Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Sen
    Milli-mənəvi dəyərlər UŞAQLARI ZƏRƏRLİ DİNİ CƏRƏYANLARDAN QORUYAQ üçün şərhlər bağlıdır

    Kimsəsiz Uşaqların Sosial Müdafiəsi İctimai Birliyi Tərtər rayon İcra Hakimiyyəti ilə birgə seminar təşkil edib.
    Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Uşaqların zərərli dini cərəyanlardan qorunması üçün regionlarda seminarların təşkili” adlı tədbirdə qloballaşma şəraitində milli-mənəvi dəyərlərimizin ciddi aşınmaya məruz qalmasından və ölkədə din azadlığı adı altında uşaqların məqsədli şəkildə ayrı-ayrı təriqətlərə cəlb edilməsindən danışılıb.
    Təşkilatın sədri Lamiyə İsazadə bildirib ki, rayon və şəhərlərimizdə adət-ənənələrimizə yad olan dini təriqətlərin təsiri altına düşən vətəndaşların sayının artması, onlar tərəfindən qanunsuz dini təbliğatın aparılması, gənclərin zərərli dini cərəyanlara cəlb edilməsi kimi hallar hələ də müşahidə edilməkdədir. Daha ətraflı »

    Teqlər:

  • 30Avq
    Milli-mənəvi dəyərlər MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZİ YAŞADAQ üçün şərhlər bağlıdır

    “QONAQ ALLAH QONAĞIDIR”

    Qədim Azərbaycan adət-ənənəsinə görə qonaq Allahın qonağı sayılır. Hər bir evdə, hətta kasıb ailələrdə belə qonaqlar üçün ayrıca otaq ayrılır. Ən yaxşı əşyalar burada saxlanılır, bahalı qabqacaq qonaqlar gələndə işlədilir. Ona görə də bütün dünyada Azərbaycanın adı çəkiləndə ilk növbədə xalqımızın qonaqpərvərliyi, səmimiyyəti yada düşür.
    Azərbaycan ədəbiyyatında, xüsusən də dastanlarımızda bu adətlərə geniş yer ayrılır, insanlarımızın qonaqpərvərliyi təsvir olunur. Dədə Qorqud dastanında deyilir ki, qonaq olmayan evlər dağılsa yaxşıdır. Nizami Gəncəvi və Məhəmməd Füzuli öz əsərlərində qonaqpərvərlik səhnələrini çox gözəl yaratmışlar. Azərbaycana, o cümlədən Tərtərə səyahət edən Aleksandr Düma xalqımızın qonaqpərvərliyi haqqında heyranlıqla yazmışdır.
    Azərbaycan inanclarına görə, qonağın ruzisi özündən əvvəl gəlir. Həm də onu da deyirlər ki, qonağı necə qarşılasan, Allah da ruzini ona uyğun yetirəcək. Daha ətraflı »

    Teqlər:

  • 20Avq
    Milli-mənəvi dəyərlər QURBAN BAYRAMI üçün şərhlər bağlıdır

    Bismilləhir–Rəhmənir–Rəhim.
    (Mehriban və Bağışlayan Allahın adı ilə!)
    “Və (yadına sal) o zaman ki, Rəbbi İbrahimi bəzi işlərlə imtahana çəkdi. Beləliklə o, (İbrahim), hər şeyi kamil surətdə yerinə yetirdi. Rəbbi dedi: “Həqiqətən, mən səni insanlara imam və rəhbər təyin etdim”. (Bəqərə surəsi, ayə 124).
    Bu ayədə qeyd olunan bəzi işlərlə imtahanın içərisində uzun illərdən sonra ona qismət olmuş oğul övladını (İsmaili) Allah yolunda qurban vermək də var idi! Bəşəriyyətin çox böyük toplumunun qaldıra bilməyəcəyi bir imtahan! Əlbəttə, Mərhəmətli Allah heç bir zaman bəni Adəmə durduğu yerdə kiminsə qanını tökün deyə bir göstəriş verməyib. (mütaiə işləri istisna), o ki, ola yaşlı bir ata! Öz əlləri ilə oğlunun boğazına bıçaq çəkə! Hz. İbrahim (ə) bu imtahandan, oğlu Hz. İsmail (ə) və xanımı Hz. Həcərlə üzüağ çıxdılar. Daha ətraflı »

    Teqlər:

  • 20Avq
    Milli-mənəvi dəyərlər QƏBİRİSTANLIQLARA MÜNASİBƏT NECƏDİR? üçün şərhlər bağlıdır

    (DƏBDƏBƏ MƏKANI, YOXSA GORGAH VƏ YAXUD EHSAN SÜFRƏSİ, YOXSA İSRAFÇILIQ?!)

    Bu günlərdə həmyerlimiz, qəzetimizin yaxın dostu, texnika elmləri doktoru, professor Rasim Axundov redaksiyamızın qonağı oldu. Bu dəfəki gəlişində də öz adətinə xilaf çıxmadı, əməkdaşlarımızla görüşüb səmimi söhbət etdi. Sonra tərtib etdiyi və təzəcə çapdan çıxmış iki kitabın təqdimatı oldu.
    Təqdimatdan əvvəl professor Tərtər şəhərinin “Köhnə qəbiristanlığı”nda dəfn olunmuş atası Fərrux bəyin və anası Maya xanımın qəbirlərini ziyarət etmək istədiyində olduğunu bildirdi. (O, hər dəfə gələndə valideynlərinin məzarlarını ziyarət etməyi özünün müqəddəs borcu hesab edir).
    Qəbiristanlıqdan qayıdandan sonra haqlı olaraq xeyli gileyləndi. Daha ətraflı »

    Teqlər:

  • 10Avq
    Milli-mənəvi dəyərlər TƏRTƏRİN TARİXİ ABİDƏSİ üçün şərhlər bağlıdır

    BU TARİX QƏDİM OLDUĞU QƏDƏR DƏ ZƏNGİNDİR

    Tərtər rayonu Qarabağ düzündə Kür–Araz ovalığının qərb hissəsində yerləşir. Burada tunc dövrünə aid çoxlu sayda tarixi abidələr var. Toxmaqtəpə və Azadqaraqoyunlu yaşayış yerləri, Dəmirçilər və Sarov nikropolu, hər birində onlarla kurqan olan Borsunlu, Bəyimsarov, Böyüktəpə, Qurd təpəsi, Sayaqtəpə abidələri bunlara aiddir. Borsunlu və Bəyimsarov kəndlərində yerləşən təpələr xüsusilə məşhurdur və daim alimlərimizin diqqətini cəlb edir. Məhz onların apardıqları tədqiqatlar nəticəsində məlum olmuşdur ki, tunc dövründə Azərbaycan qərb ərazilərindəki böyük türk tayfa birliyinin mərkəzi olmuşdur.
    Həmçinin buradan beynəlxalq ticarət yolları keçmişdir. XX əsrin əvvəllərində ensiz dəmir yollarında qısa, 3-4 vaqondan ibarət qatarı daşıyan parovozlara “kukuşka” deyilirdi. 1912-ci ildə Bakı, Yevlax, Bərdə, Ağdam, Xankəndi, Şuşa yolu çəkilmişdir.
    1915-ci ildə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin şəxsi hesabına yolun daha bir hissəsi inşa olunmuş və bu yol
    Tərtərdən keçmişdir. Parovozlar hərbi və mülki təyinatlı yüklər daşıyırdı. Kukuşka yolunun bir neçə il sonra fəaliyyəti dayandırılmışdır.
    Hazırda rayonumuzda bir sıra maraqlı tarixi abidələr vardır ki, bunlar da dövlətimiz tərəfindən qorunur.
    Belə abidələr sırasında Azadqaraqoyunlu kəndində Kərbəlayi Qara adlı şəxsin vəsaiti hesabına XX əsrdə tikilmiş bəy evi xüsusilə diqqəti cəlb edir. Həmin dövrün şərq arxitekturasını özündə əks etdirən bu ev 8 otaqdan ibarətdir, divarlarının eni 80 santimetrdir. Sovet dövründə ev sahibi sürgün olunmuş və binadan müxtəlif məqsədlər üçün istifadə edilmişdir.
    Daha ətraflı »

    Teqlər:

  • 20İyl
    Milli-mənəvi dəyərlər YAS MƏRASİMLƏRİMİZ VƏ TOYLARIMIZ HAQQINDA FİKİRLƏR üçün şərhlər bağlıdır

    Dünya binnət olandan üzü bəri xeyirlə şər qoşa qardaş kimi yol gəlir və bu “qardaşlıq” Qiyamət Gününə kimi də davam edəcək. Elə ki, “İsrafil Sur düdüyünü caldı”, dünya darmadağın olacaq, yer kürəsindən həyat silinəcək, bəlkə onda xeyirlə şərin “qardaşlığı” sona çatdı, ta ki, təkayaqlı Ənnaslar kimi yeni bir nəsil yaranır, təzə bir həyat başlanır. Bəlkə də heç başlanmayacaq?! Bu, Tanrının işidir, bizlik deyil. Bizlik olan odur ki, hazırda həm yas, həm də toy məclislərimizi bərbad hala salmışıq. Əlbəttə, toy sevincdir, yas isə kədər. Toyda oynayıb-gülüb şənlənərlər, yasda isə ağlayarlar, kədərlənərlər. Amma hər şeyin bir əndazəsi, bir mizantərəzisi var. Elə ki, bu ölçülər pozuldu, onda ikrah yaranır.
    Açığını deyək, bəzi yerlərdə ehsan süfrələri toylardakına oxşayır–mənşəyi bilinməyən şirniyyatlar, sular, şirələr, geni dəyişdirilmiş meyvələr –banandan tutmuş ananasa qədər, cürbəcür xörəklər–plovdan tutmuş dolmaya, bozartmaya qədər, yuxa, lavaş, təndir çörəyi, pendir, goy-göyərti, xiyar, pamidor, turp, çərəzlər və s. Bircə zurna-balabanı çatışmır. Ən dözülməzi isə odur ki, meyit ortadan götürülməmiş ailə üzvləri ehsan üçün kəsilməyə mal axtarır, xörək bişirməyə başlayır və təmtəraq üçün digər hazırlıq işləri görürlər. Daha ətraflı »

    Teqlər:

  • 20İyl
    Milli-mənəvi dəyərlər GENDER BƏRABƏRLİYİ VƏ MƏİŞƏT ZORAKILIĞI üçün şərhlər bağlıdır

    Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan qadınlara qarşı zorakılığın ləğvi, onların hüquqlarının qorunması və gender bərabərliyinə dair mühüm beynəlxalq konvensiyalara qoşulub.
    Islam dini də qadınlara hörmətlə yanaşmağı tövsiyə edir. Lakin təəssüf ki, cəmiyyətimizdə hələ də bu sahədə xoşagəlməz hallara rast gəlirik. Xüsusilə məişət zorakılığı daha geniş yayılan bir haldır.
    Həyatda rast gəlinən hadisələrdən belə qənaətə gəlmək olar ki, bunlar əsasən erkən nikahlar zamanı baş verir. Ona görə ki, müəyyən təhsili, həyat təcrübəsi, məişət vərdişləri olmayan qızlar ailə həyatında rast gəldikləri çətinliklərə dözə bilmirlər. Bu zaman münaqişələr yaranır, nəticədə qadına qarşı zorakılıq halları baş verir.
    Məişət zorakılığı probleminin həlli hərtərəfli yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb edir. Daha ətraflı »

    Teqlər:

  • 29İyn
    Milli-mənəvi dəyərlər Milli-mənəvi dəyərlərimizi qoruyaq üçün şərhlər bağlıdır

    DAĞIL, A DÜNYA!!!

    Babalarımızın “Kişi papağı” qoyduqları, nənələrimizin “12 taxta tuman” geyindikləri vaxtlarda nə bir belə boşanma halı vardı, nə bir belə dava-dalaş, nə zorakılıq, nə də atalı-analı yetim uşaqlar. Gənclər özlərindən böyüklərin yanlarında kəlmə kəsməzdilər, qızları, qadınları dindirsəydilər utandıqlarından cavab verməzdilər, həya edərdilər. Hər kəsin arasında bir abır-ismət pərdəsi vardı. Böyüyün böyük yeri, kiçiyin kiçik yeri olardı. Cavanlar arasında siqaret çəkmək nə idi, içki içmək nə idi? Gənclərin öz aralarında da bir hörmət-izzət münasibəti vardı. Sevmək, sevilmək də tərbiyəli, yəni öz əndazasındaydı.
    Bəs nə oldu bizə?! Niyə bu günlərə düşdük?! Azərbaycan xalqının dünyaya nümunə olası milli-mənəvi dəyərləri niyə zədələndi?! Niyə gözəl adət-ənənələrimiz yavaş-yavaş unudulur?! Daha ətraflı »

    Teqlər:

  • 29May
    Milli-mənəvi dəyərlər DİNİ VƏ MİLLİ TOLERANTLIQ, MİLLƏTLƏRARASI MÜNASİBƏTLƏRİN İNKİŞAF ETDİRİLMƏSİ üçün şərhlər bağlıdır

    AZƏRBAYCAN MULTİKULTURALİZMİ DÜNYAYA NÜMUNƏDİR

    …Biz istəyirik ki, dünyada müsbət meyillər üstünlük təşkil etsin. Biz istəyirik ki, dinlərarası əlaqələr normal, sağlam məcrada olsun. Əks-təqdirdə, dünyada parçalanma meyilləri daha da güclənəcək. Biz onu görürük. Hazırda dini, milli zəmində məzhəb əsasında qarşıdurmalar, qanlı toqquşmalar dünyanı fəlakətə aparır. Əlbəttə ki, ölkəmizin dünya xəritəsindəki coğrafi yeri o qədər də böyük deyil. Amma gördüyümüz işlər çox böyükdür. Biz bundan sonra da bu istiqamətdə səylərimizi göstərəcəyik.

    İlham ƏLİYEV,
    Azərbaycan Respublikasının Prezidenti

    HƏMRƏYLİK
    Bu il aprelin 11-də rayonumuzda adi günlərdən tamamilə fərqli, gözəl bir bayram günü yaşandı. Səhər saatlarından başlayaraq seçki məntəqələrinə yüzlərlə insan axışıb gəlirdi. Onların arasında azərbaycanlılarla yanaşı ruslar, ukraynalılar, beloruslar, yəhudilər və ləzgilər də vardı. Ölkəmizin hər bir bölgəsində olduğu kimi, Tərtərdə də onlar mehribançılıq şəraitində yaşayırlar. Daha ətraflı »

    Teqlər:

  • 29May
    Milli-mənəvi dəyərlər BEYNƏLXALQ AİLƏ GÜNÜ üçün şərhlər bağlıdır

    AİLƏ CƏMİYYƏTİN ƏSAS ÖZƏYİDİR

    15 may Birləşmiş Millətlər Təşkilatının qərarı ilə bütün dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Azərbaycanda ailə bütün zamanlarda cəmiyyətimizin ən müqəddəs təməl daşı hesab olunub. Ulu öndər Heydər Əliyev Azərbaycan ailəsi və onun problemlərini həmişə diqqətdə saxlayırdı. Bu münasibət indi də dövlət başçımız İlham Əliyev tərəfindən həssaslıqla davam etdirilir.
    Bu gün ölkəmizdə ailə cəmiyyətin əsas özəyi kimi dövlətin xüsusi himayəsindədir və dövlət öz siyasətində ailənin sosial müdafiəsini, gənc ailələrə qayğını əsas tutur. Azərbaycan ailəsi və onun problemlərini həmişə diqqətdə saxla-yan ulu öndər Heydər Əliyev cəmiyyətdə qadınların rolunun artırılması, qadınlarla kişilər arasında bərabərliyin gerçəkləşdirilməsi, qadın, ailə problemlərinin həlli istiqamətində də böyük işlər gördü. 1998-ci il yanvarın 14-də Azərbaycanda “Qadın Problemləri üzrə Dövlət Komitəsi”ni yaratdı. Bu məsələyə böyük həssaslıqla yanaşan Prezident İlham Əliyev 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında Sərəncam imzaladı. Hazırda bu komitə dövlətin ailə siyasətini həyata keçirən bir qurum olaraq mövcud problemlərin üzərində işləyir, onların həlli istiqamətində mühüm tədbirlər həyata keçirir. Daha ətraflı »

    Teqlər: