Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 04May
    Ədəbiyyat YENİ ŞEİRLƏR üçün şərhlər bağlıdır

    20160502_143940Kamil Tərtərli (Süleymanov) 1955-ci il avqustun 26-da Tərtər rayonunun Qaynaq kəndində dünyaya göz açıb. Kamil müəllim “şairəm” deməsə də, daim onu düşündürən, bir vətəndaş kimi silkələyən mövzulara toxunur, obrazlı şəkildə bunlara münasibətini bildirir. “Qəhrəman Tərtər” şeiri də aprel ayının əvvəllərindən cəbhədə hadisələrin gərginləşməsinə həsr olunub.

    Teqlər:

  • 04May
    Ədəbiyyat QƏHRƏMAN TƏRTƏR üçün şərhlər bağlıdır

    Yenə bulud çöküb üstünə, Tərtər,
    İgid oğlanları çağır meydana!
    Ayağı dəyməsin yağı düşmənin,
    Qəhrəman diyarın torpaqlarına!

    Birinci Qarabağ savaşında sən

    Düşmənə layiqli cavab vermisən.
    Qovmusan düşməni uzaq yerlərə,
    İndi qisas almaq istəyir səndən.

    Vətən oğulları, qalxın ayağa!
    Döyüşmək vaxtıdı, hünər vaxtıdı.
    “Hay”ların başını əzəsən gərək,
    Torpağı almağın zamanı çatdı. Daha ətraflı »

    Teqlər:

  • 04May
    Ədəbiyyat OLAYDIM üçün şərhlər bağlıdır

    Kaş yolum düşəydi bu yaz dağlara,
    Açan gül-çiçəyə qonaq olaydım.
    Yaz dumanı süründükcə çəməndə,
    Şehdə ayaqyalın gəzən olaydım.

    Təzə yarpaq açmış o meşələrdə,
    Kəkotu, qantəpər gül açan yerdə,
    Qar selə döndükcə şah zirvələrdə
    Tərtər çayı coşan yerdə olaydım.
    Murovdağın sərin mehi vuraydı,
    Mürgüləyib mən də meyxoş olaydım.
    Bulaqların şırıltısı yoraydı,
    Allahıma şükür eləyən olaydım. Daha ətraflı »

    Teqlər:

  • 18Apr
    Ədəbiyyat Köhnə yazılarımızdan üçün şərhlər bağlıdır

    MOLLA PƏNAH VAQİF TƏRTƏRDƏ YAŞAMIŞDIR

    983D3DF9-E4EC-4A9D-B674-5E4D737F53C9_w640_sXVIII əsrin görkiəmli Azarbaycan sairi Molla Pənah Vaqif 1717-ci ildə Qazax rayonunun Qıraqsalahlı kəndində anadan olmuşdur. O, mükəmməl təhsil almış astronomiya ilə maraqlanıb, bacarıqlı memar olmuşdur. Molla Pənah Vaqif fars, ərəb dillərini gözəl öyrənmişdir. 1750-ci ilin axırlarında öz ailəsi ilə birlikdə Qarabağın Tərtər mahalına köçüb gələn şair bir müddət burada yaşayıb-yaradır.
    Mənbələrdə göstərilir ki, Molla Pənah Vaqif Tərtərbasarın Sarıcalı kəndində məktəb açaraq orada müəllimlik etmişdir.
    Bir neçə il bundan əvvəl bu məsələ ilə əlaqədar Sarıcalı kəndinə getdim. Nəsillərin yaddaşında qalanlar budur ki. Vaqif tez-tez Tərtər çayına tamaşa edərmiş. Haylı-haraylı çayı seyr etməkdən çox xoşlanarmış. Görünür, şair Tərtərin sahillərində yazıb-yaradırmış. Məni çox maraqlandıran bir sual vardı qarşımda. Görəsən Molla Pənah Vaqif Tərtərdə neçə il yaşamışdır. Daha ətraflı »

    Teqlər:

  • 18Mar
    Ədəbiyyat Elimizə bahar gəlir üçün şərhlər bağlıdır

    İTMƏYƏN ÜMİDLƏRİMİZDƏN,TÜKƏNMƏYƏN ARZULARIMIZDAN XƏBƏR VERƏN BAYRAM

    novruzTanrının taleyimiz kimi bizə təmənnasız bəxş etdiyi bir çox xoşbəxtliklərdən biri, bəlkə də elə birincisi, min nazı, işvəsi ilə könül dünyamızı, həyatımızı büsbütün təzələyib, dəyişən Novruz bayramıdır. Fəsillərin dəyişdiyi, gecə ilə gündüzün bərabərləşdiyi bir vaxtda istər-istəməz insan ruhu da təzələnir, dəyişir. Daş altından küskün-küskün boylanan bənövşə, dünyaya sevgi , sevinc bəxş etməyə hazır olan nazlı, qəmzəli nov-ruzgülü, ilk baharın carçısı sayılan qaranquşların dönüşü itməyən ümidlərimizdən, tükənməyən arzularımızdan, bir də hər bir insan övladının içində gizlicə yaşatdığı sevgidən xəbər verir.
    Novruz bayramı təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Günəş dünyanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçdiyi vaxt gecə ilə gündüz bərabərləşir. Bu vaxt qış qurtarır, yaz fəsli başlayır.
    Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın, sağlamlığın, firavanlığın başlanğıcıdır. Daha ətraflı »

    Teqlər:

  • 18Mar
    Ədəbiyyat NAĞILLAŞAN KƏNDİN NOVRUZLU GÜNLƏRİ üçün şərhlər bağlıdır

    soyud-1334Uşaqlıq yaddaşımın müqəddəs səhifələrini vərəqləyirəm hərdən. Düşürəm uşaqlıq adlı bir heyrət dünyasına. Yorulmuş, görmək istəmədiklərini görməkdən usanmış gözlərim qarşısında əzəli və saf təbiətin ana qucağında, meşəli dağlarla əhatələnmiş gözəl bir vadidə ilahi bir kənd canlanır. Başı üzərində ağsaçlı Murovun qoşa zirvəsi ucalır. İlkinliyini hifz edə bilmiş ucsuz-bucaqsız meşələri bir təbiət sərgisi, təbiət muzeyidir; qucağında itərsən, əriyərsən, təbiətləşib təbiətin bir zərrəsi olmaq bəxtəvərliyinə qovuşarsan. Quşların nəğməsi çayların nəğməsinə, bulaqların zümzüməsinə qarışır. Mayası günəş işığı və hərarətindən yoğrulmuş ağ gündüzləri əzəmətli bir həyat himnidir. Nənələrin şirin nağılına bənzər gecələrinin tamaşasına ay çıxır, laylasını Tərtər, Ağçay, Arxana çalır. Zümrüd çəmənlərində bir dünyanın minbir çiçəyi boy verir, həyata, yaranışa, gözəlliyə, Ulu Yaradana minnətdarlıqla dolu təbəssümlər göndərir, ətirli nəfəsi ilə bir behişt ab-ha-vası yaradır. Nazlı sular sonası, Göy-gölün əkiz bacısı Sərsənggöl ayna tutur təbiətin ürəyində yuvalanmış, obalanmış bu kəndin mübarək hüsnünə. Daha ətraflı »

    Teqlər:

  • 18Mar
    Ədəbiyyat BAHARI GÖZLƏYİRƏM! üçün şərhlər bağlıdır

    1394621682_1271953580_airena-wallapack-84-spring-12Baharı gözləyirəm, səssiz-səmirsiz, quşların nəğməsini eşidim, bənövşənin, nərgizin, süsənin qoxusunu duyum, bağ-bağatın otunun, ağacların çiçəyinin ətrindən ciyərimə doyunca çəkim.
    Baharı gözləyirəm, dərd-sərimizi, ağrı-acılarımızı qışın qarına-buzuna qatıb sellər-sularla axıdaraq xoş günlərə, firavanlığa, sağlamlığa çıxaq.
    Baharı gözləyirəm, ilk qaranquş dəstəsi düşmən tapdağındakı torpaqlardan, Şuşadan, Laçından, Kəlbəcərdən, Dərələyəzdən, Zəngəzurdan, Göyçədən, daha neçə-neçə həsrət qal-dığımız elatlardan müjdə gətirsin, illərin ayrılığına son qoyulsun.
    Baharı gözləyirəm, Xan qızı Natavanın, Dədə Şəmşirin, pələsəng ruhları yollardan yığılsın, dağlarımızın, bulaqlarımızın, kol-kos basmış qəbirlərimizin üstünə ağı deyə-deyə yox, həsrətdən dodağı çatlamış halda özümüzü çatdıraq. Daha ətraflı »

    Teqlər:

  • 29Fev
    Ədəbiyyat İSTİRAHƏTİNİZ XOŞ KEÇSİN üçün şərhlər bağlıdır

    BİZİ ƏHATƏ EDƏN ƏTRAF

    bizi əhatə edən ətrafBizi əhatə edən ətraf aləm gözəl təbiət mənzərələri ilə zəngindir. İnsan bir anlıq bu əsrarəngiz aləm qarşısında heyrətini gizlədə bilmir. Şair qələmi, rəssam fırçası acizdir bunları vəsf etmək üçün…
    Hərdən gərginlikdən ətrafımıza nəzər salmırıq. Amma adi bir su şırıltısı, yarpaqların xəfif titrəyişi, qarışıq fikir və düşüncələrimizi alıb götürən həzin meh bizi xəyalən çox uzaqlara aparır. Gözəl dağ, səma və dəniz mənzərələri insana gözəl duyğular aşılayır.
    Ana qayğısıyla yanaşır insanlara… Məhz ona görə təbiətə “Ana təbiət” də deyirik bəzən… Övladları- 4 fəslin heç biri arasında ayrıseçkilik salmayaraq hər birinə özünəməxsus gözəlliklər bəxş edir…
    Daha ətraflı »

    Teqlər:

  • 29Fev
    Ədəbiyyat ÇOX MEYVƏ YEYƏNLƏRİN NƏZƏRİNƏ üçün şərhlər bağlıdır

    meyvəMəlumata görə Türkiyədə pəhriz sahəsində fəaliyyət göstərən Sunay Kütük, çox meyvə istifadəsinin doğru olmadı-ğını ifadə edib. Yaz mövsümündə bədənin su ehtiyacının qarşılaması üçün meyvə qəbulunun faydalı olmasına baxma-yaraq həddindən artıq istifadə düzgün deyildir. Onun sözlərinə görə yaz dövründə dəyişən qidalanma vərdişləri sayəsində çoxlu meyvə qəbulu artıq çəkinin formalaşmasına səbəb olur . Karbohidrat və şəkər baxımından zəngin olan meyvələri qəbul edib, hərəkətsiz qaldıqda yağa çevrilir. Bu da həddindən artıq kiloları özü ilə gətirir. Eyni şəkildə yazda gec saatlarda yemək yeyilməsi də artıq çəkiyə təsir edir. Yatmadan ən az iki saat əvvəl kalorisi aşağı olan qidalar istifadə edilməlidir. Yemək sonrasında çay içildikdə isə meyvə qəbul edilmir.

    Teqlər:

  • 29Fev
    Ədəbiyyat İNSAN BƏDƏNİ HAQQINDA MARAQLI FAKTLAR üçün şərhlər bağlıdır

    İNSAN1. Siz açıq gözlərlə asqıra bilmərsiniz. . . 2.Ağızda Yer kürəsində insan sayı qədər bakteriyalar var.
    3. Sizin saçınızın bir teli almanın çəkisinə dözə bilər.
    4. Sizin dilinizin izi tamamilə unikaldır, bunu unutmayın .
    5. Bədəndə ən güclü əzələ dildir.
    6. Mədənizin daxili qabığı hər üç gündən bir yenilənir.
    7. Əgər 3 səhifə kitab oxumuşsunuzsa deməli gözləriniz 1 kilometr yolu qət edib.
    8. Səhərlər insan çəkisi daha artıq olur, çünki bədənin altında yerimə vaxtı onurğa sıxılır və gecə düzəlir.
    9. Mədədə o qədər turşu olur ki, onun köməyi ilə dəmir mismar hazırlamaq olar.
    10. Siz təxminən gün ərzində 23 min dəfə nəfəs alırsınız.
    11. Bildiyiniz kimi 4 qan qrupu yox, 29 qan qrupu var.

    Teqlər: