Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 21Noy
    Digər “ƏKİNÇİ” QƏZETİNİN NAŞİRİ HƏSƏN BƏY ZƏRDABİNİN ANIM GÜNÜ üçün şərhlər bağlıdır

    Azərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi, bütün müsəlman Şərqində islam xeyriyyəçilik hərə-katının banisi Həsən bəy Zərdabi (Həsən bəy Məlikov) 28 iyun 1837-ci ildə keçmiş Göyçay qəzasının Zərdab kəndində anadan olub.
    İlk təhsilini mollaxanada alıb, sonra Şamaxı qəza məktəbində oxuyub, orta təhsilini isə Tiflisdə tamamlayıb. 1861 -ci ildə Moskva Universitetinə daxil olan Həsən bəy Zərdabi dörd il sonra həmin universitetin Təbiət-riyaziyyat fakültəsini bitirib.
    Bir müddət Tiflisdə qulluq edəndən sonra Qubada məhkəmədə işləyən Zərdabi daha sonra Bakıya gələrək, burada rusca orta məktəbdə təbiətdən dərs deməyə başlayıb. Daha ətraflı »

    Teqlər:

  • 21Noy
    Digər ƏLİLLİYİ OLAN ŞƏXSLƏR: FİZİKİ MƏHDUDİYYƏTDƏN SOSİAL İNTEQRASİYAYA üçün şərhlər bağlıdır

    17 yaşlı gənc yol gözləyir…

    Hər dəfə darvazada maşın dayananda, Müslümün ürəyi quş kimi çırpınır. Qısa müddətə də olsa, onu qaranlıq dünyasından ayıran insanların yolunu səbirsizliklə gözləyir. İndi də anasının səsini eşidib, sevindi:
    –Ay bala, Müslüm. Gələn icra nümayəndəmiz Aslan müəllimdir. Deyir ki, hərbi hissədə konsert olacaq. Səni də aparacaqlar. Dur hazırlaş.
    Bəzən o, həyətlərində oturub saatlarla muğam ifa edir. Ancaq dinləyicilər qarşısında daha yaxşı oxuyur, sanki ürəyi boşalır, yüngülləşir. Belə anlarda gözdən əlil olduğunu unudur. Çünki hamının, o cümlədən onun 17 yaşlı ürəyi musiqinin ahəngi ilə bir döyünür, bərabərləşir. Müslüm öz səsi ilə ətrafdakıları ovsunlayır.
    Müslüm Müslümzadə Tərtər rayonunun İsmayılbəyli kəndində yaşayır. Anadangəlmə gözdən əlildir. Amma onun taleyinə həm də gözəl səs, fitri istedad sahibi olmaq yazılıb. Daha ətraflı »

    Teqlər:

  • 21Noy
    Digər Qarabağ müharibəsi illərinin yazılarından üçün şərhlər bağlıdır

    TƏNZİLƏ YOLÇU QIZINA MƏKTUB

    Sizə «Salam»la salam göndərirəm.
    «Aydınlıq» qəzetinin 23 oktyabr 1992-ci il tarixli 44-cü sayında «Torpaq namusu» adlı yazını oxumağa başlayanda beynimdən o fikir keçdi ki, kaş bu həmkarım (nə peşənin sahibisiniz, bilmirəm) Tərtər haqqında o birilər kimi havadanqapma faktlara deyil, gerçəkliyə əsaslanan, reallığa söykənən yazı yazaydı, «əyrini əyri, düzü düz» göstərəydi! Çünki bu bölgədən müharibə mövzusunda yazılan materialların əksəriyyəti qəzetçilərin əlüstü və alaçiy müşahidələrinin (və yaxud hardansa eşitdiklərinin) sədasından başqa bir şey deyil (bu barədə «20 yanvar» qəzetinə–Nadir Mirələkbəroğluna da iradlarımı yazmışdım – «Salam», № 17).
    Mənə qəribə gələn odur ki, son zamanlar kütləvi informasiya vasitələrinin işçiləri bir çox hallarda jurnalistlər üçün ən yüksək meyar olan etikanı gözləmir, hər kəsin öz səviyyəsinə görə kimin ağlına hansı yaramaz fikir, hansı təhqir gəldi, döşəyib yazırlar, redaktorlar da (maşallah!) gözlərini yumub mübarək imzalarını yapışdırırlar belə yazıların kəlləsinə və təcili göndərirlər mətbəəyə. Həmin təhqirli yazıların ünvanlandığı adamlar da məcbur olub, bütün etik normaları pozur və necə deyərlər, çomağa çomaqla cavab verirlər. İndi mən də həmin məcburiyyətdə qalmışam və fikirləşirəm ki, ayrı əlac yoxdur, çünki mədəni cavabı mədəni adamlara verərlər. Daha ətraflı »

    Teqlər:

  • 21Noy
    Digər Tarixi şəxsiyyətlər ermənilər haqqında üçün şərhlər bağlıdır

    Ermənilər dost cildində düşməndir. Onun nəvazişındən, təbəssümündən qorxduğum qədər açıq düşməndən qorxmuram.
    İ.Çavçavadze, gürcü şairi
    * * *
    Ermənilərlə heç cür yaxınlıq edə bilmirdim, çünki onların alçaqlığı və əclaflığı dözülməzdir.
    Qraf de Şoll, fransız səyyahı
    * * *
    Ermənilərdə mənfur bir biclik, biabırçı bir əclaflıq və rüsvayçı bir alçaqlıq vardır.
    Qraf de Şoll, fransız səyyahı
    * * *
    Ermənilər bulanlıq sudan duru çıxmaq üçün hər şeyə qadirdirlər. Hətta namusu da pay verməyə.
    M.S. Ordubadi, Azərbaycan yazıçısı.
    * * *
    Bu xalq xasiyyətinə görə qədimdən ikiüz-lü və riyakardır.
    Kornelit Taüit
    * * *
    Atın kolasına, itin tulasına, erməni balasına etibar yoxdur.
    Kürd xalq məsəli. Daha ətraflı »

    Teqlər:

  • 08Noy
    Digər “AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ İLİ” üçün şərhlər bağlıdır

    AXC-nin VARİSİ

    Azərbaycan xalqının çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi nəticəsində Birinci Dünya müharibəsi dövründə Şimali Azərbaycanda yaranmış müstəqil dövlət və müsəlman Şərqində ilk parlament respublikasının paytaxtı əvvəlcə Gəncə, sonra Bakı şəhəri olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində Cənubi Qafqazda azərbaycanlıların elliklə yaşadıqları ərazilər təqribən 150 min kv.km-ə bərabər idi. 1918-ci ildə Cənubi Qafqazda müstəqil dövlətlər meydana gəldikdə, əzəli Azərbaycan torpaqlarının bir hissəsində Ermənistan Respublikası yaradıldı. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri və keçmiş İrəvan xanlığının paytaxtı olan İrəvanı da ermənilərə güzəştə getməyə və onu yeni yaradılan Ermənistan Respublikasının “siyasi mərkəzi” kimi tanımağa məcbur oldu. Beləliklə, Cənubi Qafqaz res-publikaları arasında sərhəd məsələləri qismən nizama salındıqdan sonra Azərbaycan Xalq Cümhuriyyəti Cənubi Qafqazdakı tarixi Azərbaycan torpaqlarının 113,9 min kv. km-ni əhatə edirdi. Daha ətraflı »

    Teqlər:

  • 08Noy
    Digər AZƏRBAYCAN ƏDLİYYƏSİ–100 üçün şərhlər bağlıdır

    İNSAN HÜQUQLARININ  TƏMİNATI ƏSAS MƏQSƏDDİR

    Bu yaxınlarda ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi böyük təntənə ilə qeyd olundu. Azərbaycan Ədliyyəsinin tarixi də məhz həmin dövrdən–Şərqdə ilk Demokratik Respublikanın yarandığı zamandan başlayır. Belə ki, AXC-nin qəbul etdiyi ilk Bəyannamədə ölkədə birinci olaraq milli ordunun, sonra isə digər dövlət orqanlarının yaradıldığı bildirildi. Bunların sırasında Ədliyyə Nazirliyinin xüsusi və əvəzsiz rolu vardır.
    Lakin təəssüf ki, Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. AXC cəmi 23 ay fəaliyyət göstərsə də, o illərdə toplanmış təcrübə, qazanılmış ənənələr yeni dövrdə daha yüksək səviyyədə inkişaf etdirildi. Bu, ilk növbədə ümummilli lider Heydər Əliyevin xalqımızın keçmişinə, onun tarixinə olan hörmət və ehtiramından irəli gəlir. Azərbaycan dövlətçiliyinin banisi, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizdə demokratik hüquqi dövlət qurulmuş, ictimai-siyasi həyatın bütün sahələrində, həmçinin ədliyyə sistemindən mütərəqqi islahatlar aparılmaqla davamlı inkişafa nail olunmuşdur. Daha ətraflı »

