Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 24İyn
    Qazilərimiz Azərbaycan Ordusu ilə qürur duyuruq! üçün şərhlər bağlıdır

    Şanlı Azərbaycan Ordusunun yenilməz, cəsur əsgər və zabitləri! Qarabağımızın azad olunmasına, torpaqlarımızın mənfur düşmən tapdağından təmizlənməsinə görə xalqımız ata vəsiyyətinə şətəflə əməl edən Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və onun əmrini böyük ruh yüksəkliyi ilə yerinə yetirən qüdrətli Azərbaycan Ordusuna borcludur. Odur ki, Azərbaycan Silahlı Qüvvələri yaradılması Günü qarşısında sözü sizlərə verir, Qələbəni bizlərə bəxş edən qəhrəmanlarımızın həyatından söhbər açmaq istəyirik.

    Antiterror əməliyyatının fəal iştirakçısı

    Elnur Salahov – rayonumuzun Poladlı kəndinin sakini, “Azərbaycan Bayrağı” ordeni, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”  medalları təltifçisi.

    – Elnur, əvvəlcə oxucularımıza müharibədən əvvəlki həyatın barədə danışmağını xahiş edərdim.

    – Mən 2000-ci ilin 19 avqust tarixində Poladlı kəndində anadan olmuşam. Həmyaşıdlarım kimi orta məktəbə getmişəm, sonra isə Şəki Dövlət Texniki Kollecində təhsil almışam. Bizim nəsildən olan gənclər I Qarabağ müharibəsini görməsələr də, bu barədə çox eşitmişdik. Hər birimizin qəlbində bəslədiyi böyük bir arzu vardı ki, bu da mənfur düşməni işğal edilmiş torpaqlardan qovaraq, orada şanlı Azərbaycan Bayrağını ucaltmaq idi. Vətən müharibəsinin başlanması bu fikirlərimizi  gerçəkləşdirdi.

    – Müharibəni harada və necə qarşıladın?

    – 2019-cu ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə çağırılmışdım. Naxçıvanda xidmət edirdim. 2020-ci ilin oktyabr ayından Xocavənd istiqamətində döyüşlərə qatıldım. Yolumuz Şuşaya idi. Döyüşçülərimizin qanı ilə suvarılmış torpaqlarda atdığımız hər addım bizi o müqəddəs yerlərə yaxınlaşdırırdı. Xüsusi təyinatlıların tərkibində əsgər kimi vuruşurdum. Qeyd edim ki, həm müharibənin getdiyi bir vaxtda, həm də bu gün mən Azərbaycan Ordusu ilə qürur duyuram. Qələbəni bizə qazandıran ordudakı ruh yüksəkliyi olsa da, onun əsasında güclü maddi-texniki təminat dayanır. Müstəqilliyimizi əldə etdiyimiz ilk illərdən fərqli olaraq bu gün bizim Silahlı Qüvvələrimiz çox güclüdür, ən müasir silahlarla, texnika ilə  təchiz olunub.

    Qələbədən sonra bir ay Şuşada qalıb hər birimizin qürur yeri olan bu şəhəri düşmən təxribatlarından qoruduq. Dekabrın 11-də Şuşadan Xocavəndə düşüb, xidmətimi burada  davam etdirdim. Dekabrın 11-dən 16-dək komandanlığın növbəti tapşırığını yerinə yetirərək, Xocavənddən Laçın istiqamətində hərbçi yoldaşlarımla birlikdə 62 erməni terrorçusunun zərərsizləşdirilməsində yaxından və fəal iştirak etdim. Antitteror əməliyyatı başa çatandan sonra yenidən Naxçıvana dönüb həqiqi hərbi xidmətimi davam etdirdim. Müharibə şəraiti ilə əlaqədar 6 ay əlavə xidmət etdim.  Müharibədə 1 dəfə yaralanıb, yenidən döyüşə qayıtmışam.

    “Azərbaycan Bayrağı” ordeni və təltif olunduğum medallar Ali Baş Komandanımız tərəfindən mənim fəaliyyətimə verilən çox böyük qiymətdir. Mən daim bu yüksək etimada layiq olmağa çalışacağam.

    – Müharibə başa çatıb, dinc həyatımıza qayıtmışıq. Sizin həyatınızda hansı yeniliklər baş verib?

    – Ötən il həyatımda çox sevincli hadisə baş verdi. Mən Mingəçevir Dövlət Universitetinə daxil oldum. Hazırda nəqliyyat mühəndisliyi üzrə təhsilimi davam etdirirəm.

    Bu il isə qızım dünyaya gəlib. Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ailəmizin qonağı olub, bizi təbrik edib. Ümumiyyətlə, hər an dövlətimizin, ictimaiyyətin dəstəyini hiss edirik. Silahlı Qüvvələr Günü münasibətilə xalqımızı ürəkdən təbrik edir, hər kəsə işlərində uğurlar, cansağlığı arzulayıram.

     

    Hər kəsin bir amalı vardı–Qələbə

    Müharibənin od-alovundan keçərək, Azərbaycan zabitinin qüdrətini, nəyə qadir olduğunu bütün dünyaya göstərən qəhrəman oğullarımızdan biri də rayonumuzun Qarağacı kəndinin sakini Rauf Nuriyevdir.

    Azərbaycan Ordusu Günü qarşısında Rauf müəllimlə görüşüb, onun keçdiyi şərəfli ömür yoluna nəzər saldıq.

    Rauf  Nuriyev 1986-cı il  17 yanvar tarixində  Qarağacı kəndində doğulub. Bu o kənddir ki, atəşkəs dövrünün bütün illəri ərzində burada bir gün də olsun sakitlik hökm sürməyib. Vaxtilə qonşuluq etdikləri ermənilər daimi olaraq təxribatlar törədib, dinc əhalinin yaşayışını pozublar. Ona görə də Qarağacıda böyüyən gənclərdə hərbi peşələrə maraq güclüdür.

    Rauf  Nuriyev də orta məktəbi bitirdikdən sonra  2003-cü ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə  daxil olub və 2007-ci ildə həmin məktəbi motoatıcı ixtisası üzrə  leytenant rütbəsində bitirib.

    Həyatını hərb sahəsinə həsr etməyə qərar verən gənc 2008-ci ildə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində ixtisaslaşma kursu keçib.

    2009-cu ildən Silahlı Qüvvələrin müxtəlif bölmələrində nümunəvi xidmət edib. Sonuncu xidmət yeri N. saylı hərbi hissədə taborun qərargah rəisi  olub. Bu zaman artıq Rauf müəlim mayor rütbəsində idi. Daha ətraflı »

  • 24İyn
    Hərbi vətənpərvərlik Redaksiyamızın qonağı üçün şərhlər bağlıdır

     Məhəbbət xanım özü də bir əsgərdir

    Bu günlərdə Birinci Qarabağ müharibəsi veteranı, iki şəhid bacısı, həkim-terapevt Məhəbbət Paşayeva redaksiyamızın qonağı olub.

    Kollektivimizlə söhbət zamanı Məhəbbət  xanım müharibə illərində Tərtər rayon mərkəzi xəstəxanasının baş həkimi kimi fəaliyyətindən, tərtərlilərin vətənpərvərliyindən danışıb. Şəhidlərimizi, yaralılarımızı qarşılayarkən, döyüş meydanında onların köməyinə tələsərkən yaşadığı hissləri dilə gətirib.

    Bir daha qadın ürəyinin böyüklüyünə heyran qaldıq.

    Bu görüşün 26 iyun – Azərbaycan Ordusu Günü ərəfəsində keçirilməsi bizim üçün xüsusilə əhəmiyyətlidir. Çünki Məhəbbət Paşayeva özü də bir əsgərdir.  Atası Sabir Paşayev, şəhid qardaşları Ədalət, Evarist kimi hər an Vətən üçün, Azərbaycan Ordusunun hət bir döyüşçüsü üçün canından keçməyə hazır olan əsgər.

    Bizimlə söhbətinndə Məhəbbət xanım dedi:

    –Qəhrəman Tərtərimə, doğma Tərtərimə ayaq basanda qürur hissi keçirirəm. Fəxr edirəm ki, mən azərbaycanlıyam, qarabağlıyam və tərtərliyəm. 44 günlük Qarabağ müharibəsində qazandığımız möhtəşəm Qələbə hər birimizin qəlbini qürurla döyündürür. Bu sonsuz sevinci bizə yaşatdıqlarına görə ilk növbədə müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, qüdrətli Azərbaycan Ordusuna, hər bir zabitimizə, əsgərimizə Azərbaycan ana və bacılarının sonsuz təşəkkürünü çatdırıram. Bayramınız mübarək, əzizlərim!

    “Yeni Tərtər”

     

  • 24İyn
    Xəbərlər Tərtərdə Qurban bayramı ilə əlaqədar kəsim məntəqəsində monitorinq aparılıb üçün şərhlər bağlıdır

    Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, rahat həyata keçirilməsi, qeyri-qanuni yerlərdə heyvan satışı və ət kəsiminin qarşısının alınması və digər məsələlərlə bağlı Tərtər Rayon İcra Hakimiyyətində müvafiq qurumların əməkdaşlarından ibarət işçi qrupu yaradılıb.

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov işçi qrupunun üzvləri ilə birlkdə qurbanlıq heyvanların kəsiminin təşkil ediləcəyi Tərtər şəhəri, Cavanşir küçəsi 84 ünvanında yerləşən ət kəsim məntəqəsində olub, əlaqədar şəxslərə müvafiq tövsiyyə və tapşırıqlarını verib.

    Həmçinin Gigiyena və Epidemiologiya Mərkəzinin işçiləri tərəfindən ət kəsim məntəqəsinin döşəmə və divarları, habelə burada istifadə edilən avadanlıqlar xüsusi məhlulla dezinfeksiya edilib.

    Bununla yanaşı, Qurban bayramı günlərində heyvan mənşəli tullantıların vaxtında daşınması, ət kəsimi məntəqəsinin ətrafında təmizliyə riayət olunması üçün Tərtər şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları da gücləndirilmiş iş rejimində çalışacaqlar.

     

  • 24İyn
    Digər Tərtər rayonunda “Əmək yarmarkası” keçirilib üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

    Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialının təşkilatçılığı ilə iyunun 23-də Tərtər Rayon Mədəniyyət Mərkəzində  22 işəgötürənlə əmək yarmarkası keçirilib. Əmək yarmarkasında əmək bazarının müxtəlif iqtisadi sahələri üzrə 300 yaxın peşə və ixtisas tələb edən vakansiyalar ictimaiyyətə açıq elan edilib. Yarmarkada Tərtər, Bərdə, Ağdam və Ağcabədi rayonlarından olan 900 yaxın vətəndaş iştirak edib.

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq Filialının müdiri Babək Tağıyev yarmarkaya qatılan sakinlərlə görüşüb, onların qayğıları ilə maraqlanıb, yarmarkanın təşkili və prosesin dinamikası ilə tanış olublar.

    Tədbirdə vakansiyalar üzrə müraciət edən işsiz və işaxtaran şəxslərdən CV-lər qəbul edilərək nəzərdən keçirilib. Onların həmin vakansiyalar üzrə məşğulluqlarının təmin edilməsi üçün işlərə başlanıb.

     

  • 24İyn
    Digər “Heydər Əliyev İli-2023”: “Heydər Əliyev Azərbaycanın müasir dövlət qulluğunun banisidir” mövzusunda tədbir keçirilib üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

    Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Ümummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən  rayonda silsilə tədbirlər davam edir.

    Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin   100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev Azərbaycanın müasir dövlət qulluğunun banisidir”  mövzusunda  tədbir keçirilib. Tərtərdə dövlət qulluqçuları peşə bayramlarını qeyd ediblər. Əvvəlcə onlar Ümummilli Liderin xatirəsinə hörmət əlaməti olaraq  abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra tədbir rayon icra hakimiyyətinin akt zalında davam etdirilib.

    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Qarabağ İqtisadi Rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyəti başçısı aparatının, İƏD üzrə nümayəndəliklərin əməkdaşları, idarə, müəssisə və təşkilatlarda fəaliyyət göstərən dövlət qulluqçuları iştirak ediblər. Daha ətraflı »

  • 24İyn
    Digər Tərtər Rayon İcra Hakimiyyəti başçısının Əskipara kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mustafayev Pərviz Yusif oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının təltif edilməsi haqqında” 22 iyun 2023-cı il tarixli Sərəncamı ilə Dövlət qulluğunda səmərəli fəaliyyət göstərən bir qrup şəxs təltif olunub.

    Təltif olunanlar siyahısında Tərtər Rayon İcra Hakimiyyəti başçısının Əskipara kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyən, 22 ildən çox dövlət qulluğu stajına malik Mustafayev Pərviz Yusif oğlunun da adı var.

    Bu münasibətlə Pərviz Mustafayevi təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq!

     

  • 23İyn
    Digər “Heydər Əliyev İli-2023”: Tərtərdə “Heydər Əliyev ideyaları bu gün də yaşayır və ugurlarımızın rəhnidir” mövzusunda konfrans keçirilib üçün şərhlər bağlıdır

     

     

     

     

    Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Ümummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi münasibəti ilə Tərtər  rayonunda  silsilə tədbirlər  keçirilir.

