Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 05Noy
    Şəhidlər 8 noyabr- Şanlı Zəfər günü ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Vətən müharibəsi şəhidi Elnur Hüseynovun ailəsini ziyarət edib üçün şərhlər bağlıdır

     8 noyabr- Şanlı Zəfər günü ilə bağlı Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, YAP rayon Təşkilatının sədri Eldar Əsədov və Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərovla birlikdə Kəbirli kəndində yaşayan Vətən müharibəsi şəhidi Hüseynov Elnur Əhliman oğlunun ailəsində olub, onların qayğıları ilə maraqlanaraq, Vətənə Elnur kimi igid oğul bəxş etdikləri üçün minnətdarlığını bildirib.

    Elnurun keçdiyi döyüş yolundan danışan rayon rəhbəri  onun qısa, lakin mənalı ömür yolunun gənclərə vətənpərvərlik hisslərinin aşılmasında mühüm rol oynadığını bildirib. Qanları ilə tarix yazan torpağı Vətənə çevirən Azərbaycanın Elnur kimi oğullarının unudulmadığını bildirib.

    Azərbaycan Ordusunun əsgəri Hüseynov Elnur Əhliman oğlu 1990-cı il aprelin 16-da Tərtər rayonunun Kəbirli kəndində anadan olub. Noyabrın 11-də Ağdərə istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Noyabr ayının 14-də Tərtər rayonunun Kəbirli kəndində dəfn olunub. Onun özündən sonra 2 qız övladı yadigar qalıb. Daha ətraflı »

  • 03Noy
    Xəbərlər Tərtərdə tarixi Zəfər Gününə hazırlıq işləri aparılır üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Sərəncamına əsasən hər il noyabrın 8-i Azərbaycanda Zəfər günü kimi təntənəli şəkildə qeyd ediləcəkdir.

    Bununla əlaqədar tarixə “qızıl” hərflərlə yazılan “08 Noyabr-Zəfər günü”ə Tərtər rayonunda hazırlıq işləri aparılır. Belə ki, Ali Baş Komandanımızın rəhbərliyi, Müzəffər Ordumuzun şücayəti ilə 44 günlük Vətən Müharibəsində qazanılan Zəfər ilə bağlı rayonun meydan və küçələrinə, inzibati binalara, ticarət obyektlərinə və digər ərazilərə plakatlar yerləşdirilir.

     

  • 03Noy
    İdman Tərtərdə “Zəfər Günü”nə həsr olunmuş məktəblərarası mini futbol turniri keçirilmişdir üçün şərhlər bağlıdır

    25 oktyabr-2 noyabr 2022-ci il tarixlərində Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq, Tərtər rayon Gənclər və İdman İdarəsinin Tərtər Rayon Təhsil sektoru ilə birgə təşkilatçılığı əsasında “8 noyabr-Zəfər Günü”nə həsr edilmiş rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət komandalar arasında mini futbol idman növü üzrə rayon turniri keçirilmişdir.

    Turnirdə ümumilikdə 26 məktəbin komandası iştitak etmişdir. Yarış Olimpiya sistemi(uduzan çıxır) əsasında keçirilmişdir.

    Maraqlı mübarizə şəraitində keçirilən turnirdə Soyulan kənd tam orta məktəbin komandası l yeri, Səhləbad kənd tam orta məktəbin komandası ll yeri, Şəhər 1 saylı tam orta məktəbin komandası isə lll yeri tutaraq kubok və diplomlarla təltif edilmişlər.

     

  • 01Noy
    Xəbərlər Rayon rəhbəri növbəti dəfə vətəndaşları qəbul edib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Qəbulda 28 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.

    Qəbula gələn vətəndaşlar əsasən Vətən müharibəsi zamanı evlərinə dəymiş ziyanla, işlə təmin olunma, maddi yardım, subartezian quyularının təmiri, sahibkarlıq obyektinin tikintisi üçün icazə verilməsi, bələdiyyədən əkin üçün icarəyə torpaq sahəsinin ayrılması, pay torpaq sahəsində olan mübahisə, əlillik dərəcəsinin təyin edilməməsi, küçənin asfaltlanması, dövlət mülkiyyətində olan torpaq sahəsindən bağçılıq məqsədilə icarəyə torpaq sahəsinin ayrılması və digər məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.

    Qəbulda vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

  • 01Noy
    Xəbərlər Tərtər Rayon İcra Hakimiyyətində vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətində həftə ərzində vətəndaşlar qəbul edilir, onların problemlərinin həlli istiqamətində əməli addımlar atılır. Qəbullarda Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavinləri və şöbə müdirləri ilə yanaşı YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov da iştirak edir.

    Fərdi qaydada baş tutan qəbullarda səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapır. Araşdırılması vacib olan məsələlərlə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilir. Keçirilən bütün qəbullarda Azərbaycan Respublikasınım Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğu təmin edilir.

    Məlumat üçün bildiririk ki, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə yaxınlaşaraq, Tərtər Rayon İcra Hakimiyyəti başçısının, icra başçısının birinci müavininin, habelə Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması, İctimai-siyasi və humanitar məsələlər, Hüquq, Memarlıq və tikinti,  Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələri üzrə qəbul günləri barədə məlumatı öyrənə, həmçinin Tərtər rayon icra hakimiyyətinə Rəqəmsal İcra Hakimiyyəti (https://rih.gov.az/) portalı vasitəsi ilə də müraciət edə bilərlər.

     

  • 31Okt
    Şəhidlər VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİNİN AİLƏLƏRİ ZİYARƏT OLUNUB üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev və YAP rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə tərtərli Vətən müharibəsi şəhidlərinin şəhadətə qovuşmalarının ikinci ildönümü ilə əlaqədar şəhid ailələrini ziyarət ediblər.

    Mehdiyev Yasən Alim oğlunun da ailəsi ziyarət olunub.
    Yasən Mehdiyev 19 yaşında şəhidlik zirvəsinə ucalıb. O, 44 günlük Vətən müha-ribəsində oktyabr ayının 23-də Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub, oktyabrın 24-də rayonun Sarıcalı kəndində dəfn olunub.
    Şəhid Mehdiyev Yasən Vətən müharibəsində göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. Yasənin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.

     

  • 31Okt

    Şəhidlər üçün şərhlər bağlıdır

    Mülkü şəhid Quliyev Anar Tofiq oğlunun ailəsində olarkən bildirilib ki, Quliyev Anar Tofiq oğlu müharibədə məğlub olan erməni vandallarının Tərtərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində oktyabrın 21-də şəhid olub. Bu müharibə qaydalarına, beynəlxalq konvensiyalara ziddir, dinc əhalinin atəşə tutulması erməni vandalizm aktıdır.
    Anar Quliyev Tərtərdə dəfn olunub, özündən sonra onun 2 oğlu, bir qızı yadigar qalıb.
    Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
    Allah şəhidimizə rəhmət eləsin!

     

  • 31Okt

    Şəhidlər üçün şərhlər bağlıdır

    Onlar rayonun Kəbirli kəndində 16 yaşlı mülki şəhid Orxan İsmayılzadənin ailəsini ziyarət edib, ailəyə başsağlığı verib, qayğıları ilə maraqlanıblar.
    Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxyub.
    Orxan İsmayılzadə Ermənistan Silahlı Qüvvələrinin Tərtər şəhərini və onun ya-şayış məntəqələrini atəşə tutması nəticəsində şəhid olub. O, Xoruzlu kənd tam orta məktəbinin 10-cu sinfində oxuyurdu, erməni vandalizminin qurbanı olan Orxanın ürəyində nə qədər arzusu vardı.
    Valideynləri ondan göz yaşları içində söhbət açırlar, “axı bu müharibə qanunlarına ziddir, Orxan axı məktəbli idi,”- deyirlər.
    Bəzi dırnaqarası sülh tərəfdaşları erməniləri məzlum, yazıq xalq kimi təqdim etməyə çalışsalar da, faktlar bunu demir. Ermənilərin Tərtəri və onun yaşayış məntəqələrini atəşə tutması nəticəsində 16 nəfər dinc sakin həlak olub, 63 nəfər isə yaralanıb.

     

  • 31Okt
    Şəhidlər Şəhid Məftun Əhmədzadənin qırx mərasimi keçirilib üçün şərhlər bağlıdır

    Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər veteranlar, şəhidin döyüş yoldaşları, ictimaiyyət nümayəndələri, kənd sakinləri iştirak edib.
    Mərasimdə bütün şəhidlərin ruhuna dualar oxunub, keçdikləri döyüş yoluna nəzər salınıb, xatirələri ehtiramla anılıb.
    Qeyd edək ki, Tərtər rayonunun Evoğlu kənd sakini 1996-cı il təvəllüdlü, Azər-baycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, müddətdən artıq həqiqi hərbi xidmət keçən əsgər Əhmədzadə Məftun Seymur oğlu 12-13 sentyabr 2022-ci il ta-rixdə Ermənistan tərəfindən sərhəddə törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.
    Allahdan bütün şəhidləri-mizə rəhmət, qazilərimizə cansağlığı diləyirik.

     

  • 31Okt
    Təhsil Rayon Mədəniyyət Mərkəzində şagirdlərlə görüş üçün şərhlər bağlıdır

    Uşaqlar vətənpərvərlik ruhunda böyüməlidirlər

    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin, Polis Şöbəsinin əməkdaşları, Polis Akademiyasının müəllimləri, qazilər, ictimaiyyət nümayəndələri və digər şəxslər iştirak ediblər.
    Çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Elçin Qasımov və digərləri gənclərin vətənpərvərlik ruhunda və sağlam böyümələrinin, müasir informasiya texnologiyaları haqqında bacarıqlara yiyələnmələrinin əhəmiyyətini qeyd ediblər. Gənclərimizin diqqətinə yaxşı təhsil almağın vacibliyi çatdırılıb, dərslərində uğurlar arzulayıblar. Daha sonra Polis Akademiyasının tarixi, daxili işlər orqanlarında xidmətin şərəflilyi, şagirdlərin DİN sistemində təhsilə təşviq edilməsi, sağlam həyat tərzinin təbliği mövzusundan bəhs olunub.
    Sonda məktəblilərə Polis Akademiyasındakı tədris prosesinə həsr olunmuş videoçarx göstərilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
    Şagirdlər maraqlı görüş üçün öz təşəkkürlərini bildiriblər. Onlar deyiblər ki, bu görüş onların həyat yoluna müsbət təsir göstərəcək və uğur qazanmalarına kömək edəcək.