Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Fev
    Təhsil TƏLƏBƏLİK HƏYATI üçün şərhlər bağlıdır

    Acılı-şirinli tələbəlik həyatı insana həm də müstəqil yaşamağı, enişli-yoxuşlu yollarda öz ayaqları üzərində necə durmağı öyrədən bir mərhələdir. Bəli, mən–Quluyeva Səbinə Elxan qızı, jurnalistika ixtisası üzrə oxuyan, həyatının ən böyük arzusunu reallaşdıran gənc bir tələbəyəm. Tələbəlik həyatı çox gözəldir.
    Gəlin sizə həm bu uğurumdan, həm də tələbəlik həyatımdan bəhs edim. Univer-sitetlə bağlı nəticələrim açıqlandığı vaxt Naxçıvan Dövlət Universitetinə qəbul olduğumu öyrəndim. Sevindim, çünki tələbəçiliklə bağlı gözəl xəyallarım vardı. Amma eyni zamanda da tanımadığım şəhər məni bir az qorxudurdu. Ancaq düşündüyüm kimi olmadı. Burada hər kəs mənə çox doğmalıqla yanaşır. İnsanları çox mehriban və qonaqpərvərdirlər. Bununla da Naxçıvan şəhərini və oxuduğum təhsil ocağını sevdim. Bu şəhəri sevməyimdə və adaptasiya olmağımda universitet mediasının doğmalığı böyük rol oynayır. Jurnalistikada oxuduğum üçün daha böyük uğurlar əldə etməyə çalışıram. Bu sahədə tanınmış jurnalist olmağı mənə universitet mediası öyrədir. Nəinki mənə, əlbəttə ki, öz üzərində səylə çalışan bütün tələbələrə kömək edirlər. Media işçilərinin sayəsində düzgün xəbəri tamaşaçılara çatdırmağı, efir mədəniyyətini öyrənirəm. Bir tələbə ola-raq Naxçıvan şəhərini seçdiyim üçün peşiman deyiləm. Yaxşı ki, bu addımı atdım, o gözəl şəhərdə tələbə olmaq adını qazandım. Düzdür, çətinliklər də olur, amma təbii ki, uğurlar çətinlikləri unutdurur. Bu yolda mənə dəstək olan Universitet və Media müəllimlərimə öz təşəkkürümü bildirirəm. Daha ətraflı »

  • 18Fev
    Xəbərlər Az.tv-nin nümayəndələri Tərtər rayonunda ictimai dinləmə keçiriblər üçün şərhlər bağlıdır

     

    Azərbaycan Televiziya və  Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin nümayəndələri cəmiyyətin  nəzdində fəaliyyət göstərən telekanalların efir   göstəricilərini müəyyən etmək,   tamaşaçı rəylərini  öyrənmək  məqsədi ilə Tərtər rayonunda ictimaiyyət nümayəndələri ilə görüşə gəliblər.

    Tədbirdən öncə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Qapalı Səhmdar Cəmiyyətdə Analitik qrupun rəhbəri  Faiq Hüsiyevi, “Mədəniyyət” kanalının direktor müavini Ramiz  Hüseynovu, Proqram direktorunun müavini Bəxtiyar Qaracanı və Azərbaycan Radiosunun şöbə müdiri İlham Rəhimlini    qəbul edib, görüş barədə fikir mübadiləsi aparılıb.

    Qonaqlar rayon icra hakimiyyətinin kitabxanasında da olublar. Onlar Mərkəzi meydanda  Vətən müharibəsi zamanı ermənilərin Tərtər şəhərinə və onun yaşayış məntəqələrinə atdıqları qadağan olunmuş raketlərin qalıqlarına baxıblar.

    Sonra tərtərlilər ilə  Rayon Mədəniyyət Mərkəzində içtimai dinləmə  keçirilib.

    Tədbirdə nümayəndələr tərəfindən Azərbaycan Televiziya və  Radiosunda həyata keçirilən islahatlar, efirə çıxarılan yeni  layihələr barədə sakinlərə  ətraflı məlumat verilib. Daha ətraflı »

  • 15Fev
    Digər Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev cari ilin 13 fevral tarixində Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edib.

    O bildirib ki, bundan sonra ölkəmizin enerji potensialı böyük dərəcədə güclənəcək və Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmi daha da artacaq. 2025-ci ildə Mingəçevir şəhərində yeni 1280 meqavat gücündə elektrik stansiyasının açılışı olacaq.

    Mingəçevir hazırda elektroenergetika sahəsində bizim əsas şəhərimizdir. Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir.

    Prezident deyib ki, Mingəçeviri Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olmuşdur. Onun rəhbərliyi və təşəbbüsü ilə 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulmuşdur. Böyük stansiyanın birinci blokunun 1981-ci ildə Heydər Əliyevin şəxsən iştirakı ilə açılışı olmuşdur.

    Müstəqilliyin ilk illərində məhz Mingəçevir Elektrik Stansiyası ölkəni elektrik enerjisi ilə təmin edirdi. Ümumi generasiya gücü 2400 meqavat olan stansiya ölkəmizin nəinki enerji potensialını, ümumiyyətlə, sənaye potensialının böyük hissəsini ödəyərək imkan verdi ki, hətta müstəqilliyimizin ən ağır illərində, ilk illərdə Azərbaycanda elektrik enerjisi ilə təchizat təmin edilsin.

    2018-ci ildə Mingəçevir Elektrik Stansiyasının yenidən qurulması prosesi başlamışdır. Qısa müddət ərzində – artıq iki ildə 8 blok tamamilə yenidən qurulmuş və istifadəyə verilmişdir. 2020-ci ildə stansiya öz əzəli gücü ilə yenidən işləməyə başlamış və 2400 meqavat generasiya gücünə malik olmuşdur. Bərpa-yenidənqurma işləri nəticəsində təqribən 600 meqavatdan çox itirilmiş güclər bərpa edildi. Daha ətraflı »

  • 14Fev
    Digər Türkiyədə baş vermiş acı faciənin aradan qaldırılmasına bütün Azərbaycan xalqı dəstək göstərir üçün şərhlər bağlıdır

    Fevralın 6-da  Türkiyədə baş verən zəlzələ ilə bağlı qardaş ölkəyə birinci olaraq yardım əlini uzadan Azərbaycan olub. Bu yardım həm dövlət səviyyəsində, həm də könüllü olaraq bütün xalq tərəfindən göstərilir. Hər kəs baş verənləri öz ağrı-acısı kimi qəbul edərək, əlindən gələn yardımı etməyə çalışır.

     Fevralın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb: “Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildiririk”. Dövlətimizin başçısı faciə ilə əlaqədar türk həmkarına, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib. Prezident İlham Əliyev, həmçinin zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıb.

    Fevralın 6-da Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon zəngi etmişdir: “Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbər Azərbaycanı çox sarsıtdı və kədərləndirdi”yini bildirən Azərbaycan Prezidenti qeyd edib ki, bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır.

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edib: “Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladım. Allah faciə zamanı həlak olanlara rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!”.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olub, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib və çıxış edib: “Azərbaycan hər zaman olduğu kimi, zəlzələdən sonra ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi. Azərbaycan öz dəstəyini, öz həmrəyliyini həmişə olduğu kimi nümayiş etdirir. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf  bilirik”. Daha ətraflı »

  • 10Fev
    Digər HEYDƏR ƏLİYEV–2023 üçün şərhlər bağlıdır

    Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir

    “Ulu Öndər Heydər Əliyev arzularında yaşatdığı Azərbaycanı hələ birinci rəhbərliyi dönəmində qurmağa başlamış, arzu və istəklərini bu istiqamətə yönəltmişdir. Məhz buna görə də onun adı xalqın simvoluna, həyat və fəaliyyəti isə xalqın məhəbbət və sədaqət simvoluna çevrilmişdir”. Bu sətirlər rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında “Ulu Öndər Heydər Əliyev irsi milli sərvətimizdir” mövzusunda keçiri-lən inşa yazı müsabiqəsinin qaliblərindən birinin ürək sözləridir.
    Müsabiqədə 35 nəfər yuxarı sinif şagirdi iştirak edib. Tərtər Təhsil Sektorunun müdiri Oqtay Sarıkişiyev müsabiqənin yekunları barədə danışarkən deyib ki, hər bir şagirdin inşası yüksək yer tutmağa layiqdir. Çünki uşaqlar Ulu Öndər haqqında fikirlərini o qədər böyük məhəbbətlə ifadə etmişlər ki, bu sətirləri həyəcansız oxumaq mümkün deyil. Yazılarda həmçinin Ümummilli Liderimizin ideyalarının onun siyasi varisi, hamımızın sevimlisi olan, bizə möhtəşəm Qələbə sevincini yaşadan Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyi göstərilib.
    Müsabiqənin qalibləri artıq müəyyənləşdirilib. Daha ətraflı »

  • 10Fev
    Digər HƏR ZAMAN YANINDAYIQ, TÜRKİYƏ! üçün şərhlər bağlıdır

    Fevralın 6-sı gecə saatlarında qardaş Türkiyənin on vilayətində baş verən zəlzələ dünyanın bütün humanist xalqları kimi Azərbaycan xalqını da sarsıtdı. Bu qarşısıalınmaz təbii fəlakət hamımızın qəlbini kədərlə doldurdu. Bütün türk xalqı fəlakətdən zərərçəkənlərə kömək üçün səfərbərdir. Dövlət qurumları ilə bərabər vətəndaşlar da əllərindən gələn köməyi etməyə çalışırlar. Xilasedicilərin köməyinə gələn kütlə zərərçəkənləri xilas etmək üçün gecəli-gündüzlü çalışır.
    Azərbaycan dövləti həmişə olduğu kimi qardaş Türkiyənin yanındadır. Bir millət, iki dövlətin sarsılmaz birliyi bu çətin vəziyyətdə bir daha sınandı. İlk Azərbaycan olmaqla bütün humanist dövlətlər köməyə gəldilər.
    Prezidentimizin tapşırığı ilə FHN-nin yüzlərlə xilasedicisi təyyarə ilə fəlakət zonasına yola salındı. Onlar çətin hava şəraitində dağıntılar altında qalanların xilası üçün gecə-gündüz çalışırlar. Zəlzələdən zərərçəkənlər üçün yaradılan ianə fonduna hər saat yüzlərlə adam müraciət edir. Hümanitar yardım gətirənlərin isə sayı-hesabı yoxdur. İsti adyallar, yorğan-döşək, pal-paltar, isti ayaqqabılar, uşaq bezləri, yaşıdlarının dərdini yüngülləşdirməyə çalışan azyaşlılar öz oyuncaqlarını belə türk soydaşlarına göndərmək üçün gətirirlər. Bu işə tərtərlilər də qoşulublar. Rayon sakinləri zəlzələdən zərər çəkənlərə hu-manitar yardım göstərmək üçün əllərindən gələn köməkliyi etməyə çalışırlar. Daha ətraflı »

  • 10Fev
    Xəbərlər Ümumrayon tədbiri keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətində gənclərin iştirakı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” və “Heydər Əliyev və vətənpərvər Azərbaycan gəncliyi” mövzularında ümumrayon tədbiri keçirilib.
    Tədbir iştirakçıları əvvəlcə Mərkəzi Meydanda Ulu Öndərin abidəsini, sonra isə Şəhidlər Abidə Kompleksini ziyarət edib, abidələrin önünə gül-çiçək dəstələri düzərək, xatirələrini ehtiramla anıblar.
    Tərtər Rayon İcra Hakimiyyətinin iclas zalında davam etdirilən tədbirdə Umummilli Liderin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
    Çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov bildirib ki, dövlət gənclər siyasəti Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq həmişə aparıcı istiqamətlərdən biri olmuşdur. Ulu Öndərin birinci dəfə ölkəmizə rəhbərlik etdiyi illərdə müxtəlif xarici ölkələrdə təhsil almağa göndərdiyi gənclər artıq ixtisaslı mütəxəssislər kimi öz yerini tutub. Ulu Öndər gənclərə arxalandığı kimi, gənclər də onu böyük lider, əvəzolunmaz şəxsiyyət, milli dövlət quruculuğunun banisi kimi qəbul edir-lər. Çünki Ulu Öndər ikinci dəfə hakimiyyətə gəlişi ilə 1988-ci ildən 1993-cü ilə qədər içtimai-siyasi proseslərdən kənarda qalmış gəncləri bir araya gətirdi, həmin illərin boşluğunu doldurdu.
    Emin Pənahov Ulu Öndərin hakimiyyəti illərində gənclərə göstərilən diqqət və qayğıdan, qəbul edilən sərəncam və fərmanlardan, gənclərin Heydər Əliyevin təşəbbüsü ilə keçirilən forumundan, Gənclər Gününün təsis olunması haqqında da danışdı. Daha ətraflı »

  • 10Fev
    Digər Qəhrəman Tərtərdən qardaş Türkiyəyə üçün şərhlər bağlıdır

    Birliyimizin təcəssümü

    Qardaş Türkiyədə təbii fəlakət nəticəsində minlərlə insanın həyatını itirməsi, yaralanması, evsiz-eşiksiz qalması hər bir azərbaycanlı tərəfindən ürək ağrısı ilə qarşılandı. Lakin bununla yanaşı Azərbaycan dərhal birinci olaraq Türkiyəyə kömək əlini uzatdı. Qardaş ölkəyə yardım göstərmək məqsədilə bütün vətəndaşlarımız səfərbər olublar.
    Zəlzələdən zərərçəkənlərə yardım aksiyasına Qəhrəman Tərtərin vətəndaşları da fəal qoşulublar. Bununla bağlı sosial şəbəkələrdə paylaşım edən Nursəfa Abbasov deyir ki, hər bir tərtərli türkiyəli qardaşlarımıza yardım etmək üçün əlindən gələni əsirgəmir. Bu, ürəkdən gələn bir istəkdir. Yalnız maddi deyil, həm də mənəvi dəstək, birliyimizin təcəssümüdür.
    Şəhərimizin Ədalət Paşayev küşəsində yerləşən yardım-toplama məntəqəsində olaraq, sakinlərdən bir neçəsi ilə söhbət etdik.
    Samirə Həsənova, Zeynalabdin Tağıyev küçəsi-nin sakini:
    – 2 övlad anasıyam. Televizorda dağıntılar altından çıxarılan körpələri görəndə, göz yaşlarımı saxlaya bilmirəm. Qardaş ölkənin xalqına səbr və dözüm arzulayıram. İnanıram ki, birlikdə, əl-ələ verərək bu ağır dönəmdən keçəcəyik. Hər bir tərtərli ailəsi kimi, mən də gücüm çatan yardımı gətirmişəm ki, türkiyəli balalar soyuqdan əziyyət çəkməsinlər. Daha ətraflı »

  • 10Fev
    Digər İcra başçısının səyyar qəbul- görüşləri üçün şərhlər bağlıdır

    Belə görüşlər zamanı problemlər yaxından öyrənilir,operativ tədbir görülür

    Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında son illərdə rayon rəhbərinin bilavasitə yerlərdə həyata keçirdiyi səyyar qəbul-görüşlər bəhrəsini verməkdədir. Belə görüşlər zamanı hər bir kəndin ümumi problemləri daha yaxından öyrənilir, həm də ayrı-ayrı vətəndaşlar üzləşdikləri çətinliklərlə bağlı birbaşa müraciət edə bilirlər ki, bu da məsələlərin operativ həllinə kömək edir.
    Səyyar qəbul-görüşlərdə müxtəlif sahələri təmsil edən rəhbər işçilərin iştirakı da operativliyin təmin edilməsinin şərtlərindən biridir.
    Nəticədə ötən il həm rayon icra hakimiyyətinə, həm də yuxarı təşkilatlara ünvanlanan şikayət məktublarının sayı xeyli azalıb.
    Bu günlərdə Hüsənli kəndində keçirilən səyyar qəbul-görüşdə kənd sakinləri səmimi şəraitdə rayon rəhbərinə öz fikirlərini çatdırıblar, onları narahat edən məsələlərin həllində köməklik göstərilməsini xahiş ediblər.
    Məhəmməd Məmmədovu, Bəxtiyar Qəhrəmanovu, Anar Mustafayevi, İradil Cəfərovu, Tural Əhmədovu, Sənan Əhmədovu, Kamal Hümbətovu diqqətlə dinləyən icra başçısı müraciətlərlə bağlı əlaqədar təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verib, araşdırması müəyyən vaxt tələb edən məsələlər isə nəzarətə götürülüb.
    Səyyar qəbul-görüşdə icra başçısı eyni zamanda dünyada və ölkəmizdə baş verən proseslər barədə sakinlərə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin iqtisadi və siyasi potensialı artır və getdikcə daha çox ölkələr Azərbaycanla əməkdaşlığa üstünlük verirlər.
    Hər bir səyyar qəbul-görüşdə olduğu kimi, bu dəfə də rayon rəhbəri həmin kəndin tam orta məktəbinin müəllim və şagird kollektivi ilə görüşüb. O bildirib ki, uzun müddət düşmənlə bir neçə kilometr məsafə boyunca təmas xətti olan Hüsənli kəndinin sakinləri daim qəhrəman kimi yaşayıb, vətənpərvər övladlar böyüdüblər. Bu sahədə məktəb kollektivi də çox iş görüb, həm təhsildə, həm də vətənpərvərlikdə nümunə olan gənclər yetişdiriblər. Bunun nəticəsidir ki, Birinci Qarabağ müharibəsində olduğu kimi, 44 günlük Vətən müharibəsində də məktəbin məzunları adlarını Azərbaycan tarixinə yazıblar. Daha ətraflı »

  • 10Fev
    Şəhidlər Ələkbər Ələkbərlinin ailəsi ziyarət olunub üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və Ağsaqqallar şurasının sədrlərilə birlikdə rayonun Köçərli kəndində yaşayan Vətən müharibəsi şəhidi Ələkbər Ələkbərlinin ailəsində olub, onların qayğıları ilə maraqlanaraq, Vətənə Ələkbər kimi igid oğul bəxş etdikləri üçün minnətdarlığını bildirib.
    Ələkbərin keçdiyi döyüş yolundan danışan rayon rəhbəri onun qısa, lakin mənalı ömür yolunun gənclərə vətənpərvərlik hisslərinin aşılanmasında mühüm rol oynadığını bildirib. Qanları ilə tarix yazan, torpağı Vətənə çevirən Azərbaycanın Ələkbər kimi oğullarının unudulmadığını bildirib.
    Qeyd edək ki, Ələkbərli Ələkbər iki il əvvəl uğrunda canını qurban verdiyi doğma torpağa tapşırılıb.