Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 14Noy
    Digər Cənubi Qafqazın ən böyük siyasi partiyası üçün şərhlər bağlıdır

    1992-ci il 21 noyabr tarixində YAP-ın tarixi təsis konfransı keçirilib.

    Həmin dövrdə Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır.

    Xalqın istəyini nəzərə alaraq Ulu Öndərə müraciət edən məşhur “91-lər”in cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Daha ətraflı »

  • 14Noy
    Digər Azərbaycan – Özbəkistan əlaqələri yüksək səviyyədə inkişaf edir üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyevin 11 noyabr tarixində Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə iştirak edib. Dövlətimizin başçısı Zirvə Görüşündə çıxış edib.

    Qeyd olunub ki, Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinin intensiv inkişaf edir. Prezident İlham Əliyev son 7 ayda üç dəfə Özbəkistana səfər edib: aprel ayında dövlət səfəri, sentyabr ayında Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Zirvə Görüşü və noyabrda Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü. Səfərlər zamanı aparılan müzakirələr onu göstərir ki, Azərbaycan-Özbəkistan əlaqələri daha da yüksək səviyyəyə qalxmışdır.

    Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Daha ətraflı »

  • 14Noy
    Digər Bu şanlı tarix bizimlə əbədi qalacaq üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə çıxış edib. Tədbirdə dövlətimizin başçısı deyib ki, alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı. Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər.

    Cənab İlham Əliyev bildirib ki, müharibənin son məqsədi Şuşanı işğaldan azad etmək idi. Təkcə ona görə yox ki, Şuşa Qarabağın tacıdır. Ona görə yox ki, Şuşanın strateji yerləşməsi faktiki olaraq onun azad olunmasından sonra müharibənin taleyini həll edirdi. O cümlədən ona görə ki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir.

    “Zəfər yolu” cəmi iki ilə yaxındır ki çəkilib. Qəhrəman övladlarımız dağlardan, meşələrdən, dərələrdən, cığırlardan bu uzun məsafəni qət edərək, qanlı döyüşlərdə düşməni məğlub edərək Şuşaya yaxınlaşıb. Ondan sonra sıldırım qayalara dırmaşaraq, yüngül silahlarla küçə döyüşlərində, şəhər döyüşlərində, əlbəyaxa döyüşlərdə düşməni məğlub edib, torpağımızdan qovub, üçrəngli bayrağımızı Şuşada qaldırıb. Daha ətraflı »

  • 14Noy
    Digər Dövlətimizin Əsas Qanunu üçün şərhlər bağlıdır

     

         12 Noyabr Azərbaycan Respublikasının Konstitusiya Günüdür

    Dövlətimizin Əsas Qanunu haqqında Prezident İlham Əliyev deyib:  “Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir.”

    19181920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Bu səbəbdən Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə təsadüf olunur.

    Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. SSRİ-nin yaradılması ilə əlaqədar 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında Konstitusiyaya əlavə və dəyişikliklər qəbul olunub. 1927-ci il martın 26-da V Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-in növbəti Konstitusiyası təsdiq edilib. 1936-cı ildə SSRİ-nin yeni Konstitusiyasının qəbul edilməsi ilə əlaqədar 1937-ci il martın 14-də IX Ümumazərbaycan Sovetlər Qurultayının qərarı ilə Azərbaycan SSR-in yeni Konstitusiyası qüvvəyə minib. Daha ətraflı »

  • 12Noy
    Xəbərlər Tərtər Rayon İcra Hakimiyyətində Aparat müşavirəsi keçirilib üçün şərhlər bağlıdır

     Tərtər Rayon İcra Hakimiyyətinin akt zalında rayon rəhbəri Müstəqim Məmmədovun sədrliyi ilə növbəti Aparat müşavirəsi keçirilib.

    Aparat müşavirəsində Tərtər Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak edib.

    Müşavirədə  əsasən vətəndaş müraciətlərinə mövcud qanunvericiliyin tələblərinə uyğun baxılmasının, xüsusən də Şəhid ailələri, qazilərin problem və sosial qayğılarının öyrənilməsi, operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, vətəndaş məmnunluğunun təmin edilməsi, şöbələr üzrə verilmiş tapşırıqların, Azırbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının icra vəziyyəti, icra nümayəndəliklərində təsərrüfatbaşına kitabların Elektron sistemə işlənilməsinin nəticələri və çatışmazlıqların aradan qaldırılması, nomenklatura üzrə sənədlərin işlənilməsi vəziyyəti, yaşayış məntəqələri ərazisində qanunsuz tikililərin qarşısının alınması, heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı işlərinin mövcud qanunvericiliyin və memarlıq–arxitektura tələblərinə uyğun təmin edilməsi, aqrar sahədə aparılan mövsümi işlər, pambığın yığımı, daşınması və saxlanması dövründə yanğın təhlükəsizliyi qaydalarına riayət olunması, əkin sahələrinin suvarma suyu ilə təminatı, yaşayış məntəqələrinin ərazisində, həmçinin yol kənarlarında mütəmadi olaraq təmizlik işlərinin aparılması və bir sıra məsələlər müzakirə olunub.

    Müzakirə olunan məsələlər ilə bağlı rayon rəhbəri tərəfindən müvafiq tapşırıq və tövsiyyələr verilib.

     

  • 12Noy
    Xəbərlər Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi ilə əlaqədar Tərtərdə ağacəkmə aksiyası keçirilib üçün şərhlər bağlıdır

    Ağacəkmə aksiyası Tərtər rayonunun Şıxarx qəsəbəsində şəhidlərin xatirəsinə salınmış “Vətən Bağı”nda keçirilib.

    Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədovun, şəhid ailələrinin, qazilərin, veteranların və minlərlə YAP üzvünün iştirak etdiyi aksiyada ümumilikdə 3200 ədəd müxtəlif növ meyvə ağacı əkilib.

    Aksiyanın keçirilməsində məqsəd ekoloji tarazlığın bərpasına, ətraf mühitin təhlükəsizliyinin və insanların sağlamlığının təmin edilməsinə töhfə verməkdir.

     

  • 12Noy
    Şəhidlər İcra başçısı Vətən müharibəsi şəhidi Abbasov Elvin Şamil oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon Təşkilatının sədri Eldar Əsədov və Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərovla birlikdə rayonun Umudlu kəndindən olan Vətən müharibəsi şəhidi Abbasov Elvin Şamil oğlunun ikinci ildönümü ilə əlaqədar Bərdə şəhərində yaşayan  ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.

    Qeyd edək ki, Elvin Abbasov 1992-ci il may ayının 6-da Tərtər rayonunun Umudlu kəndində anadan olub.

    Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Elvin 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub.

    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

    Şəhid Elvin Abbasov və onun kimi igid Vətən oğullarının xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

    Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanmım Əliyevaya öz  minnnətdarlıqlarını bildiriblər.

    Allah bütün şəhidlərmizə rəhmət, qazilərimizə, veteranlarımıza isə can sağlığı  versin!

     

  • 11Noy
    Digər Tərtər sakinləri qəhrəmandırlar. Onlar burada, döyüş bölgəsində düşmənlə üz-üzə dayanıblar və atılan, evlərinə düşən mərmilər onların iradəsinə zərrə qədər təsir etməmişdir. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti üçün şərhlər bağlıdır

    QƏHRƏMAN TƏRTƏR– İKİNCİ STALİNQRAD

     

     

     

     

     

