Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Mar
    Digər Tərtər hərtərəfi inkişaf, abadlıq və quruculuq ünvanıdır üçün şərhlər bağlıdır

    Qarabağ savaşında, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda mübarizədə tərtərlilərin qəhrəmanlıq salnaməsi yazdığını, əsl vətənpərvərlik nümunəsi göstərdiyini sübut etməyə ehtiyac yoxdur. Qarabağ uğrunda döyüşlərdə, o cümlədən Birinci Qarabağ savaşında düşmənə bur qarış da torpaq verməyən, 44 günlük Zəfərdə sanballı payı olan, Ermənistan quldurları tərəfindən hər gün başına raket, artilleriya mərmiləri yağdırılan, amma qəddini bükməyən, düşmən qarşısından bir addım da geri çəkilməyən Tərtər əyilməz qüruru, yenilməz döyüş əzmi, düşmənə vurduğu sarsıdıcı zərbələri ilə yeni tariximizə şərəfli səhifələr yazdı.
    Ana vətənin hər qarışını göz bəbəyi kimi qoruyan tərtərlilər bu gün onun hər bucağını cənnətə döndərmək uğrunda fədakarlıq göstərirlər. Yazıçı Anarın ulu Dədə Qorqudun dili ilə söylədiyi “Torpağı qorumasan, əkib-becərməyə, əkib-becərməsən, qorumağa dəyməz” kəlamı tərtərlilərin həyatına biçilib. Müharibənin vurduğu yaraları sağaltmaq, şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına diqqət və qayğıkeşlik göstərmək, raketlərin, artilleriya mərmilərinin dağıtdığı çoxsaylı evləri bərpa etmək, yaxud yenidən tikmək üçün bu gün də rayonun bütün qüvvələri səfərbərdir. Başqa cür ola da bilməz. Çünki düşməndən alınan qisas, ermənilərin məğlubiyyəti ölkəmizin hər yerində olduğu kimi, Tərtərdə də böyük ruh yüksəkliyi yaratmışdır.
    Qarabağ uğrunda müqəddəs savaşda qazanılan Qələbə artıq bizim üçün qürurverici tarixə çevrilib. Dövlətin gördüyü tədbirlər sayəsində müharibənin Tərtərə vurduğu yaralardan əsər-əlamət qalmayıb. Dağılıb yerlə yeksan olan evlər, dağılan ərazilər yenidən qurulub. Rayon mərkəzi bahar libasındadır. Küçələr, meydanlar abad görkəmi, yaraşığı ilə göz oxşayır. Qarabağ işğalda olduğu illərdə suya həsrət qalan kəndlərə indi Tərtər çayının mayası bərəkət olan suyu gəlir. Taleyini torpağa, halal zəhmətə bağlayan Tərtər kəndlisinin qaməti düzəlib, qırışığı açılıb. Daha ətraflı »

  • 10Mar
    Digər HEYDƏR ƏLİYEV İLİ–2023 üçün şərhlər bağlıdır

    DÜNYANI HEYRAN QOYAN İNSAN

    Azərbaycan deyəndə göz önündə əzəmətli, əlçatmaz bir zirvə –Heydər Əlyev zirvəsi ucalır. Xalq və dövlət naminə gərgin, qətiyyətli, fədakar və yorulmaz fəaliyyəti dövlətçilik tariximizdə yeganə şəxsiyyəti – xalqımızın böyük oğlu Heydər Əliyevi Azərbaycan xalqının Ümummilli lideri səviyyəsinə yüksəldib. Dahi şəxsiyyət Azərbaycanda siyasi hakimiyyətə gəlməklə yaşadığımız bu firavan günlərin, aydın səhərlərin, zəfərə və qələbəyə gedən yolun, əbədi və dönməz müstəqilliyin təməlini qoyub.
    Dahi rəhbər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə iqtisadiyyatın artımına görə o vaxt SSRİ respublikaları arasında qabaqcıl mövqeyə çıxan Azərbaycan məhz bu gün dünyada ən sürətli inkişaf edən ölkələrdən biri kimi tanınır. Ən önəmlisi də odur ki, bu inkişaf, bu yüksəliş istər o dövrdə, istərsə də indiki zamanda həyatımızın bütün sahələrində özünü göstərir. Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi illər ərzində əldə edilməsi mümkün olmayan işləri gerçəkləşdirdi. Vətənə, xalqa, doğma el-obaya, torpağa hədsiz məhəbbəti və sədaqəti, qurub-yaratmaq amalı ona bütün işlərində çıraq oldu.
    Heydər Əliyev ölkənin bir çox problemlərinin həllinin açarını özünəməxsus nadir keyfiyyətləri və uzaqgörən siyasəti nəticəsində tapmışdır. Yalnız həmin problemlərin həllindən sonra Azərbaycan üçün inkişaf və tərəqqi yolları açılmışdır. Məhz həmin siyasətin nəticəsidir ki, bu gün Azərbaycan həm siyasi, həm də hərbi arenada öz gücünü göstərmiş, 30 il əvvəl itirilən torpaqlarımızın qaytarılmasına nail olmuşdur.
    Bir şəxsiyyət kimi Heydər Əliyev nə qədər açıq olsa da, müasirləri üçün sirr olaraq qalır. Onun siyasi portretini tam dolğunluğu ilə yaratmaq müşkül işdir. Çünki bu, bütöv bir dövrü təsvir etməyə cəhd göstərmək olardı. Bütöv bir dövrü təsvir etmək isə son dərəcə çətin bir vəzifədir. Daha ətraflı »

