Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 13İyn
    Digər 15 İyun Milli Qurtuluş Günüdür üçün şərhlər bağlıdır

     

    ÖLKƏNİN TALEYİNDƏ DÖNÜŞ ANI

    Dövlətin və dövlətçiliyin itirilməsi təhlükəsi

    XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan çox keçmədən böyük təhlükələrlə üzləşmişdi. Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.

    AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq yol verdikləri başıpozuq əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması və bütün bunların ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.

    AXC-Müsavat cütlüyü yalnız hakimiyyəti saxlamağı düşünərək ölkəmizə faciə gətirmiş, günahsız insanların həlak olmasına şərait yaratmışdır. Dövlət əmlakının talan edilməsi xalqı acınacaqlı duruma salmışdı. Dövlət idarəetməsində heç bir təcrübəsi olmayan şəxslərin vəzifəyə gətirilməsi suverenliyimizə təhdid yaratmışdı. Bütün ölkələrlə münasibətlər korlanmış, bəzi ölkələrə qarşı iddialar irəli sürməklə Azərbaycanı qonşu ölkələrlə düşmən etmişdi və ölkəni təcrid olunmuş vəziyyətə salmışdı. AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırılaşması, torpaqlarımızın işğalı ilə nəticələnmişdi. Daha ətraflı »

  • 13İyn
    Digər Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə qardaşlığının zirvəsidir. üçün şərhlər bağlıdır

    15 iyun 2021-ci i tarixdə iki qardaş ölkə olan – Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərini tənzimləyəcək sənəd  2022-ci ilin fevralın 1-də Azərbaycanda, 3-də isə qardaş ölkədə tarixi sənəd kimi rəsmi surətdə ratifikasiya edildi. Bu sənəd tarixi baxımından Azərbaycan ilə Türkiyə arasında imzalanan tarixi sənədləri xatırladır. Belə ki, bu sənəd vaxtı ilə imzalanmış və hazırda tarixə çevrilmiş Qars müqaviləsinə, Dostluq və Əməkdaşlıq Müqaviləsinə, Azərbaycan-Türkiyə Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım müqaviləsinə istinad edir. Şuşa Bəyannaməsində ümummilli lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün iki qardaş ölkə barədə kəlamları da bu gün artıq öz təsdiqini tapdı. Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasındakı əməkdaşlığı ən yüksək mərhələyə qaldıraraq Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olmasına yardımçı olacaq.

    Şuşa Bəyannaməsi iki ölkənin bugünkü və gələcək vəziyyətinə ciddi töhfələr verəcək. Azərbaycan və Türkiyənin daha yaxın surətdə müttəfiq olmasını dünyada gedən proseslər zəruri edir.  Bu mütəffiqlik ona görə dir ki, böyük təşkilatlar, beynəlxalq qurumlar ölkələrin suverenliyinin qorunmasında, insanların hüquqlarının təmin olunmasında səmərəli addım atmırlar. Onların yürütdüyü siyasət öz dövlətlərinin mənafeyinə xidmət edir. Bu da ikili standartların yaranmasına gətirib çıxarır. Bütün bunlara görə Azərbaycan və Türkiyə təhlükəsizliyini, suverenliyini təmin etmək üçün öz aralarında yeni formatlar yaratmağa başlayıblar. Daha ətraflı »

  • 11İyn
    Digər  15 İyun Qurtuluş günü – Müstəqil Azərbaycan tarixinin parlaq səhifəsidir üçün şərhlər bağlıdır

    Hər bir xalqın həyatına, taleyinə xoş günlər nəsib olur. Hətta elə olur ki, həmin gün xalqın müqəddəratını həll edir, öz dəyəri, məna-məzmunu tutumuna görə əsrə bərabər tutulur. Hər il iyunun 15-də bayram etdiyimiz Qurtuluş günü xalqımızın taleyində əsl dönüşə çevrilən belə günlərdəndir. Məhz 15 iyun 1993-cü il tarixindən Azərbaycanın dünya birliyi tərəfindən daha ciddi surətdə qəbul edilməsinə başlanılmışdır. Xalqımız həmin günü bütün dünyaya öz kimliyini bir daha göstərə bildi, ümumxalq iradəsinin nəyə qadir olduğunu sübut etdi.

    Tarixə Milli Qurtuluş günü kimi daxil olmuş 1993-cü ilin 15 iyunundan bizi 29 illik bir zaman ayırır. Şübəhsiz, bu bir dövlətin tarixi baxımından qısa bir zamandır. 1993-cü il Azərbaycanın dövlət müstəqilliyi tarixində ən mürəkkəb və həlledici il olmuşdur. Qurtuluş günündən ötən bu illər çox şeyləri dəyişmişdir. Xalqımız milli dövlətini yaratmış və özünün xilaskarının fəaliyyəti nəticəsində bu dövləti əbədi etmişdir. Daha ətraflı »

