Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11Avq
    Hərbi vətənpərvərlik VƏTƏN MÜHARİBƏSİ VƏ “DƏMİR YUMRUQ” ƏMƏLİYYATI üçün şərhlər bağlıdır

    İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi və ya “Dəmir Yumruq” əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Daha ətraflı »

  • 11Avq
    Digər ŞƏRQİ DƏ BİZİMDİR, QƏRBİ DƏ: ZƏNGƏZUR NECƏ PARÇALANIB üçün şərhlər bağlıdır

    Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi tarixi zəfərdən sonra Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi gündəmə gəldi. Hazırda bu istiqamətdə işlər gedir, tezliklə tarixi torpaqlarımız olan Zəngəzurda regionun iqtisadi mənzərəsini dəyişəcək böyük nəqliyyat infrastrukturunun qurulmasının şahidi olacağıq. Amma bu, hələ hamısı deyil…
    Prezident İlham Əliyevin imzaladığı Fərman əsasında Qarabağ iqtisadi zonası ilə yanaşı Şərqi Zəngəzur iqtisadi zonası da yaradıldı. Bəs, ümumiyyətlə “Zəngəzur” deyəndə tarixi-coğrafi baxımdan nə anlaşılır, bu ərazilər hansı torpaqları əhatə edib və necə oldu ki, onun hüdudları dəyişdi? Qərbi və Şərqi Zəngəzur anlayışlarının yaranmasının tarixi nəyə bağlıdır?
    Həmin tarixi Azərbaycan ərazilərində 1867-ci ildə Zəngəzur qəzası yaradılıb. Qəza Yelizavetpol (Gəncə) quberniyasının tərkibinə daxil olub. Zəngəzur qəzasına indiki Qafan, Gorus, Mehri, Sisian, Laçın, Qubadlı və Zəngilan rayonları aid idi, mərkəz də Gorus qəsəbəsi olub. Daha ətraflı »

  • 11Avq
    Milli-mənəvi dəyərlər MƏHƏRRƏMLİK AYI NİYƏ 60 GÜN ÇƏKİR? üçün şərhlər bağlıdır

    Məlum olduğu kimi, bu ilin avqust ayının 10-dan başlayaraq İslam dünyasında Məhərrəmlik başlayıb və müsəlmanlar 14 əsr öncə Kərbəla faciəsində şəhid olan İmam Hüseyn(ə) və tərəfdarlarına matəm saxlayır. Bu il Aşura günü avqustun 19-a, İmam Hüseynin şəhadətinin qırxıncı günü sentyabrın 27-nə təsadüf edir. Sentyabrın 8-dən isə Məhərrəmlik əyyamının ikinci ayı olan Səfər ayı başlayır. Səfər ayı oktyabrn 7-də başa çatacaq. Beləliklə, Məhərrəmlik ayı ənənəvi olaraq 60 gün davam edəcək.
    Məhərrəmlik ayı niyə 60 gün çəkir? Bu sualın cavabı bəziləri üçün məlum deyil. Qeyd edək ki, Məhərrəm ayı müqəddəs aylardan biridir. Bu ay Peyğəmbərin buyurduğu kimi, müharibələrin qadağan olunduğu aylardan biridir. Lakin Məhərrəm ayının 10-cu günü İslam tarixinə Aşura günü, İmam-Hüseyn əleyhissəlam və Əhli-Beyt tərəfdarlarının haqqı uğrunda şəhadətə yetişdiyi gün kimi daxil olub. Aşuranın qırxıncı günündən sonra 10 gün də Səfər ayı üçün matəm günü hesab olunmasının da öz mənası var. Daha ətraflı »

  • 11Avq
    Milli-mənəvi dəyərlər CƏNNƏT VƏ CƏHƏNNƏM ƏHLİNİN FƏRQİ NƏDİR? üçün şərhlər bağlıdır

    Deyirlər, bir nəfər dua edib Allaha yalvarır ki, ilahi, mənə bu dünyada cənnəti və cəhənnəmi göstər. Görüm oradakıların vəziyyəti necədir, cənnətin ləzzəti və cəhənnəmin əzabı nədən ibarətdir?
    Allah bu adamın duasını qəbul edir. Onun gözləri qarşısında iki qapı görünür. Adam bu qapılardan birinə yaxınlaşıb açır. Görür ki, qapının o biri tərəfindəki otağın ortasında iri bir miz var. Mizin üstünə xörəklə dolu böyük bir boşqab qoyulub. Xörəkdən gələn ətir onun çox dadlı olduğundan xəbər verirdi. Mizin ətrafına acından üzülmüş xeyli arıq adam toplaşmışdı. Xörəyin dövrəsində dairə vurub oturmuş adamların hər birinin əlində uzun qaşıq vardı. Hər kəsin qaşığı onun qoluna bitişmişdi. Qaşıqların dəstəsi çox uzun olduğu üçün, hər kəs oturduğu yerdən rahatlıqla öz qaşığını xörəklə doldura bilirdi. Amma sonra yeməyi agızlarına qoya bilmirdilər, çünki qaşığın dəstəsi uzun idi. Beləcə, bu adamların heç biri yeməkdən bircə qaşıq da yeyə bilmirdi, uzaqdan xörəyə baxa-baxa qalmışdılar.
    Allahdan həmin adama nida gəldi: “Cəhənnəmin mənzərəsini gördün. Indi cənnətə də bax”. Adam ikinci qapını açdı. Burada da oxşar mənzərə ilə rastlaşdı. Yenə otağın ortasına böyük bir miz, onun üstünə dadlı xörəklə dolu iri boşqab qoyulmuşdu. Mizin ətrafında dövrə vurub oturanların da qoluna bitişik uzun qa-şıqları vardı. Amma bu adamlar o birilər kimi arıq deyildilər, ac görünmürdülər. Deyib-gülür, sevinirdilər, bədənləri də kök və sağlam idi. Adamı əvvəlcə heyrət bürüdü. Əgər hər şey o biri otaqdakının eynidirsə, bunlar hansı yolla xörəyi yeyirlər? Axı uzun dəstəli qaşığı ağızlarına aparmaları qeyri-mümkün idi. Daha ətraflı »

  • 11Avq
    Ədəbiyyat BİR DƏSTƏ QIZILGÜL üçün şərhlər bağlıdır

                                                                         (Mini hekayə)

    Baharla Əliş bir ay deyildi ki, nişanlanmışdılar. Hər iki ailədə payız toyuna ciddi hazırlıq gedirdi.
    Aprel döyüşləri başlamağa iki gün qalmış əsgərlikdə topçu olduğundan Əlişi yenidən orduya çağırdılar. Bahar tutulsa da, Əlişin sevinci yerə-göyə sığmırdı. Ermənilərin vəhşiliyi uşaqlıqdan onun içində bir qisas ocağı yandırmışdı.
    Döyüşün dördüncü günü Əlişdən qara xəbər gəldi. Hərbiçilər əsgər yoldaşlarını kəndə gətirib, çiyinlərində son mənzilə apardılar. O gündən Əlişgilin darvazasından bir qırmızı, bir qara lent asılı qaldı. Neçə müddət keçsə də, bu lentləri darvazadan götürməyə kiminsə əli gəlmədi. Lentlər darvazadan asılı qaldıqca, Baharın da qara paltarı dəyişmədi.
    Aradan iki il keçməsinə baxmayaraq Bahar hələ də Əlişin yolunu gözləyirdi. Nə qədər elçi gəlirdisə, daş atıb başını tuturdu. Eləcə deyirdi, mən Əlişə xəyanət edə bilmərəm. Onun xiffətindən anası saç ağartmışdır. Atasının beli də elə bil bükülürdü. Əlişin anası da Bahara minnətçi düşmüşdür.
    – Ay qızım,- deyirdi, oğul mənimdir, onun yarası da mənimlə gedəcək. Gəl ata-anana zülm etmə, ölənlə ölmək olmaz. Daha ətraflı »

  • 30İyl
    Tərtər RİH-də VƏTƏNDAŞLAR RAZILIQ EDİRLƏR üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə rayon sakinlərini qəbul edib. Qəbula vətəndaşların şikayətləri ilə bağlı əlaqədar idarə, müəssisə rəhbərləri də dəvət olunublar.
    Şəhid ailələri, qazilər növbədənkənar qəbul edilib, problemləri yerində həll olunub.
    Köçərli kənd sakinləri əvvəllər suvarmada istfadə etdikləri su arxının bərpası ilə, bəzi vətəndaşlar Vətən müharibəsində şəxsi əmlaklarına dəyən ziyanın aradan qaldırılması, dövlət tərəfindən veriləcək kompensasiyaların gecikdirilməsi, işlə təmin olunma ilə bağlı icra başçısına müraciət ediblər. Onların hər birinin probleminin həllinə həssaslıqla yanaşılıb və köməklik göstərilib.
    İcra başçısı Respublika Prezidentinin 06 iyul 2021-ci il tarixli Sərəncamı ilə bağlı məlumat verib, vətəndaşlara tezliklə onların şəxsi əmlaklarına dəymiş ziyanla əlaqədar olaraq kompensasiya-ların ödəniləcəyini bildirib. Daha ətraflı »

  • 30İyl
    Xəbərlər İCRA BAŞÇISI 85 YAŞLI NUBAR MƏDƏTLİYƏ BAŞ ÇƏKİB üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun Azadqaraqoyunlu kəndində yaşayan 85 yaşlı şairə, publisist Nubar Mədətlinin evində olub, onun səhəti ilə maraqlanıb.
    Nubar Mədətli uzun illər Azadqaraqoyunlu kənd tam orta məktəbində müəllim işləyib. O, “Aşıq Pəri” məclisinin üzvü olub, 10-a yaxın kitab, yüzlərlə məqalə müəllifidir. O, xalq yaradıcılığının araşdırmacısı kimi bir sıra folklor nümunələri yaradıb, həm yerli mətbuatda, həm də respublika mətbuatında maraqlı yazılarla çıxış edib. Nubar xanım yaşının bu vaxtında da öz yaradıcılığını məsuliyyətlə davam etdirir, yeni-yeni bədii əsərlər yazır, folklor nümunələri axtarıb tapır. Nubar Mədətlinin şeirləri indi də oxucular tərəfindən maraqla oxunur.
    Onun 8 övladı, 20-yə yaxın nəvəsi var.
    Şairə icra başçısını gülərüzlə qarşılayıb, Vətən müharibəsində qazanılan Qələbədən sevinc göz yaşları içində danışıb, Daha ətraflı »

  • 30İyl
    Digər Milli Mətbuat və Jurnalistika Günü üçün şərhlər bağlıdır

                                                 MEDİA NÜMAYƏNDƏLƏRİ MÜKAFATLANDIRILIB

     

     

     

     

     

    Azərbaycan Mətbuat Şurası 22 iyul – Milli Mətbuat Gününü kütləvi informasiya vasitələrinin Qarabağ bölgəsi üzrə müxbirləri ilə birgə qeyd edib. Bu münasibətlə Tərtərdə Mətbuat Şurası və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə toplantı keçirilib.Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbirdə çıxış edərək, media nümayəndələrinə Milli Mətbuat Günü ilə bağlı təbriklərini çatdırıb, 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsindən, 30 ilə yaxın işğaldan qalan torpaqlarımızın 44 gün ərzində azad edilməsindən danışıb. Müharibə zamanı jurnalistlər – kütləvi informasiya vasitələrinin bölgə müxbirləri, eləcə də operatorlar xüsusi fəallıqları ilə seçilirdilər. Onlar Azərbaycan ictimaiyyətinin dəqiq və qərəzsiz informasiyalarla təminatında müstəsna missiya yerinə yetiriblər.Bu missiya eyni zamanda vahid hədəf uğrunda dövlət və media əməkdaşlığı baxımından nümunə idi.Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da bölgələrdəki KİV əməkdaşlarını 22 iyul – Milli Mətbuat Günü münasibətilə təbrik edib, əsası dahi mütəfəkkir Həsən bəy Zərdabi tərəfindən qoyulmuş milli mətbuatımızın Azərbaycan xalqının formalaşmasında, ictimai fikir tariximizdə oynadığı misilsiz roldan söz açıb. Daha ətraflı »

  • 30İyl
    Xəbərlər “YENİ TƏRTƏR” QƏZETİNİN ƏMƏKDAŞLARI TƏLTİF OLUNUB üçün şərhlər bağlıdır

    Rayon rəhbəri ”Yeni Tərtər” qəzeti redaksiyasında olub, qəzetin kollevtivini və onların timsalında milli mətbuatımızın çoxsaylı nümayəndələrini, eləcə də oxucuları əlamətdar gün münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycanda söz, fikir, mətbuat azadlığının formalaşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider KİV-nin cəmiyyətdə rolunu yüksək qiymətləndirmiş, bu məsələyə böyük önəm vermişdir. Məhz buna görə də “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdür. Bu gün isə möhtərəm Prezidentimiz İlham Əliyev dövlət-mətbuat münasibətlərində Heydər Əliyev siyasətini uğurla davam etdirir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində mətbu orqanlarının maddi-texniki bazası möhkəmləndirilir, jurnalistlərin sosial- iqtisadi, mənzil-məişət şəraitləri yaxşılaşdırılır.
    İkinci Qarabağ savaşı zamanı informasiya müharibəsində jurnalistlərimiz qələmlərindən silah kimi istifadə etdilər.Həqiqətləri, düşmən təxribatlarını bütün dünyaya çatdırdılar. Yazıları, cəbhə bölgəsindən verdikləri canlı reportajları ilə həmişə ön cəbhədə oldular.
    Sonra qəzetin baş redaktoru Tofiq Yusif milli mətbuatımızın tarixindən söz açıb. Bildirib ki, Azərbaycanın ilk milli mətbu orqanının adı “Əkinçi” olsa da, əsas məqsəd xalqı maarifləndirmək, mütərəqqi ideyaları onlara çatdırmaq idi. Əlbəttə, çar Rusiyasının məmurları bu məqsədi çox tez anladılar və buna görə də “Əkinçi”nin ömrü uzun olmadı. Lakin Həsən bəy Zərdabi əsas məqsədinə çatmışdı. Sonralar onun çağırışına qoşulan onlarla mətbu orqan “Əkinçi”nin yolunu davam etdirdilər.
    Bu gün rayonumuzun “Ye-ni Tərtər” qəzeti də öz sələflərinin ənənələrinə sadiq qalaraq, insanların maarifləndirilməsinə çalışır. Jurnalistlərimizin üzərinə məsul vəzifələr düşür. Sonra bildirib ki, “Yeni Tərtər” bölgə qəzeti olsa da, respublika mətbuatı sırasında onun özünəməxsus yeri var. Belə ki, qəzetin çap variantı ilə yanaşı, onun elektron saytı da fəaliyyət göstərir. Bu da rayonun sosial-iqtisadi həyatında baş verən yenilikləri geniş oxucu kütləsinə çatdırır.
    Redaksiyanın əməkdaşları mətbuat işçilərinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.
    Tədbirin sonunda rayon rəhbəri tərəfindən redaksiyanın əməkdaşlarına qurban payı, pul mükafatı və fəxri fərmanlar təqdim edilib.

     

  • 30İyl
    Xəbərlər “FƏXRİ FƏRMAN”LAR VERİLİB üçün şərhlər bağlıdır

    Milli Mətbuat Günü ilə əlaqədar Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
    Tərtər rayon Gənclər Mərkəzində keçirilən tədbirdə əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda vermiş Vətən övladlarının və xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuş jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni oxunub.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək 44 günlük İkinci Qarabağ müharibəsindən, Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı şanlı qələbədən danışıb.
    “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli çıxış edərək Vətən müharibəsi zamanı medianın fəaliyyətindən və rolundan danışıb. Daha ətraflı »