Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Mar
    Xəbərlər Zolgəran və Kovdadıq kəndlərində modul tipli məktəb binaları istifadəyə verilib üçün şərhlər bağlıdır

    Bu münasibətlə hər iki kənddə keçirilən mərasimlərdə rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, təhsil şöbəsinin nümayəndələri, məktəblərin müəllim və şagirdləri, valideynlər iştirak ediblər.
    Tədbirlərdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov yeni məktəblərin istifadəyə verilməsi münasibəti ilə müəllim və şagirdləri, valideynləri təbrik edib, ölkəmizdə təhsilin inkişafı və onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən söz açıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə və onun inkişafına böyük diqqət yetirib. Bu gün isə bu ənənə cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət və Heydər Əliyev Fondu tərəfindən yeni məktəblər, uşaq evləri, liseylər tikilir, məktəblərin maddi-texniki bazası gücləndirilir. Daha ətraflı »

  • 31Mar
    Digər 31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür üçün şərhlər bağlıdır

                          ERMƏNİSTAN BEYNƏLXALQ HÜQUQİ MƏSULİYYƏTƏ CƏLB OLUNMALIDIR

    Ermənilər tərəfindən törədilmiş hadisələr nəticəsində xalqımızın tarixinə heç zaman unudulmayacaq qanlı səhifələr yazılıb. Bunlardan biri də 31 mart soyqırımıdır. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnaksütyundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.
    Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
    XX əsrin əvvəllərində baş verən soyqırım həmin yüzilliyin sonunda bir daha təkrarlanmış və ermənilər yenə də rus havadarlarının köməyi ilə bütöv bir Azərbaycan şəhərini – Xocalını məhv etmiş, onun sakinlərini amansızcasına qətlə yetirmiş, müsibətlər yaşatmışlar. Bu hadisələr yalnız Xocalıda deyil, Qarabağın digər bölgələrində də törədilmiş, dinc, günahsız insanlar, o cümlədən körpə uşaqlar, qocalar və qadınlar kütləvi sürətdə öldürülmüşdür.
    Azərbaycan 44 günlük Vətən Müharibəsində Qələbə çaldıqdan sonra mənfur qonşularımızın digər cinayətlərinin də üstü açılır.
    Belə ki, məlum olub ki, Ermənistan tərəfindən Birinci Qarabağ müharibəsi dövründə əsir və girov götürülmüş azərbaycanlılar amansız işgəncələrə məruz qoyulmaqla qətlə yetirilib, daha sonra onların nəşləri kütləvi şəkildə basdırılıb. Daha ətraflı »

  • 31Mar
    Ədəbiyyat Xurşidbanu Natəvan-190 üçün şərhlər bağlıdır

                                              XALQA MƏHƏBBƏT NÜMUNƏSİNƏ ÇEVRİLƏN HƏYAT

    QƏRƏNFİL
    Xurşidbanu Natəvan                                                                                                                     

    Səni kimdir sevən bica, qərənfil?

    Sənə mən aşiqi-şeyda, qərənfil!

    Səni gülşən ara aşüftə gördüm,

    Yəqin bildim tutub sevda, qərənfil!

    Belə pəjmürdə hal ilə durubsan,

    Düşər güllər əra qovğa, qərənfil!

    Driğa kim, vəfasızdır bu gülşən,

    Gedər bu tələti-ziba, qərənfil!

    Üzündən pərdeyi-nazın kənar et!

    Unutma aşiqi, haşa, qərənfil!

    2022-ci ildə Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın anadan olmasının 190 ili tamam olur. Prezident İlham Əliyev Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir ki, “Qarabağ xanlığının sonuncu varisi Xan qızı Natəvan mənbəyini doğma təbiətin gözəlliklərindən alan ədəbi yaradıcılığını xalqa məhəbbət nümunəsinə çevrilən xeyriyyəcilik fəaliyyəti ilə ahəngdar şəkildə uzlaşdırmış, yaşadığı Şuşa şəhərinin abadlığı və mədəni həyatının canlılığı üçün böyük zəhmət sərf etmiş, humanist təbiətinə və nəcibliyinə görə tanınıb fədakarlıq və mərhəmət mücəssəməsi kimi sevilmişdir. Xurşidbanu Natəvan Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan söz ustalarındandır”.
    Natəvan yaradıcılığa təxminən XIX əsrin əllinci illərindən başlamışdır. İlk vaxtlar onun “Xurşid” imzası ilə yazdığı şeirlərin əksəriyyəti itib-batmış, yalnız cüzi bir hissəsi bizə gəlib çatmışdır. 1870-ildən etibarən şairə özünə “Natəvan” (köməksiz, zəif, xəstə) təxəllüsü götürərək dərin məzmunlu qəzəllərini yaratmışdır. Onun şeirləri hələ sağlığında dildən-dilə düşmüş, müasirləri arasında əlyazma şəklində yayılmışdır. Füzulidə olduğu kimi, onun lirikasında da sevinclə kədər birləşərək vəhdət yaratmışdır.
    Xurşidbanu Natəvan 1832-ci il avqustun 15-də musiqiçilər və şairlər vətəni Şuşada, Qarabağın son hakimi Mehdiqulu xan Cavanşirin ailəsində dünyaya gəlmişdir. Ailədə “Dürrü Yekta”, xalq arasında isə “Xan qızı “ ləqəbi ilə çağırılmışdır. Natəvan saray tərbiyəsi görmüş, dövrün tanınmış alim və sənətkarlarından dərs almışdır. Bir sənətkar kimi yetişməsində Natəvanın mənsub olduğu ədəbi mühitin rolu az olmamışdır. Həyat yoldaşı Xasay xanın qulluğu ilə əlaqədar olaraq, Xurşidbanunun dörd-beş ilə yaxın Tiflisdə yaşaması onun şair və rəssam kimi formalaşmasına böyük təsir göstərmişdir. Daha ətraflı »

  • 31Mar
    Xəbərlər Narkomaniyaya yox deyək! üçün şərhlər bağlıdır

    Narkomanlıq bəşəriyyət üçün böyük təhlükədir

    Rayon polis şöbəsi rayon icra hakimiyyətinin hüquq şöbəsi və rayon təhsil şöbəsi ilə birgə şəhər 1 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” və erkən nigahla bağlı geniş tədbir keçirdi. Tədbirdə rayon polis şöbəsinin, təhsil şöbəsinin və mətbuat nümayəndələri, 1 saylı məktəbin müəllim və şagirdləri iştirak edirdilər.
    Yığıncağı rayon təhsil şöbəsinin müdir əvəzi Nuranə Abdullazadə açaraq, rayon polis şöbəsinin rəisi, polis polkovniki Elçin Qasımova söz verdi. Polis rəisi əvvəlcə tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik etdi. Sonra 44 günlük Vətən Müharibəsində torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından, qanından keçən şəhid oğullarımız haqqında danışaraq, ruhlarının bir dəqiqəlik sükutla yad edilməsini təklif etdi. Sonra iştirakçılar tərəfindən Dövlət himni səsləndirildi.
    Tədbirdə polis rəisi geniş məruzə ilə çıxış etdi.
    Məruzə ətrafında çıxışlar oldu. Rayon təhsil şöbəsinin müdir əvəzi Nuranə Abdullazadə, rayon icra hakimiyyəti hüquq şöbəsinin müdiri Çingiz İsayev müzakirə olunan mövzularla bağlı fikirlərini söylədilər. Daha ətraflı »

  • 31Mar
    Xəbərlər Bayram çələngi üçün şərhlər bağlıdır

    Sarıcalı kənd tam orta məktəbində Novruz bayramı münasibətilə şənlik keçirildi. Şənliyə rayon təhsil şöbəsinin nümayəndəsi, mətbuat işçiləri, “N” saylı hərbi hissənin əsgərləri, valideynlər dəvət olunmuşdular. Hamı – müəllimlər də, şagirdlər də bayram əhval-ruhiyyəsi ilə qonaqları qarşıladılar. İlk sözü məktəbin direktoru Vəsilə Mehdiyeva söylədi. O, hamını Novruz bayramı münasibətilə təbrik edərək xoş gün-güzəran arzuladı. Məktəbin psixoloqu Esmira Qəhrəmanovanın rəhbərliyi ilə şagirdlərin ifasında hazırlanmış bayram çələngi böyük maraqla qarşılandı. Milli geyimlərdə olan oğlan və qızların ifasında səslənən şeir və mahnılar əsil vətənpərvərlik mövzusu ilə bərabər milli adətlərimizə köklənmişdir. Kosa və Keçəlin, Bahar qızın gəlişi, əsgər geyimli şagirdlərin Vətənimizin 44 günlük qələbəsinin rəmzi mənasını bildirən səhnəciklər bayram iştirakçılarının əhval-ruhuiyyəsinə xüsusi fərəh qatırdı. Şənliyin ən yadda qalan hissəsi böyük xeyir-duası oldu. Nənənin söylədiyi xoş sözlər hamının alqışları ilə qarşılandı. Şagirdlər Bahar qızın söylədiyi tapmacaları cavablandırdılar. Mərasimə toplaşan hər kəs ürək sözlərini sevinclə paylaşdı. Xüsusilə hazırda “N” saylı hərbi hissədə xidmət edən məktəbin məzunu Urxanın söylədiyi təbrik hamının sevincinə səbəb oldu.

     

  • 30Mar
    Digər 31 mart Azərbaycanlıların Soyqırımı Günüdür üçün şərhlər bağlıdır

    Tarixin ən dəhşətli faciələri

    “Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan ermənilər müxtəlif mərhələlərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçiriblər. 1905-1907-ci illərdə Bakıda törədilən erməni vəhşilikləri Azərbaycan və indiki Ermənistan ərazisindəki soydaşlarımızın tarixi kəndlərini əhatə edib. Bu hadisələr zamanı yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, minlərlə azərbaycanlı qəddarcasına qətlə yetirilib.
    Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, insanlar işgəncələrə məruz qalmışdır. Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmişdir.
    1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar;
    – 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirilmiş, on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtmışlar; Daha ətraflı »

  • 29Mar
    Digər 31 Mart Soyqırımı azərbaycanlılara qarşı törədilmiş amansız faciələrdən biridir üçün şərhlər bağlıdır

    Erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı nəticəsində rəsmi mənbələrə əsasən on minlərlə soydaşımız məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar viran edilib.

    1918-ci il martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğınına başlanılmışdır. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, uşaqdan böyüyədək hər kəsi qətlə yetirmişlər.1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər.

    Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirilib və Nazirlər Şurası iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul edib. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırıb. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradılıb. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. Daha ətraflı »

  • 29Mar
    Digər 31 Mart Azərbaycanlıların soyqırımı  erməni faşizminin  təzahürüdür üçün şərhlər bağlıdır

      “Böyük Ermənistan” yaratmaq xülyasında olan erməni daşnaqları Azərbaycan xalqına qarşı zaman- zaman soyqırım həyata keçirməklə yüzlərlə yaşayış məntəqəsini yerlə – yeksan etmiş, 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar.Ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. 31 Mart da baş verən qanlı hadisələr Azərbaycan xalqı və dövlətçiliyinin tarixində faciələrin milli yaddaşındakı təzahürü, repressiyalara məruz qalmanın, insanların doğma dədə-baba yurdlarından didərgin salınmalarının  XX əsr tarixindəki ən dəhşətli səhifələridir. Baş vermiş soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında , Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, eləcə də Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdir. 1988-ci ildən ortaya atılan qondarma Dağlıq Qarabağ konflikti nəticəsində də yüz minllərlə azərbaycanlının öz tarixi torpaqlarında qovulmasına səbəb də ermənilərin yüz illərdən bəri “Böyük Ermənistan” yaratmaq xülyalarına xidmət edən faktordur.

    Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Sözügedən Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Fərmanda  deyilirdi:  “Azərbaycanın  XIX-XX  əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı  düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Daha ətraflı »

  • 29Mar
    Digər Ermənilərin törətdiyi bəşəri cinayət – 31 Mart 1918-ci il soyqırımı üçün şərhlər bağlıdır

       Azərbaycan xalqının tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımlar, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdı.

    Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində  “Böyük Ermənistan” yaratmaq ideyasını həyata keçirmək  məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. 1918-ci ilin 31 mart və 1-2 aprel tarixlərində Azərbaycan xalqının başına gətirilən  müsibətlər onu göstərir ki, daşnak-bolşevik silahlı dəstələri xüsusi qəddarlıqla kütləvi qırğınlar törətmişlər. Həmin günlərdə Bakı şəhəri, eləcə də  Bakı ətrafı şəhər və qəzalarda, ölkənin bir çox şəhər və rayonlarında – Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan, Lənkəran, Gəncə və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirmişlər.

    Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 30 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, 10 minlərlə insan öz torpaqlarından qovulmuş , minlərlə insan itkin düşmüş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Daha ətraflı »

  • 28Mar
    İdman Bu günün idmançıları beynəlxalq yarışlarda artıq qalib gəlmiş müzəffər xalqı təmsil edir üçün şərhlər bağlıdır

    Bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır. İdmançılarımızın istər kütləvi, istərdə fərdi idman növlərinə görə əldə etdikləri uğurlar Azərbaycanın idman ölkəsi kimi qazandığı beynəlxalq statusu daha da möhkəmləndirmişdir.

    Güləşçilərimizin sonuncu uğurunu isə Azərbaycan vətəndaşları böyük qürur hissi ilə qarşıladılar.

    Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatında qazanılan qələbə münasibətilə Prezident İlham Əliyev idmançıları qəbul etdi və onlarla görüşdə öz fikirlərini bölüşdü.

    Bildirildi ki, Bolqarıstanda keçirilmiş Avropa çempionatında gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atdılar. Azərbaycan idmançıları yarışda 16 medal qazandı, onlardan 7-si qızıl medaldır. Komanda hesabında ölkəmizin komandası birinci yerə layiq görülmüşdür. Ölkənin dövlət himni yeddi dəfə səsləndirildi.

    Bilirsiniz ki, Azərbaycanda idman uğurla inkişaf edir. Azərbaycan idman dövlətidir və həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər. Daha ətraflı »