Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Apr
    Xəbərlər TƏRTƏRLİLƏR ORDUMUZUN ZƏFƏRİNİ ALQIŞLAYIRLAR üçün şərhlər bağlıdır

    Изображение 001211Изображение 055Aprelin 2-də Azərbaycan Respublikası Prezidentinin yanında keçirilən Təhlükəsizlik Şurasının iclasında Respublika Prezidenti cənab İlham Əliyevin çıxışı ilə bağlı Tərtər rayon fəallarının yığıncağı keçirilmişdir. Yığıncağı rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açmış, Qarabağ döyüşlərində həlak olmuş bütün şəhidlərimizin ailələrinə dərin hüznlə başsağlığı vermiş, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
    Rayon rəhbəri bildirmişdir ki, Tərtər rayonu düşmənlə 48 km təmas xəttində yerləşir. Mütəmadi olaraq yaşayış məntəqələrimiz ermənilər tərəfindən atəşə tutulur. Mülki şəxslər yaralanır. Aprelin 1-dən 2-nə keçən gecə yenə də Tərtər rayonu düşmən tərəfindən atəşə tutulmuşdur. Ordumuz düşmənə layiqli cavabını vermişdir.
    Gedən döyüşlərdə aprelin 2-də erməni silahlı qüvvələri tərəfindən rayonun yaşayış məntəqələrinə atılan mərmilər nəticəsində Tərtər şəhərində 10, Qapanlı kəndində 42, Yuxarı Qaradağlı kəndində 35, Qaraağacı kəndində 17, Seydimli kəndində 1, Şıxarx qəsəbəsində 35, Azadqaraqoyunlu kəndində 5, Dəmirçilər kəndində 2, Çaylı kəndində 8, cəmi 155 yaşayış evinə ziyan dəymişdir. Daha ətraflı »

    Teqlər:

  • 07Apr
    Xəbərlər TƏRTƏRLİLƏR 31 MART–AZƏRBAYCANLILARIN SOYQIRIMI ŞƏHİDLƏRİNİN XATİRƏSİNİ YAD ETDİLƏR üçün şərhlər bağlıdır

    Изображение 018Изображение 024Şəhidlərin xatirəsinə ucaldılmış abidənin önündə 31 mart–Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş ümumrayon toplantısı keçirilmişdir. Əvvəlcə tədbir iştirakçıları rayon məktəblilərinin 31mart–Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş rəsm işlərindən ibarət sərgiyə baxmışlar. Sonra Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərov soyqırım qurbanlarının ruhuna dua oxumuş, onların xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov məruzə ilə çıxış etmişdir. O bildirmişdir ki, son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı bədnam erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır Daha ətraflı »

    Teqlər:

  • 07Apr
    Xəbərlər ERMƏNİLƏR DİNC SAKİNLƏRİ HƏDƏF ALIR üçün şərhlər bağlıdır

    Qaragaci kendinde vurulan masinAzadqaraqoyunlu kendinde rehimov mirzenin eviDaxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə bəyanatında qeyd olunur ki, aprelin 2-də törədilmiş növbəti belə təxribat və diversiya aktları nəticəsində mülki əhalinin milli zəmində düşmənçilik niyyətilə qəsdən öldürülməsi, öldürülməsinə cəhd edilməsi, vətəndaşlara məxsus əmlakın məhv edilməsi ilə müşaiyət olunan xüsusilə ağır və ağır cinayət əməlləri qeydə alınıb. Dinc sakinlərdən 2-si ölüb, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Vətəndaşlara külli miqdarda maddi və mənəvi ziyan vurulub. Bir orta məktəb binası, çoxsaylı evlər, obyektlər, istehsal müəssisələri düşmənin artilleriya zərbələrinə tuş gəlib, nəqliyyat vasitələri, yüksək gərginlikli elektrik xətləri sıradan çıxıb.
    Həmin gün saat 08 radələrində Tərtər rayonunun Qarağacı kəndi ərazisinə atılmış mərmilərdən biri kənddə məskunlaşmış Rəhimov Cəlal Saday oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobilin üzərinə düşüb. Daha ətraflı »

    Teqlər:

  • 07Apr
    Xəbərlər RAYON RƏHBƏRİ MÜSTƏQİM MƏMMƏDOV VƏ MÜDAFİƏ NAZİRLİYİNİN GENERALI RASİM ƏLİYEV YARALILARIN VƏZİYYƏTİ İLƏ TANIŞ OLMUŞLAR üçün şərhlər bağlıdır

    DSC_0636Aprelin 4-də erməni silahlı qüvvələrinin artilleriyasının atdığı “Qrad” mərmiləri rayonun Düyərli kənd sakinləri Etibar Quliyevin evinə və Vüqar Ağayevin həyətinə düşmüşdür. Nəticədə hər iki evə ciddi ziyan dəymişdir. Kənd sakini 1984-cü il təvəllüdlü Mehbarə Əliyeva və 1976-cı il təvəllüdlü Kəmalə Ağayeva müxtəlif bədən xəsarətləri alaraq Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişlər.
    Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov və Müdafiə Nazirliyinin generalı Rasim Əliyev Tərtər Rayon Mərkəzi Xəstəxanasında yaralıların vəziyyəti ilə tanış olmuşlar. Hazırda xəstələrin vəziyyəti orta ağırdır.
    ***
    Erməni terrorçularının hücumları tərtərliləri nəinki qorxutmuş, əksinə, hər kəsin vətənpərvərlik ruhunu daha da yüksəltmişdir. Daha ətraflı »

    Teqlər:

  • 29Mar
    Xəbərlər MİLLİ QƏHRƏMANIN ANIM MƏRASİMİ üçün şərhlər bağlıdır

    IMG_6997IMG_7045Rayonumuzda Azərbaycanın Milli Qəhramanı Vəzir Orucovun anım mərasimi keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin və rayon ictimaiyyətinin nü-mayəndələri, qəhrəmanın döyüş yoldaşları, ailə üzvləri iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Milli Qəhrəmanın büstü önünə tər gül-çiçək dəstələri qoymuşlar. Sonra tədbir rayon Gənclər Mərkəzində davam etdirilmişdir.
    Rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov Vəzir Orucovun həyatı və döyüş fəaliyyəti barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, Vətən yolunda canından keçmiş şəhidlərimizin adı əbədiləşdirilir. Tərtərdə də onlarla şəhid adları daşıyan bulaq, məktəb, bağça, xəstəxana və küçə var. Daha ətraflı »

    Teqlər:

  • 18Mar
    Xəbərlər TƏRTƏRLİLƏR DƏ İDEA İCTİMAİ BİRLİYİNİN TƏŞƏBBÜSUNƏ QOŞULUBLAR üçün şərhlər bağlıdır

    0b7b3c91eebcfeb2b356023320ef9bafÖlkəmizdə ekologiyanın və ətraf mühitin qorunması, yaşıllıqların salınması ilə bağlı İDEA İctimai Birliyinin təşəbbüsü tərtərlilər tərəfindən də geniş dəstəklənir.
    Bu münasibətlə keçirilən növbəti ağacəkmə aksiyasında rayonun idarə, müəssisə və təşkilatları, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, bələdiyyələr, rayonun digər sakinləri iştirak etmişdirlər. İlk növbədə, ərazilərdə təmizləmə işləri görülmüş, yeni torpaq qatı salınmış, mineral gübrələr səpilmişdir. “Tərtər-Bərdə,” “Tərtər-Ağdam” avtomobil yollarının kənarlarında, şəhərin Heydər Əliyev prospektində və Nizami, Elman Hüseynov, Ə.Paşayev, Mahir Əsədov küçələrində əsasən rayonda yetişdirilən, yerli təbiətə uyğunlaşdırılmış müxtəlif növ ağac və gül kolları əkilmişdir. Ağacların suvarılmasına su maşınları cəlb edilmiş, yaşıllıqlara lazımi səviyyədə qulluq göstərilməsi təmin olunmuşdur. Daha ətraflı »

    Teqlər:

  • 09Mar
    Xəbərlər Qadınlara həsr olunmuş bayram tədbiri üçün şərhlər bağlıdır

    Изображение 086Изображение 195Bayramsayağı bəzədilmiş “Asiman” şadlıq sarayında Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirildi. Rayonumuzun 52 minə yaxın qadınlar ordusunu burada şəhid anaları, ağbirçəklər, əməkdə və ictimai işlərdə fərqlənən qadınlar təmsil edirdilər.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov ana və bacıları 8 Mart–Qadınlar Günü münasibəti ilə təbrik etdi. O göstərdi ki, Azərbaycan qadınlarının cəmiyyətimizdə qazandıqları yüksək mövqe, müxtəlif sahələrdə fəth etdikləri zirvələr bizim qürur mənbəyimizdir. Sürətlə qloballaşan dünyamızda qadınlar gənc nəslin milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda yetişdirilməsində əllərindən gələni əsirgəmirlər. Daha ətraflı »

    Teqlər:

  • 09Mar
    Xəbərlər Səyyar görüş–qəbul üçün şərhlər bağlıdır

    Lazımi tapşırıqlar verildi

    Изображение 157Изображение 143Rayon icra hakimiyyəti başçısının növbəti görüş-qəbulu Bəyimsarov kəndində keçirildi. Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açdı. Bəyimsarov kənd İƏD üzrə nümayəndə Surxay Hüseynov bildirdi ki, kəndin ərazisi 2929 hektar, təsərrüfatların sayı 624-dür. Əhalinin sayı 2808 nəfərdir. O cümlədən kənddə 400 ailədə 1350 nəfər məcburi köçkün məskunlaşıb.
    Kənd sakinləri həm əkinçiliklə, həm də maldarlıqla məşğul olurlar. Burada malqaranın sayı 1068 baş, qoyun-keçilərin sayı 2428 baş, quşların sayı 10 min 500 -dən çoxdur.
    Görüş-qəbula gələn kənd sakinlərindən Vaqif Əliyev və Meydan Şabanov çıxışlarında son zamanlar rayonumuzda görülən quruculuq-abadlıq işlərindən məmnun qaldıqlarını söyləmiş, bu işlərə görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər. Daha ətraflı »

    Teqlər:

  • 07Mar
    Xəbərlər Ümumdünya Mülki Müdafiə Günü üçün şərhlər bağlıdır

    Müdafiə təlimləri

    Изображение 301Rayonumuzda Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə şəhər 6 saylı tam orta məktəbin direktoru Azad Abbasov açdı. Sonra söz məktəbdə mülki müdafiə qərargahının rəisi Günay Cəfərovaya verildi. O, “Mülki müdafiə və təhlükəsiz cəmiyyət üçün fövqəladə hadisələrin qarşısının alınması mədəniyyəti” mövzusunda məruzə etdi.
    Beynəlxalq Mülki Müdafiə Təşkilatı (BMMT) Baş Məclisinin qərarı ilə 1972-ci ildən hər il martın 1-i bu təşkilata üzv olan bütün ölkələrdə “Ümumdünya Mülki Müdafiə Günü” kimi qeyd edilir.
    Hazırda Beynəlxalq Mülki Müdafiə Təşkilatına dünyanın 50-dən artıq ölkəsi daxildir. Beynəlxalq MM Təşkilatının əhatə etdiyi dövlətlərdə məqsəd dinc əhalinin mühafizəsi sahəsindəki təcrübəni ümumiləşdirib yaymaq, mülki mü-dafiə kadrlarının hazırlanması və təkmilləşdirilməsi, habelə təbii fəlakətlər və iri qəzalar zamanı dövlətlərarası qarşılıqlı yardımı təşkil etməkdir. Daha ətraflı »

    Teqlər:

  • 07Mar
    Xəbərlər Haray, Xocalım, haray! üçün şərhlər bağlıdır

    Ümumrayon tədbiri

    Изображение 348Изображение 370Rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının və rayon ictimaiyyətinin nümayəndələri Xocalı soyqırımının 24-cü ildönümü günündə şəhidlər abidəkompleksini ziyarət edərək, önünə tər gül-çiçəklər düzüblər. Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərov şəhidlərin müqəddəs ruhuna Quran surəsi oxuyub.
    Tədbir iştirakçıları Gənclər Mərkəzinin həyətində rayon məktəblərinin Xocalı faciəsinə həsr etdikləri rəsmlərdən ibarət sərgiyə tamaşa ediblər. Tədbir Gənclər Mərkəzində davam etdirilib.
    Toplantını giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açıb. Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Sonra icra başçısı Xocalı faciəsi ilə bağlı geniş və ətraflı məruzə edib. O göstərib ki, 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən böyük faciəsi– Xocalı qırğını baş verdi. Daha ətraflı »

    Teqlər: