Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyl
    Kənd Təsərufatı Yuxarı Qapanlı kəndindən xəbərlər üçün şərhlər bağlıdır

    Bu isti yay günlərində kəndlərimizdə işlərin qəzğın çağıdır. Zəmilərin məhsulu biçilir, yoncalıqlar becərilir, pambıq plantasiyalarında bol məhsul uğrunda mübarizə aparılır.
    Rayon üzrə həmişə ön cərgələrdə addımlayan Yuxarı Qapanlı kəndinin sakinləri də indi halal zəhmətin doğurduğu sevinc hissini yaşayırlar.

    Nəzərdə tutulduğundan artıq barama təhvil verilib

    Son illər kənddə gəlirli sahə olan baramaçılığın inkişafı diqqət mərkəzində saxlanılır. Bu məqsədlə çəkil tinglərinin əkilib, becərilməsinə qayğı ilə yanaşılır. Odur ki, cari ildə 12 qutu ipəkqurdundan, bütün lazımi qaydalara əməl edilərək, bol məhsul götürülüb. Belə ki, Yuxari Qapanlı kəndindən qəbul məntəqəsinə 702,5 kq barama təhvil verilib ki, bu da nəzərdə tutulduğundan xeyli çoxdur.

    Kənddə çörək bol olacaq

    Xalqımızın adətidir: taxılın əkilib-becərilməsinə müqəddəs bir iş kimi yanaşılır. Yuxarı Qapanlı kəndinin sakinləri də ötən ilin payızında 265 hektar sahəyə buğda, 199 hektara isə arpa səpmişlər.
    Aqrotexniki tədbirlər məsuliyyətlə və vaxtlı-vaxtında həyata keçirildiyindən, zəmilərdən bol məhsul götürülüb. Belə ki, arpa üzrə hektarın orta məhsuldarlığı 44, buğda üzrə 42 sentner təşkil edib ki, bu da rayon üzrə ümumi göstəricidən çoxdur. Daha ətraflı »

  • 10İyl
    Digər QƏHRƏMANLAR ŞƏHƏRİ TƏRTƏR üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti və AMEA Folklor İnstitutunun birgə təşkilatçılığı ilə görkəmli ictimai xadim, ədəbiyyatşünas, yazıçı-publisist Firidun bəy Köçərlinin anadan olmasının 160 illik yubileyinə həsr olunmuş “Firidun bəy Köçərli və Qarabağ ədəbi-mədəni mühiti” mövzusunda respublika elmi konfransının açılış toplantısı 12 iyun 2023-cü il tarixində Tərtər şəhərində keçirildi. Səhər erkəndən Folklor İnstitutunun baş direktoru, akademik Muxtar Kazımoğlu-İmanov və əməkdaşları qəhrəmanlar şəhəri Tərtərə yollandıq.
    Bizi Tərtərin girişində İcra başçısının birinci müavini Elvin Umudovun sürücüsü qarşılayaraq İcra Hakimiyyətinin binasına apardı. İcra başçısı Müstəqim Məmmədov qonaqları həyətdə qarşıladı.
    Müstəqim Məmmədov o qədər səmimi söhbət edirdi ki, saatlarla dinləsək də yorulmazdıq. Qısa zaman içində sanki rayonla bağlı hər şeyi ətraflı izah etməyə çalışırdı. Hətta söhbət zamanı Tərtərin zəhmətkeş əhalisindən, onların yaşayış şəraitindən də söhbət açdı.
    Konfransın gedişi mediada geniş işıqlandırıldığı üçün, mən yalnız rayonla bağlı təəssüratlarımı bölüşmək istəyirəm.
    Konfransın açılış toplantısı bitdikdən sonra qədim tarixi olan Tərtər rayonuna səfər etdik. Bizi rayon İcra başçısının birinci müavini Elvin Umudov müşayiət edirdi. Sonra Mərkəzi Meydanda Vətən müharibəsi zamanı Tərtər rayonuna dəymiş ziyanı özündə əks etdirən fotostendlərə baxdıq. Fotostendlər sanki danışırdılar. Onlar erməni vəhşiliyi haqqında hər şeyi ifadə edirdilər. Ermənilərin Tərtərə atdığı qadağan olunmuş raketlərin qalıqlarına baxdıqca insanı vahimə bürüyürdü. Daha sonra Şıxarx qəsəbəsinə yollandıq. Orada gözəl bir mən-zərə ilə qarşılaşdıq. Şəhidlərin xatirəsinə salınmış “Vətən bağı”nı ziyarət etdik. Daha ətraflı »

  • 10İyl
    Digər Azərbaycan Ordusu ilə qürur duyuruq! üçün şərhlər bağlıdır

    Müasir Azərbaycan Ordusunun müəllifi Ümummilli Lider Heydər Əliyevdir

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin yaradılması günü münasibəti ilə rayon ərazisində yerləşən N. saylı hərbi hissədə olub və hərbi hissənin əsgər və zabit heyəti ilə görüşüb.
    Tədbirdə çıxış edən icra başçısı bildirib ki, Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli qərarına əsa-sən, 26 iyun Silahlı Qüvvələr Günü elan olunub. O, əsgər və zabitləri Ümummilli Liderin 100 illik yubileyi, Silahlı Qüvvələr Günü və Qurban bayramı münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. Azərbaycanda ordu quruculuğu prosesindən, Ümummilli lider Heydər Əliyevin ordu quruculuğunda xidmətlərindən bəhs edib. Bildirib ki, müasir Azərbaycan Ordusunun müəllifi Ümummilli Lider Heydər Əliyevdir. Ulu Öndərin ötən əsrin 70-ci illərində yaratdığı Cəmşid Naxçıvanski adına Hərbi Lisey ordumuzun inkişafında böyük rol oynayıb.
    Rayon rəhbəri qeyd edib ki, Ulu Öndərin ordu quruculuğu istiqamətində açdığı yol Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Silahlı Qüvvələrimiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması, ordumuzun müasir silahlarla təminatı istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini tutub. Daha ətraflı »

  • 10İyl
    Digər Gənclərin yay düşərgəsi üçün şərhlər bağlıdır

    Qonaqlar Tərtərlə tanışlıqdan məmnun qalıblar

    “Heydər Əliyev İli” çərçivəsində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Tərtər Olimpiya İdman Kompleksində “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri üçün” layihəsi çərçivəsində “Dayanıqlı Qayıdış” gənclərin yay düşərgəsi fəaliyyət göstərib.
    Düşərgənin təşkil olunmasında məqsəd qlobal məqsədlərdən məlumatlı və Qarabağın davamlı inkişafı üçün maraqlı gəncləri, tələbələri, gənc peşəkarları və gənclər təşkilatlarının üzvlərini bir yerə toplayaraq, onları Qarabağın davamlı inkişafı barədə daha ətraflı məlumatlandırmaq və bu istiqamətdə görülən işlərə töhfə vermələrinə köməklik göstərməkdən ibarət idi.
    Düşərgədə 60 gənc istirahət edib.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məm-mədov düşərgədə istirahət edən gənclərlə görüşüb.
    Yay düşərgəsinə qatılan gənclər Ümummilli Liderin xatirəsinə ehtiram əlaməti olaraq, Mərkəzi Meydanda abidəsini ziya-rət edib, önünə gül-çiçək dəstələri düzüblər.
    Sonra Mərkəzi Meydanda Vətən müharibəsi zamanı ermənilərin Tərtərə atdığı qadağan olunmuş raketlərin qalıqlarına, Şıxarx qəsəbəsində şəhidlərin xatirəsinə salınmış “Vətən bağı”na, ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibəti ilə Şıxarx qəsəbəsində özləri tərəfindən ucaldılmış “Marağa –150” abidəsinin qalıqlarına baxıblar. Dövlət Rəmzləri muzeyini ziyarət edib və Vətən müharibəsində ermənilər tərəfindən atılmış qadağan olunmuş “smerç” raketi nəticəsində dağılmış Sahib İsmayılova məxsus ev-muzeyində olublar.
    Rayonla tanış olan gənclər görülmüş işlərdən məmnun qaldıqlarını bildiriblər.

     

  • 10İyl
    Digər Rayonumuzun tarixindən üçün şərhlər bağlıdır

    “Difai” təşkilatının Tərtər qolu

    20-ci əsrin ilk illərində ermənilər tərəfindən aparılan təcavüz, terror və etnik təmizləməyə müqavimət göstərmək məqsədilə azərbaycanlılar da öz siyasi təşkilatını – “Difai”ni yaratdılar. Bəs “Difai”nin hədəfləri və fəaliyyəti nədən ibarətdi?
    “Difai”nin məqsədlərini başa düşmək üçün onun rəsmi açıqlamalarına və əsas fəaliyyətinə diqqət yetirməliyik. Təşkilatın ilk bəyannaməsi azərbaycanlı siyasətçi və fəal Ələkbər bəy Rəfibəylinin evində görkəmli dini lider Məhəmməd Pişnamazzadə tərəfindən yazılmışdı. Partiyanın məqsədi bu cümlələrdə açıq şəkildə ifadə edildi: “Mütəşəkkil hərbi gücə və müxtəlif silah materiallarına sahib olan Daşnaksütyun əsas məqsədlərinə çatmaq üçün bütün erməniləri və Qafqaz hökumətini öz hakimiyyəti altına almağa çalışır. Onların əsas məqsədi hamısını öldürdükdən sonra Qafqazdakı müsəlmanların ərazilərini işğal etməkdir. Daşnaksütyun əmin olmalıdır ki, biz ermənilərin xoşbəxtliyinin millətimizin bədbəxtliyi üzərinə gerçəkləşməyinə qətiyyən icazə verməyəcəyik”. Bu cümlələrlə “Difai”nin əsas məqsədinin millətin hər bir fərdini Daşnak terror təhlükəsindən qorumaq olduğu aydın olur. Daha ətraflı »

  • 10İyl
    Hərbi vətənpərvərlik Tərtər rayon qəzetinin 90 illiyi qarşısında üçün şərhlər bağlıdır

    Qətllər və acı talelər

    HƏRBCİLƏR KİMLƏRİ QORUYURLAR

    Dağlıq Qarabağda və Ermənistanla həmsərhəd rayonlarda elan olunmamış müharibə gedir. Fövqəladə hərbi vəziyyət saqqallı yaraqlıların təcavüzünü nəinki dayandırmış, onların müasir silahlarla silahlanmasına imkan vermişdir. Erməni quldurlar fövqəladə vəziyyət şəraitində öz mövqelərini möhkəmləndirmiş, azərbaycanlılara qarşı qəsdlər hazırlamaqda davam edirlər. Hərbçilər isə onların “işlərinə qarışmırlar”. Çox vaxt fitvaçıların təsiri altına düşərək azərbaycanlılara hədə-qorxu gəlirlər.
    Bu yaxınlarda bir qrup hərbçi Mardakert rayonunun Talış kəndindən “Azərbaycan” kolxozunun qoyun fermasına basqın etmişdir. Köməyə gələn rayon daxili işlər şöbəsinin əməkdaşları atəşə tutulmuşdur. Nəticədə bir çoban güllə yarası almış, milis rəisinin “QAZ- 24” markalı maşını “BTR-ə” qoşulub aparılmışdır. Hələ də maşın geri qaytarılmamışdır. Hərbçilərin özbaşınalığı yerli əhalini təşvişə salır, köməksiz olduqlarını bir daha yəqin edirlər.
    Dekabrın 14-ə keçən gecə 47 nömrəli səyyar-mexanikləşdirilmiş dəstənin Umudlu kəndinə inşaat materialı aparan maşın karvanı erməni silahlı dəstələri tərəfindən şiddətli gülləyə basılmışdır. Adamların həyatı təhlükə qarşısında qalmışdır. Yük maşınının sürücüsü, 32 yaşlı Adil Məmmədov öldürülmüşdür. Üç körpə uşağı başsız qalmışdır. Maşın karvanını müşayiət edən “BTR”inşaatçıları qoruya bilməmişdir. Daha ətraflı »

  • 10İyl
    Təhsil MÜƏLLİMƏ MƏKTUB GƏLİR üçün şərhlər bağlıdır

    Əziz müəllimim, dediyin hər söz
    Qəlbimdə silinməz bir yadigardır.
    Yuxusuzam deyib süzülən bir göz
    Zəhməti itməzsə, nə bəxtiyardır!
    Hörmətli müəllimlərim, işlərimi N. Nərimanov adına Tibb İnstitutuna vermişəm. Çalışacağam ki, sizin etimadınızı doğruldum. Sizi yada saldıqca həyəcanlanıram. “Əla” qiymət ala biləcəyəmmi?!
    Bu sətirlər şəhər 2 nömrəli orta məktəbini bu il gümüş medalla bitirmiş Sona Əsgərovanın müəllimlərinə yazdığı məktubdandır. Sona şəhər 2 nömrəli orta məktəbini medalla bitirən ilk şagirddir. O, birinci sinifdən başlayaraq bütün sinifləri “əla” qiymətlərlə bitirmişdir. Sona oxuduğu müddətdə dəfələrlə məktəb və rayon komsomol komitəsinin Fəxri Fərmanları ilə təltif edilmişdir. 1965-ci ildə respublika kimya olimpiadasının, 1966-cı ildə riyaziyyat olimpiadasının iştirakçısı olmuşdur. 1966-cı ilin avqust ayında məktəb tərəfindən Moskvaya ekskursiyaya göndərilmişdir. Daha ətraflı »

  • 10İyl
    Digər Azərbaycanın Qoşulmama Hərəkatındakı fəaliyyəti ədalətə və beynəlxalq hüquqa əsaslanır üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev cari ilin 5 iyul tarixində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə çıxış edib.

    Dövlət başçısı bildirib ki, Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün sədrliyi öz üzərinə götürdü və yenidən yekdil qərarla sədrliyimiz daha bir il uzadıldı.

    Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə “Bandunq prinsipləri” əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qorudu.

    Beynəlxalq ictimaiyyət COVID-19 pandemiyası ilə necə mübarizə aparacağı barədə çaşqın vəziyyətdə olarkən, misli görünməmiş bu çağırışla mübarizədə qlobal səyləri birləşdirən Qoşulmama Hərəkatı oldu. 2020-ci ilin mayında Azərbaycanın təşəbbüsü ilə təşkil edilmiş Qoşulmama Hərəkatının liderlər səviyyəsində onlayn sammiti 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə nəticələndi. Qoşulmama Hərəkatının bəzi zəngin ölkələr tərəfindən yürüdülən “peyvənd millətçiliyi”nə güclü etirazı və bunun ardınca bütün ölkələr üçün peyvəndlərə ədalətli və universal çıxışla bağlı BMT qətnamələrinin qəbul edilməsi Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyinə dəlalət edir.

    Prezident İlham Əliyev qeyd edib ki, Hərəkatın institusional inkişafı, xüsusən də müvafiq olaraq 2021-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılması Azərbaycanın sədrliyinin növbəti nailiyyətidir. Hazırda Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılması üzərində işlər aparılır.

    Beynəlxalq ictimaiyyətin məsuliyyətli və fəal üzvü olaraq postpandemiya dövrü haqqında düşünməli olduq. Azərbaycan bu ilin mart ayında Bakıda Qoşulmama Hərəkatının pandemiyadan sonrakı bərpaya həsr olunmuş növbəti sammitini uğurla təşkil etdi. Daha ətraflı »

  • 03İyl
    Digər “Heydər Əliyev İli-2023”: rayon rəhbəri “Dayanıqlı Qaydış” gənclərin yay düşərgəsində iştirak edən gənclərlə görüşüb üçün şərhlər bağlıdır

    “Heydər Əliyev İli”  çərçivəsində  Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Tərtər Olimpiya İdman  Kompleksində “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri üçün” layihəsi çərçivəsində “Dayanıqlı Qaydış” gənclərin yay düşərgəsi fəaliyyətə başlayıb.

    Düşərgənin təşkil olunmasında məqsəd qlobal məqsədlərdən məlumatlı və Qarabağın davamlı inkişafı üçün maraqlı gəncləri, tələbələri, gənc peşəkarları və gənclər təşkilatlarının üzvlərini bir yerə toplayaraq “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası, DİMlərin maliyyələşməsi, Qarabağın davamlı inkişafı barədə daha da ətraflı öyrənmək və bu istiqamətdə görülən işlərə öz tövhələrini verməkdən ibarətdir.

    Düşərgədə 60 gənc istirahət edir.

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov  düşərgədə istirahət edən gənclərlə görüşüb.

    İcra başçısı gəncləri salamlayaraq, onlara “xoş gəlmisiniz”,- deyib və onlara Tərtər rayonu, onun infrastrukturu, inkişaf proqramı, 44 günlük  Vətən Müharibəsində  ermənilərin  yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində rayonun infrastrukturuna, mülki vətəndaşlara dəymiş ziyan barədə məlumat verib. Qeyd edib ki, 44 günlük Vətən Müharibəsində Tərtər şəhərinə və yaşayış məntəqələrinə 16277 top, tank, qrad mərmisi düşüb, 21 qadağan olunmuş raket atılıb. Bunun nəticəsində rayonun infrastrukturuna güclü ziyan dəyib, 12 körpələr evi-uşaq bağçasına, 16 ümumtəhsil müəssisəsinə, 10 tibb müəssisəsinə, 7 mədəniyyət  müəssisəsinə, məscid və inzibati binalara, 83 çoxmərtəbəli yaşayış və 5344 fərdi yaşayış evlərinə, 95 nəqliyyat vasitəsinə, 18 kənd təsərrüfatı texnikasına ziyan dəyib. Rayon ərazisində müharibədən ziyan çəkmiş yaşayış və qeyri yaşayış sahələrinə işçi qrupu tərəfindən 7050 baxış keçirilib. Dövlət rəsmilərinin dediyi kimi “Tərtər Ermənistanın nasizminə qarşı Azərbaycanın Stalinqradı” olub. Daha ətraflı »

  • 03İyl
    Digər “Heydər Əliyev İli-2023”: “Heydər Əliyev və Azərbaycan polisi” mövzusunda tədbir keçirilib üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Ümummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən  rayonda silsilə tədbirlər davam edir.

    Tərtər Rayon İcra Hakimiyyətinin və rayon polis şöbəsinin  təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin   100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev  və Azərbaycan polisi”  mövzusunda  tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Ümummilli liderin xatirəsinə hörmət əlaməti olaraq  abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra tədbir rayon Mədəniyyət Mərkəzinin iclas zalında davam etdirilib.

    Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Qarabağ İqtisadi Rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin əməkdaşı Çapay Əmirov, şəhid ailələri, qazilər, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Ağsaqqallar şurasının sədri Faiq Məmmədov, polis şöbəsinin kollektivi, İƏD üzrə nümayəndələr, idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Əvvəlcə Ümummilli Liderin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək polis işçilərini peşə bayramları münasibəti ilə təbrik edib, onlara uzun ömür,can sağlığı və asayişimizin keşiyində ayıq-sayıq dayanmağı diləyib. Daha ətraflı »