  • 10Mar
    Digər Heydər Əliyev Mərkəzini ziyarət edənlərin sayı günü-gündən artır üçün şərhlər bağlıdır

    Rayonumuzdakı Heydər Əliyev Mərkəzi tərtərlilərin ən çox sevdiyi məkanlardan biridir. Burada hər bir eksponat, hər bir əşya unudulmaz, əbədiyaşar liderimizin həyatının ayrı-ayrı məqamlarını xatırla-dır. Bu eksponatlar sanki dil açıb bizimlə danışır. Mərkəzin işçiləri tərəfindən ziyarətçilərə verilən məlumatlar onları Ulu Öndərin həyat və fəaliyyəti ilə daha yaxından tanış edir.
    “Heydər Əliyev ili”ndə Mərkəzə gələnlərin sayı daha da çoxalıb. İdarə və müəssisələrin kollektivləri, məktəblilər Heydər Əliyev Mərkəzinə gələrək, Ümummilli Liderə olan sevgilərini bildirir, onu böyük ehtiramla yad edirlər.
    Bu günlərdə rayonumuzun səhiyyə işçiləri, Gigiyena və Epidemiologiya Mərkəzinin və Tərtər Peşə Məktəbinin kollektivləri Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər.
    Ziyarətçilər əvvəlcə Mərkəzdə Ulu Öndərin büstü önünə gül dəstələri qoyaraq xatirəsini yad ediblər.
    Sonra onlar Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş kitab sərgisinə, “Ulu Öndər Tərtərdə” fotostendinə ba-xıb, Ümummilli Liderin keçdiyi həyat yolu və iş fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. “Kitabxana və informasiya texnologiyaları” bölməsi ilə tanışlıq maraqla qarşılanıb.
    Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İntiqam Mustafayev ekskursiyaları barədə belə deyib:
    – Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti elə bir xəzinədir ki, onu öyrəndikcə insan özü də zənginləşir, saflaşır. Ziyarətimiz hər birimizdə xoş təəssüratlar yaratdı. Düşünürük ki, Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri və bu gün İlham Əliyev kimi Prezidenti var.

    “YENİ TƏRTƏR”

     

  • 10Mar
    Digər Bizim qadınlar üçün şərhlər bağlıdır

    ULU ÖNDƏRİN YAŞIDI

    İnsan xarakteri ailədə, sonra isə cəmiyyətdə formalaşır

    Suqra Əliyeva 1923-cü il fevral ayının 21-də İsmayılbəyli kəndində ziyalı ailəsində dünyaya gəlib. Ailədə 2 qardaş, 2 bacı olublar. Ataları Qasım kişi o dövr üçün savadlı adam idi. Həm də gözəl təşkilatçılığı, insanlarla işləmək bacarığı vardı. Odur ki, kollektivləşmə başlayanda onu İsmayılbəyli kəndində yaranan ilk kolxoza –Əzizbəyov adına kolxoza sədr seçiblər və bu vəzifədə o, 30 ildən artıq işləyib. Övladlarının hamısına ali təhsil verib.Oğlanları Kamal Azərbaycan Dövlət Universitetini (indiki BDU), Vəli Azərbaycan Politexnik İnstitu-tunu, qızı Zəbiyyə Gəncə Pedaqoji İnstitutunu, Suqra isə Ağdam ikiillik pedaqoji İnstitutunu bitiriblər.
    Onu da qeyd etmək lazımdır ki, həyatda savada, biliyə yüksək qiymət verən Qasım kişi yalnız öz övladları barədə düşünmürdü, təhsilə marağı olan hər kəsə kömək əlini uzadırdı. Bunun nəticəsi olaraq İsmayılbəyli o dövrdə rayonumuzda ən çox ali təhsilli insanları olan kənd sayılırdı. Bu işdə Qasım kişinin yaxın köməkçiləri kürəkəni, İsmayılbəyli kənd məktəbinin direktoru İldırım Quliyev və qızı Suqra olublar.

    Müəllimlər ailəsi

    Suqra müəllim pedaqoji fəaliyyətə 1941-ci ildə rayonumuzun Qaraağacı kəndində başlayıb. 1943-cü ildə İsmayılbəyli kənd məktəbinin direktoru İldırım müəllimlə ailə həyatı qurub və onlar birlikdə yalnız uşaqların deyil, məktəb yaşı keçmiş gənclərin də maariflənməsi, savadlanması üçün yorulmadan çalışıblar.
    Qızı Elza müəllimin dediklərindən: “Atamla-anam, ikisi birlikdə, çətin müharibə illərində, qapı-qapı gəzərək, uşaqları təhsilə cəlb ediblər. Ağır iş günündən sonra, anam daim tikiş maşınının arxasında otururdu. O, öz əllərilə ehtiyacı olan uşaqlara çanta, paltar tikib paylayırdı ki, onlar təhsildən qalmasınlar. Özlərinin çox olmayan vəsaitləri hesabına şagirdlərə ayaqqabı, kitab alırdılar. Kəndin tam savadlanmasını təmin etmək üçün axşam məktəbi təşkil etmişdilər”. Suqra müəllimin övladları deyirlər ki, biz heç vaxt anamızın elə belə oturub dincəldiyini görməmişik. O, əsl təhsil fədaisi idi. Bunun nəticəsidir ki, keçmiş şagirdləri arasında müəllimlər, həkimlər, alimlər, zavod direktorları, trest müdirləri, mühəndislər və digər peşə sahibləri var. Daha ətraflı »

  • 10Mar
    Digər Təbrik edirik! üçün şərhlər bağlıdır

    BEYNƏLXALQ QADINLAR BAYRAMINI İKİQAT SEVİNCLƏ QARŞILADI

    8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə həmyerlimiz, Tərtər Bələdiyyəsinin sədri Tünzalə Vəliyeva Azərbaycan Respublikası Prezidentinin 6 mart 2023-cü il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub. Tünzalə xanımı yüksək dövlət mükafatı münasibətilə ürəkdən təbrik edir, cansağlığı, işlərində yeni-yeni uğurlar arzulayırıq. Qeyd edək ki, Tünzalə Vəli qızı Vəliyeva şəhərimizdəki 1 saylı tam orta məktəbin məzunudur. 1993-cü ildə Gəncə Dövlət Texnologiya Universitetini bitirib. 2020-ci ilin yanvar ayından Tərtər Bələdiyyəsinin sədri kimi fəaliyyət göstərir.
    Fəal ictimaiyyətçi, qayğıkeş insan olan Tünzalə xanım ötən illər ərzində tərtərlilərin böyük hörmətini qazanıb.
    Qəzetimizə verdiyi qısa müsahibə zamanı Tünzalə Vəliyeva dedi:
    –Bütün Azərbaycan qadınları adından Ulu Öndərin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevə dərin təşək-kürümü bildirirəm. Ona görə ki, ölkəmizdə qadınların fəaliyyəti üçün hər cür şərait yaradılıb. Məhz buna görə də qadınlarımız hər bir sahədə həvəslə çalışır, irəli çəkilirlər. “Tərəqqi” medalı ilə təltif olunmağım məsuliyyətimi qat-qat artırıb. Bundan sonra da mənə göstərilən etimadı doğrultmağa çalışacağam.
    Qadınlarımız dövlət qulluqçuları, bələdiyyə sədrləri, müəllim və həkim, mühəndisdirlər. Onlar ailə ocağının isti nəfəsi, mehriban ana, qayğıkeş həyat yoldaşıdırlar.
    Təsadüfi deyil ki, Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai siyasi həyatında yaxından iştirak etməyə başlamışlar.
    Keçmiş ənənələr bu gün də layiqincə davam etdirilir.

    “Yeni Tərtər”

  • 10Mar
    Digər Sağlamlıq naminə fiziki aktivlik üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın tələblərinə əsasən rayonumuzda sağlamlıq naminə əhali üçün fiziki aktivliyə dair maarifləndirici materillar hazırlanaraq təşviq edilməsi nəzərdə tutulmuşdur.
    Bununla bağlı Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşları və könüllü gənclər tərəfindən sağlamlıq naminə fiziki aktivliyə dair hazırlanmış maarifləndirici materiallar əhaliyə təqdim olunmuş və maarifləndirici söhbətlər aparılmışdır.

     

  • 10Mar
    Digər Rayonumuzun tarixində izi olan insanlar üçün şərhlər bağlıdır

    Arif Oruc oğlu Əhmədov əslən Qərbi Azərbaycandan idi. Dərələyəz mahalından olan valideynləri deportasiya nəticəsində doğma yurdu tərk edib, Tərtər rayonunun İrəvanlı kəndində məskunlaşmışdılar. Arif müəllim 1948-ci ilin may ayının 23-də bu kənddə doğulub.
    O, 1955-ci ildə Söylən kənd orta məktəbinin birinci sinfinə qəbul olub. Sonralar Gəncə şəhər 20 saylı orta məktəbdə təhsilini davam etdirib. Lakin ailə vəziyyəti ilə əlaqədar yenidən rayonumuza qayıdıb və 1965-ci ildə Tərtər şəhər 1 saylı orta məktəbi əla qiymətlərlə bitirib. Arif müəllimin qızı Samirə xanım deyir: “Atamda elmlərə, xüsusən dəqiq elmlərə böyük həvəs vardı. Bu, həm fitri qabiliyyətindən, həm də hədsiz dərəcədə çalışqan olmasından irəli gəlirdi. O, bizə daim tövsiyə edirdi ki, təbiətin verdiyi qabiliyyəti inkişaf etdirək, öz üzərimizdə çalışaq”.
    Arif Əhmədov 1965-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet) Avtomobilin İstismarı fakültəsinə qəbul olub. Universitet illərində həmişə qabaqcıl tələbə kimi tanınıb. Birinci kursu yenicə bitirdiyi vaxt atasını itirib və ailə yükünün artıq onun çiyinlərində olduğunu dərk edib. Həm təhsil alıb, həm də işləyərək universiteti əla qiymətlərlə başa vurub və Tərtərə qayıdıb.
    Arif Əhmədov ilk əmək fəaliyyətinə 1969-cu ildə Bərdə rayon Tikinti Trestində mexanik kimi başlayıb. Həm savadı, həm işgüzarlığı ilə seçilən gənc mütəxəssis rəhbərliyin dərin rəğbətini qazanıb. O, vəzifəsində irəli çəkilib, həmin idarədə qaraj müdiri, müdir müavini və, nəhayət, trestin müdiri kimi fəaliyyətini davam etdirib. Daha ətraflı »

  • 10Mar
    Digər Ramazan ayı yaxınlaşır üçün şərhlər bağlıdır

    Oruc tutun ki, həm ruhunuz, həm də cisminiz sağlam olsun

    Bismillahir –Rəhmanir-Rəhim.
    Mehriban və bagışlayan Allahın adı ilə.
    … Ey iman gətirənlər, sizdən əvvəlkilərə (ümmətlərə) yazıldığı kimi, sizə də oruc yazıldı və qərara alındı ki, bəlkə (ruhunuz qüvvətlənə və nəfsi istəklərdən) çəkinəsiniz. (Bəqərə sur, 183 ayə)
    İnsanı ucaldan amillərdən biri də onun öz nəfsinə qalıb gəlməsidir. Təsadüfi deyildir ki, ağır döyüşdən qayıdan səhabələrə Hz. Peyğəmbərimiz “Kiçik cihaddan qayıdanlara salam olsun” – deyib. Səhabələr: “Ya Rəsulallah! Biz ağır bir döyüşdən gəlirik, yaralanmayan adam qalmayıb. Amma siz bu döyüşü kiçik sayırsınız”. Peyğəmbərimiz cavabında onlara belə buyurur: “Ən böyük cihad insanın nəfsi ilə apardığı cihaddır. Qılınc oynatmağa, ox atmağa, qalxan tutmağa nə var ki?!”
    Ramazan sözünün mənası “yandırmaq” deməkdir. Yəni, insanlar bu ayda oruc tutub, pəhriz saxlamaqla həm mənəvi, həm də cismani cəhətdən əlavə bir yüksəliş əldə edirlər. Sevimli peyğəmbərimiz buyurub: “Mədə bütün xəstəliklərin evi, pəhriz isə onun dərmanıdır. Oruc tu-tun ki, sağlam olasınız”. Və həm də bu aya dua ayı deyilir. Daha ətraflı »

  • 10Mar
    Digər Qaranquşların qanadında bahar gəlir, yaz gəlir üçün şərhlər bağlıdır

    Novruz gəlir. Ən əziz, ən doğma, ən sevimli bir bayram – Bahar Bayramı! Xalq şaxtadan, soyuqdan, qışın əziyyətindən qurtulmasının ilk gününü qeyd edir. İnsanlar bu bayrama bir ay qalmış hazırlaşırlar. Həyət-bacada, evlərdə təmizlik işləri aparılır, baharın gəlişinə hazırlıq görülür. Doğurçu dörd çərşənbənin hər biri insanların yaşaması, bütün həyatı üçün vacib olan dörd ünsürə – suya, oda, küləyə və torpağa həsr olunur. Bu da onu göstərir ki, Novruz ən müdrik, ən qədim bayramlardan biridir. Həmin günlərdə analar, bacılar şəkərbura, paxlava, badambura və başqa şirniyyatlar bişirir, bolluq və bərəkət rəmzi olan səməni qoyurlar .
    El tonqal başına yığışır, küsülülər barışır, qohumlar, dostlar bir-birinin evinə bayramlaşmağa gedirlər. Uşaqlar, gənc qızlar, oğlanlar məşəl yandırıb, tonqal üstündən tullanıb əylənirlər. Novruzda yumurta boyayırlar. Əvvəlcədən hazırlanmış səməni halvası da süfrədə olur. Daha sonra uşaqlar evlərə papaq atırlar və onun içi şirniyyatlarla doldurulur. Qadınlar isə qulaq falına çıxırlar. Novruz şənlikləri arasında ilin axır çərşənbəsi daha təntənə ilə qeyd olunur.
    Novruz bayramında şəhərlərdə, ən əsası da kənd yerlərində uşaqlar müxtəlif oyunlar hazırlayıb, yumurta döyüşdürürlər. Yumurta döyüşdürmək isə balaca vaxtımızdan hamımızın ən sevimli adətidir. Bir biri ilə yola getməyən Keçəl ilə Kosa Novruz bayramının əsas personajlarından biridir. Onlar duzlu-məzəli söhbətləri ilə uşaqlara sevinc gətirir, əyləndirirlər. Bir sözlə, baharın gəlişi hamını ruhlandırır. Qaranquşların qanadında yurdumuza Novruz gəlir, bahar gəlir, yaz gəlir. Yavaş-yavaş qış yuxusundan oyanan torpağın, ağacların, gül-çiçəklərin qoxusu gəlir.
    Bayramımız mübarək!

    Səbinə ELXANQIZI,
    Naxçıvan Dövlət Universitetinin
    jurnalistika ixtisası üzrə
    I kurs tələbəsi

  • 09Mar
    Digər Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev 10.03.2020-ci il tarixində VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxış edib.

    Dövlət başçısı bildirib ki, növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi ölkədə aparılan sistemli islahatları dərinləşdirmək və Milli Məclisin fəaliyyətini daha təkmil şəkildə təşkil etmək idi.

    Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar obyektiv bəyanat vermişdir. “Avropa İttifaqı yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazırdır” – Aİ tərəfindən verilmiş bu qiymət, seçkilərin tanınması deməkdir.

    Qeyd olunub ki, altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir, bu mənada siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin böyük rolu vardır. Bütün siyasi qüvvələr rəqabət mühitində keçirilmiş seçkilərdə iştirak etmişlər.

    Müxalifət partiyalarının nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunur. Sözügedən fakt Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün böyük əhəmiyyətə malikdir.

    Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq. Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. Çoxpartiyalı sistemin inkişafı naminə siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır.

    Prezident bildirib ki, ölkədə aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır. Kadr islahatları aparılır. Bəzi yerli icra orqanlarında müşahidə olunan biabırçı mənzərə bütün xalqımızı hiddətləndirir. Bundan sonra da təmizləmə işləri aparılacaqdır, həm mərkəzi, həm də yerli icra orqanlarında, bütün dövlət qurumlarında. Daha ətraflı »