Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 03Mar
    Xəbərlər Tərtər rayonunda ictimai yerlərdə və parklarda tütünün sağlamlığa mənfi təsiri barədə təbliğat xarakterli materiallar yerləşdirilib üçün şərhlər bağlıdır

    “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”-nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti 23 dekabr 2015-ci il tarixdə 1045 nömrəli Sərəncam imzalamışdır. Həmin Strategiyanın 9.2.1 bəndinə əsasən ictimai yerlərdə və parklarda tütünün sağlamlığa mənfi təsiri barədə reklamlar, stendlər yerləşdirmək nəzərdə tutulmuşdur.

    Bununla bağlı olaraq Tərtər Rayon İcra Hakimiyyətinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tərtər  nümayəndəliyinin könüllüləri rayonun fəal gəncləri ilə birlikdə ictimai yerlərdə və parklarda tütünün sağlamlığa mənfi təsiri barədə reklamlar, stendlər yerləşdirib.

  • 02Mar
    Digər YAP ümummilli maraqların reallaşması yolunda böyük tarixi nailiyyətlər qazanıb üçün şərhlər bağlıdır

    Yeni Azərbaycan Partiyasının VII qurultayında Prezident İlham Əliyevin çıxışı tarixi xarakter daşıyır. Dövlət başçısı qeyd edib ki, ümummilli maraqların reallaşması yolunda YAP-ın böyük tarixi nailiyyətlər qazanmasının nəticəsidir ki, onun sıraları ildən-ilə genişlənir. YAP ölkənin bütün bölgələrini əhatə etməklə Azərbaycanın aparıcı siyasi qüvvəsi, Cənubi Qafqazın ən böyük siyasi partiyası kimi çıxış edir.

    Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. Ulu Öndərin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilib və hər zaman dəstəklənib. Azərbaycan Respublikasında Sovet İttifaqının saxlanmasına dair referendum keçirilmişdi və bu referendumun nəticələri kobudcasına saxtalaşdırılmışdı. Sanki Azərbaycan xalqı müstəqillik istəmir, sanki Azərbaycan xalqı Sovet İttifaqının tərkibində yaşamaq istəyir. Bu, absurd idi. Çünki 20 Yanvar hadisələri hələ təzəcə baş vermişdi, Azərbaycana qarşı edilən ədalətsizlik, Dağlıq Qarabağdan və ondan sonra ətraf bölgələrdən azərbaycanlıların qovulması, Ermənistandan azərbaycanlıların qovulması – bütün bunlar Azərbaycan xalqının qəlbində yara kimi qalmışdı. Naxçıvan Muxtar Respublikasında Heydər Əliyev referendumun keçirilməsinə imkan verməmişdir. Bu, böyük cəsarət, qəhrəmanlıq tələb edən addım idi.

    Prezident İlham Əliyev deyib ki, 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkənin böhrandan çıxma prosesi başladı. Milli düşüncə göstərərək Ulu Öndərə müraciət edən məşhur “91-lər”in çox cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı.

    Bildirib ki, Heydər Əliyev hakimiyyətə gələndən sonra münbit əməkdaşlıq mühiti yaradıldı.

    Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir. Biz gündəlik həyatda, ölkəmizin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə görürük ki, bu islahatların çox böyük əhəmiyyəti var.

    İqtisadi müstəqillik həm hazırlıq baxımından, həm siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərtdir. Bu gün istənilən meyar üzrə, istənilən parametr üzrə Azərbaycan heç kimdən asılı deyil. Daha ətraflı »

  • 01Mar
    Digər “Ulu Öndər Heydər Əliyev və milli dövlətçilk təfəkkürü” üçün şərhlər bağlıdır

    Bu il xalqımız böyük məhəbbətlə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Ümummilli Liderin siyasi irsi, onun çoxsahəli fəaliyyəti və dövlətçilk təfəkkürü elə bir sərvətdir ki, xalqımız bunlardan daim bəhrələnir. Heydər Əliyevin ibrətamiz kəlamları, tövsiyələri əsl dövlətçilik məktəbidir.

    Pekin İçtimai Elmlər Akademiyasındakı çıxışında Heydər Əliyev deyib: “Dövlət istiqlaliyyətinin əldə edilməsi Azərbaycan xalqı üçün tarixi hadisədir və bizim vəzifəmiz, məqsədimiz istiqlaliyyətimizi, beynəlxalq mövqelərimizi hər vasitə ilə möhkəmləndirməkdən ibarətdir.”

    Ulu Öndərin “Ostankino“ dövlətlərarası televiziya şirkətinə verdiyi müsahibəsində səsləndirdiyi fikirlər də hər bir azərbaycanlıda qürur hissi doğurur:

    “Azərbaycan müstəqil dövlətdir və indən belə heç vaxt hər hansı başqa dövlətin tərkibinə daxil olmamalı, kiminsə vassalı, yaxud müstəmləkəsi olmamalıdır.”

    Ümummilli Liderin layiqli siyasi varisi olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün müstəqil siyasət yetirməklə, Azərbaycanı daha da gücləndirir və siyasi arenada ölkəmizin nüfuzunu artırır.

    “Azərbaycanı parçalamaq Azərbaycanın daxilində və xaricində olan düşmənlərin uzun illərdən, bəlkə də əsrlərdən bəri ən bəd niyyəti, istəyi, arzusu olmuşdur”. – deyirdi Heydər Əliyev. Qüdrətli sərkərdə, güclü Lider, xalqın sevimlisi olan Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsindəki parlaq Qələbə ilə düşmənlərin arzularını, bəd niyyətlərini ürəklərində qoydu. Bu siyasət davam etdirilir və gün gələcək, vaxtilə Vətənlərindən didərgin salınmış bütün azərbaycanlılar öz yurd-yuvalarına qayıdacaqlar. Heydər Əliyevin dediyi kimi: “Azərbaycan bir müstəqil dövlət kimi öz taleyinin sahibi, öz torpaqlarının sahibi, öz hüquqlarının sahibi olacaq və gələcək firavan həyatını özü quracaqdır.” Daha ətraflı »

  • 28Fev
    Digər Rayonumuzda avtomobil yolları işçilərinin peşə bayramı qeyd olunub üçün şərhlər bağlıdır

    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon Təşkilatının sədri Eldar Əsədov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 42 və 54 №li Yol İstismarı MMC-nin kollektivləri iştirak ediblər.
    Əvvəlcə tədbir iştirakçıları Mərkəzi Meydanda Ulu Öndər Heydər Əliyevin abidəsinin və Şəhidlər Abidə Kompleksinin önünə gül dəstələri düzüb, xatirələrini ehtiramla anıblar.
    Sonra tədbir YAP Tərtər Rayon Təşkilatının iclas zalında davam etdirilib.
    Öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımı-zın azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi ehtiramla yad edilib.
    Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müs-təqim Məmmədov avtomobil yolları işçilərini peşə bayramı münasibəti ilə təbrik edib və onlara işlərində uğurlar diləyib.
    Rayon rəhbəri bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yolları işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncamından sonra hər il bu tarix avtomobil yolları işçilərinin peşə bayramı kimi qeyd olunur. Artıq 15 ildir peşə bayramını qeyd edən avtomobil yolları işçiləri ölkəmizdə gedən sosial-iqtisadi inkişafa dəstək olmaqla Azərbaycanda yol infrastrukturunun inkişafında mühüm rol oynayırlar. İndi ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən biri məhz yol infrastrukturunun müasir standartlara cavab verərək yenidən qu-rulmasıdır. Daha ətraflı »

  • 28Fev
    Digər 2023-cü ildə pambıq əkinləri üçün torpaq sahələrinin müəyyənləşdirilməsi, şum və arat işlərinin təşkili vəziyyəti müzakirə edilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon Gənclər Mərkəzində Kənd Təsərrüfatı Na-zirliyinin təşkilatçılığı və Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “2023-cü ildə pambıq əkinləri üçün torpaq sahələrinin müəyyənləşdirilməsi, şum və arat işlərinin təşkili vəziyyəti” mövzusunda müşavirə keçirilib.
    Müşavirədə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rafail Quliyev, Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov, İƏD üzrə nümayəndələr, pambıq istehsalçısı olan şirkətlərin rəhbərləri, Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri, bələdiyyə sədrləri və fermerlər iştirak ediblər.
    Əvvəlcə tədbir iştirakçıları tərəfindən Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi ehtiramla yad edilib.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Nazirliyin Aparat rəhbəri Rafail Quliyev və digər natiqlər Azərbaycanda pambıq istehsalı üçün əlverişli təbii iqlim şəraitinin və ənənələrin mövcudluğundan, emal sənayesinin xammala tələbatının yerli istehsal hesabına ödənilməsi imkanlarından, həmçinin pambıq və ondan hazırlanmış son məhsullar üzrə ixrac potensialından, pambıqçılıq sahəsinə dövlət dəstəyi tədbirlərinin görülməsindən geniş bəhs ediblər.
    Qeyd olunub ki, Tərtər rayonunda da pambıqçılıq sahəsində zəngin təcrübə var. Bu təcrübəyə əsaslanan fermerlərimiz ildən-ilə yüksək nəticələr əldə edirlər.
    Daha sonra tədbir qarşılıqlı müzakirə şəraitində keçib.

    “Yeni Tərtər”

     

  • 28Fev
    İdman Heydər Əliyev ili-2023 üçün şərhlər bağlıdır

    Stolüstü tennis turniri

    Tərtər Rayon İcra Hakimiyyətinin və Tərtər rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı əsasında Tərtər Olimpiya İdman Kompleksində “Heydər Əliyev ili”nə həsr edilmiş rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında stolüstü tennis idman növü üzrə rayon turniri keçirilib. Turnirdə rayonun 28 ümumtəhsil məktəbin şagirdləri iştirak ediblər.
    Yarış başlamazdan öncə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
    Turnirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədova və Tərtər Gİİ-nin rəisi Emin Pənahov Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, id-mana, təhsilə göstərdiyi diqqət və qayğıdan danışıblar. Bildirilib ki, yarışın keçirilməsinin əsas məqsədi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini daim uca tutmaqdan ibarətdir.
    Tərtərli şagirdlər turnirdə böyük həvəslə iştirak edərək, unudulmaz, əbədiyaşar liderimizə sonsuz məhəbbətlərini nümayiş etdiriblər. Belə turnirlərin müntəzəm keçirilməsi həm də rayonumuzda uşaqlar arasında idmana olan marağın artmasının nümunəsidir.
    Turnirin sonunda qalib olan idmançılar Tərtər rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif ediliblər.

    “Yeni Tərtər”

  • 28Fev
    Digər Beynəlxalq Ana Dili Günü üçün şərhlər bağlıdır

    Ana dilimizi qoruyaq və inkişaf etdirək

    Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük sərvətidir.
                                                                                           Heydər Əliyev, Ümummilli Lider

    Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.
    Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırır.
    Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır.
    Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması Ulu Öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.
    2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olmuşdur. Bu sənəd Ümummilli Lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. Daha ətraflı »

  • 28Fev
    Digər XX ƏSRİN DƏHŞƏTLİ SOYQIRIMI–XOCALI FACİƏSİ üçün şərhlər bağlıdır

    Allah Prezidentimizi qorusun, sağolsun Azərbaycan Ordusu,

    xocalıların qisası qiyamətə qalmadı

    Xocalıdan olan bir ailənin qonağıyıq. Xocalı adı gələndə acı xatirələrdən qovrulan, ürəkləri parçalayan kəlmələri çətinliklə dilə gətirən Kərəm kişinin ailəsində. Söhbətimiz kədərli və çox uzun olsa da, hər danışılan əhvalatdan sonra bu kəlmələri eşidirik: “Allah Prezidentimizi qorusun, şükürlər olsun bu günlərə. Allah Böyük Qələbəni bizə qazandıran şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin”.

    Ermənistan baş nazirinin yalanlarına Prezident İlham Əliyevin tutarlı cavabları

    Rayonumuzun Hüsənli kəndində məskunlaşan Kərəm Abbasovla ilk söhbətimiz bu günlərdə Prezident İlham Əliyevin Münxenə səfəri, onun burada keçirdiyi görüşlər ətrafında oldu. O bildirdi ki, fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları Aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasın gedişini çox diqqətlə izləyib. Kərəm kişi deyir ki, Paşinyanın uydurma çıxışını eşidəndə əsəbini cilovlaya bilməyib: “O cür yalan danışmaq nəinki dövlət rəhbərinə, heç balaca uşağa da yaraşmaz. İllərdir torpaqlarımızın altındakı sərvətlərimizi ermənilər və onların havadarları daşıyıblar. Evlərimizi qarət, məscidlərimizi təhqir ediblər. Əvəzində isə hər addımda mina basdırıblar. İşğal altında olan yerləri elə bir günə qoyublar ki, indi də insanlar mina partlaması nəticəsində ya həlak olur, ya şikəst qalırlar. Hələ utanmadan ermənilərin rastlaşdıqları humanitar böhrandan danışırlar”.
    Söhbətimizə Kərəm kişinin həyat yoldaşı Sitarə xanım da qoşulur: “Prezident İlham Əliyevin Münxendəki çıxışını dinlədikcə ürəyimiz dağa döndü. Prezidentimiz yaxşı dedi ki, “… Dağlıq Qarabağ (Naqorno Karabax) sözü artıq qüvvədən düşüb, əslində bu rus sözüdür, “naqorno” dağlıq deməkdir və Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. Ona görə də mən tərəfdaşlarımızdan xahiş etmək istərdim ki, Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət etsinlər”.
    Bu fikri Kərəm kişi davam etdirdi: “Prezidentimiz yaxşı dedi ki, biz öz torpaqlarımızda vuruşurduq, ona görə Ordumuzda bir nəfər də fərari olmadı. Ermənilər isə silah-sursatı atıb qaçırdılar, çünki onlar özgə torpaqlardaydılar. 44 günlük müharibədə ermənilər dinc sakinləri də hədəfə alırdılar. Amma bu da bizim insanlarımızı qorxutmurdu”.
    Vətən müharibəsi günlərində və bundan sonra işğaldan azad edilmiş ərazilərə gələn xarici qonaqlar kimin humanist xalq, kimin isə təcavüzkar olduğunu gördülər. Ermənistan nə qədər səy göstərsə də, tarixin bu qara ləkəsini üzərindən silə bilməyəcək. Daha ətraflı »

  • 28Fev
    Digər Yazdıqlarımıza qayıdırıq üçün şərhlər bağlıdır

    “Xocalının səsi” Tərtərdə çap olunurdu

    Müharibə dövrü Xocalı üçün çox vacib sayılan ”Xocalının səsi” qəzeti öz nəşrini dayandırmışdı. O vaxt bizim Tərtər qəzetinin mətbəəsi və yaradıcı redaksiya heyəti “Xocalının səsi”nə öz kömək əlini uzatmışdı. Bu haqda rayon mətbəəsinin təcrübəli işçisi, 1970-ci ildən həmin sahədə çalışan Kəlam Əliyevin söylədikləri maraq döğurduğuna görə, qəzetimizin əməkdaşı onunla görüşərək müsahibə almışdır. Həmin müsahibəni oxucularımıza təqdim edirik.

    –Kəlam müəllim, biz bilirik ki, müharibə dövründə “Xocalının səsi” qə-zetinin Tərtərdə çıxmasına şəxsən Siz kömək etmişsiniz. Xahiş edirik bu barədə məlumat verəsiniz.
    –Yaşadığımız rayon da cəbhə bölgəsi olduğu üçün Xocalı qəzetinin rast gəldiyi çətinliklər, onun nəşri ilə bağlı problemlər bizə yaxşı tanış idi. Ona görə də həmkarlarımızı darda qoymadıq, “Xocalının səsi”nin respublikaya yayılmasına yardımcı olduq. Qnda hələ Xocalı faciəsi baş verməmişdi.
    Qəzetin redaktoru Sərdar Mehdiyevin dediyinə görə, o zaman nəşr üçün dövlət orqanlarına müraciət edilsə də kömək göstərilməmişdi. Əlac yenə özlərinə qalmışdı. Bərdə mətbəəsi “Xocalının səsi”ndən üz döndərmiş, ona görə də həmkarlarımız Tərtərə üz tutmuşdular. Fevralın ilk günlərindən (1992-ci il) qəzet Tərtərdə çap olunmağa başladı. Qəzetin kollektivilə yaxın münasibətdə olduğumuz üçün onların dərd-sərlərini yaxşı bilirdik. O vaxtlar əməkdaşlar tərəfindən qəzetin Xocalıya necə çətinliklə çatdırıldığının canlı şahidiyik. “Xocalının səsi” özünə “Torpaq, haqq, ədalət uğrunda” devizini seçmişdi. Onlar baş verəcək faciəni əvvəlcədən görürdülər. Ancaq bütün çağırışlara əhəmiyyət verilmədi və bu dəhşətli faciə törəndi. Daha ətraflı »

  • 28Fev
    Digər TARİXİMİZİN QANLI SƏHİFƏSİ üçün şərhlər bağlıdır

    Xocalı faciəsi nəinki Azərbaycanın, dünya tarixinin ən qanlı səhifələrindən biridir. 31 il bundan əvvəl, soyuq bir qış günündə erməni terrorçuları Sovet Ordusunun 366-cı alayının iştirakı ilə 613 insanı qətlə yetirdilər, o cümlədən 106 qadını, 63 uşağı, 70 qo-canı. 1000 nəfərdən artıq dinc sakin, o cümlədən 76 uşaq, müxtəlif dərəcədə yaralanaraq ömürlük şikəst qalmışdır. 1275 insan əsir götürüldü. Onlardan 150-nin taleyi hələ də naməlumdur. 8 ailə tamamilə məhv edildi. 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirdi.
    Fransalı jurnalist Jan İv Yunet bu barədə belə yazıb: “Mən müharibələr haqqında, alman faşistlərinin qəddarlığı haqqında çox eşitmişəm. Ancaq ermənilər 5-6 yaşlı uşaqları, dinc sakinləri öldürərək, onlardan da irəli getmişlər”. Bu hadisəni ilk olaraq işıqlandıranlar Seyidağa Mövsümlü və Çingiz Mustafayev olublar. Onların çəkdikləri foto və videomateriallar əsasında biz dünyaya Xocalı faciəsinin baş verdiyini sübut edə bildik. Xocalıda baş verənlərin işıqlandırılmasında litvalı jurnalist, Azərbaycan xalqının yaxın dostu Riçard Lopaytisin fəaliyyəti xüsusi qeyd olunmalıdır. Məhz onun təqdim etdiyi fotoşəkillər əsasında “Sonsuz dəhliz” filmi işıq üzü görüb.
    Ümummilli Lider Heydər Əliyevin 1 mart 1999-cu il tarixli Fərmanına əsasən fev-ralın 26-sı “Xocalı soyqırımı və milli matəm günü” elan olunub.
    Xocalı faciəsinin qurbanları heç zaman unudulmayacaq!
    Hazırda Tərtər rayonunda 18 ailə, 56 nəfər Xocalı sakini məskunlaşıb. 31 il ərzində ürəklərində Xocalı boyda bir dərdi gəzdirən bu insanlar doğma torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.

    Günay ƏLİZADƏ,
    şəhər 1 saylı tam orta məktəbin VIII sinif şagirdi