Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 17İyn
    Digər AZƏRBAYCANIN BUGÜNKÜ UĞURLARI ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN MÜDRİK SİYASƏTİNİN UĞURLA VƏ LƏYAQƏTLƏ DAVAM ETDİRİLMƏSİNİN NƏTİCƏSİDİR üçün şərhlər bağlıdır

    Müasir Azərbaycan tarixinin böyük bir hissəsi, önəmli bir mərhələsi Ulu Öndər Heydər Əliyevin adı və titanik fəaliyyəti ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin Azərbaycana 34 illik rəhbərlik dövrü Azərbaycan tarixinin ən mühüm inkişaf mərhələsi olmuşdur. Azərbaycanın bugünkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı AzərbaycanRespublikasının Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı işğaldan azad edərək Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusunu yerinə yetirdi. Azərbaycan bu gün dünyanın ən sürətlə, hərtərəfli inkişaf edən dövlətlərindən birinə çevrilmişdir.Bu gün ölkəmizdə davam edən genişmiqyaslı quruculuq işləri Heydər Əliyev zəkasının bəhrəsidir. Azərbaycan tarixinə xilaskar və qurucu lider kimi daxil olmuş Ulu Öndər xalqımızın taleyində, siyasi – ictimai və mədəni həyatında böyük xidmətlər göstərmişdir. Heydər Əliyev xalqını böyük məhəbbətlə sevmiş, xalq da onun sevgisini daim uca tutmuşdur. Məhz xalqına bu məhəbbət dünya şöhrətli siyasi xadimi yenidən öz ana vətəni Azərbaycana ikinci dəfə ölkə rəhbərliyinə qaytarmışdı. 1993 –cü ilin keşməkeşli iyun günlərində xalqın təkidli tələbi və xahişi ilə yenidən hakimiyyətə qayıdan böyük dövlət adamı Heydər Əliyev respublikamızda ictimai-siyasi sabitliyi təmin etdi, vətəndaş qarşıdurmasını aradan qaldırdı, ölkənin parçalanmaq təhlükəsindən xilas etməklə, milli qurtuluşu təmin etdi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev AXC-Müsavat cütlüyünün səriştəsizliyi nəticəsində respublikamızda tüğyan edən ictimai-siyasi böhran zamanı ikinci dəfə hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin, Azərbaycanın qurtuluşu kimi qeyd olunur. Daha ətraflı »

  • 10İyn
    Digər “HƏDİYYƏ KARVANI” üçün şərhlər bağlıdır

    Türkiyənin Uşaq Oyunları və İdman Kulubları Federasiyasının başqanı Mehmet Mutlunun və YAŞAT Fondunun birgə həyata keçirdiyi “Hədiyyə karvanı” Vətən müharibəsi şəhidlərinin övladları üçün bu dəfə Tərtər rayonunda oldu.
    Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Türkiyədən gələn qonaqlar ilə görüşü zamanı onlara bu nəcib layihənin icrası üçün minnətdarlığını ifadə etdi. Bunun bizim üçün çox böyük mənəvi dəyəri olduğunu, iki millət arasında olan qardaşlıq münasibətlərinin doğma Qarabağımızın azadlığı uğrunda apardığımız haqq savaşında düşmənlərimizin süqutunda müstəsna rol oynadığını və bu birliyin bütün dünyaya əbədi dərs olduğunu bildirdi.
    Vətən müharibəsində düşmən vandalizminə ən çox məruz qalan rayonlardan birinin də Tərtər rayonu olduğunu bildirən rayon rəhbəri qeyd etdi ki, 44 gün davam edən Vətən müharibəsi ərzində düşmən Tərtərə 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atıb. Ancaq tərtərlilər bir gün də öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, Daha ətraflı »

  • 10İyn
    Digər Respublika mətbuatının səhifələrindən üçün şərhlər bağlıdır

                                        QƏHRƏMAN TƏRTƏRİ GÖZLƏYƏN SABAH

    Otuz illik müharibə tariximiz təkcə özümüzü yenidən tanımağa deyil, həm də cəbhəyanı bölgələrimizi durumunu, opnun təbii coğrafi resurslarını yenidən tanımağa, yenidən öyrənməyə səbəb oldu. Bir faktı vurğulamaq yerinə düşərki, bu müharibədə Tərtər rayonu “Azərbaycanən Salinqradı adını qazandırdı. Təbii ki, bu da Tərtər rayon sakinlərinin bütövlükdə bu bölgədə yaşayanların dəyanətini, torpağa bağlılığını, xüsusilə düşmənə qarşı olan böyük qəzəblərini, həm də onların cəsarətini nümayiş etdirdi. Hər kəs gördü ki, tərtərlilər öz kəndləri, öz əkin-biçin sahələri, öz yurd-yuvaları üçün necə vuruşur, necə döyüşür. Bu isə bütöv bir müharibə salnaməsinin yalnız bir hissəsidir. Deməli, Azərbaycanın ərazi inzibati vahidi olan Tərtər rayonu bütövlükdə düşmənlə üz-üzə həm vuruşdu, həm yaşadı, həm də yaratdı.Tərtər rayonu Sovet dönəmində Mirbəşir adı ilə tanınsa da, 1991-ci ilin fevralında ona öz qədim adı qaytarıldı. Bu tarixi ədalətin bərpası təkcə ideoloji məsələ deyildi, bu həm də Azərbaycan tarixinin yeni baxışı idi.
    Deməli, coğrafi baxımdan keçmiş muxtar vilayətlə həmsərhəd olan Tərtər rayonu həm dağlıq, həm də Aran torpaqları ilə diqqəti çəkir. Yəni, buranın relyefi elədir ki, dağlıq, düzənlik, dağətəyi sahələr bir-birini tamamlayır. Rayonda məhz həmin o dağlıq hissələrdən axıb gələn çayların gətirdiyi bol suların hesabına əkinçilik zaman-zaman inkişaf etdirilibdi. Daha ətraflı »

  • 10İyn
    Digər TÜRKİYƏ İLƏ BÜTÜN SAHƏLƏRDƏ ƏLAQƏLƏR DAVAMLI YÜKSƏLƏN XƏTT ÜZRƏ İNKİŞAF EDİR üçün şərhlər bağlıdır

    Ölkəmiz müstəqillik qazandıqdan sonra qardaş Türkiyə ilə münasibətlərimiz yüksələn xətt üzrə inkişaf edir. Hər şeydən əvvəl eyni soykökə, dinə, ortaq milli-mənəvi dəyərləri ilə bir-birinə sıx bağlı olan xalqlarımızı sarsılmaz dostluq və qardaşlıq münasibətləri birləşdirir. Təsadüfi deyil ki, bu gün hər iki xalqın nümayəndələri özünü Ulu Öndər Heydər Əliyevin təbirincə desək bir millət iki dövlətin vətəndaşı hesab edirlər. Strateji baxımdan dövlətlərarası siyasi-iqtisadi əlaqələr də aramzda olan dostluq və qardaşlıq bağları əsasında daha da möhkəmlənir. Bu gün hər iki Dövlət Başçısı arasında çox isti və mehriban səmimi münasibət vardır. Məhz hər iki liderin apardığı məqsədyönlü siyasətin nəticəsidir ki, Azərbaycan və Türkiyə xalqları biri-birinin sevincinə sevinir, kədərinə şərik olmaqdadırlar. Odur ki, Əliyev-Ərdoğan birliyi Azərbaycan ilə Türkiyə arasında davamlı əməkdaşlığın genişləndirilməsini, hər iki dövlətin regionda siyasi-iqtisadi və strateji maraqlarının təmin edilməsini şərtləndirir. Prezident İlham Əliyev bütün beynəlxalq tədbirlərdə daima qardaş ölkənin maraqlarını dətəkləmiş, Türkiyənin isə öz növbəsində dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkə olduğunu bildirmişdir. Həmçinin görüşlərin birində Dövlət başçısı çıxışında Türkiyənin iştirakı olmadan bölgədə və dünyada heç bir məsələnin öz həllini tapa bilmədiyini önə çəkərək bildirmişdir ki, “Biz buna çox sevinirik, çünki Türkiyənin gücü bizim gücümüzü artırır. Bizim gücümüzün birləşdirilməsi bizi daha da güclü edir”. Daha ətraflı »

  • 08İyn
    Digər HƏYATA KEÇİRİLƏN UĞURLU İSLAHATLAR NƏTİCƏSİNDƏ AZƏRBAYCAN QLOBAL MİQYASDA SÜRƏTLİ İQTİSADİ ARTIM TEMPİNƏ MALİK ÖLKƏLƏR SIRASINA DAXİL OLUB üçün şərhlər bağlıdır

    Son illər ölkəmiz yalnız beynəlxalq arenada, diplomatiya və ümumilikdə daxili və xarici siyasətdə deyil, iqtisadi sferada da nəzərəçarpacaq uğurlar əldə edib. Ötən ilin ən yadda qalan siyasi hadisəsi olan İkinci Qarabağ müharibəsi Azərbaycanın yalnız hərbi-siyasi gücünü, iradəsini deyil iqtisadi qüdrətini nümayiş etdirmiş oldu.

    Azərbaycan iqtisadiyyatı çoxfunksiyalı, şaxələnmiş şəkildə inkişaf edir ki, bu da çətin sınaq olan 44 günlük müharibədə öz sözümüzü deməyə imkan verən əsas səbəblərdən oldu. İqtisadi qüdrət, siyasi və hərbi gücü tamamlayan mühüm amildir. Müharibədən sonra da ölkəmiz iqtisadi qüdrətini artırdı. Postmüharibə dövrünün Azərbaycan iqtisadiyyatını qısa şəkildə təhlil etsək görərik ki, xeyli sayda uğurlu gedişlər olub.

    Ümumiyyətlə bu bir faktdır ki, iqtisadiyyatın təhlili və inkişaf meyllərini müəyyən etmək üçün ilk növbədə makroiqtisadiyyat, pul və məzənnə siyasəti, valyuta bazarı, bank sektoru, ödəniş və sığorta sistemlərində baş vermiş dəyişikliklərə diqqət yetirilməlidir. Daha ətraflı »

  • 04İyn
    Digər AZƏRBAYCAN PANDEMİYA İLƏ MÜBARİZƏDƏ QLOBAL ÇAĞIRIŞLARLA ÇIXIŞ EDƏN NADİR ÖLKƏLƏRDƏNDİR üçün şərhlər bağlıdır

    31 May 2021-ci il tarixdə Ölkə Prezidenti İlham Əliyevin Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasında növbəti bir çıxışını izlədik. Burada günün ən aktual problemi olan pandemiya ilə əlaqədar dünyada mövcud vəziyyət və görülən işlərlə bağlı müzakirələr aparılırdı. Prezident İlham Əliyev də bu sahə üzrə Ölkəmizdə görülmüş işlərlə bağlı hesabat xarakterli məruzə etdi.

    Prezident öz çıxışında pandemiyanın ilk günlərindən əhaliyə mənfi təsir elementlərinin minimuma endirilməsi məqsədilə ciddi tədbirlərin görüldüyü, o cümlədən qısa vaxt ərzində 13 modul tipli və 1 daimi xəstəxananın tikilib istifadəyə verildiyini bildirdi.

    Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, xəstəliyə qarşı mübarizə üçün təyin olunmuş xəstəxanalarda çarpayının sayı 10 mindən artıqdır. Daha ətraflı »

  • 31May
    Digər UŞAQLARI MÜDAFİƏ EDƏK üçün şərhlər bağlıdır

    1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.
    1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün (International Children’s Day) qeyd olunması qərara alınıb.
    Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.
    Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb. Daha ətraflı »

  • 31May
    Digər ƏTRAF MÜHİTİ QORUYAQ üçün şərhlər bağlıdır

    5 iyun “Ümumdünya Ətraf Mühit Günü”nün qeyd olunması 16 dekabr 1972-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 27-ci sessiyasında elan edilib. Həmçinin Baş Assambleyanın bu sessiyasında BMT sistemində yeni təşkilat – BMT Ətraf Mühit Proqramı (UNEP) yaradılıb. Hər il bu təşkilat tərəfindən Ümumdünya Ətraf Mühit Günü keçirilir.
    Belə bir günün keçirilməsinə 11 may 1971-ci ildə dünyanın 23 ölkəsinin 2200 elm və mədəniyyət xadiminin imzası ilə BMT-nin Baş katibinə ünvanlanan müraciət səbəb olub. Baş Assambleya bu günün qeyd edilməsi ilə bağlı qətna-məsində BMT-yə daxil olan ölkə və təşkilatları hər il həmin gün ərəfəsində ətraf mühitin qorunması və yaxşılaşdırılmasına yönələn işlər həyata keçirməyə çağırır. Daha ətraflı »

  • 31May
    Digər QARAKİLSƏ KƏNDİNDƏ ERMƏNİ VƏHŞİLİYİ üçün şərhlər bağlıdır

    Etibarla söhbət etdikcə Zəngəzur mahalının keçmişi və bu günü, erməni işğalının əvvəlki və sonrakı dövrü, o yerlərin əsrarəngiz gözəllikləri, buz bulaqları, şırıltı ilə axan nəğməli çayları, nadir meşələri, laləli düzləri, qarlı zirvələri və bir də zəhmətkeş insanları gəlib gözlərimin önündən keçir. Vaxtı ilə mən də o mahalın çox yerini gəzmişəm. Kim saflıq və hallalığın, hörmət və səmimiyyətin, kişilik və igidliyin nə olduğunu bilmək istəyirsə, o mahalın insanları ilə tanış olsun…
    Etibar Pirməmmədov danışır… atası Cümşüd kişidən, onun şahid olduğu erməni vəhşiliklərindən, o vaxtı azərbaycanlıların başlarına gətirilən müsibətlərdən, dəhşətli faciələrdən danışır, zülmün və zülümkarlığın Ərşə dirənməsindən, axıdılan qanlardan, verilən əzab və işgəncələrdən, bir sözlə, azərbaycanlılara qarşı törədilən erməni barbarlığından, erməni rəzalətindən söhbət açır. Daha ətraflı »

  • 31May
    Digər ZƏNGƏZURU NECƏ İTİRDİK? üçün şərhlər bağlıdır

    “101 il əvvəl 1920-ci il noyabrın 30-da Azərbaycan xalqının iradəsi, rəyi nəzərə alınmadan Zəngəzur qəzasının yuxarı hissəsi Azərbaycandan qoparılaraq rəsmən Sovet Ermənistanına verildi.
    Tariximizin qara səhifəsi olan bu bədnam hadisə Azərbaycan K(b)P MK Siyasi və Təşkilat bürolarının həmin gün keçirilən birgə iclasının qəbul etdiyi qərarla həll olundu. Qərarın “q” bəndində deyilirdi ki, Zəngəzur…Sovet Ermənistanının tərkibinə keçir. İlk mərhələdə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.105 kv. versti Azərbaycan SSR tərkibində saxlandı, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verildi. Zəngəzur ən qədim dövrlərdən həmin tari-xədək hər zaman Azərbaycan torpağı olub. Tarixi mənbələrdə, müxtəlif səyyahların yazılarında göstərilib ki, Zəngəzur türklərin qədim yurd yeridir. Zəngəzurdakı türk mənşəli toponimik adların böyük çoxluğu da bu fikri təsdiqləyir.
    XVIII əsrdə Zəngəzur mahalı Qarabağ xanlığının, çar Rusiyası dövründə isə Gəncə (Yelizavet-pol) quberniyasının tərkibinə daxil olub. XX əsrin əvvəllərində Zəngəzur mahalında 240 azərbaycanlı (türk) kəndi vardı. Hətta indiki Türkiyə və İran ərazilərindən çox sayda erməni əhalisinin köçürülməsindən sonra belə, burada beş dəfə az erməni kəndi var idi. Mahal 7 bölgədən ibarət olub: Qafan, Gorus, Qarakilsə (Sisian), Mehri, Zəngilan, Qubadlı, Laçın. 1918-1920-ci illərdə Zəngəzur Azərbaycan Xalq Cümhuriyyətinin tərkibində ayrıca inzibati bölgə – qəza olub.
    Birinci Dünya savaşında Rusiya və Osmanlıda baş verən hadisələrdən məharətlə istifadə edən Ermənistanın daşnak və bolşevik hökumətləri Zəngəzuru tam anneksiya etmək üçün hərbi-siyasi mübarizəni eyni israrla davam etdirdi. Bölgənin böyük hissəsi erməni qüvvələrinin faktiki nəzarəti altında idi. Eləcə də Qarabağın dağlıq hissəsində erməni qüvvələrinin hücumları davam edirdi. Daha ətraflı »