  • 10İyn
    Xəbərlər Şəhid ailələri ilə görüş üçün şərhlər bağlıdır

    İgid oğulların ömür yolu gənclərə örnəkdir

    Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyevlə birlikdə rayonun Kəngərli kəndində şəhid ailələri ilə görüşüb, onların problemləri və qayğılari ilə maraqlanıb. Görüş Vətən müharibəsi şəhidi, “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif olunmuş Səbuhi Məmmədovun ailəsində baş tutub. Görüşdə Kəngərli kəndindən olan 5 şəhid ailəsi iştirak edib. “Suqovuşanın azad olunması” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmiş İntiqam Mənsimlinin atası Rövşən Mənsimov, saglığında “Azərbaycan Ordusunun 100 illiyi” medalı ilə təltif olunmuş qəhrəman baş leytenantımız, ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni və “Vətən uğrunda” medalları ilə təltif olunmuş Qənbər Qənbərlinin atası Bəhruz Qənbərov, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunmuş Elmin Quluzadənin atası Şəmsi Quluzadə, “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunmuş Elşad Abbaszadənin atası Raquf Abbasov iştirak ediblər.
    Rayon rəhbəri 44 günlük Vətən müharibəsində tərtərli oğulların döyüşlərdə göstərdiyi sücaətlərdən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu bildirib.Qarabağı görməyən gənclərin qəhrəmanlığı, peşəkar döyüşçü olmaları sayəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımız işğaldan azad olu-nub. İcra başçısı belə igid oğullar böyütdükləri üçün şəhid valideynləri qarşısında baş əydiyini bildirib. Qazanılan tarixi zəfərdən sonra işğaldan azad olunmuş torpaqlarda aparılan nəhəng quruculuq işlərindən söhbət açıb. Qeyd edib ki, dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşırlar.
    Milli Məclisin deputatı Sahib Alıyev cəbhə bölgəsində yaşayan tərtərlilərin hər zaman dövlətçiliyə sədaqətli olduqlarını, müharibə dövründə arxa cəbhədə olan sakinlərin ordu ilə birlik nümayiş etdirdiklərini, qələbəmizə bu yolla töhfələr verdiklrəini bildirib. Şəhid valideynlərinin hər birini ayrı-ayrılıqda dinləyib.
    Şəhid valideynləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

     

  • 10İyn
    Xəbərlər İcra başçısının səyyar-qəbul görüşü üçün şərhlər bağlıdır

    Sakinlərin müraciətləri ilə bağlı tədbirlər görülüb

    Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədovun rayonun Kəngərli kəndində səyyar-qəbul görüşü keçirilib.
    Qəbulda Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, rayon ağsaqqallar şurasının sədri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
    Tədbir iştirakçıları əvvəlcə kənddə şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb,onların xatirələrini ehtiramla yad ediblər.
    Kənd sakinlərini salamlayan icra başçısı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən və sosial layihələrdən danışıb.
    Sonra Kəngərli kəndinin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verilib.
    Bildirilib ki, Kəngərli İnzibati Ərazi Dairəsinin 610 hektar ərazisi, 312 təsərrüfatı, 1675 nəfər əhalisi, 402 hektar pay torpağı var. Ərazidə 1 məktəb, 1 tibb məntəqəsi, 1 kitabxana, 8 ticarət obyekti fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər daimi işıq, qaz və su ilə təmin olunurlar. Daha ətraflı »

  • 10İyn
    Xəbərlər Təhsillə yanaşı, şagirdlərin mənəvi dünyasına diqqət göstərilməlidir üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Milli Məclisin deputatı Sahib Alıyev Kəngərli kənd tam orta məktəbində mövcud şəraitlə yaxından tanış olub, məktəbin kollektivi ilə görüşüb, onların qayğıları ilə maraqlanıblar.
    Rayon rəhbəri və Milli Məclisin deputatı Sahib Alıyev bildiriblər ki, müasir dövrümüzdə ölkəmizdə kənd yerlərində təhsilin səviyyəsi heç də şəhər məktəblərindən geri qalmır.
    Təhsillə yanaşı şagirdlərin vətənpərvər böyümə-si, onların mənəvi tərbiyəsi, pis vərdişlərdən uzaq olmaları diqqət mərkəzində saxlanmalıdır.
    Müəllim və valideynlər bu sahədə öz səylərini birləşdirməli, hər bir şagirdə fərdi yanaşmalıdırlar.

     

  • 10İyn
    Xəbərlər Operativ müşavirə keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun sədrliyi ilə keçirilən müşavirədə RİH-nin işçiləri, RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.
    Rayon rəhbəri müşavirədə Dövlət Proqramlarında və Tədbirlər Planlarında icrası nəzərdə tutulan layihə və tədbirlərin digər qurumlarla qarşılıqlı formada rayon ərazi-sində vaxtında və keyfiyyətlə həyata keçirilməsinin vəziyyəti barədə məlumat verərək, həllini gözləyən bir sıra məsələlərin nəzarətdə saxlanılmasını tapşırıb. Müstəqim Məmmədov bildirib ki, rayon ərazisində qanunsuz tikililər bir daha müəyyənləşdirilməklə hüquqi tədbirlərin görülməsi davam etdirilməli, əmək intizamına nəzarət gücləndirilməli, azyaşlıların təhsilə cəlb olunması və yetkinlik yaşına çatmayanların erkən nikahının qarşısının alınması üçün bundan sonra da maarifləndirici və ciddi əməli tədbirlər aparılmalı, ev təsərrüfatlarının uçotu kita-bının bütün bölmələri Statistika Komitəsinin elektron portalı ilə paralel olaraq dəqiqliklə işlənib hazırlanmalı, bir yaşayış məntəqəsində qeydiyyatda olan, lakin digər yaşayış məntəqəsində, o cümlədən xarici ölkələrdə yaşayan şəxslər barədə məlumatlar fərdi qaydada dəqiqləşdirilməli, vətəndaşların qeydiyyata alınması və təsərrüfatbaşına kitabların onlayn vəziyyəti diqqətdə saxlanmalıdır.
    Operativ müşavirədə gündəlikdə duran digər məsələlər də geniş müzakirə və təhlil edilərək aidiyyəti üzrə tapşırıqlar verilmişdir.

     

  • 10İyn
    Kənd Təsərufatı Tərtərdə nümayiş-seminar keçirilib üçün şərhlər bağlıdır

    Taxılçılıqda yeni sortlar və  innovativ becərmə texnologiyaları

    Kənd Təsərrüfatı Nazirliyinin və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə İnstitutun Tərtər Bölgə Təcrübə Stansiyasında “Taxılçılıqda yeni sortlar və innovativ becərmə texnologiyaları” mövzusunda seminar keçirilib. Seminarda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Kənd Təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Nazirliyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov, Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən bəzi özəl şir-kətlərin təmsilçiləri və ətraf kəndlərdə taxılçılıqla məşğul olan bəzi fermerlər iştirak ediblər.
    Tərtər Rayon İcra Hakimiy-yətinin başçısı Müstəqim Məmmədov qonaqları salamlayaraq, seminarın işinə uğurlar arzulayıb, aqrar sahədə əldə olunan uğurlardan, strateji məhsul olan taxılçılığın inkişafı ilə bağlı rayonda görülən işlərdən danışıb.
    Kənd Təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov çıxışında ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsində məhsuldar və keyfiyyətli yeni taxıl sortlarının əhəmiyyətini vurğulayıb. Mövzu ətrafında çıxış edən İmran Cüm-şüdov son illərdə baş verən iqlim dəyişikliyi fonunda taxılçılıqda risklərin artmasına və fermerlərin taxıl sortlarına olan tələb-lərinin dəyişilməsinə toxunub. O bildirib ki, yüksək məhsuldarlıqla yanaşı fermerlər sortun həm də quraqlığa davamlı və tezyetişən olmasını arzulayırlar. Natiq çıxışına davam edərək taxılçılıqda resurslara qənaət etmək üçün yeni və innovativ becərmə texnologiyalarına keçidin zəruriliyinə diqqət çəkib. Daha ətraflı »

  • 10İyn
    Kənd Təsərufatı Baramaçılara tövsiyələr verilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Kənd Təsərrüfatı Nazirinin müavini Sarvan Cəfərov və nazirliyin əməkdaşları rayonun Seydimli, Hacıqərvənd və digər kəndlərində kümçülərlə görüşmüş, baramanın saxlanılması şəraiti ilə maraqlanmış, kümçülərə öz tövsiyələrini vermişlər.

  • 10İyn
    Şəhidlər ŞƏHİDLİK VƏTƏNƏ MƏHƏBBƏTİN ZİRVƏSİDİR üçün şərhlər bağlıdır

    Koma vəziyyətində olan qazi Qəhrəmanlı Yaqub Abdulla oğlu şəhidlik zirvəsinə ucalıb

    Vətən müharibəsində Talış kəndi istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq uzun müddət koma vəziyyətində qalan “N” saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçusu, 14 sen-tyabr 1993-cü ildə Tərtər rayonunun Dəmirçilər kəndində anadan olmuş, Tərtər şəhərində yaşayan Qəhrəmanlı Yaqub Abdulla oğlu şəhidlik zirvəsinə ucalıb. Şəhid doğulduğu Dəmirçilər kənd qəbiristanlığında torpağa tapşırılıb.
    Şəhidin dəfn mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin xidmət etdiyi hərbi hissənin əsgər və zabitləri, şəhid ailələrinin üzvləri, qazilər veteranlar, ictimaiyyət nümayəndələri, rayon sakinləri iştirak ediblər.
    Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bildirib ki, “torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur, ehtiramla anılır. 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbə əldə edib, 30 il işğal altında olan Vətən torpaqları erməni faşizmindən birdəfəlik azad olunub. Xalq-iqtidar-ordu birliyi bizə qələbə sevincini yaşatdı. Bu qələbənin qazanılmasında itkilərimiz də oldu. Allah bütün şəhdilərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Şəhid analarının hər birinin qarşısında baş əyirik. Yaqub kimi igid oğulların xatirəsi heç vaxt unudulmayacaq və gələcək nəsillərə qəhrəmanlıq nümunəsi olacaq”. Daha ətraflı »