Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Avq
    Digər ÖLKƏMİZDƏ ŞƏHİD AİLƏLƏRİNİN, MÜHARİBƏ ƏLİLLƏRİNİN SOSİAL ŞƏRAİTİNİN YAXŞILAŞDIRILMASI İSTİQAMƏTİNDƏ GÖRÜLƏN İŞLƏR ARDICIL VƏ PLANLI ŞƏKİLDƏ HƏYATA KEÇİRİLİR üçün şərhlər bağlıdır

    Azərbaycan son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.

    Prezident İlham Əliyev 2021-ci il 26 avqust tarixində Abşeron rayonunda şəhid ailələri, müharibə əlilləri və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində bir daha bu əminliyi ifadə etmişdir ki, hərbçilər, qazilər və şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.

    Ölkə başçısı şəhid ailələrinə, müharibə əlillərinə və Vətən Daha ətraflı »

  • 24Avq
    Digər VƏTƏNƏ SƏDAQƏT, MİLLİ DƏYƏRLƏRƏ HÖRMƏT, UĞURLU FƏALİYYƏT, HUMANİZM VƏ ÇEVİKLİK MEHRİBAN XANIM ƏLİYEVANIN FƏALİYYƏTİNDƏ EHTİVA OLUNAN KEYFİYYƏTLƏRDİR üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dövlətçiliyimizin möhkəmləndirilməsində, sosial-iqtisadi və humanitar sahədə dövlət siyasətinin həyata keçirilməsində, Azərbaycanın beynəlxalq imicinin formalaşmasında və dünya dövlətləri sırasında nüfuzunun artmasında xidmətləri əvəzsizdir. Bu amillərin onun ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmasını şərtləndirirdi. Mehriban xanım Əliyevanın fəaliyyətinin aşağdakı istiqamətlər üzrə xarakterizə etmək olar.
    -Yeni Azərbaycan Partiyasının sədr müavini kimi fəaliyyəti;
    – Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi fəaliyyəti;
    – Ulu Öndərin adını daşıyan Fondun prezidenti kimi fəaliyyəti;
    – Azərbaycan Milli Olimpiya Komitəsinin üzvü kimi fəaliyyəti;
    – UNESCO-nun və ISESCO-nun Xoşməramlı səfiri kimi fəaliyyəti.

    Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident kimi fəaliyyəti dövründə Mehriban xanım Əliyeva qısa müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açmış, idarəetmədə qadınların rolunun artmasına səbəb olmuşdur. Mehriban xanımın təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual məsələləri də əhatə edir. Bütün bu qeyd edilən məsələlərə əsasən deyə bilərik ki, bu gün Mehriban xanım Əliyevanın Azərbaycanı dünyada mədəniyyət carçısı, sivilizasiyalararası dialoq, mültikulturalizm və tolerantlıq məkanı kimi təqdim etməsi Prezident İlham Əliyevin müzəffər lider portretini uğurla tamamlayır. Daha ətraflı »

  • 21Avq
    Digər PREZİDENT İLHAM ƏLİYEV: BU MÜHARİBƏ, EYNİ ZAMANDA, ERMƏNİ MİFOLOGİYASININ TAMAMİLƏ MƏHV OLMASI DEMƏKDİR üçün şərhlər bağlıdır

    Laçın və Kəlbəcər təkcə düşmən ölkə ilə dövlət sərhədimizin mövcud olduğu məkan deyil. Ora həm də Şərqi Zəngəzuru gələcəkdə Qərbi Zəngəzurla birləşdirəcək əsas kilid nöqtəmiz və ya körpümüzdür. Məhz bu mənada möhtərəm Prezident İlham Əliyrvin Laçın və Kəlbəcərə səfər etməsi olduqca əhəmiyyətlidir. Çünki hazırda bu ərazilər revanşist Ermənistanın silahlı qüvvələrinin tez-tez atəşə tutduğu əsas istiqamətlərdən biridir. Bundan əvvəl ermənilər Kəlbəcərin Azərbaycanın nəzarətində olmadığı görüntüsünü yaratmağa çalışırdılar. Lakin Prezident İlham Əliyev çətin relyefinə, yolsuzluğuna və ermənilərin atəşkəsi tez-tez pozmasına baxmayaraq Kəlbəcərə səfər planından vaz keçmədi. O, bütün risklərə və təhdidlərə baxmayaraq bu səfəri gerçəkləşdirdi və Birinci vitse-prezident Mehriban Əliyeva ilə birlikdə həm Kəlbəcərə, həm də Laçına gedib orada görülən işlərlə tanış oldu, təməlqoyma mərasimlərində iştirak etdi, eyni zamanda olduqca mühüm açıqlamalar verdi. Prezidentin hazırkı həssas və kritik dönəmdə Kəlbəcər və Laçın rayonuna səfəri Daha ətraflı »

  • 20Avq
    Tərtər RİH-də MÜRACİƏTLƏR DİNLƏNİLDİ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə rayon sakinlərini karantin qaydalarının tələblərinə uyğun olaraq qəbul edib.
    Şəhid ailələri, qazilər növbədənkənar qəbul edilib, problemləri yerində həll olunub.
    Rayon sakinləri Vətən müharibəsində şəxsi əmlaklarına dəyən ziyanın aradan qaldırılması, dövlət tərəfindən veriləcək kompensasiyaların gecikdirilməsi, əkin sahələrinin, həyətyanı sahələrinin suvarılması, özünü-məşğulluq problemləri, ünvanlı sosial müavinət ala bilməmələri və sair məsələlərlə bağlı icra başçısına müraciət ediblər.
    İcra başçısı Respublika Prezidentinin 6 iyul 2021-ci il tarixli Sərəncamları ilə bağlı məlumat verib, vətəndaşların şəxsi əm-laklarına dəymiş ziyanla bağlı onlara kompensasiyaların ödəniləcəyini bildirib, həlli mümkün problemlər həll edilib, araşdırılması vaxt tələb edən müraciətlərlə bağlı isə əlaqədar qurumlara tapşırıqlar verilib. Daha ətraflı »

  • 20Avq
    Xəbərlər ŞƏHİDİN MƏZARI VƏ AİLƏSİ ZİYARƏT OLUNDU üçün şərhlər bağlıdır

    Şəhidimiz Əlizadə Elşən Faiq oğlunun cənnətdəki ilk doğum günü münasibətlə Tərtər Ra-yon İcra Hakimiyyəti, SHXÇDX-nin Tərtər rayon şöbəsi, veteranlar təşkilatlarının nümayəndələri, qazilər və şəhidin yaxınları məzarını ziyarət edərək önünə gül dəstələri düzüblər. Sonra şəhidin yaşadığı evə gedərək ailəsinin qayğıları ilə maraqlanıblar.
    Əlizadə Elşən Faiq oğlu 10 avqust 1995-ci ildə Tərtər rayonunun İsmayılbəyli kəndində anadan olub. 2020-ci il sentyabrın 27-dən ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib və qəhrəmancasına şəhid olub. 16 oktyabr 2020-ci ildə doğulduğu İsmayılbəyli kənd qəbristanlığında dəfn edilib.
    Ölümündən sonra “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

     

  • 20Avq
    Səhiyyə VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ! üçün şərhlər bağlıdır

    16 avqust 2021-ci il tarixindən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və onun qurumlarının qəbul mərkəzlərində, habelə DOST mərkəzlərində vətəndaşların qəbulu və müraciətlərinə baxılması yalnız peyvənd olunmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənəd (COVİD-19 pasportu) olduqları halda həyata keçiriləcək.
    Vətəndaşların Nazirliyin elektron xidmətlərinə etdikləri müraciətlərə baxılması da COVİD-19 pasportuna malik olmaları barədə məlumat daxil edildiyi (o cümlədən ünvanlı dövlət sosial yardımı ilə əlaqədar müraciət zamanı Ərizə-bəyannamədə qeyd edildiyi) halda həyata keçiriləcək.
    Nazirliyin açıqlamasına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində tətbiq olunan bu qayda da əhalinin sağlamlığının qorunması məqsədilə aparılan vaksinasiya prosesində vətəndaşların daha fəal iştirakının təşviq edilməsinə, özlərinin və ətrafdakıların pandemiyadan qorunmasına münasibətdə məsuliyyətin artırılmasına xidmət edir.

     

  • 20Avq
    Digər “YENİ TƏRTƏR”İN 16 YAŞI TAMAM OLUR üçün şərhlər bağlıdır

                                                               ENİŞLİ-YOXUŞLU ÇƏTİN YOLLAR

     

     

     

     

     

     

     

     

    16 ildir ki, qolboyun yol gedirik. Bu yolun çala-çuxuru da olub, hamar yerləri də. Birlikdə büdrəmişik, səndirləmişik, amma yıxılmamışıq, ayaq üstə durmağı bacarmışıq. Yolun başlanğıcında çox əziyyətlər və məhrumiyyətlər çəkmişik. Elə bilin ki, bazara nəsə almağa gedirsiniz, amma cibinizdə 1 manat da olsun pulunuz yoxdur. Lakin alış-veriş etməlisiniz. Yerimiz yox, yurdumuz yox, qələmimiz yox, kağızımız yox. Di gəl qəzet nəşr etdir görüm, necə etdirirsən?! Ən yaxın mətbəə isə ya Gəncə şəhərində, ya da Mingəçevir şəhərində idi. Bəzən yol pulumuz da olmurdu ki, səhifələrin plyonkalarını həmin mətbəələrə aparaq. Digər bir çətinlik də vardı–qəzetin səhifələri çapa getməmişdən əvvəl siqnal nüsxələrini rayon icra haki-miyyətinin başçısına göstərməliydik və o, razılıq verəndən sonra qəzet çap oluna bilərdi. Vay o günə ki, başçı səhifələrdə dəyişiklik edəydi! Onda Mingəçevirə və ya Gəncəyə bir qəzetin nəşrindən ötrü 2-3 dəfə gedib gəlməliydik. Hələ bu harasıdır?! Bir tənqidi material yazmağa ixtiyarımız yox idi. Yazsaq da, üstündən qara qələmlə xətt çəkilirdi – “Olmaz!”.Yəni qəzet rayon icra başçısının qəzeti idi biz də onun ”buyruqçuları”. Onun dediyilə oturub-durmalıydıq, çünki abunə yazılışını o təşkil edirdi, yoxsa… Daha ətraflı »

  • 20Avq
    Digər SƏMİMİ KOLLEKTİV üçün şərhlər bağlıdır

    “Yeni Tərtər” qəzetinin redaksiyasinda Tofiq Yusif başda olmaqla işinin öhtəsindən gələn peşəkar kollektiv çalişir. Bu kollektiv istər Birinci Qarabağ istərsə də, İkinci Qarabağ müharibəsində işgüzar əmək sərf edərək, çox gərgin bir şəra-itdə fəaliyyət göstərmişdir. “Yeni Tərtər” qəzeti çox bö-yük nailiyyətlərə imza atmışdır, qəzet bütün sahələrdə – təhsil, sosial-iqtisadi, siyasi və mədəni sahələrdəki problemlərə toxunur, bu-nunla yanaşı Tərtərin quruculuq işləri haqqında da oxuculara geniş məlumatlar verir.
    Bu gun də “Yeni Tərtər” qəzeti Vətən müharibəsində qələbə sevincini bizlərə yaşadan qazilərimizin, şəhidlərimizin döyüş yolları haqqında məlumat verməklə yanaşı, onların problemlərinin həllində də mühüm rol oynayır. Qəzet Qarabağ müharibələri zamanı ordumuza maddi və mənəvi dəstək olan Tərtər camaatının göstərdiyi fədakarlıqları geniş işiqlandırıb. Daha ətraflı »

  • 20Avq
    Digər QƏHRƏMAN TƏRTƏRİN “YENİ TƏRTƏR” QƏZETİ! üçün şərhlər bağlıdır

    Yaddan çıxmayan tarix 2005-ci ildə “Yeni Tərtər” qəzeti fəaliyyətə başladı. İlk gündən qəzet vətənpərvərlikdən və Tərtərimizin gözəlləşməsindən, abadlaşmasından danışdı. Bu, qəzetin şüarı oldu.
    Ölkə Başçısının dövlətçiliklə bağlı fəaliyyəti, Tərtər Rayon İcra Hakimiyyətinin rayonumuzla bağlı apardığı işlər, iqtisadi durumunun işıqlandırılması, “Köhnə kişilər rubrika” sı, tarixi yerlərimiz, “Şəhidləri”miz, qazilərimizə göstərilən qayğı, milli adət-ənənələrimiz, “Həkim məsləhəti”, “Poeziya”, “Ziyalılar”ımız və s. Mövzular “Yeni Tərtər” qəzetində mükəmməl şəkildə işıqlandırılmışdır.
    Mən çox məmnunam ki, Tərtər rayonunda belə bir demokratik ruhlu, doğruları qələmə alan qəzet fəaliyyət göstərir. Buna görə də “Yeni Tərtər” qəzetinin Baş redaktoru “Qızıl Qələm” mükafatına layiq görülmüş cənab Tofiq Yusifə və qəzet kollektivinə minnətdaram! Daha ətraflı »

  • 20Avq
    Hərbi vətənpərvərlik Şəhidlər unudulmur, biz də unutmayaq üçün şərhlər bağlıdır

                                                                         GÖZÜ YAŞLI ANA İLƏ GÖRÜŞ

    “Şərəfsiz yaşamaqdansa, şərəflə ölmək yaxşıdır”. Bu sözləri yalnız qeyrətli, vətənpərvər, qorxub-çəkinməyən oğullar deyirlər.
    Əjdər Sabirli valideynlərinə deyərmiş : “Müharibə başlasaydı, bu şərəfsiz erməniləri qırardıq!”
    İllərdir xalqın çəkdiyi vətən həsrəti, yurd ayrılığı mərd oğullarımızın gözləri qarşısındadır. Sabirli Əjdər Xanlar oğlu rayonumuzun Hacallı kəndində yaşayırdı. Onun amalı belə idi: “Vətənin qəhrəman oğluna çevrilərək Vətən torpağı uğrunda ya şəhid, ya qazi olmaq!”.
    Əjdərin də qismətinə şəhidlik düşdü, – ən uca zirvə, ən uca məqam! Ömrünün təravətli, Daha ətraflı »