Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19İyl
    Təhsil MÜƏLLİMLƏRİMİZ SERTİFİKASİYADA YÜKSƏK NƏTİCƏ ƏLDƏ EDİBLƏR üçün şərhlər bağlıdır

    Bu yaxınlarda Elm və Təhsil Nazirliyinin xətti ilə regionların ümumtəhsil məktəblərinin Azərbaycan dili və ədəbiyyatı və ibtidai sinif müəllimlərinin sertifikasiyası keçirilib. Rayonumuzun təhsil sektorundan 262 nəfər müəllim həmin sertifikasiyaya cəlb olunmuşdu. Onlardan 53 nəfər 50 baldan yüksək nəticə əldə edib. Bununla əlaqədar Tərtər rayon Təhsil sektorunun rəhbəri Oqtay Sarıkişiyevlə əlaqə saxladıq. Bildirdi ki, müəllimlərimiz region məktəbləri arasında yüksək nəticəyə nail olaraq fərqləniblər.
    Həmin müəllimlərdən bir neçəsinin təəssüratlarını oxucularımıza təqdim edirik.

    Özümə güvənirdim

    Mən Goranboy rayonunun Tapqaraqoyunlu kəndində anadan olmuşam. Hal-hazırda Köçərli kənd tam orta məktəbində işləyirəm. Keçirilən sertifikasiya imtahanında 59 bal toplamışam. Bu nəticəni gözləyirdim, çünki çalışmışdım və özümə güvənirdim. Sertifikasiya imtahanının keçirilməsini alqışlayıram. Ona görə ki, bu imtahanda biz şagirdlərimizin gələcəyini düşünürük. Suallar çox asan idi. Mən belə asan olacağını gözləmirdim. Bu cür suallara cavab verə bilməyən müəllimlərin bugünkü gündə şagirdlərimizə dərs keçməyə haqqı yoxdur, düşünürəm. Biz bir şəxsiyyət olaraq öncə şagirdlərimizin gələcəyini düşünməliyik. Mən də gələcək fəaliyyətimdə şagirdlərimin daha savadlı, vətənpərvər, tərbiyəli bir şəxsiyyət kimi formalaşmasında səylə çalışacam.
    Yüksək bal toplayan bütün müəllimlərimizi təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayıram.

    Vüsalə BALAKİŞİYEVA,
    Köçərli kənd tam orta
    məktəbində ibtidai sinif müəllimi

    İmtahanın təşkili çox gözəl idi

    Elm və Təhsil Nazirliyinin təşkil etdiyi müəllimlərin sertifikasiya imtahanı, mənim fikrimcə, təhsil sisteminin inkişafı və gələcək nəslin daha yaxşı təhsil ala bilməsi üçün çox önəmli və mütərəqqi bir ideyadır.
    İmtahanla bağlı fikirlərim, təəssüratlarım çox yüksəkdir. Ümumiyyətlə, imtahanın təşkili çox gözəl idi. Müəllimlərin rahatlığı və təhlükəsizliyi ilə bağlı bütün tədbirlər görülmüşdü.
    Mən 1984-cü ildə Tərtər rayonunun Kəngərli kəndində anadan olmuşam. Hazırda Tərtər şəhərində yaşayıram. Orta təhsilimi Kəngərli kənd tam orta məktəbində almışam. 2007-ci ildə isə Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialını Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bitirmişəm. Daha ətraflı »

  • 19İyl
    Digər Qəzetimizin tarixindən üçün şərhlər bağlıdır

    ZİYAD SƏFƏROV

    Ziyad Səfərov 1930-cu ildə Kəndli Gənclər Məktəbini bitirmişdir(ŞKM). Rayon qəzetinə işə gələnədək onun jurnalistika sahəsində böyük təcrübəsi vardı. Kürdoğlu, Ziyad Səfər imzaları ilə materialları “Kommunist”, “Azərbaycan kolxozçusu”. “Gənc işçi” adlı respublika qəzetlərində, “Şərq qadını”jurnalında dərc olunurdu.
    1931-ci ildə Ziyad Səfərov “Azərbaycan kolxozçusu” qəzetində işləməyə dəvət almışdı.1932-ci ildə Ağcabədi rayonunda redaksiyanın təşkilində iştirak etmişdi, “Ağcabədi pambıqçısı” qəzetinin məsul katibi işləmişdi. Sonralar o, Bərdə rayonunda nəşr olunan “Stalin yolu” qəzetinə işə keçmişdi.
    1934-cü ildə iş təcrübəsini nəzərə alaraq, Ziyad Səfərovu “Kolxozçuların varlanması yolunda” qəzetinə dəyişirlər. Ancaq burada o, 1935-ci ilə kimi işləyir.
    Sonralar Ziyad Səfərov qəzetdə işləməsə də, həmişə rayon qəzetinin taleyinə maraq göstərmişdir. O, əqidəcə düzlüyü sevən, qanunlara hörmətlə yanaşan bir insan idi.

    Svetlana BAĞIROVA
    11 mart 2009

  • 19İyl
    Ədəbiyyat ŞEİRLƏRİ İLƏ OXUCULARI DÜŞÜNDÜRƏN ŞAİR üçün şərhlər bağlıdır

    Talıb Məmmədli (Həsən oğlu) hələ ki, yalnız bir kitabın –“Dünya, məni əyləndirmə, düşündür” kitabının müəllifidir. Onun imzasına tez-tez qəzetimizin səhifələrində də rast gəlmək olar. Uzun illərdir ki, rayon qəzeti ilə sıx əlaqə saxlayır. İlk şeirləri də elə əvvəlcə “Qızıl bayraq”da, sonra “Tərtər”də və nəhayət, “Yeni Tərtər”- də dərc olunub. Talıb Məmmədlinin şeirləri həmçinin “Avrasiya Antologiyasında”, “Azad Qələm”, “Sözün sehri” və Zərdab rayon “Əkinçi” qəzetində çap olunub. Özünün dediyi kimi, poeziyaya bu cür vurğunluğu da onda elə bizim rayon qəzeti yaradıb. Vaxtilə redaksiyanın nəzdində fəaliyyət göstərən “Tərtərin səsi” poeziya klubunun yığıncaqlarında gözəl şairlərimizi dinləyə-dinləyə püxtələşib, şeirə olan həvəsi sonsuz sevgiyə, ömürlük bağlılığa çevrilib. Ürəyinin dərinliyində olan hissləri şeirlə bölüşüb, unudulmaz misralara çevirib.
    Onu da söyləməyi lazım bilirik ki, Talıb Məmmədlinin poeziyaya olan münasibəti həm də rayon qəzetinə olan münasibətilə sanki qoşa qanaddır. 70-ci illərdən başlayaraq qəzetimizin nömrələrini səliqə ilə yığıb, şəxsi arxivində saxlayır, qəzetimizin 90 illik yubileyinə hazırlaşdığımızı bilərək, xeyli sayda nadir nüsxələri bizə hədiyyə edib. Daha ətraflı »

  • 19İyl
    Digər Məişətdə istifadə və şəxsi gigiyena qaydalarının gözlənilməsi zamanı içməli suya qənaət edək üçün şərhlər bağlıdır

    Bəşəriyyət yaranandan bu günədək su insan həyatının ayrılmaz hissəsi olmuşdur. Təsadüfi deyil ki, suyun insan həyatındakı əhəmiyyəti qədim inanclarda, müqəddəs kitablarda, mədəniyyət və incəsənət əsərlərində yetərincə əksini tapmışdır. Su təbiətdə ən çox yayılmış maddə olsa da, suyun əldə edilməsi və ondan səmərəli istifadə tarixin bütün dövrlərində aktual olaraq qalmaqdadır.
    “Su verən, bulaq yaradan, çay açan hər bir insan həmişə xalqın, millətin, insanların məhəbbətini qazanır” sözlərinin müəllifi, xalqımızın Ümummilli Lideri Heydər Əliyev əhalinin keyfiyyətli və fasiləsiz içməli su ilə təmin edilməsinin müqəddəs vəzifə olduğunu xatırlatmışdır. Ulu Öndərin layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev Azərbaycanda su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulmasını prioritet məqsədlərdən biri elan etmiş və ölkə başçısının rəhbərliyi ilə bu istiqamətdə kompleks tədbirlər həyata keçirilir.
    Bu işlərin görülməsi nəticəsində ölkəmizdə suya əlçatanlıq səviyyəsi yüksəlmiş, emal olunan suyun normal paylanması, fasiləsiz su təchizatının təmini üçün yeni su kəmərləri inşa edilmiş, yeni anbarlar tikilmiş, paylayıcı su şəbəkəsi yaradılmışdır. Bunlarla yanaşı respublikanın ərazisində içməyə yararlı sular məhdud ehtiyatlara malik olmaqla, dünyada iqlim dəyişiklikləri prosesi gedir, havanın temperaturu artır, buxarlanma çoxalır, dağlıq ərazilərdə yağan qar ehtiyatları azalır. Bunların hamısı gələcəkdə ölkəmizin su ehtiyatlarının azalmasına səbəb ola bilər.
    BMT-nin Dayanıqlı İnkişaf gündəliyində suya əlçatanlıq məqsədi 6-cı hədəf kimi qeyd olunub. Bu məqsəd sağlamlıq, ərzaq təhlükəsizliyi və s. məsələləri ilə bağlıdır. Suyun əhalinin sağlamlığı və həyat şəraiti ilə bağlı ol-ması ilə yanaşı, onun dövlət əhəmiyyətli mühüm iqtisadi amil kimi ciddi əhəmiyyəti vardır. Daha ətraflı »

  • 19İyl
    Digər TƏXİRƏSALINMAZ TƏDBİRLƏR GÖRÜLÜR üçün şərhlər bağlıdır

    Rayonumuzda vətəndaşların, xüsusən də şəhid ailələri və qazilərin müraciətlərinə həssaslıqla yanaşılır. Rayon rəhbərinin keçiridyi qəbullar zamanı irəli sürülən rəy və təkliflər, müraciətlər xüsusi nəzarətə götürülür və bunların əsasında təxirəsalınmaz tədbirlər görülür.
    Bu yaxınlarda Kəngərli kəndində keçirilən qəbul zamanı şəhid valideynləri Bəhruz Qasımov, Rövşən Məmmədov, Şəmsi Quliyev və Zahid Məmmədov rayon icra hakimiyyəti tərəfindən Qaradağlı kəndi əra-zisində şəhid ailələri üçün ayrılmış əkin sahəsinə gedən yolun təmizlənərək genişləndirilməsi barədə müraciət etmişlər. Qaldırılan məsələ rayon rəhbəri tərəfindən nəzarətə götürülmüş və əlaqədar qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
    Aidiyyəti qurumlar tərəfindən Qaradağlı kəndinə xüsusi texnika göndərilmiş, ərazi təmizlənərək genişləndirilmişdir.
    Şəhid atası Bəhruz Qasımov bildirib ki, rayonumuzda şəhid ailələrinin hər bir müraciəti dərhal araşdırılır və müvafiq tədbirlər görülür. Bu cür qayğı onlar üçün ən böyük təsəllidir.

    “YENİ TƏRTƏR”

  • 19İyl
    Digər Yeni dərs ili qarşısında üçün şərhlər bağlıdır

    Sinif otaqlarının sükutu pozulub

    Bu isti yay günlərində şagird və müəllimlər istirahət edir, növbəti dərs ili üçün qüvvə toplayırlar. Məktəblərdə isə yeni dərs ilinə hazırlıq işlərinə start verilib.
    Belə təhsil müəssisələrindən biri də şəhər 3 saylı orta məktəbdir.
    Burada təmir işlərini “Elnur-2” UİKŞ şirkəti aparır. İş icraçısı Mübariz Cəbiyev bildirdi ki, məktəbin 1500 kv.m. dam örtüyünün dəyişdirilməsi nəzərdə tutulub. Bundan əlavə sinif otaqlarında və dəhlizdə tavan və döşəmələr dəyişdiriləcək, divarlarda boya işləri görüləcək, köhnəlmiş qapılar yenisi ilə əvəz olunacaq. Həmçinin istilik sisteminin yenilənməsi və həyətdə abadlıq işlərinin görülməsinə də başlanılıb.
                                                                                                      * * *
    “Elnur-2” UİKŞ şirkəti həmçinin rayonumuzdakı Köçərli kənd tam orta və Hacıqərvənd kənd tam orta məktəblərində təmir-bərpa işlərini həyata keçirir. Görülən işlərin keyfiyyəti diqqət mərkəzində saxlanılır.
    Təmir işləri yeni tədris ili başlananadək yekunlaşacaq.

    “YENİ TƏRTƏR”

     

  • 13İyl
    Digər Cari ilin ilk altı ayı səmərəli keçib üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev cari ilin 11 iyul tarixində 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə çıxış edib. Dövlət başçısı bildirib ki,  ilin ilk altı ayı səmərəli keçib. Cari ilin altı ayında əsas istiqamətimiz ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi idi.

    Qeyri-neft sektorumuz və qeyri-neft sektorunun sənaye sahəsi kifayət qədər artıbdır. Qeyri-neft sənayemiz 6,5 faiz və qeyri-neft sektoru, ümumiyyətlə, 3 faizdən çox artıbdır.

    Prezident deyib ki, maliyyə vəziyyətimiz böyük dərəcədə yaxşılaşıb, bunun bir çox səbəbləri var. Maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsi, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi – bütün bu amillər imkan verdi ki, ilin ortasında biz büdcəyə yenidən baxaq və dürüstləşmə aparaq.

    Cari ilin dövlət büdcəsi 33 milyard manatdan çox səviyyəyə qalxmışdır. İlin birinci yarısında əlavə gəlirlərin əldə edilməsi imkan verdi ki, təcili həllini gözləyən məsələləri daha tez zamanda həll etmək üçün büdcəyə əlavələr edək.

    Bu gün bizim büdcəmiz 36 milyard manatdan çoxdur. Bu, bizə imkan verir ki, həm ölkə qarşısında duran əsas investisiya layihələrini icra edək, ilk növbədə, azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan verək və bizim hərbi gücümüzü artıraq. Daha ətraflı »

  • 10İyl
    Digər Rayon rəhbərinin Əskipara kəndində növbəti səyyar qəbul-görüşü keçirilib üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının səyyar qəbul-görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü rayonun Əskipara kəndində keçirilib.
    Qəbulda səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi və kənd sakinləri iştirak ediblər.
    Əvvəlcə icra başçısı kənddə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri qoyub. Daha ətraflı »

  • 10İyl
    Digər “Heydər Əliyev və Azərbaycan polisi” mövzusunda tədbir keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin və rayon polis şöbəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan polisi” mövzusunda tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Ümummilli Liderin xatirəsinə hörmət əlaməti olaraq abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra tədbir rayon Mədəniyyət Mərkəzinin iclas zalında davam etdirilib.
    Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Qarabağ İqtisadi Rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin əməkdaşı Çapay Əmirov, şəhid ailələri, qazilər, YAP rayon təş-kilatının sədri Eldar Əsədov, Ağsaqqallar şurasının sədri Faiq Məmmədov, polis şöbəsinin kollektivi, İƏD üzrə nümayəndələr, idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Əvvəlcə Ümummilli Liderin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Daha ətraflı »

  • 10İyl
    İdman Təbrik edirik! üçün şərhlər bağlıdır

    Uğurunu əsgər salamı ilə qeyd edib

    Həmyerlimiz, gənc idmançı Murad Allahverdiyevin Polşada keçirilən III Avropa Oyunlarında qazandığı parlaq qələbə haqqında xəbəri tərtərlilər böyük sevinc hissi ilə qarşılayıblar. Belə ki, Murad dörddə bir final mərhələsində Ermənistandan olan boksçu Ambarsum Okopyana qalib gələrək, həm bürünc medal qazanıb, həm də “Paris-2024” Yay Olimpiadasına vəsiqə alıb.
    Murad Allahverdiyev uğurunu əsgər salamı ilə qeyd edib.
    Mötəbər idman arenalarında Azərbaycanımızı, qəhrəman Tərtərimizi layiqincə təmsil edən gənc idmançımızı ürəkdən təbrik edir, ona daha böyük uğurlar arzulayırıq!
    “Yeni Tərtər”