    Məlum olduğu kimi, Tərtər iki əsrə yaxın bir dövr ərzində mənfur ermənilərlə qonşu olub. Onlar bu tarixi saxtalaşdırmaq istəsələr də, özləri də bilmədən rayonumuzun Şıxarx qəsəbəsində “Marağa-150” abidəsini ucaltmaqla, bu yerlərə gəlmə olduqlarını açıq-aşkar bildiriblər.Televiziya kanallarımızın arxivində bu abidənin açılışı və orada çıxış edən erməni rəsmilərin etirafları da saxlanılır.
    Prezident İlham Əliyevin Sərəncamına əsasən, Şıxarxdakı bu abidənin qalıqları saxlanılmaqla, ətrafı abadlaşdırılıb. Həmçinin ermənilərin gəlmə olduqlarını bildirən tarixi sübutlar eksponat kimi burada nümayiş etdirilir.
    Köç saldıqları torpaqlarla kifayətlənməyən, böyük xülyalarla yaşayan ermənilər daim bizə zərbə vurmağa çalışıblar. Hər zaman da Tərtəri möhkəm bir qala kimi qarşılarında görüb, geri çəkilməyə məcbur olublar.
    Birinci Qarabağ müharibəsində də belə olub, Aprel hadisələrində də, 44 günlük Vətən müharibəsində də. 30 ilə yaxın bir müddətdə atəşkəs olsa da, keçmiş cəbhəyanı kəndlərdə atəş səsləri bir gün də olsa kəsilməyib. Buna baxmayaraq, Tərtərdə bir ailə də evini tərk etməyib, yanan işıqlarımız ermənilərin gözünə ox kimi batıb.
    Birinci Qarabağ müharibəsində tərtərlilər nəinki bir qarış torpağımızı belə ermənilərə verməyiblər, hətta onları nankorcasına yiyələndikləri torpaqlardan uzaqlaşdırıblar.
    Ölkə Prezidenti Ali Baş Komandan İlham Əliyev tərtərlilər haqqında belə deyib: “Tərtər sakinləri qəhrəmandırlar. Onlar burada, döyüş bölgəsində, düşmənlə üz-üzə dayanıblar və atılan, evlərinə dəyən mərmilər onların iradəsinə zərrə qədər təsir etməmişdir”. Daha ətraflı »

  • 11Noy
    Xəbərlər “TƏRTƏRİN TARİX YAZAN OĞULLARI” KİTABININ TƏQDİMATI KEÇİRİLİB üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

     

     

     

     

    Tərtər Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində “Yeni Tərtər” qəzetinin redaktoru, “Qızıl qələm” mükafatı laureatı Svetlana Bağırovanın “Tərtərin tarix yazan oğulları” kitabının təqdimatı olub.
    Təqdimatda şəhid ailələri, qazilər, rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respblikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, Milli Məclisin deputatı Sahib Alıyev, akademik Vaqif Abbasov, “Azərbaycan” və “Respublika” qəzetlərinin bölgə müxbirləri Lazım Quliyev, Vəli Vəliyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər, sonra dövlər himni səsləndirilib.
    Kitabın müəllifi Svetlana Bağırova şəhidlərimizin xatirəsinə həsr olunmuş “Tərtərin tarix yazan oğulları” kitabı haqqında məlumat verib. Tarix yazan tərtərli oğullardan, müzəffər Ali Baş Komandan, qalib sərkərdə cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfər Günündən danışıb. Bu Zəfəri bizə yaşadan şəhidlərimizin ailələrinə, müharibənin canlı şahidləri, bədənlərində qəlpə gəzdirən Vətən müharibəsi əlillərinin problemlərinə hər kəsin diqqət və qayğı göstərməsini ölkə rəhbərinin bir vəzifə kimi qarşıya qoyduğunu bildirib. Daha ətraflı »

  • 11Noy
    Xəbərlər 8 noyabr–Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib üçün şərhlər bağlıdır

    8 noyabr–Zəfər Günündə Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şıxarx qəsəbəsi ərazisində şəhidlərin xatirəsinə yeni salınmış “Vətən bağı”nda ağacəkmə aksiyası keçirilib.
    Aksiyada şəhid ailələri, qazilər, rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, akademik Vaqif Abbasov, “Azərbaycan” və “Respublika” qəzetlərinin bölgə müxbirləri Lazım Quliyev, Vəli Vəliyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Tədbir iştirakçıları öncə Azərbaycanın ərazi bütövlüyü uğ-runda canlarından keçən şəhidlərin xatirəsini anıblar.
    İcra başcısı Müstəqim Məmmədov ağacəkmə aksiyasında iştirak edən şəhid ailələri ilə söhbət apararaq, onların qayğıları ilə maraqlanıb. Bildirib ki, Vətən uğrunda döyüşlərdə igidlik göstərmiş şəhidlərimizin həyat yolu və qəhrəmanlığı hər bir gənc üçün örnəkdir.
    Aksiya çərçivəsində 550 ədəd müxtəlif növ meyvə ağacı əkilib. Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.
    Aksiyada iştirak edən şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.