məktəbin Uşaq Birliyi Təşkilatı və kitabxana tərəfindən sinif rəhbərləri və fənn müəllimlərinin köməyilə silsilə tədbirlər keçirilib. Onu da qeyd etmək lazımdır ki, şagirdlərimiz yalnız məktəb daxilində deyil, Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş ümumrayon tədbirlərində, müxtəlif yarışmalarda, sərgilərdə, ekskursiyalarda fəallıq göstərirlər.
    10-12 dekabr 2022-ci il tarixlərində məktəbdə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş geniş tədbirlər keçirilib. Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən və bütün dünya azərbaycanlılarını bir yumruq kimi birləşdirən “31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” də həm məktəb səviyyəsində, həm də ayri-ayrı siniflərdə geniş qeyd olunub. Daha ətraflı »

  • 26May
    Şəhidlər Vətən müharibəsi şəhidi Mirzəli Rəşad Hafiz oğlunun adı sinif otağına verilib üçün şərhlər bağlıdır

    Tərtər rayonunda torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olanların xatirəsi ehtiramla yad olunur, onların adlarının əbədiləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
    Bu istiqamətdə aparılan işlərin davamı olaraq şəhid Elnur Muradov adına Tərtər rayon Hacıqərvənd kənd tam orta məktəbində sinif otaqlarından birinə Vətən müharibəsi şəhidi Rəşad Mirzəlinin adı verilib. Şəhidin adını daşıyan sinif otağının qapısı üzərində şəhidin adı yazılmış lövhə yerləşdirilib, sinif otağında həyat və döyüş fəaliyyətini əks etdirən guşə yaradılıb.
    Bununla əlaqədar məktəbdə şəhidin xatirəsinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə şəhidin ailə üzvləri, şəhid ailələri, qazilər, veteranlar, Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, Tərtər rayon Təhsil Sektorunun müdiri Oqtay Sarıkişiyev, məktəbin kollektivi, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə şəhidin həyat və döyüş yoluna nəzər salınıb. Məktəblilərin ifasında şəhidlərə, vətənə həsr olunmuş şeirlər səsləndirilib. Daha ətraflı »

  • 26May
    Digər Tərtər rayon qəzetinin 90 illiyi qarşısında üçün şərhlər bağlıdır

    Bu günümüzü sabaha daşıyan qəzet

    Yaxşı yadımdadır, 1966-cı il idi. Tərtər şəhər 2 saylı məktəbin 10-cu sinfində oxuyurdum (kəndimizin məktəbi 8 illik idi). Məktəbin direktoru görkəmli xalq müəllimi Sabir Paşayev idi. Rayonun gözü olan bu məktəbdə həyat bulaq kimi qaynayırdı. Məktəbimizin ədəbiyyat dərnəyinə şair Məmməd Aslan rəhbərlik edir, “Qızıl bayraq” qəzetinin məsul katibi Qədir Allahverdiyev tez-tez dərnəyə baş çəkirdi.
    Həmin il qəzetdə mənim ilk şeirim dərc edildi. Bir kənd uşağı üçün bu çox böyük bir sevinc idi. İndiyədək mən bu hissləri unutmamışam. Bax beləcə başladı mənim bu qəzetlə ünsiyyətim.
    Rayon qəzeti “Yeni Tərtər” adı ilə nəşrə başlayanda mən artıq Tərtərdə məcburi köçkün həyatı yaşayırdım. Qəzetin ovaxtkı redaktoru Tofiq Yusifi isə oxucusu olaraq istedadlı bir şair kimi tanı-yırdım. Biz sonradan tanış, dost olduq və “Yeni Tərtər” mənim üçün doğma ocağa çevrildi.
    Zamanla səsləşən, günün aktual məsələlərinə dərhal reaksiya verən, səhifələrində tariximiz, adət-ənənələrimiz, milli-mənəvi dəyərlərimiz, “Köhnə kişilər”, qəhrəman Tərtərimizin Avropa şəhərinə çevrilərək əzəmətli addımlarla, günü-gündən çiçəklənərək tərəqqi etməsi barədə səriştəli yazılar verən, gündəmdə məzmunca respublika miqyaslı mətbu orqanları ilə bir səviyyədə duran bu qəzet bu günümüzə ayna tutaraq onu sabaha daşıyır, tarixə çevirir.

    Zabil Süleymanoğlu,
    təqaüdçü müəllim, “Yeni Tərtər”in
    ştatdankənar müxbiri

  • 26May
    Digər Tərtərdə ilk elm ocağı üçün şərhlər bağlıdır

    Yelizavetpol quberniyasının (Gəncə) Cavanşir qəzasının Tərtər nahiyəsində XIX əsrdə əsasən mollaxanalarda şəriət dərsi keçilərmiş. Tərtərli ağsaqqalların dediklərinə görə, Tərtərdə ilk rus-tatar məktəbi 1911-1912-ci dərs ilində fəaliyyətə başlamışdır. O vaxtlar Tərtər əhalisi çar II Nikolaya məktub yazaraq Tərtərdə rus-tatar məktəbi açılmasına sərəncam verməyi xahiş etmişdir. Çarın sərəncamına əsasən Qafqaz canişini Vorontsov-Daşkovun tapşırığı ilə xüsusi komissiya 1911-ci ilin əvvəllərində Tərtərə gəlmiş, yerli şəraitlə tanış olduqdan sonra münasib bina olmadığından geri qayıtmaq istəmişlər. Bu zaman tərtərli Salman Haqnəzərov məktəb açılması üçün öz ikimərtəbəli evini (indiki musiqi məktəbinin binası) təklif etmiş və təklif qəbul olunmuşdur. Məktəbin 5 otağından üçündə dərs keçirmişlər, ikisində isə məktəbin “smotriteli”nin (direktorunun) ailəsi yaşayırmış.
    Məktəbin “smotriteli” şuşalı Murtuza bəy idi. Dərslər əsasən rusca, iki növbədə keçirilirdi. Birinci növbədə 1, 2, 3-cü sinif şagirdlərinə, ikinci növbədə isə 4 və 5 –ci sinif şagirdlərinə rus və müsəlman dillərində dərs verilirdi. Gündə bir saat şəriət dərsi olurdu.
    Məktəbə rəhbərlik Yelizavetpol Quberniyası Nəzarət Şöbəsi tərəfindən edilirmiş.
    Şagirdlər çara minnətdarlıq, onun qayğısına qarşı sədaqət ruhunda tərbiyə edilirmişlər. Onlar dərsə girəndə və çıxanda dua oxuyurmuşlar. “Vəliəhdi gülsəlamət, velikiy knyaz rahət, vücuduna vermə afət, padşah olsun səlamət, yar ona nəsib olsun.”
    Rus-tatar məktəbi 1917-ci ilin oktyabr ayına kimi fəaliyyət göstərmişdir.
    1917-ci ilin oktyabrında çarın və onun arvadının zərə qərq olmuş böyük portreti məktəbin eyvanından yerə atılarkən Qulam İmanov da orada olmuşdur.

    “YENİ TƏRTƏR” qəzetinin
    31 oktyabr 2005-ci il tarixli
    nömrəsindən

  • 26May
    Ədəbiyyat YENİ KİTABLAR üçün şərhlər bağlıdır

    “EHTİYACIM VAR SƏNƏ”

    Bu günlərdə həmkarımız, istedadlı şairə-jurnalist Svetlana Əzizovanın (Xəyalə) ”Ehtiyacım var sənə” adlı yeni kitabı çapdan çıxıb. Bu, Svetlana xanımın sayca dördüncü kitabıdır.Yeni kitab haqqında öz fikirlərimizi söyləmədən əvvəl, istərdim ki, kitaba ön söz əvəzi verilmiş tanınmış qələm sahiblərinin bir neçəsinin sözlərini oxucularımızın diqqətinə çatdırım. “Svetlana, mən istərdim ki, aşağıdakı sözlər sənin kövrək, həzin poeziyanı həmişə bəzəyə bilsin: “Məhəbbəti o uşaqdan öyrən ki, anası onu döydükdə belə, o, yenə də anasının ətəyinə sığınır”. Hörmətlə, Əmirxan Xəlilov. 26.11.1982.”
    “Svetlana, arzu edirəm ki, taleyin də adın kimi işıqlı olsun. Bir də unutma ki, bizim qızların, qadınların sənətkar olub kamilləşməsi bir sıra çətinliklərə urcah gəlir. Arzum budur ki, o çətinlikləri Nüşabə kimi, Həcər kimi dəf edib, xalqa və əlbəttə taleyinə xidmət edəsən. Hörmətlə, Ağa Laçın. 26.11.1982.” “Şair xalqımızın şairə qızı Svetlana. Sizə öz üzərinizə götürdüyünüz məsuliyyətli işdə, acılı-şirinli ömür yolunda şair inadı, şair səbri, şair dözümü arzulayıram. İstərdim ki, bu sınaqlardan mətanətlə çıxasınız. Hörmətlə, Saleh Salahzadə. 9.11.1983” Daha ətraflı »

  • 26May
    Ədəbiyyat BİZİM İSTEDADLIlAR üçün şərhlər bağlıdır

    ZİRVƏYƏ APARAN YOL

    Şəhriyar Məmmədzadə 2007-ci ildə Tərtər rayonunun Yenikənd kəndində anadan olub. Hal-hazırda Əsəd Məmmədov adına şəhər 1 saylı tam orta məktəbin 10-cu sinfində oxuyur. Dərs əlaçısıdır. Ədəbiyyat və şeiriyyata marağı böyükdür. Vaxtaşırı sosial şəbəkələrdən və kitablardan öz maraqlarına dair məlumatlar toplayır və bu sahədə biliyini artırır. Şəhriyyar özü bu barədə belə deyir: “Valideynlərim də, Azərbaycan dili və ədəbiyyatı müəllimim də mənim maraqlarımı dəstəkləyirlər. İnanıram ki, poeziyaya olan sonsuz sevgim məni nə vaxtsa istədiyim zirvəyə qovuşduracaq.“ Şəhriyarın “Tərtərim” adlı şeirini oxucularımıza təqdim edirik

                                                                                             Tərtərim

    Qarabağ döyüşündə məğrur dayanan,
    Mərmilər qoynunda yatan Tərtərim.
    Hər bir yeri ətir saçan, nur saçan,
    Qoynunda gül-çiçək bitən Tərtərim.
    Mərd oğlu, mərd qızı düşmən sipəri,
    Düşməndən qorxmayıb, getməyib geri.
    Hər zaman qoruyar onlar bu eli,
    Mərd oğlu, qızıyla məşhur Tərtər
    Vəzir kimi igidlər yetirmisən,
    Sən döyüşü uğurla bitirmisən.
    Elman kimi oğullarla güclüsən,
    Qocaman ürəkli, qoca Tərtərim.

     

    REDAKSİYADAN:
    Biz də Şəhriyara qədəm qoyduğu bu çətin və şərəfli yolda uğurlar arzulayırıq.

  • 26May
    Ədəbiyyat Ənvər Çingizoğlunun araşdırmalarında həmyerlilərimiz haqqında məlumatlar üçün şərhlər bağlıdır

    Elə insanlar var ki, onlar dünyasını dəyişsələr də, gördükləri işlərlə yaddaşlarda qalır, uzun illər xatırla-nırlar. Belə insanlardan biri də yazıçı, publisist, geneoloq, Avrasiya Yazıçılar, Azərbaycan Jurnalistlər birliklərinin, Azərbaycan Ta-rixi Şəcərə cəmiyyətinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, Əməkdar mədəniyyət işçisi, vikipediyaçı Ənvər Çingizoğludur (Ənvər Çingiz oğlu Fərəcov)
    Ənvər Çingizoğlu Azərbaycanın xanlıqlar dövrü tarixi, diplomatiya tarixi və İran tarixinə dair 100-dən çox monoqrafiya, kitab, dərs vəsaiti, elmi-publisistik məqalə, dövrü mətbuatda dərc olunmuş müxtəlif xarakterli yazılar və s. nəşrlərin müəllifidir.
    Ənvər Çingizoğlunun tarixi mövqeyi onun ssenari müəllifi olduğu tarixi-sənədli filmlərdə də əks olunmuşdur. Onun yazdığı ssenarilər əsasında “Afşarlar”, Xurşidbanu Natəvan, Nəvval, “Kəminə” adlı televiziya filmləri çəkilib.
    Ənvər Çingizoğlunun elmi prioritetlərində türk xalqlarının etnogenezi, etnologiyası, etnoqrafiyası, folkloru, tarixşünaslığın aktual problemləri, mənbəşünaslıq və s. istiqamətlər uğurla işlənmişdir. O, regional etnoqrafiya və folklor nümunələrinin toplanılıb araşdırılması və nəşrinə ömrünün 30 ilini həsr edib. Daha ətraflı »