Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19May
    Digər TƏBRİK EDİRİK! üçün şərhlər bağlıdır

    011Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin layihə rəhbəri Albəndov Vəli Nəbi oğlu ölkəmizdə tikinti kompleksinin inkişafında xidmətlərinə görə “Əməkdar Mühəndis” fəxri adına layiq görülüb. Bu, Vəli Albəndovun ikinci dövlət təltifidir. 2012-ci ildə bacarıqlı mühəndis inşaat sahəsində çoxillik səmərəli fəaliyyətinə görə ölkə başçısının sərəncamı ilə “Tərəqqi” medalı ilə də təltif olunub.
    Hər iki mükafat onun Vətən qarşısında xidmətlərinə Prezident İlham Əliyev tərəfindən verilən yüksək qiymətdir. Daha ətraflı »

    Teqlər:

  • 19May
    Kənd təsərrüfatı “HEYDƏR ƏLİYEV AQRAR SEKTORUN İNKİŞAFININ MEMARIDIR” üçün şərhlər bağlıdır

    IMG_20170503_105826Tərtər Rayon İcra Hakimiyyəti YAP rayon təşkilatı ilə birlikdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev aqrar sektorun inkişafının memarıdır” mövzusunda tədbir keçirib. Rayonun aidiyyəti idarə və təşkilat rəhbərlərinin, fermerlərin, sahibkarların iştirakı ilə keçirilən tədbirdə YAP rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dönəmdə və hazırda ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda kənd təsərrüfatının inkişafında yeni mərhələyə qədəm qoyması üçün hazırlanıb həyata keçirilən milli ideologiyadan, inkişaf strategiyasından danışıb. Kənd Təsərrüfatı idarəsinin rəisi Mehman Babayev, həmin idarənin sektor müdiri Bayram Əliyev, baytarlıq idarəsinin müdir əvəzi Elmar Xəlilov, Bölgə Təcrübə Sahəsinin baş aqronomu Firdovsi Hüseynov, bitki mühafizə stansiyanın rəisi Fizuli Əzimov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi, bu sahədə çalışan insanların əməyinə düzgün və dəyərli qiymətin verilməsi, ölkədə bitkiçiliyin, heyvandarlığın, kənd təsərrüfatı məhsullarının tədarükü və emalı sahələrinin gəlirli sahəyə çevrilməsi üçün həyata keçirdiyi işlərdən danışdılar.

    “Yeni Tərtər”

    Teqlər:

  • 19May
    Təhsil İNTELLEKTUAL YARIŞ üçün şərhlər bağlıdır

    DSC_0612Изображение 031Tərtər Rayon Uşaq-Gənclər Şahmat Məktəbində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş məktəblilər arasında intellektual yarış keçirilib.
    Rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin qatıldığı yarışda 8 komanda iştirak edib.
    Yarışda Köçərli kənd tam orta məktəbinin komandası I yerə, Qapanlı kənd tam orta məktəbinin komandası II yerə çıxıblar.
    Qalib komandalara rayon təhsil şöbəsi və Qarabağ Regional Bilik Evi tərəfindən diplom və qiymətli hədiyyələr verilib.

    “Yeni Tərtər”

    Teqlər:

  • 19May
    Xəbərlər AĞACƏKMƏ AKSİYASI üçün şərhlər bağlıdır

    DSC_0693 (Копировать)Изображение 082Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə genişmiqyaslı ağacəkmə aksiyası keçirildi.
    “Tərtər-Goranboy” avtomobil yolunun ətrafında, Heydər Əliyev prospektində və “Heydər Park”ında keçirilən aksiyada rayon icra hakimiyyətinin, bütün idarə, müəssisə və təşkilatların kollektivləri, eləcə də ictimaiyyət nümayəndələri fəal iştirak etdilər.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun da iştirak etdiyi tədbirdə 4000-dən çox “Eldar Şamı”, 6000 gül kolu, 5000-dən çox müxtəlif növ dekarativ çiçəklər və yerli iqlimə uyğun digər ağac tingləri əkildi.
    Aksiya zamanı ərazidəki yaşıllıq sahələrində təmizlik işləri aparıldı.

    “Yeni Tərtər”

  • 19May
    Xəbərlər ÜMUMRAYON TƏDBİRİ üçün şərhlər bağlıdır

    DSC_1548 (Копировать)Изображение 160Alman faşizmi üzərində qələbənin 72-ci ildönümünə həsr olunmuş ümumrayon tədbiri Böyük Vətən müharibəsində həlak olan həmyerlilərimizin xatirəsinə ucaldılmış abidənin önündə qeyd olundu. Əvvəlcə tədbir iştirakçıları abidənin önünə gül-çiçək dəstələri qoyaraq Böyük Vətən müharibəsində və Qarabağ uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərin xatirəsini yad etdilər. Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əlamətdar gün münasibəti ilə veteranları və tədbir iştirakçılarını təbrik etdi, onlara ən xoş arzularını çatdırdı.
    Rayon rəhbəri qeyd etdi ki, Böyük Vətən müharibəsi illərində doğma Tərtərimizin də 2417 nəfər oğlu və qızı alman faşizminə qarşı igidliklə döyüşmüşlər. Onlardan 1079 nəfəri müharibədə həlak olaraq əbədiyyətə qovuşmuşdur. Hazırda rayonumuzda 5 nəfər Böyük Vətən müharibəsi veteranı yaşayır. Daha ətraflı »

  • 19May
    Xəbərlər NARKOMANLIQ VƏ ERKƏN NİKAH AĞIR NƏTİCƏLƏR TÖRƏDİR üçün şərhlər bağlıdır

    Изображение 080Изображение 081Bu günlərdə rayon polis şöbəsi narkomaniyanın bəşəriyyət üçün böyük təhlükə olması və erkən nikahın acı nəticələri barədə tədbir keçirdi.
    Tədbiri giriş sözü ilə rayon polis şöbəsi rəisinin müavini polkovnik-leytenant Əfqan Qurbanov açdı. Məruzəçi göstərdi ki, müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və narkobiznesdir.
    Sonra qeyd olundu ki, 2017-ci ilin üç ayı ərzində Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparmış olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 10 fakt aşkar edilib. Həmin faktlarla əlaqədar 3,104 qram narkotik vasitə olan heroin və 14 qram qurudulmuş marixuana aşkar edilərək dövriyyədən çıxarılıb. Daha ətraflı »

    Teqlər:

  • 19May
    İqtisadiyyat Qeyri-neft sektorunun inkişafı mühüm vəzifədir üçün şərhlər bağlıdır

    “MADE İN AZERBAİJAN” BRENDİ DÜNYADA TANINMAQDADIR

    e00b11f1e59035d5090c8372348e4d2fpomidory1Əvvəllər Azərbaycanda qeydə alınan sürətli inkişafda neft sektorunun rolu aparıcı olsa da, son illər qeyri-neft sektoru ümumi iqtisadi artımda önə çıxmaqdadır. 2017-ci ilin birinci rübünün yekunları da bir daha bunu təsdiq edir. Bu ilin üc ayı ərzində ölkə üzrə iqtisadiyyatın qeyri-neft sektoru 2,4, qeyri-neft sənayesi 2, kənd təsərrüfatı 3,5, bitkiçilik 20 faizdən çox, ticarət dövriyyəsi 15, ixrac 50 faiz artıb. Bu müddətdə Azərbaycanda 85 min yeni iş yeri açılıb.
    Bu yaxınlarda Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının I respublika müşavirəsində bu sahənin daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə edilib, qarşıya yeni vəzifələr qoyulub, hədəflər müəyyən olunub. Müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Fəaliyyətimizin əsas istiqamətləri daxili tələbatı daxili istehsal hesabına ödəməkdən və ixrac potensialımızı artırmaqdan ibarətdir. Biz bu yolla gedirik. Sahibkarlar yaxşı bi-lirlər ki, onların fəaliyyətinə dövlət tərəfindən çox böyük dəstək, həmçinin siyasi dəstək verilir.” Daha ətraflı »

    Teqlər:

  • 19May
    Sosial RAYONUMUZDA SOSİAL SAHƏDƏ VƏZİYYƏT NECƏDİR? üçün şərhlər bağlıdır

    Изображение 061Ölkəmizdə bütün prioritet sahələr, həmçinin sosial məsələlərin həlli daim diqqət mərkəzindədir. Sosial-iqtisadi islahatların düzgün istiqamətdə aparılması üçün bütün imkanlardan lazımınca istifadə olunur. Belə ki, inflyasiya azalmış, əhalinin gəlirləri artmış, aztəminatlı əhalinin problemləri daim həll olunmaqdadır. Makroiqtisadi sabitlik qorunub saxlanılır, regionların inkişafı sürətləndirilir. Xalqımızın həyat şəraiti gündən-günə yaxşılaşır.
    Rayonumuzda da sosial-iqtisadi sahədə uğurlu işlər aparılır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarına uyğun olaraq tikinti-quraşdırma işləri layiqincə davam etdirilir. Əhalinin içməli su, elektrik enerjisi, təbii qaz təminatı yaxşılaşdırılıb, müasir tələblər səviyyəsində fasiləsiz təminatı təşkil olunub, sosial müdafiə sahəsində və işsizlərin məşğulluğunun təmin edilməsində məqsədyönlü işlər görülüb. Daha ətraflı »

    Teqlər:

  • 19May
    Digər ŞUŞANIN İŞĞALINDAN 25 İL ÖTÜR üçün şərhlər bağlıdır

    shusha-qala(1)1992-ci il may ayının 8-nə keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının hərbi qulluqçularının və 40 zirehli texnikasının köməyi ilə Şuşa şəhərinə hücuma keçdilər. Uzun sürən artilleriya atəşindən və qeyri-bərabər qanlı döyüşlərdən sonra şəhər işğal olundu.
    Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.
    Şuşa şəhərində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, “Cümə” məscidini, Aşağı Gövhər Ağa məscidi, Xurşud Banu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmişlər.

    Teqlər:

  • 19May
    Digər ALINMAZ QALA ŞUŞA XƏYANƏTİN QURBANI OLDU üçün şərhlər bağlıdır

    Изображение 041xocali2Ələkbər Kərimov 1959-cu ildə Ağdərə rayonunun Umudlu kəndində anadan olub. 1977-ci ildə Şuşa Kənd Təsərrüfatı Texnikumuna daxil olub. Məktəbi bitirdikdən sonra texnikumda qalıb işləyib. Elə o zamandan da Şuşanın gözəlli-yinə vurulan Ələkbər buranı özünə əbədi məskən seçib. 1991-ci ildə qiyabi yolla ali təhsil alıb.
    Ələkbər müəllimlə redaksiyada söhbət edirik. Hiss edirəm ki, çox kövrək adamdı. Deyir ki, Şuşada şəhərin mərkəzində 5 mərtəbəli binanın 5-ci mərtəbəsində iki otaqlı evimiz vardı, içində də hər cür şəraiti.
    1992-ci il mayın 8-ində Şuşa şəhəri və ətraf kəndlər işğal olunanda həyat yoldaşım Təranəni iki oğlumuz Anar və Eltun ilə hərbi vertolyotla yola saldım. Özüm isə çox çətinliklə də olsa, “Laçın–Akara” yolu ilə Beyləqana gəldim.
    Sonra yoldaşım və uşaqlarla Goranboy rayonunun Xanqərvənd kəndində bir yerə yığışdıq. Orada bir il yaşadıqdan sonra Tərtərə gəldik. Elə o zamandan da burada məskunlaşmışıq. Daha ətraflı »

    Teqlər: