Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Avq
    Xəbərlər ŞƏMİLOV AZƏR ELYAS OĞLUNUN DOĞUM GÜNÜ üçün şərhlər bağlıdır

    Şəhid Azər Elyas oğlu Şəmilovun doğum günü münasibəti ilə Tərtər və Bərdə Rayon İcra Hakimiyyətlərinin, SHXÇDX-nin Tərtər rayon şöbəsinin, veteranlar təşkilatlarının nümayəndələri və qazilər şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüblər.
    Azər Şəmilov 1971-ci il avqustun 13-də Tərtər rayonunun Alışarlı kəndində anadan olub.
    1991-1994-cü illərdə Birinci Qarabağ müharibəsində iştirak edib.
    Azər Şəmilov oktyabrın 14-də Talış döyüşləri zamanı şəhid olub. Bərdə rayo-nunun Kələntərli kəndində dəfn edilib.
    Ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

  • 30Avq
    Xəbərlər QASIMZADƏ AZƏR YAQUB OĞLUNUN ÖVLADI YUSİFİN AD GÜNÜ üçün şərhlər bağlıdır

    Tərtər rayonunun Yenikənd kəndindən olan, 44 günlük Vətən müharibəsində canından keçərək şəhidlik zirvəsinə ucalan şəhidimiz Qasımzadə Azər Yaqub oğlunun övladı Yusifin 6 yaşı tamam oldu.
    Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin, SHXÇDX-nin Tərtər rayon şöbəsinin, veteranlar təşkilatlarının nümayəndələri, şəhid anası Maya Quluyeva, qazilər şəhidin ailəsinin yaşadığı evdə olublar. 6 yaşının tamam olması münasibəti ilə Yusifi təbrik etdib, xoş arzularını çatdırıblar, ailəsinə, vətəninə layiqli övlad olmasını arzulayıb, hədiyyələr bağışlayıblar.
    Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və qonaqlara öz minnətdarlıqlarını bildiriblər.

  • 30Avq
    Xəbərlər MƏMMƏDOV ELMAN BƏHMƏN OĞLUNUN AD GÜNÜ üçün şərhlər bağlıdır

    Bu münasibətlə ictimaiyyət nümayəndələri və qazilər şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.
    Məmmədov Elman Bəhmən oğlu 17 avqust 1991-ci ildə Tərtər rayonunun Borsunlu kəndində anadan olub. Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olan Elman Məmmədov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. 3 oktyabr 2020-ci ildə Füzuli rayonunun Alıxanlı kəndinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
    Allah şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun!

  • 30Avq
    Səhiyyə DEZİNFEKSİYA İŞLƏRİ GÜCLƏNDİRİLİB üçün şərhlər bağlıdır

    Tərtər rayonunda xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara əməl olunması üçün zəruri tədbirlər görülür, sanitar-təmizlik, tibbi-profilaktik və dezinfeksiya işləri aparılır.
    Tədbirlər planına uyğun olaraq növbəti dezinfeksiya işləri çoxmənzilli yaşayış binalarında, ticarət və xidmət obyektlərində, insanların kütləvi toplaşdıqları yerlərdə həyata keçirilir. Bu tədbirlərin nəticəsidir ki, Tərtər rayonunda koronavirusa yoluxanların sayı digər rayonlara nisbətən azdır. Həm də camaat arasında geniş profilaktik və gigiyenik işlərin görülməsinə ciddi nəzarət olunur. Hər kəsə izah olunur ki, bu epidemiya necə yayılır, yoluxmalar necə baş verir və onun qarşısını almaq üçün hansı tədbirlər görülməlidir.

     

  • 30Avq
    Ədəbiyyat 2021-ci il “Nizami Gəncəvi İli”dir üçün şərhlər bağlıdır

                                                              BÖYÜK XALQIN BÖYÜK ŞAİRİ

    Azərbaycan xalqının böyük oğlu Nizami Gəncəvinin dahiyanə əsərləri dünya ədəbiyyatı xəzinəsinin ən parlaq incilərin təşkil edir və bəşəriyyətin yetirdiyi ən böyük dühaların yaratdıqları ölməz abidələr arasında şərəfli yer tutur.
    Nizami Gəncəvi 8 əsr bundan əvvəl yaşayıb yaratmışdır. Şair Gəncədə doğulub. Bu qədim şəhərin xarabalıqları indiki Gəncənin 5 kilometrliyində yerləşir. Şairin doğum ili 1141-ci il hesab olunur. Lakin “Xosrov və Şirin” poemasındakı aftobioqrafik məlumatların tətqiqi başqa qənaətlərə gəlməyə imkan verir. Belə deyilir ki, şair şir bürcü altında doğulmuşdur.
    Şairin əmisi Xacə Ömər görünür, Azərbaycan hakimləri Atabəylərin Gəncədəki sarayında qulluq etmişdir.
    Əsilzadə nəslindən olmasına baxmayaraq, Nizaminin ailəsi o qədər də böyük var-dövlətə malik deyildi. Amma hər halda valideynləri övladlarına o dövr üçün ən yüksək səviyyədə təhsil verməyə imkan tapmışdılar. Şair hələ uşaq çağlarından Quranı öyrənmiş, müsəlman hüququnu, “ədəb” kompleksinə daxil olan bütün fənləri dərindən mənimsəmişdi. Daha ətraflı »

  • 30Avq
    Digər Yurd-yuvalarına qayıtmaq həsrəti ilə yaşayanlar üçün şərhlər bağlıdır

                                                                        DİDƏRGİNLİK AĞIR DƏRDDİR

     

     

     

     

     

     

     

     

     

    Əzizim Vətən yaxşı,
    Geyməyə Kətan yaxşı.
    Gəzməyə qərib ölkə,
    Ölməyə Vətən yaxşı.
    Bu bayatının ruhuna hopan Vətən sevgisi, yurd-yuva doğmalığı, el-oba vurğunluğu hər bir qeyrətli soydaşımızın qəlbində yuvalanıb.
    Hara getsə, harda olsa qədirbilən hər bir soydaşımızın ürəyində bir Azərbaycan var, varlığında əziz bir məmləkət yaşayır, o məmləkət bütöv bir Azərbaycandır!
    Məskənimsən, gözəl məkan,
    Sənsən verən cismimə can.
    Səndən özgə, Azərbaycan,
    Nə var mənim ürəyimdə?
                                                                            (Məmməd Aslan)
    30 il doğma yurd-yuvasına qayıtmaq həsrəti ilə pörşələnən, didərgin soydaşlarımızı yandıran nisgil 44 günlük Vətən savaşındakı tarixi qələbədən sonra bir ümidə çevrildi.Erməni qəddarlığının və erməni barbarlığının yaratdığı qanlı cinayətlər, soyqırımlar nəticəsində öz ev-eşiklərindən perik salınmış 1 milyondan artıq məcburi köçkünlərimiz və qaşqınlarımızın ömürlərinə balta çalsa da, sağ qalanların hamısı geri dönmək istəyi ilə yaşayır, hətta Qərbi Azərbaycandan olan həmvətənlərimiz də öz tarixi torpaqlarına – İrəvana, Göyçəyə, Vedibasara, Dərələyəzə, Zəngəzura və digər mahallarımıza qayıtmağı səbirsizliklə gözləyirlər. Tarixdə ən murdar, ən alçaq və əxlaqsız varlığı tanıyaq deyə Xudaya erməni millətini xəlq eyləyib. Bir millətin varlığında nə qədər kin-küdurət, qısqanclıq, qana hərislik, türkə düşmənlik olmalıdır ki, erməni kimi olsun?! Daha ətraflı »

  • 30Avq
    Digər ZƏNGƏZUR MAHALININ SİSYAN (QARAKİLSƏ) RAYONU üçün şərhlər bağlıdır

    Oğuz türklərinin qədim yurd yeri-Qarakilsə rayonu Sisyan Zəngəzur mahalının ən böyük rayonudur. Mahalın ərazisinin çoxu bu rayonun payına düşür.
    Sahəsi 1719 kv.kmdir. Coğrafi yerləşməsi cənub-şərqdən Gorus rayonu, cənubdan Qafan rayonu, şimal-qərbdən Dərələyəz (Vayk) mahalı və Naxçıvan MR ilə sərhəddir. Rayon Zəngəzur və Bərgüşad dağ silsilələrinin arasında yerləşir, dəniz səviyyəsindən 1400-2300 m. hündürlükdədir, dəniz səviyyəsindən ən yüksək nöqtə İşıqlı dağının zirvəsidir (3552 m.).
    XX əsrin əvvəllərində rayonda 76 yaşayış məntəqəsinin 58-də azərbaycanlılar yaşayırdı. XX əsrin II yarısından bu göstərici kəskin şəkildə azaldı,nəticədə 1988-ci ildə azərbaycanlılar qovulana qədər mövcud 38 yaşayış məntəqəsinin11-i azərbaycanlılara məxsus idi. Qalan yaşayış məntəqələrini ermənilər ələ keçirmiş, 38-i isə xarabalığa çevrilmişdir.
    1886-cı ildə Sisyanda 21072, 1922-ci ildə 21586, 1986-cı ildə isə 34000 nəfər insan qeydə alınmışdır. Onların 70-80%-i azərbaycanlı olmuşdur. Daha ətraflı »

  • 30Avq
    Hərbi vətənpərvərlik Şəhidlər unudulmur, biz də unutmayaq üçün şərhlər bağlıdır

                                                     “ŞƏHİD BULAĞI” İSTİFADƏYƏ VERİLİB

    Əvvəlcə Tərtər rayonunun Kəbirli kəndində 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Hüseynov Elnur Əhliman oğlunun xatirəsinə inşa edilən bulağın açılışı olub.
    Tədbirdə Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsinin rəisi Elşən Abdullayev, şəhid ailələri, qazilər, müharibə veteranları, kənd sakinləri, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Karantin qaydalarına uyğun təşkil olunan açılış mərasimində çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhid Elnur Hüseynovun qısa, lakin şərəfli həyat yolundan danışıb, ötən ilin sentyabrın 27-də başlanan və qısa müddətdə başa çatan Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən bəhs edib.
    Göstərib ki, şərəfli döyüş yolu keçən və noyabrın 14-də Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olan Elnur Hüseynov və onun kimi Daha ətraflı »

  • 30Avq
    Hərbi vətənpərvərlik HÜSƏNLİ KƏNDİNİN ŞƏHİDLƏRİ üçün şərhlər bağlıdır

    Şəhid qapısı–qürurla döydüyümüz, şəhid evi fəxrlə daxil olduğumuz ocaqdır. Şəhid ata-anası–qarşısında daim baş əydiyimiz insanlardır. Şəhidlik – Allah tərəfindən lütf olunmuş və bəxş edilmiş ən uca zirvədir! Şəhid adı bir ömür boyu borclu olduğumuz müqəddəs addır. Bir sözlə, şəhidlər qürurumuz və fəxrimizdir! Bütün bunlarla yanaşı, daim axtardığımız, yolunu hər an gözlədiyimiz, əksi gözlərimizdən silinməyən, ürəyimizin həsrət yarası olan igidlərimizdir! Sizin etdiklərinizin qarşılığında bizlərin axıtdığı göz yaşlarımız, sözlərimiz acizdir. Bəlkə də çatdığınız məqamları görəndə yenidən doğularaq qəhrəmanlıq, şücaət göstərmək istərdiniz. Axı, sizin canınızda-qanınızda qəhrəmanlıq, igidlik olmasaydı bu uca adı qazana bilməzdiniz. Hər birinizdən yazanda, haqqınızda sizə layiq söz axtarıram ki, söylədiyim, yazdığım sizin Şəhid ruhunuza yaraşan olsun.
    Bu gün də şəhidlər haqqında yazacağam. Rayonumuzun erməni təcavüzündən tez-tez zərər görən Hüsənli kəndinin şəhidlərindən. 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərmiş 2 şəhidini xatırlayacağam.

                                                         Məmmədov Taleh Arif oğlu.

    Doğum tarixi 1999-cu il yanvarın 16-sı. Uşaqlığı və yeniyetməliyi bu kənddə – Hüsənlidə keçib. Həmin kəndin tam orta məktəbinin yetirməsi olub. Uşaqlıqdan bir arzusu vardı – idmançı və hərbiçi olmaq. Böyüdü, hərbi xidmət dövrü çatdı. Vətən qarşısındakı borcunu ödəmək üçün əsgəri xidmətə yollandı. İl yarım nə idi ki?! Bir göz qırpımında gəlib keçdi. Xidmətdən geri qayıdanda ata-anasının yanına təşəkkürnamə ilə döndü. Hamı qürurlandı. Valideynlərinə gözaydınlığı verənlər də çox oldu. Xidmət müddətində hərbiçi olmaq istəyi bir az da çoxaldı.Elə çoxaldı ki, onun yolunu yenidən hərbi hissəyə gətirdi. Müddətdən artıq xidmətə yazıldı. Ata-anasının təkidinə baxmayaraq, hərbiçi oldu. Elə xidmət etdi ki, ilk günlərdən Daha ətraflı »

  • 30Avq

    Hərbi vətənpərvərlik üçün şərhlər bağlıdır

    Hüseynov Eşqin Cəsarət oğlu

    1998-ci il yanvarın 20-də böyüdüyü, Tərtərin Hüsənli kəndində doğulub. Uşaqlığından ailəsinin dəli-dlu övladı olub. Əsgərlik vaxtı çatanda kənddəki həmyaşıdları kimi xidmətə yollanıb. Hərbi xidməti Bakı şəhərində keçib. Fövqəladə hallar bölməsində əsgəri xidmətini ləyaqətlə başa vurub. 2018-ci ilin aprel ayında doğma kəndinə qayıdıb. Boş-bekar qalmayıb, ticarətlə məşğul olub. Sonra müddətdən artıq hərbi xidmətə yazılıb. Həm əsgərlik vaxtı həm də müddətdən artıq xidmətdə hərbi hissənin sevimlisinə çevrilib.Komandirlərin verdiyi tapşırıqları ləyaqətlə yerinə yetirməyə çalışıb. Həm də elə burada xidmət müddətində talehini bağlayacaq bir el qızı ilə sövdələşib. 2020-ci il sentyabrın 17-də 5 günlük məzuniyyət götürərək evlərinə gəlib ki, ata-anası gedib həmin qızın razılığını alsınlar. El adəti ilə nişan aparılasıydı…
    Məzuniyyət müddəti başa çatdıqdan sonra Eşqin hərbi hissəyə döndü, hərbiçi yoldaşlarına yaxınlarda nişan qoyduracağından danışdı. Daha ətraflı »