    22 iyun 2023-cü il tarixdə “Heydər Əliyev İli “ çərçivəsində YAP rayon təşkilatının və rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Mədəniyyət Mərkəzində əslən rayondan olan tanınmış ziyalıların iştirakı ilə “Heydər Əliyev ideyaları bu gün də yaşayır və ugurlarımızın rəhnidir” mövzusunda konfrans keçirilib.

     

     

     

     

    Konfransda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP İdarə Heyətinin üzvü Asif Əsgərli,  YAP Mərkəzi Aparatının təşkilat şöbəsinin baş məsləhətçisi Elmar Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, akademik Vaqif Abbasov, xalq şairi Vahid Əziz, xalq artisti Teyyub Aslanov, idarə, müəssisə, təşkilat rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, təhsil, səhiyyə, mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, veteranlar və KİV nümayəndələri iştirak ediblər. Daha ətraflı »

  • 23İyn
    Xəbərlər Rayon rəhbərinin növbəti səyyar qəbul-görüşü Tərtər şəhəri Nizami küçəsində keçirilib üçün şərhlər bağlıdır

     

     

     

     

     

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi sürətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Tərtər şəhəri Nizami küçəsində keçirilib.

    Qəbulda YAP rayon təşkilatının və rayon ağsaqqallar şurasının sədrləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, İƏD üzrə nümayəndə, bələdiyyə sədri və şəhər sakinləri iştirak ediblər. Daha ətraflı »

  • 23İyn
    Xəbərlər “Heydər Əliyev İli-2023”: Tərtər Rayon İcra Hakimiyyətində şəhid övladları ilə görüş keçirilib üçün şərhlər bağlıdır

     

     

     

     

     

    Tərtər rayonunda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Ümummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planında nəzərdə tutulmuş   silsilə tədbirlər davam edir.

    Tərtər Rayon İcra Hakimiyyəti “MKT İstehsalat Kommersiya” MMC ilə birlikdə “Heydər Əliyev İli” çərçivəsində rayon icra hakimiyyətində şəhid  övladları ilə görüş keçirib.

    Görüşdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, “MKT İstehsalat Kommersiya” MMC-nin Tərtər filialının direktoru Feruz Hacıyev, rayon icra hakimiyyətinin, “MKT İstehsalat Kommersiya” MMC-nin Tərtər filialının əməkdaşları, şəhid ailələri və onların övladları iştirak ediblər.

    Görüş Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov əvvəlcə qonaqları salamlayıb, Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin hər birimiz üçün əziz olduğunu, xalqımızın qəhrəman övladları ilə qürur duyduğunu vurğulayıb, dövlətimiz tərəfindən şəhid ailələrinin və qazilərin hərtərəfli qayğı ilə əhatə olunduğunu söyləyib, ölkəmizdə hər bir əsgərin əməyinin yüksək dəyərləndirildiyini qeyd edib. Daha ətraflı »

  • 20İyn
    Digər HEYDƏR ƏLİYEV İLİ–2023 üçün şərhlər bağlıdır

    15 İYUN-MİLLİ QURTULUŞ GÜNÜ MÜNASİBƏTİLƏ ÜMUMRAYON TƏDBİRİ

     

     

     

     

     

     

    “Heydər Əliyev İli” çərçivəsində 15 iyun-Milli Qurtuluş Günü münasibəti ilə rayon icra hakimiyyətinin təşkilatçılığı, politoloqların və ziyalıların iştirakı ilə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda ümumrayon tədbiri keçirilib
    Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı, politoloq Sahib Alıyev, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini Rüfət Həmzəyev, rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, idarə, müəssisə, təşkilat rəhbərləri, İƏD üzrə nümayəndəliklərin əməkdaşları, təhsil, səhiyyə, mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, veteranlar, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
    Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq mərkəzi meydanda abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Rayon Mədəniyyət Mərkəzinin foyesində Ulu Öndərin Tərtər rayonuna səfərlərini əks etdirən fotostendlərə baxıblar.
    Rayon Mədəniyyət Mərkəzində davam edən tədbir Dövlət himninin səsləndiril-məsi ilə başlayıb. Ümummilli Liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
    Sonra Ulu Öndərə həsr olunmuş film nümayiş etdirilib. Daha ətraflı »