    Teqlər:

  • 08Noy
    Digər AĞRILI  DƏRDİMİZ QARABAĞ üçün şərhlər bağlıdır

    Qarabağ toponomik termini türk mənşəli sözdür. “Qara”, “böyük”, “sıx”, “qalın” mənalarında işlədilir. “Qarabağ” termini mənbələrdə ilk dəfə VII yüzillikdə xatırlanır. XIV əsrin sonu XV əsrin əvvəllərində “Aran” termini ilə yanaşı işlənmiş Qarabağ, inzibati ərazi baxımından Azərbaycanın mərkəzi sahələrini, coğrafi ərazi kimi dağlıq və dağətəyi yerləri birləşdirən vahid inzibati ərazidən ibarət olmuşdur.
    Rzaqulu bəy Cavanşirin məşhur “Qarabağnamə” əsərində Qarabağın ərazisi belə təsvir edilmişdir. “Qədim tarixlərdə yazıldığı kimi Qarabağ vilayəti Araz çayının Xudafərin körpüsündən Qazaxla Dəmirçihəsənli arasında sərhəd olan və Rusiya dövləti tərəfindən “Krasnıy körpü” adlandırılan “Sınıq körpü”yə qədər olan əraziləri əhatə edir. Sonradan baş vermiş iğtişaşlarla əlaqədar İran, Rum, Türküstan padşahları bu vilayətləri ələ keçirib sərhədləri dəyişmiş və qalalar tikdirib onlara ayrı-ayrı adlar vermişlər”. Daha ətraflı »

    Teqlər:

  • 29Okt

    Digər üçün şərhlər bağlıdır

    Azərbaycan 2018-ci ildə də öz dinamik inkişafını təmin etmişdir və ölkəmiz əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşamışdır.

    İlham ƏLİYEV,
    Azərbaycan Respublikasının Prezidenti

    Teqlər:

  • 29Okt
    Digər ƏBƏDİ QARDAŞLIQ VƏ SARSILMAZ DOSTLUQ üçün şərhlər bağlıdır

    Ulu Öndər “Bir millət, iki dövlət” demişdir. Türkiyə-Azərbaycan dostluğu qədim köklərə dayanır. Zaman-zaman mənfur düşmənlər bu dostluğu pozmağa, nifaq salmağa çalışsalar da, eyni köklü, eyni mədəniyyətli iki qardaş dövləti bir-birindən ayırmağa nail ola bilmədilər. Bu dostluq 1918-ci ildə qurulan Şərqin ilk demokratik respublikası olan AXC dövründə daha da möhkəmləndirildi. Belə ki, AXC-nin müstəqilliyini ilk ta-nıyan dövlət Osmanlı oldu. Osmanlı dövləti ilə AXC arasında 1918-ci il iyun ayının 4-də Batumda “Sülh və dostluq” haqqında müqavilə imzalandı.
    Müqaviləni Osmanlı tərəfindən Ədliyyə naziri Xəlil paşa Menteşe, AXC tərəfindən Milli Şuranın sədri M.Ə. Rəsulzadə və Xarici İşlər naziri M. Hacınski imzaladlar. Daha ətraflı »

    Teqlər:

  • 29Okt
    Digər ZƏNGİLAN RAYONUNUN İŞĞALINDAN 25 İL KEÇİR üçün şərhlər bağlıdır

    O YERLƏR UNUDULMUR

    Zəngilan rayonu 1993-cü il 29 oktyabr tarixində ermənilər tərəfindən işğal edilmişdir.
    1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan ən sonuncu rayonumuz oldu. Qonşu Qubadlı və Cəbrayılın işğalı nəticəsində mühasirəyə düşən rayon əhalisi çıxış yolunu Araz çayından İran ərazisinə keçməkdə gördü. Əks təqdirdə ikinci bir Xocalı hadisəsinin baş verməsi qaçılmaz olacaqdı.
    Zəngilan inzibati rayon kimi 1930-cu ildə təşkil edilib. Zəngilan Birinci Qarabağ müharibəsində 188 şəhid verib, bu günədək rayonun 44 sakini itkin düşmüş sayılır.
    ”Bakı-Culfa-Naxçıvan” dəmiryolunun üzərində yerləşən bu rayon mühüm strateji əhəmiyyətə malikdir. Ərazisi 707 kvadrat km, əhalisi isə 35 mindən çox olub. İşğal olunmazdan əvvəl bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki peşə və bir musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub və 22 kinoqurğu var idi. Daha ətraflı »

    Teqlər: