Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08May
    Xəbərlər “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

     

    Tərtər Rayon İcra Hakimiyyətinin YAP Tərtər rayon təşkilatının və Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər rayon üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib.
    Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, icra nümayəndələri, mədəniyyət işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
    Tədbir iştirakçıları öncə Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Tədbir rayon Mədəniyyət mərkəzində davam etdirilib.
    Əvvəlcə Dövlət Himni səsləndirilib.
    Sonra Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi üçün canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tədbirdə YAP rayon təşkilatının sədri Eldar Əsədov, Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, Qarabağ Regional Mədəniyyət idarəsinin rayon üzrə nümayəndəsi Ceyhun İsmayılzadə çıxış ediblər.
    Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov yekunlaşdırıb. Daha ətraflı »

  • 08May
    Xəbərlər TƏRTƏR RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI RAYONDA SƏFƏRDƏ OLAN DİNİ KONFESSİYALARIN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞÜB üçün şərhlər bağlıdır

    Ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların nümayəndələri Ermənistanın işğalından azad edilən Suqovuşan qəsəbəsində və Talış kəndində səfərdə olublar. Səfər Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə reallaşıb.
    Dini konfessiyaların nümayəndələri Pasxa bayramı münasibətilə Suqovuşan qəsəbəsindəki və Talış kəndindəki Alban məbədlərini ziyarət ediblər. Dini ayinlər icra olu-nub, bayram duaları oxunub.
    Talış kəndindəki məbədin həyətində bayram süfrəsi açılıb. Süfrəyə kuliç və digər bayram nemətləri düzülüb, mahnılar ifa olunub. Tolerantlığın bariz nümunəsi olaraq xristianlarla yanaşı, müsəlmanlar da bayram tədbirində iştirak ediblər.
    Tərtər Rayon İcra Hakimiyyəti-nin başçısı Müstəqim Məmmədov dini konfessiyaların nümayəndələri ilə görüşərək onlara rayon haqqında və Vətən müharibəsi zamanı Tərtər rayonuna dəymiş ziyanla bağlı ətraflı məlumat verib. Qeyd edib ki, Vətən müharibəsi zamanı Tərtər şəhərinə və onun yaşayış məntəqələrinə erməni terrorçuları tərəfindən 16277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atılıb. Nəticədə rayonun infrastrukturuna, yüzlərlə yaşayış evlərinə, sosial obyektlərinə, o cümlədən 12 körpələr evi-uşaq bağçasına, 16 ümumtəhsil məktəbinə, İlk Peşə İxtisas Məktəbinə, Gənclər Mərkəzinə, 10 tibb, 7 mədəniyyət müəssisəsinə, 1 məscidə, inzibati binalara, nəqliyyat vasitələrinə, kənd təsərrüfatına güclü ziyan dəyib, dağıntılar olub. Daha ətraflı »

  • 08May
    Xəbərlər Şəhid ailələri övladları ilə birlikdə “Bilimdən Zəfərə” layihəsində iştirak ediblər üçün şərhlər bağlıdır

    Mingəçevir şəhərində “YAŞAT” Fondunun, “ASAN xidmət”in, “İnnovasiyalar Mərkəzi”nin, “Bilim Bakı” mərkəzinin birgə təşkilatçılığı, Mingəçevir Şəhər İcra Hakimiyyətinin və “ASAN Könüllüləri” Təşkilatının dəstəyi ilə “Bilimdən Zəfərə” layihəsi baş tutub.
    Layihə Mingəçevir, Tərtər, Ağdaş, Bərdə, Goranboy, Göyçay, Kürdəmir, Ucar, Yevlax rayonundan olan 6-14 yaş aralığındakı 70-ə yaxın şəhid övladını əhatə edib.
    Tərtər rayonundan olan 8 şəhid ailəsi və övladları rayon icra hakimiyyəti tərəfində ayrılmış xüsusi avtobus ilə Mingəcevir şəhərinə yola salınıb. Onların qarşılanma mərasimi Mingəçevir şəhərində “Asan Xidmət” Mərkəzinin qarşısında keçirilib.
    İştirakçılara riyaziyyat, dizayn, təbiət elmləri, texnologiya, astronomiya sahəsində müxtəlif təlimlər, ustad dərsləri keçirilib, proseslərin vizual izahı üçün müşahidələr və təcrübələr aparılıb. Həmçinin maarifləndirici, intellektual oyunlar reallaşdırılıb, “Bilim şou” nümayiş etdirilib. Daha ətraflı »

  • 08May
    Digər “YENİ TƏRTƏR” QƏZETİNDƏ YUBİLEY GÖRÜŞÜ üçün şərhlər bağlıdır

    Beynəlxalq Avrasiya Mətbuat Fondu prezidenti Umud Mirzəyev ispaniyalı fotomüxbir Qervasio Sançez Fernandezlə bugünlərdə 90 yaşı tamam olan “Yeni Tərtər” qəzeti redaksiyasının qonağı olublar.

    ­­­­­­­Uzun illərdən bəri ANAMA ilə Tərtərdə müxtəlif layihələr gerçəkləşdirən BAMF-ın rəhbəri rayonda çıxan “Yeni Tərtər” qəzeti ilə sıx əməkdaşlığın mina maarifləndirməsində önəmli rol oynadığını söylədi. Umud Mirzəyev ərazidə mina təhlükəsizliyinə verdiyi informasiya dəstəyinə görə redaksiya kollektivini Azərbaycan Mətbuat Şurası adından təbrik edərək, yubilyar nəşrə BAMF-ın diplomunu təqdim etdi. O, yarım əsrdən artıq bu qəzetdə çalışan baş redaktor Svetlana Bağırovanın bölgə mediasının tanınmış, cəfakeş qələm sahiblərindən olduğunu söylədi.
    İspaniyalı fotomüxbir Sançez Fernandez də “Yeni Tərtər” qəzetini yubiley münasibətilə təbrik edərək bildirdi ki, o özü də yerli qəzetdə çalışıb. Qonaq qeyd etdi ki, Qarabağ həqiqətləri, Azərbaycanın mina problemi ilə bağlı kitab hazırlayır. Qarabağa sə-fəri zamanı BAMF və ANAMA ilə yanaşı, “Yeni Tərtər” qəzetinin də bu köməyindən faydalanacaq.
    Baş redaktor Svetlana Bağırova bölgə mediasının çətinliklərlə üzləşdiyinə baxmayaraq yerli qəzetin yaşadılmasına çalışdıqlarını bildirdi, Mətbuat Şurasının və Avrasiya Fondunun dəstəyini razılıqla xatırladı.

    T.Rüstəmli, Xalq qəzeti

  • 08May
    Milli-mənəvi dəyərlər ONUN HƏYAT ROMANI üçün şərhlər bağlıdır

    (Qədir Allahverdiyev)

    Qədir Hüsü oğlu Allahverdiyev (Qədir Tərtərli) o insanlardandır ki, belələri haqqında deyirlər:”o, həyata yazıb-yaratmaq üçün gəlmişdir.” Bu arzu gənclik illərində onu o zamankı ADU-nun, indiki Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə gətirmiş, burada həmin dövrün dəyərli ziyalılarından dərs almış, çoxları ilə tələbə yoldaşı olmuş və bu yoldaşlıq ömürlük davam etmişdir.
    Universiteti bitirdikdən sonra savadı, bədii yaradıcılığa böyük həvəsi olan gənc jurnalistə Bakıda iş təklif etsələr də, 5 il gözünü yola dikib oğlunun yolunu gözləyən anasının arzusu ilə o, yenidən Tərtərə, doğma Əskipara kəndinə qayıdır.
    1958-ci ildə o zaman Tərtərdə raykom katibi işləyən Nadir Rüstəmov Qədir müəllimi “Qızıl Bayraq” qəzetinə işə göndərir. Beləliklə də ilk dəfə olaraq ali təhsilli jurnalist redaksiyamızda fəaliyyətə başlayır.
    Qəzetimizin 90 illik yubileyi qarşısında Qədir müəllimin qonağı olduq. Qəzetimizlə bağlı xatirələrini dinlədik.
    “Mənim həyat romanım” kitabından: ” Aradan çox keçməmiş qəzet simasını büst-bütün dəyişdi. Əvvəllər rast gəlinən nöqsan və çatışmazlıqlar aradan qaldırıldı. Hər nömrədə verilən oxunaqlı yazılar, oçerk, felyeton, eləcə də digər satirik və yumoristik məqalələr oxucuların böyük marağına səbəb oldu. Daha ətraflı »

  • 08May
    Digər ZƏRDABİ ADINA SADİQLİK NÜMUNƏSİ üçün şərhlər bağlıdır

    Telefonum zəng çalır. “Yeni Tərtər” qəzetinin redaktoru Svetlana Bağırova idi. Bu barədə bir qədər sonra söz açacağıq…

    Medianın İnkişafı Agentliyinin (MİA) ötən ilin son günlərindən birində media nümayəndələrinin, əsasən də region mediasının təmsilçilərinin Şuşa səhərinə təşkil etdiyi media turu zamanı rayon qəzetlərinin redaktorları daha da yaxınlaşmış, Şuşa şəhərində xeyli dərdləşmiş, düşdüyümüz bu çıxılmaz vəziyyətdən çıxış yolu axtarmağa çalışmışdıq. Düzdür, mən redaktor deyil, redaktor müavini olsam da, sağ olsun MİA, məni də dəvət etmişdi.
    Şuşanı gəzdikcə həmkarlarla dərdləşməyimiz niskilimizi daha da artırdı, Vətəni tərənnüm etmənin ən gözəl vaxtında rayon qəzetlərinin mütəmadi çıxa bilməməsi, nəinki əməkhaqqı, heç çap xərcini belə ödəmə qabiliyyətində olmaması qəlbimizi çox incidirdi.
    Hamımız eyni dərddə idik. Buna baxmayaraq, MİA-ya çox minnətdar idik, adımızı anmış, xatırlamışdılar ki, bunlar da Azərbaycan mediasının təmsilçiləridirlər.
    Burada bir fransız jurnalistinin “Əkinçi” haqqında dediyi sözlər yadıma düşdü. O, “Əkinçi”nin maliyyə vəziyyəti ilə maraqlanarkən çox təəccüblənərək demişdi: “Bizim Fransada belə az maliyyə ilə heç kəs qəzet çıxartmaz”. Bu, ötən əsrdə yox, ondan da əvvəlki əsrdə deyilmiş fikirlərdir. Yəni, ən azından 140 il olar. Bu 140 il ərzində dəyişə bilmişikmi? Əsla yox! Münasibət eynən qalır. Biz də sələfimiz, “mənəvi atamız” Həsən bəydən heç nə ilə fərqlənmirik, onun taleyini yaşayırıq.
    Zərdabini daha yazmasın deyə Zərdaba sürgün etdlər. Kür qırağının qamış basmış, əldən-ayaqdan uzaq, insanların haqqı-ədaləti tapdalanan, sanki bu dünyadan xəbərsiz bir əyalətə gələn Həsən bəy üçün bu yerlər heç də yad yerlər deyildi. Onun doğulub boya-başa çatdığı bir torpaq idi. Zərdabi bütün məhrumiyyətlərə baxmayaraq, oradan ardı-arası kəsilmədən “Kaspi” qəzetinə məqalələr yazdı. Çünki o, bir işıq idi, bir nur idi, millətini cəhalətdən, gerilikdən qurtarmaq üçün Tanrı tərəfindən göndərilmişdi. Daha ətraflı »

  • 08May
    Digər REDAKTORLARIMIZ üçün şərhlər bağlıdır

    VEDİBASARDAN BAŞLAYAN YOL

    (Zülfüqar Fərəcov)

    Öz xatirələrində Zülfüqar müəllim yazır: “Mənim uşaqlıq vaxtlarımın ilk çağları səfalı dağlar qoynunda keçib. Bu kənd kiçik olsa da öz gözəllikləri ilə, sərin, şır-şır axan bulaqları, meşələri, dadlı dağ meyvələri, güllü-çiçəkli düzləri, biçənəkləri ilə məşhur idi və indi də məşhurdur. Mən burada ancaq 6-7 yaşıma kimi olmuşam. Daşnakların qırğın saldıqları illərdə bir çox kəndlərlə birlikdə bizim kənd də yerlə-yeksan edildi, kəndlilərin mal-dövləti talan olundu, evləri yandırılıb külə döndərildi. Çoxlu qocalar, uşaqlar həlak oldu”.
    Bundan sonra o bildirir ki, 7-8 yaşında anasını, 9-10 yaşla-rında isə atasını itirib. Əvvəl isə iki bacısı və bir qardaşı aclığa, əziyyətə tab gətirməyib ölüblər.
    Zülfüqar müəllim və onun sağ qalan yeganə bacısı bir neçə kəndlisi ilə bir çox yeri gəzib dolaşdıqdan sonra Qarabağın ən böyük kəndlərindən olan Xındırıstan kəndinə gəlib çıxıblar.
    Çəkdiyi bütün əzablara baxmayaraq, Zülfüqar Fərəcov savadının artırılması qayğısına qalıb, hətta 1952-ci ildə Azərbaycan KP MK yanında ikiillik partiya məktəbi yanında rəhbər partiya və sovet işçilərini hazırlayan doqquzaylıq kursları bitirib. Daha ətraflı »

  • 08May
    Digər O DÖVRÜN ƏN MƏŞHUR ŞAİRLƏRİ QƏZETİMİZİN QONAĞI OLUB üçün şərhlər bağlıdır

    ­­(Aydın Məmmədxanov)

    Aydın Məmmədxanov 1938-ci ildə rayonumuzun Borsunlu kəndində doğulub. Əvvəl Pedaqoji İnstitutu, sonradan Moskvada Ali Partiya məktəbini bitirib. 1966-1968 və 1970-1971-ci illərdə qəzetimizdə redaktor işləyib. Bu günlərdə Aydın müəllimlə görüşüb qəzetimizlə bağlı xatirələrini dinlədim.
    O bildirdi ki, ötən əsrin 70-ci illərində rayon qəzeti redaksiyasında qonaqlar çox olurdu, xüsusən də məşhur yazıçılarımız, şairlərimiz. Tofiq Bayram, Rəfiq Zəka, Əlfi Qasımov, Əli Kərim, Allahverdi Hacıyev, Məzahir Daşqın və başqaları rayona hər səfərləri zamanı redaksiyaya gəlir, yerli ədəbiyyatsevərlərlə görüşür, onlara dəyərli məsləhətlər verirdilər. Bu isə o zamankı “Qızıl Bayrağ”ın nəzdnində fəaliyyət göstərən ədəbi birliyin fəaliyyətinə müsbət təsir göstərirdi.
    Aydın müəllim sonralar uzun müddət təhsil sahəsində çalışıb. Hazırda təqaüddədir.

    “Yeni Tərtər”

  • 08May
    Digər İctimai müxbirlərimiz üçün şərhlər bağlıdır

    TƏRTƏRİN FƏDAİSİ

    Qədim Qarabağın mərkəzində Tərtər çayının sağ və sol sahilində yerləşən Tərtərin yetirdiyi, Azərbaycan xalqının indiki və gələcək nəsillərə nümunə olacaq şəxsiyyətləri arasında İmamqulu Əkbər oğlu Süleymanovun xüsusi yeri vardır. O, 1916-cı ildə Tərtər rayonunun (Cavanşir qəzası) Düyərli kəndində anadan olmuşdur. Atasını erkən itirən İmamqulu böyük qardaşı Qulu Əkbər oğlunun və anası Həcər təbiətli Güllü nənənin tərbiyəsi ilə böyümüş və təhsil almışdır.
    2000-ci ildə Fərman Tərtərlinin “Ozan” nəşriyyatı tərəfindən nəşr olunmuş “Qəhrəman Tərtər” kitabında “Xatirələrdə yaşayan el ağsaqqalı” yazısında İmamqulu Əkbər oğlu belə xarakterizə olunur: “El arasında həqiqətpərəstliyi, səmimiyyəti, işgüzarlığı, təşkilatçılıq bacarığı ilə seçilən və bü-tün Qarabağda böyük hörmətə malik ağsaqqal idi İmamqulu Əkbər oğlu”.
    1936-1939-cu illərdə Ağdam kənd təsərrüfatının mexanikləşdirilməsi texnikumunda təhsil almış, texnikumu müvəffəqiyyətlə bitirmişdir.
    1939-1942-ci illərdə Tərtər rayon komsomol komitəsinin birinci katibi vəzifəsində işlədiyi dövrdə bir çox gəncin formalaşmasına,onların Bakıda təhsil almalarına göndəriş və zəmanət verilməsini böyük həvəslə təmin edərdi.
    Akademik Vahid Hacıyev 1997-ci ildə Bakı Dövlət Universitetinin rektoru professor Misir Mərdanovun iş otağında məni görərkən (o vaxt mən rektorun köməkçisi və magistratura pilləsinin rəhbəri vəzifəsini yerinə yetirirdim) xüsusi pafosla demişdir: “Atanız mənə və professor Seyfəddin Qəndilova Tərtər şəhər 1 №-li orta məktəbdə təhsil alarkən 1942-ci ildə komsomol bileti təqdim etmiş, çox cavan olmasına baxmayaraq vətənpərvərlik mövzusunda maraqlı tövsiyələr vermişdir. Həm də bizə hədiyyə təqdim etmiş və demişdir: Daha ətraflı »

  • 08May
    Digər Vətən Müharibəsi Qəhrəmanı şəhid Anar Əliyevin atası ilə görüş üçün şərhlər bağlıdır

    Şəhər 1 saylı tam orta məktəbində X “a” sinfi Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Bölməsinin komandiri, ikinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı Anar Vaqif oğlu Əliyevin adını daşıyır. Sinifdə Azərbaycanın igid oğlunun əziz xatirəsinə həsr olunmuş guşə yaradılıb. Guşədə şəhid polkovnik-leytenant Anar Əliyevə və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizə həsr olunmuş kitablar, şəkillər və digər sənədlər toplanıb.
    X “a” sinfinin rəhbəri Kifayət Hüseynova deyir:
    – Şəhidlər bizim qürur yerimiz, fəxrimizdir. Onların həyat yolu, Vətən sevgisi şagirdlərin tərbiyəsində, dünyagörüşlərinin formalaşmasında mühüm rol oynayır. Bu yaxınlarda sinfimizdə Anar Əliyevin atası Vaqif Əliyevlə unudulmaz görüş keçirdik. Məktəb rəhbərliyinin və hörmətli qazilərimizin iştirakı ilə keçirilən bu görüşdən hər birimiz çox təsirləndik.
    Həmin görüş zamanı uşaqlar Azərbaycanın xoşbəxt gələcəyi, suverenliyi uğrunda canlarıından, sağlamlıqlarından keçən oğullarımıza həsr olunan şeirlər söylədilər, mahnılar oxudular.
    Məktəbin direktoru Amil Hüseynov bildirdi ki, şəhidlər heç zaman unudulmur, onların əziz xatirəsi hər birimizin, o cümlədən böyüyən gənc nəslin qəlbində əbədi yaşayır.

    “Yeni Tərtər”