Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 21Noy
    Digər Vətəndaş məmnunluğu təmin olunub üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Qəbulda 36 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.
    Qəbula gələn vətəndaşlar əsasən Vətən müharibəsi zamanı evlərinə dəymiş ziyanla, işlə təmin olunma, maddi yardım, subartezian quyusunun təmiri, sahibkarlıq obyektinin tikintisi üçün torpaq sahəsinin ayrılması, bələdiyyədən əkin üçün icarəyə torpaq sahəsinin ayrılması, pay torpaq sahəsində olan mübahisə, əlillik dərəcəsinin təyin edilməməsi, Məşğulluq Mərkəzi tərəfindən heyvandarlıq aktivləri ilə təmin olunma, həyətyanı torpaq sahəsinin ayrılması və digər məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.

  • 21Noy
    İdman Həmyerlimiz yenə də qalibdir üçün şərhlər bağlıdır

    Noyabrın 9-da Polşanın Keltse şəhərində start götürən boks üzrə beynəlxalq turnirə yekun vurulub. Millimizin heyətində 80 kq çəkidə vuruşan tərtərli boksçu Murad Allahverdiyev çempion adını qazanıb. O, final döyüşündə boks üzrə dünya çempionatının mükafatçısı – moldovalı rəqibi Andrey Çiryasovu məğlub edərək çempion adını qazanıb.
    İdmançımızın şərəfinə Azərbaycan Respublika-sının Dövlət himni səsləndirilib. Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çempion Murad Allahverdiyevi təbrik edib, ona yeni uğurlar arzulayıb.
    Qeyd edək ki, Murad Allahverdiyev 8 qat Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi, 2 dəfə Avropa üçüncüsü, 1 dəfə Avropa çempionu olub və boks idman növü üzrə idman ustasıdır. Eyni zamanda o, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində hərbi xidmət edir.

     

  • 21Noy
    Digər Tərtərlilər çoxəsrlik dövlətçilik ənənələrinə söykənən Konstitusiyamızı ürəkdən bəyənirlər üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin akt zalında Konstitusiya Günü münasibətilə tədbir keçirilib. Tədbiri Tərtər Rayon İcra Hakmiyyətinin başçısı Müstəqim Məmmədov açaraq tədbir iştirakçılarını Konstitusiya Günü münasibətilə təbrik edib.
    Rayon rəhbəri bildirib ki, Ümummilli liderimiz, müasir Azərbaycan dövlətinin qurucu-su Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də referendumla qəbul olunmuş Konstitusiya xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və mənəvi prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaradıb.
    Konstitusiyamızın əsas qayəsi xalqın yekdil və sarsılmaz iradəsini əks etdirərək, Azərbaycanın dövlət fəaliyyətinin əsas prinsiplərini və demokratik dövlət quruculuğu prosesinin başlıca istiqamətlərini müəyyənləşdirib.
    Bundan sonra ölkəmizdə bir çox sahələrdə, o cümlədən, hüquqi dövlət quruculuğu və insan haqlarının təmini sahəsində əhəmiyyətli dəyişikliklər baş verib.
    Bu gün Azərbaycan Konstitusiyası dolğun və mükəmməl bir sənəddir, ölkəmizin tərəqqisi üçün mühüm vasitədir. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyamıza edilmiş əlavələr əsas Qanunumuzu müasirləşdirib və zənginləşdirib. Cəmiyyətin hüquqi əsaslarının inkişafında mühüm dəyişikliklər etməklə yanaşı insan hüquq və azadlıqlarının təminatı üçün yeni institutlar yaradıb. Daha ətraflı »

  • 21Noy
    Digər TARİXİMİZİ YAŞADAN KİTAB üçün şərhlər bağlıdır

    Redaksiyamızda “Tərtərin tarix yazan oğulları” kitabının təqdimatı keçirilib. Kitabın müəllifi, qəzetimizin redaktoru Svetlana Bağırova Tərtərimizin qəhrəman övladlarına həsr olunan bu kitabın ərsəyə gəlməsindən danışıb. O bildirib ki, “Tərtərin tarix yazan oğulları” kitabı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təşəbbüsü, mənəvi və maliyyə dəstəyi ilə çap olunub və rayonumuzun tarixində yaşayacaq bir əsər kimi hazırlanıb. Burada 44 günlük Vətən müharibəsində canını, qanını fəda edərək, torpaqlarımızı erməni işğalından azad edən oğulların şücaətindən bəhs olunur, onların hər biri haqqında dolğun məlumatlar təqdim edilir.
    Kitabın əsas qayəsi bu gənclərin vətənpərvərliyi, onların Müzəffər Ali Baş Komandan İlham Əliyevin “dəmir yumruğ”u altında sıx birləşərək, Vətən, bayraq, torpaq uğrunda göstərdikləri misilsiz şücaətlərdir. Övladlarını, həyat yoldaşlarını, atalarını itirən insanların dərdi sonsuz olsa da, müəllif hər bir ailədə “Vətən sağ olsun” kəlmələrini eşitdiyini, belə qəhrəman oğullar böyüdüb tərbiyə edən valideynlər qarşısında baş əydiyini söyləyib. Daha ətraflı »

  • 21Noy
    Xəbərlər Bala Kəngərli kəndində növbəti səyyar qəbul-görüş keçirilib üçün şərhlər bağlıdır

    Görülmüş işlərə nəzər salınıb, mövcud problemlərin həlli üçün tədbirlər görülüb

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun Bala Kəngərli kəndində keçirilib.
    Qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və ağsaqqallar şurasının sədrləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
    Əvvəlcə rayon rəhbəri yaşayış məntəqələrində keçirilən səyyar-qəbul görüşlər haqqında məlumat verib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb.
    İcra başçısı kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə də məlumat verib.
    Bildirilib ki, Bala Kəngərli kəndinin 460 hektar ərazisi, 142 təsərrüfatı, 651 nəfər əhalisi, 274 hektar pay torpağı var. Ərazidə 1 ümumi orta məktəb, 2 ticarət obyekti, 1 çörək bişirmə müəssisəsi fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Kənd daimi işıq, qaz və içməli su ilə təmin olunub. Daha ətraflı »

  • 21Noy
    Xəbərlər İcra başçısı Bala Kəngərli ümumi orta məktəbində mövcud şəraitlə tanış olub üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 80 şagird yerlik Bala Kəngərli ümumi orta məktəbində mövcud şəraitlə yaxından tanış olub, məktəbin pedaqoji və şagird kollektivi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
    Məktəbdə görülmüş işlərlə yaxından tanış olan rayon rəhbəri tədris, təlim-tərbiyə prosesi ilə maraqlanıb, pedaqoji kollektivə şagirdlərin dərsdən yayınma hallarına yol verilməməsini, valideynlərlə sıx əlaqə saxlanmasını, valideyn komitələrinin bu işə cəlb olunmasını, “Covid-19” pandemiyası ilə mübarizə üçün gündəlik gigiyenik qaydalara əməl olunmasını tövsiyə edib.
    Rayon rəhbəri şagirdlərə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Milli Ordunun qazandığı şanlı qələbədən və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan həmyerlilərimiz haqqında geniş məlumat verib, şəhidlərin qısa, ancaq hər kəsə örnək olan həyatlarından, onların döyüş şücaətlərindən danışıb, məktəblilərə təhsildə uğurlar arzulayıb.

     

  • 21Noy
    Kənd Təsərufatı 2022-ci ilin yanvar-sentyabr aylarında rayonumuzda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı 18 faiz artıb üçün şərhlər bağlıdır

    2022-ci ilin yanvar-sentyabr aylarında Tərtər rayonunda iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 172 milyon 285 min manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 18 faiz çoxdur. Məhsul və xidmətlərin 73.5 faizi istehsal sahələrinin, 26.5 faizi xidmət sahələrinin payına düşmüşdür.
    2022-ci ilin yanvar-sentyabr aylarında 12802.8 min manatlıq və ya ümumi məhsulun 7.4 faizi qədər sənaye sektorunda, 79681.9 min manatlıq (46.3%) kənd təsərrüfatı sahəsində, 34080 min manatlıq (19.8%) tikinti-quraşdırma işləri yerinə yetirilmiş, 43495 min manatlıq (25.2%) ticarət və xidmət sahəsində, 1553.4 min manatlıq (0.9%) nəqliyyat və anbar təsərrüfatı sahəsində, 671.9 min manatlıq (0.4%) informasıya və rabitə sahələrində məhsul və xidmətlər istehsal olunmuşdur.
    Sənaye istehsalı 55.3 faiz, kənd təsərrüfatı istehsalı 1.5 faiz, tikinti-quraşdırma iş-ləri 2.1 dəfə, nəqliyyat xidmətləri 41.7 faiz, informasiya və rabitə xidmətləri 7.2 faiz artmışdır.

    Tərtər Rayon
    Statistika İdarəsi

     

     

  • 21Noy
    Digər “ƏZİZ ŞUŞA, SƏN AZADSAN!” üçün şərhlər bağlıdır

    “Əziz ŞuŞa, sən azadsan!” müsabiqəsinin respublika final mərhələsi keçirilib. Azərbaycan Respublikası Elm və Təhsil nazirinin 10 noyabr 2022-ci il tarixli əmri ilə təltif edilənlər arasında Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrinin şagirdləri də yer alıb. Onlardan biri də III dərəcəli diplomla təltif olunan Umudlu kənd tam orta məktəbinin X sinif şagirdi Nilufər Zeynalzadədir. Bu münasibətlə Nilufəri və onun uğurunda payı olan hər kəsi təbrik edir və müsabiqədə yer tutan inşa yazını oxucularımızın diqqətinə çatdırırıq.

    Şuşa! Şuşa deyiləndə ağıla ilk nə gəlir? Şadlıq, sevinc, qürur, zaman-zaman həsrət, hicran, ayrılıq. Şuşa beşiyi dağlar, örpəyi duman, laylası “Şuşanın dağları” olan bir uşaqdır sanki. Otuz il yad əllərdə böyüdü Şuşa. Bu otuz il ərzində elə bil günəş heç doğmamışdı Şuşaya, təbiət heç gülməmişdi üzünə. Nəhayət, otuz illik həsrətə igid, rəşadətli ordumuz, Ali Baş Komandanın rəhbərliyi ilə son qoydular. Həmişə deyirdik ki, İnşəallah bir gün Şuşaya qayıdacağıq. İndi isə tam əminliklə, fəxrlə, qürurla deyirik: “Şuşa, sən azadsan, Şuşa, biz qayıtmışıq, Şuşa, biz səni dirçəldəcəyik”.
    Azərbaycanın mədəniyyət beşiyi olan, göz bəbəyimiz Şuşanın tarixi çox qədimdir. Şuşa şəhərinin əsası onsəkki-zinci əsrdə Qarabağ xanı olan Pənahəli xan tərəfindən qoyulmuşdur. Məhz ona görə də bu şəhərə Şuşa adı ilə yanaşı “Pənahabad” da deyirdilər. Şuşa şəhəri ondoqquz-iyirminci əsrlərdə Qafqazın musiqi mərkəzinə çevrilmişdir. Hətta Şuşaya “Zaqafqaziyanın konservatoriyası”, “Kiçik Paris” də deyirdilər. Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Süleyman Sani Axundov kimi neçə belə sənətkar yetişdirib Şuşa. Daha ətraflı »

  • 21Noy
    Xəbərlər Yeni Azərbaycan Partiyası-30 üçün şərhlər bağlıdır

    AĞACƏKMƏ AKSİYASI KEÇİRİLİB

    Ağacəkmə aksiyası Tərtər rayonunun Şıxarx qəsəbəsində şəhidlərin xatirəsinə salınmış “Vətən Bağı”nda keçirilib.
    Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədovun, şəhid ailələrinin, qazilərin, veteranların və minlərlə YAP üzvünün iştirak etdiyi aksiyada ümumilikdə 3200 ədəd müxtəlif növ meyvə ağacı əkilib.
    Aksiyanın keçirilməsində məqsəd ekoloji tarazlığın bərpasına, ətraf mühitin təhlükəsizliyinin və insanların sağlamlığının təmin edilməsinə töhfə verməkdir.

     

  • 21Noy
    Digər MƏNƏVİ BORC üçün şərhlər bağlıdır

    44 günlük Vətən Müharibəsində fədakarlıq nümunəsi gös-tərərək şəhidlik zirvəsinə ucalan, Azərbaycan Bayrağı ordenli şəhid Aslan Hüseynovun övladına kiçik toy mərasimi keçirilib.
    Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərov, Vətən Müharibəsi qaziləri, veteranları, şəhidin silahdaşları və sakinlər iştirak ediblər.
    Rayon rəhbəri çıxış edərək şəhid övladına xeyir-dua verib, bildirib ki, onların sevincinə şərik olub, kədərlərinə üzülürük. Bu, bizim mənəvi borcumuzdur.
    Sonra rayon rəhbəri tərəfindən şəhidin övladına hədiyyə təqdim olunub.