Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Okt
    Tərtər RİH-də 2018-ci İLLİN DOQQUZ AYINA YEKUN VURULDU üçün şərhlər bağlıdır

    İCRA BAŞÇISI HESABAT VERDİ

    Tərtər rayonunda 2018-ci ilin doqquz ayında 24 milyon 966,6 min manatlıq tikinti-quraşdırma işləri aparılıb, 2 milyont 726,4 min manat dəyərində əsas fondlar istifadəyə verilib.
    Bu barədə Tərtər rayonunda 2018-ci ilin doqquz ayının yekunlarına həsr olunan hesabat yığıncağında məlumat verilib. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun məru-zəsində bildirilib ki, ilin doqquz ayında rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, sahibkarlığın dəs-təklənməsi, əhalinin sosial-iqtisadi problemlərinin həlli və yaşayış məntəqələrinin abadlaşdırılması istiqamətlərində tədbirlər uğurla davam etdirilib. Daha ətraflı »

    Teqlər:

  • 29Okt
    Tərtər RİH-də KƏNDLƏRDƏ SƏYYAR QƏBUL–GÖRÜŞLƏR üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Sarov kəndində oldu.
    Qəbulda Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının təmsilçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, həmçinin kənd sakinləri iştirak ediblər.
    Əvvəlcə Sarov kənd İƏD üzrə nümayəndə İnqilab Hətəmov görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verdi.
    Sonra vətəndaşların müraciətləri dinlənildi. Sakinlərdən Mayıl Aslanov, Nadir Şirinov, Rüfət İsmayılov, Tofiq Quliyev və Günay İmanova müxtəlif məsələlər barədə müraciətlər etdilər.
    Bunlarla bağlı icra başçısı tərəfindən əlaqədar qurumlara tapşırıqlar verildi. Daha ətraflı »

    Teqlər:

  • 29Okt
    Tərtər RİH-də MƏŞHUR RUS POLİTOLOQUNUN MÜHAZİRƏSİ DİNLƏNİLİB üçün şərhlər bağlıdır

    Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatının inzibati binasında Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun lektorlar qrupunun üzvü, Rusiyanın tanınmış tarixçisi, siyasi xadim Oleq Kuznetsovun “Erməni millətçiliyi və alman nasizmi arasında ideoloji bağlantı” mövzusunda mühazirəsi dinlənilib.
    Tədbirdən öncə Oleq Kuznetsov və Bilik Fondunun nümayəndələri ermənilərin Qarabağ bölgəsinə köçürülməsini sübut edən “Marağa-150” abidəsi ilə tanış olublar. Bildirilib ki, bu abidə ermənilərin İranın Marağa ərazisindən Qarabağa köçürülmələrinin 150 illiyi münasibətilə 1978-ci ildə onların özləri tərəfindən inşa edilib. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiaları başlayanda, “Marağa-150” abidəsi qəsdən dağıdılıb. Prezident İlham Əliyevin tapşırığı ilə bu abidə yenidən bərpa olunub. Daha ətraflı »

    Teqlər:

  • 19Okt
    Tərtər RİH-də ALIŞARLI KƏNDİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Alışarlı kəndində olub.
    Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
    Əvvəlcə Soyulan kənd İƏD üzrə nümayəndə Mətləb Əsədov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb. Daha ətraflı »

    Teqlər:

  • 10Okt
    Tərtər RİH-də KƏNDLƏRDƏ NÖVBƏTİ SƏYYAR QƏBUL–GÖRÜŞLƏR KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Düyərli kəndində olub.
    Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, həmçinin kənd sakinləri iştirak ediblər.
    Əvvəlcə Düyərli kənd İƏD üzrə nümayəndə Ramiz Zeynalov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məş-ğuliyyəti və görülən işlər barədə məlumat verib. Daha ətraflı »

    Teqlər:

  • 28Sen
    Tərtər RİH-də KƏNGƏRLİ KƏNDİNDƏ SƏYYAR QƏBUL–GÖRÜŞ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Kəngərli kəndində oldu.
    Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının təmsilçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, həmçinin kənd sakinləri iştirak ediblər.
    Əvvəlcə Kəngərli kənd İƏD üzrə nümayəndə Xamis Əsgərov kəndin sosial-iqtisadi vəziyyəti, əhalinin məşğuliyyəti və görülən işlər barədə məlumat verib.
    Sonra vətəndaşların müraciətləri dinlənilib. Sakinlərdən Solmaz Həsənova, Məhəmməd Əsgərov, Sevil Sadıqova, Rahilə Mahmudova və Həyat Salahova əsasən elektrik təsərrüfatının yenidən qurulması, subartezian quyusunun qazılması, kənd yolunun əsaslı təmiri, məktəbin qazanxanasına qaz çəkilməsi, qəzalı vəziyyətdə olan telefon xətlərinin dəyişdirilməsi və digər şəxsi məsələlər barədə müraciət ediblər. Daha ətraflı »

    Teqlər: ,

  • 20Sen
    Tərtər RİH-də Səyyar qəbul-görüşlər üçün şərhlər bağlıdır

    MÜRACİƏTLƏR DİQQƏTLƏ DİNLƏNİLDİ

    Tərtər Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul-görüşləri davam edir. Növbəti səyyar qəbul-görüş Cəmilli kəndində olub.
    Əvvəlcə Cəmilli kənd İƏD üzrə nümayəndə Mənaf Məmmədov kəndin sosial-iqtisadi vəziyyəti, əhalisinin məşğuliyyəti və görülən işlər barədə məlumat verib.
    Sonra vətəndaşların müraciətləri dinlənilib. Sakinlərdən Əfsəl Binnətov, Məhəmməd Abdullayev, Famil Məmmədov, Rəşid Sultanov məktəbin əsaslı təmir olunması, kənddə körpələr evi-uşaq bağçasının açılması, suvarma suyu üçün əlavə subartezian quyusunun qazılması və digər məsələlər barədə müraciət etdilər. Daha ətraflı »

    Teqlər:

  • 10Sen
    Tərtər RİH-də TƏLƏBƏ GƏNCLƏRLƏ GÖRÜŞ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti təhsil şöbəsi ilə birlikdə ali məktəblərə daxil olmuş gənclərlə görüş keçirib. Tədbir iştirakçıları əvvəlcə Mərkəzi Meydanda Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq onun xatirəsini böyük ehtiramla yad ediblər. Sonra tədbir rayon Mədəniyyət Mərkəzində davam etdirilib.
    Rayon təhsil şöbəsi işçilərinin, məktəb direktorlarının, qabaqcıl təhsil işçilərinin və yüksək bal toplayan gənclərin iştirakı ilə keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək yüksək bal toplayıb ali təhsil müəssisələrinə qəbul olmuş tələbələri, onların müəllim və valideynlərini təbrik edib, gənclərə daha yüksək zirvələr fəth etməyi arzulayıb. Daha ətraflı »

    Teqlər:

  • 30Avq
    Tərtər RİH-də NÖVBƏTİ SƏYYAR QƏBUL-GÖRÜŞ üçün şərhlər bağlıdır

    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun bu günlərdə keçirilən növbəti səyyar qəbul-görüşü İrəvanlı kəndində oldu. Toplantıda rayon icra hakimiyyəti aparatının işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin təmsilçiləri, kənd sakinləri iştirak edirdilər.
    Tədbiri icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açdı. Sonra İrəvanlı kənd İƏD üzrə nümayəndə Bəxtiyar Cəfərov kənd haqqında və sakinlərin əsas məşğuliyyəti barədə məlumat verdi.
    Qəbul-görüşdə çıxış edən kənd sakinləri rayonun mərkəzində və kəndlərimizdə aparılan quruculuq, abadlıq işlərindən danışmaqla yanaşı yaşadıqları ərazidə mövcud olan problemlərdən də söz açdılar. Daha ətraflı »

    Teqlər:

  • 20Avq
    Tərtər RİH-də KƏBİRLİ KƏNDİNDƏ SƏYYAR GÖRÜŞ-QƏBUL üçün şərhlər bağlıdır

    Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatla-rının təmsilçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak edirdilər.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbiri açaraq qəbula gələnləri salamladı və qeyd etdi ki, bu gün sizinlə görüşə gəlmişik ki, qayğı və problemlərinizi öyrənib, sizlərə köməklik göstərək. Daha ətraflı »

    Teqlər: