Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Mar
    Ədəbiyyat POEZİYA VƏ BAHAR üçün şərhlər bağlıdır

    Möhtəşəm Beynəlxalq Poeziya Gününün baharın ilk günündə qeyd olunması səbəbindən bu başlığı seçdim. Bu bayramlar münasibətilə təbiət vurğunu olan şair xalqımızı təbrik edirəm.
    Ədəbiyyatımızın incilərindən olan poeziyanın sirli aləminə daldıqca oxucuda istər-istəməz bir sual yaranır: Poeziya nədir?!
    Bəzi mənbələrə görə poeziya “danışan rəsmlər” deməkdir. Poeziya bir fikrin nəzmlə deyilməsi, şairanə tərzdə çatdırılma vasitəsidir.
    Klassik şairlərin dünya arxivlərində qorunub saxlanan irsləri (kitablar və ya əlyazmalar) qədim dövrlərin cərəyanını təhlil etməkdə tarixçilərin ən yaxın bələdçiləridir. Şairlərin qüdrətiylə, qiraətçilərin obrazlı diksiyalarıyla, xa-nəndələrin məlahətli, şirin avazlarıyla ruhumuzu cilalayan, zövqümüzü oxşayan, mənəviyyatımızın tələblərini təmin eləyən də poeziya ecazkarlığıdır.
    Poeziyanın cazibəsi və sirri olduqca düşündürücüdür. Çünki, insanlar istər sevinəndə, istər qəmlənəndə, istərsə sevəndə özlərini daha çox poeziyada tapırlar. Şeriyyət ən çox bahar fəsli ilə yaxın, hətta mən deyərdim doğmadır. Bahar qədər tərənnüm olunan, vəsf edilən fəsil yoxdur. Musiqi ilə vəhdət yaradan şeirlər qışda da bahar təravətli olur.
    Mənim fikrimcə, zaman gələcək, fəsillərin bitib yenidən başlanmasını, təbiətin oyanmasını bütün Yer kürəsi “Yeni il” kimi qeyd edəcəkdir. O zaman bu əlamətdar günün adı “Poeziya və bahar” günü olacaqdır. Daha ətraflı »

  • 17Mar
    Milli-mənəvi dəyərlər Novruz birlik, həmrəylik bayramıdır üçün şərhlər bağlıdır

    Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının milli adət-ənənələrinin bir parçası olan Novruz bayramına yüksək dəyər verir və deyirdi:  “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.”

    Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik.

    Vaxt vardı ki, Novruz bayramına dini don geyindirərək, onun keçirilməsinə qadağalar qoyurdular. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. 28 sentyabr – 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. Daha ətraflı »

  • 17Mar
    İqtisadiyyat Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında əlaqələrin böyük perspektivi var üçün şərhlər bağlıdır

    Son illər qlobal iqlim dəyişiklikləri təhlükəsi dünyanın aparıcı ölkələrinin bərpa olunan enerjiyə daha çox diqqət yetirməsinə səbəb olmuşdur. Yaşıl enerji və yaşıl iqtisadiyyat sahəsində qarşıya qoyulmuş hədəflər, reallaşdırılan layihələr enerji sektoruna mühüm təsir göstərib. Azərbaycan da bərpaolunan enerjiyə keçidlə bağlı çağırışları dəstəkləyir və buna çox böyük önəm verir. Bu istiqamət Azərbaycanın sosial-iqtisadi inkişafının milli prioritetlərinin mühüm tərkib hissəsidir.

    Bərpaolunan enerjiyə keçidlə bağlı qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün ötən həftə ölkəmizdə əlamətdar hadisə baş verdi. Səudiyyə Ərəbistanının ACWA Power şirkəti tərəfindən inşa ediləcək 240 MVt gücündə Xızı-Abşeron külək stansiyasının təməlqoyma mərasimi keçirildi. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Səudiyyə Ərəbistanı Krallığının energetika naziri şahzadə Əbdüləziz ibn Salman Al Səud iştirak etdi. Prezident İlham Əliyev açılış zamanı çıxış edərək bildirdi ki, bu stansiya Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verəcək.

    Bu, ölkəmizdə bütünlüklə xarici investisiyalar hesabına həyata keçirilən ilk belə layihədir. Layihə Xızı rayonu Sitalçay kəndi və Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində həyata keçiriləcək. Elektrik stansiyası ildə təxminən 1 milyard kilovat/saat elektrik enerjisi istehsal edəcək, 220 milyon kubmetr qaza qənaət olunacaq, eyni zamanda atmosferə 400 min tondan çox karbon emissiyasının atılmasının qarşısı alınacaq. Daha ətraflı »

  • 16Mar
    Milli-mənəvi dəyərlər Novruz bayramı sülh, əmin-amanlıq bayramıdır. üçün şərhlər bağlıdır

    Şərq xalqları içərisində yayılmış ən qədim tarixə malik olan bayramlardan biri Novruz bayramıdır. Xalqımız  bu bayramı hər il mart ayının 20-21-də  keçirir. Novruz dəyərləri  sivilizasiyanın başlanğıc mərhələlərindən soraq verir. Keçmişə nəzər salaraq görürük ki, bu bayram tarixin dərinliklərinə getdikcə  yeni məlumatlar üzə çıxır, onun haqqında zərdüştilikdən çox-çox əvvəlki çağlardan faktlar aşkarlanır, yeni mənbələr bayramın tarixini daha uzaq dövrlərə aparıb çıxarır. Novruz Şərqin qədim yaz bayramlarından biri kimi xalqımızın təbiət hadisələri barədə əski görüşlərini, onun erkən əmək və məişət həyatını əks etdirməkdədir. Bunları təsdiq edən əsaslı və mühüm faktlar isə təbii ki, Azərbaycan xalqı içərisində bayrama məxsus adət və ənənələr, inanclar, dünyanın yaranışı  və  yüksəlişi ilə bağlı məlum dörd  müqəddəs ünsür – Su, Od, Yel və Torpaqla bağlı etiqadlar, eləcə də bayram məcmuunun tam və pozulmaz qəlblərdə – yetkin formatda xalq içərisində yaşamaqda olan el variantıdır.

    Xalqımız Novruzla bağlı silsilə  nəğmələr yaratmışdır ki, milli əmək və məişət həyatının bütün görüntüləri onlarda öz  əksini tapmışdır.  Bayram ritualları, mərasim, oyun və tamaşaları, inanc, tapınma və etiqadları xalqımızın erkən dövrlərdə yaratdığı arxaik mədəni dəyərlərindən soraq verir, insanları birliyə, dostluq və həmrəyliyə, yüksək əxlaqi idealları qoruyub saxlamağa, onları genişləndirməyə sövq edir.

    1992-ci ildə  xalqımızın  adət-ənənələrini əks etdirən “Novruz bayramı” milli dəyərlərimizin  yaddaşlara  qaytarılmasının  yeni mərhələsi başladı. Daha ətraflı »

  • 15Mar
    Hərbi vətənpərvərlik Şəhid ailəsini ziyarət etdilər üçün şərhlər bağlıdır

    YAP Tərtər rayon Təşkilatının sədri Eldar Əsədov və təşkilatın məsul işçiləri Novruz Bayramı ilə əlaqədar 44 günlük Vətən Müharibəsi şəhidi Mirzəli Rəşad Hafiz oğlunun valideynlərini ziyarət edərək,şəhid valideynlərinə bayram sovqatı təqdim edib,onları təbrik etmişlər.Şəhidin valideynləri ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və birinci xanım Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirmişlər.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin!

     

  • 14Mar
    Digər YAP BÖYÜK NÜFUZA MALİK OLAN SİYASİ TƏŞKİLATDIR üçün şərhlər bağlıdır

    Yeni Azərbaycan Partiyası yarandığı gündən çox şərəfli bir yol keçərək, cəmiyyətin əsas aparıcı siyasi təşkilatına çevrilmişdir. Partiya ötən 30 il ərzində şərəfli yol keçmiş,  xalqımızın inamını və etimadını doğrultmuşdur.

    44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbəmizin reallıqlarının yaratdığı gerçəkliklər  zəminində, 5 mart 2021-ci il tarixdə  keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayı ötən bir ildə ölkənin siyasi həyatına  yeni səhifələr əlavə etmişdir. YAP   keçdiyimiz tarixi  yolu təhlil etməyi, yeni hədəf və vəzifələri müəyyənləşdirməyi bir zərurət kimi ortaya qoymaqda davam edir. Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin partiyanın VII qurultayında çıxışı bu il 30 illik yubileyini qeyd edəcək YAP-ın keçdiyi çətin və şərəfli yolun aydın mənzərəsini yaradır. Həmin çıxışında cənab İlham Əliyev bir daha Yeni Azərbaycan Partiyasının nəinki Azərbaycanın, eləcə də Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olduğunu xüsusi vurğulamışdır. Cənab Prezidentimiz Yeni Azərbaycan Partiyasının VII qurultayında ölkəmizin ötən illərdə əldə etdiyi uğurlardan, ölkəmizin dünyaya  səs salan  yeni reallıqlar yaratmasından danışaraq partiyamızın yeni proqramının  hazırlanmalı olduğunu vurğulamışdır . Qurultayda İdarə Heyətinə 3 ay ərzində partiyanın yeni proqramının hazırlanaraq  təqdim edilməsi tapşırığı verilmiş, tapşırığa uyğun olaraq Yeni Azərbaycan Partiyasının “Biz birlikdə güclüyük!” devizi altında yeni proqramı işlənib hazırlanıb təsdiq edilmişdir. Partiyanın yeni Proqramı özündə  bütün sahələrdə yenilikləri, qarşıdakı dövrdə görüləcək işləri ehtiva edir . Hər bir bölmədə  YAP-ın qarşısında  dayanan hədəflər və vəzifələr göstərilir. Bu baxımdan “Partiyanın əsas hədəfləri” fəslində yer alan “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” bölməsində qeyd olunur ki, Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın həyatında mühüm tarixi hadisədir. Yeni proqramda partiyanın əvvəlki proqramında əksini tapan və müasir dövrün tələblərinə uyğun çağırışlarına cavab verən ideoloji prinsiplər qorunub saxlanılmışdır.

    Son 18 ildən artıq dövrdə Ulu Öndər Heydər Əliyevin siyasi kursunun  Yeni Azərbaycan Partiyasının sədri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizi  dünyaya etibarlı ölkə kimi təqdim edib, sözünün imzası qədər əhəmiyyətli olduğunu  bir daha təsdiqləmişdir. Azərbaycan xalqı  tam əmindir ki, dövlət başçısı cənab İlham Əliyevin və  Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində güclü, qalib Azərbaycanımız bundan sonra daha da inamla irəliyə doğru addımlayacaq, möhtəşəm uğurlara imza atacaqdır.

    Əli Paşayev,

    YAP Tərtər rayon

    təşkilatının əməkdaşı

  • 11Mar
    Digər YAP-ın təşəbbüsləri ilə ölkəmizdə aparılan islahatlar inkişafın yeni mərhələsidir. üçün şərhlər bağlıdır

    Zaman və  dövr keçdikcə  qarşıda yeni hədəflər qoyulur. Bu hədəflərin  uğurla icrası  aparılan islahatlar prosesini sürətləndirməyi tələb  edir. Bu gün  dövlətimizin  beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi qərarlaşması da həyata keçirilən  təkmil islahatların  məntiqi nəticəsidir.  Azərbaycanda  2020-ci il fevral ayının 9-da növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi də məhz islahatları dərinləşdirmək, yeni tərkibdə Milli Məclisin formalaşdırılması idi. Ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası  davamlı inkişafa böyük töhfələr verərək, yeni hədəflərin müəyyənləşdirilməsində təşəbbüskar kimi çıxış edir. Bu cür təşəbbüslərdən biri də  ölkə ictimaiyyətinin ciddi dəstəyini qazanan,  ölkədə dərinləşən islahatlar prosesinin parlamentdə də öz əksini tapması üçün V çağırış Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi olmuşdur. 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərinin nəticəsində formalaşan yeni tərkib, özündə müasir çağırışların  tələblərini aydın şəkildə ifadə edir. Bu seçkilərdə iştirak edən  bütün siyasi qüvvələrin əldə etdikləri nəticələrinə əsasən   ölkəmizdə  çoxpartiyalı parlamenti  formalaşmışdır. Artıq  əminliklə demək olar ki, VI çağırış  Milli Məclis çoxpartiyalı parlamentdir. Siyasi sistemin təkmilləşdirilməsi istiqamətində görülən  işlərdə Milli Məclisin rolunu nəzərə alsaq bu seçkilərin nəticələrinin ölkəmizin qarşısında böyük imkanlar açmasını  inamla qeyd edə bilərik. Daha ətraflı »

  • 10Mar
    Sosial Yeni Azərbaycan Partiyası dünənin, bugünün və sabahın partiyası olduğunu sübut edir üçün şərhlər bağlıdır

    Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında YAP ölkəmizin, xalqımızın həyatında olduqca təsirli rol oynaya biləcəyini qısa zaman kəsiyində inamla nümayiş etdirdi. Partiyanın yarandığı dövrdə hər şeydən dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində təxirəsalınmaz addımlar atmaq tələb olunurdu. Ulu Öndər Heydər Əliyev siyasi irsini yaşadaraq həm dövlətə, həm Yeni Azərbaycan Partiyasına rəhbərliyi dövründə milli inkişaf və maraqlarımızın qorunması istiqamətində yorulmadan fəaliyyət göstərən Prezidenti cənab İlham Əliyev ölkəmizi yeni bir keyfiyyət mərhələsinə yüksəltdi.  Ulu Öndər Heydər Əliyevin siyasi iradəsinin gücü və tarixi zərurətdən yaranmış Yeni Azərbaycan Partiyası qısa zamanda ümumxalq partiyasına çevrilmişdir. Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkəmizin daxili və xarici siyasətinin təmin edilməsində , eləcə də   ölkənin inkişaf strategiyasının qurulmasında əvəzsiz rol oynamışdır.

    2021-ci il 5 mart tarixində YAP-ın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul olunmuş qərarlar və qarşıya qoyulmuş məqsədləri partiyanın yeni inkişaf modelinin  başlanğıcı hesab etmək olar. Daha ətraflı »

  • 10Mar
    Sosial Şəhid analarını təbrik ediblər üçün şərhlər bağlıdır

    8 mart  2022- ci il tarixdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov bir qrup partiya fəalı ilə 8 Mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar  2016- cı ilin Aprel döyüşlərində və  44 günlük Vətən müharibəsində  şəhidlik zirvəsinə ucalan şəhidlərimizin valideyinlərini ziyarət edərək,  şəhid analarını təbrik edib, onlara  bayram hədiyyələri təqdim etmişdir. Şəhid valideyinləri ilə söhbətlər zamanı vurğulanmışdır ki,  məhz Azərbaycan analarının əsl vətənpərvər övladlar yetişdirmələri sayəsində Vətən müharibəsində qələbə əldə olunaraq torpaqlarımız yağı düşmənlərdən azad edilmişdir. Şəhid anaları göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident , Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya  təşəkkürlərini bildirmişlər.

  • 10Mar
    Sosial Azərbaycan cəmiyyətində qadınların rolu və nüfuzu durmadan artmaqdadır üçün şərhlər bağlıdır

    Zərif cinsin nümayəndələri güclü  iradələri ilə milli azadlıq hərəkatının ön sıralarında vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda mətinliklə mübarizə aparıblar . Bu gün Azərbaycan qadını yeni bir cəmiyyətin fəal qurucusu olaraq  hər bir sahədə- idarəetmədə qanunverici orqanlarda , xarici siyasətdə ölkəmizi ləyaqətlə təmsil edir. Bir sözlə qadınlarımızın cəmiyyətdə olduqca böyük rolu var. Bu günki cəmiyyət dünənki qadınların , anaların tərbiyəsinin məhsuludur.Qadınlar nə qədər vətənpərvər, iradəli, fədakar və fəaldırsa gələcəyimiz o qədər inkişaf etmiş olar.

    Ölkəmizdə dövlət qadın siyasətinin əsas prisiplərini müəyyən edilməsini dövlət səviyyəsinə qaldırılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.Bu siyasət Ulu Öndərin layiqli davamçısı Möhtərəm Prezidentimiz , Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev cənabları tərəfindən layiqincə davam etdirilir

    E. G. Əsədov,

    YAP Tərtər rayon təşkilatının sədri