Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09İyl
    Xəbərlər FAKTARAŞDIRICI MİSSYA üçün şərhlər bağlıdır

    Ombudsman Səbinə Əliyeva və Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK) sədri Süleyman Arslanın rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən ən çox atəşə məruz qalmış rayon olan Tərtərdə faktaraşdırıcı missiya həyata keçiriblər.
    Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri 44 günlük müharibə zamanı yaşayış məntəqələrinin beynəlxalq Daha ətraflı »

  • 09İyl
    Xəbərlər “KƏNDLƏRDƏ İDMANI İNKİŞAF ETDİRƏK” üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin və AFFA-nın birgə təşkilatçılığı ilə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Tərtər rayonunda keçirilib.
    Əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev və millət vəkili Sahib Alıyev Ulu Öndər Heydər Əliyevin Mərkəzi Meydanda ucaldılmış abidəsi önünə tər gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
    Səhləbad və Əskipara kəndlərində keçirilən tədbirdə öncə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov layihənin əhəmiyyətindən, ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb. O qeyd edib ki, indi toplaşdığımız Səhlabad və Əskipara kəndləri düşmənin ən çox artilleriya atəşinə və dağıntıya məruz qalan yaşayış məntəqələrimizdən biridir.
    AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Daha ətraflı »

  • 09İyl
    Kənd təsərrüfatı ARPA BİÇİNİ BAŞA ÇATIB üçün şərhlər bağlıdır

    Tərtər rayonunun təsərrüfatlarında taxıl biçini mütəşəkkil davam etdirilir.
    Rayon Statistika İdarəsindən bildirib ki, bu il 8800,2 hektar sahədə taxıl becərilib. Onun 5295 hektarı buğda, 3505,2 hektarı dən üçün arpadır. Zəmilərdən 31 min 772,8 ton məhsul əldə edilib. Hər hektardan orta məhsuldarlıq 40,4 sentnerdir.
    Artıq arpa biçini başa çatıb. 3505,2 hektar arpa sa-həsindən 13 min 268,6 ton məhsul yığılıb. Hər hektardan orta məhsuldarlıq 2020-ci ilə nisbətən 1,7 sentner artaraq 37,9 sentner təşkil edib.

     

  • 09İyl
    Hərbi vətənpərvərlik Şəhidlər unudulmur, biz də unutmayaq! üçün şərhlər bağlıdır

                                                                                         HƏKİM–DÖYÜŞÇÜ

    Müharibəni qansız, qadasız təsəvvür etmək mümkün deyil. Əlinə silah alan, hərbi texnikaların sükanı arxasında əyləşib düşmən üzərinə irəliləyən hər kəs bilir ki, burada qan axıtmaq da var, ölmək də. Lakin bu itkilərin qarşısında qələbə və zəfər olanda qürurlanmağa dəyər. 44 günlük Vətən müharibəsində yurdumuzun igid oğulları silahlanaraq düşmən qarşısına çıxanda bütün bunları gözə almışdılar. Ölümün gözünə dik baxanlar qazi oldular, şəhid oldular, lakin Vətən tarixinə “Zəfər səhifəsi” yazdılar.
    Belə oğullarımızdan biri də əynindəki ağ xalatı hərbi paltarla əvəz etmiş həkim Azər Şəmilov idi. Onu yaxından tanımaq, haqqında daha mükəmməl öyrənmək üçün ata ocağına –Tərtər rayonunun Alışarlı kəndinə yollandıq. Daha ətraflı »

  • 09İyl
    Hərbi vətənpərvərlik 25 YAŞLI ŞƏHİD üçün şərhlər bağlıdır

    Şəhdilər bizim qürur yerimizdir. Çünki bu igidlərin sayəsində alnımızın qeyrət, namus ləkəsi təmizlənib, əsir insalarımız kimi əsir torpaqlarımız da azad olunub. Tariximizdə yeni səhifə açılıb, Qəhrəmanlıq səhifəsi. Vətinin ərazi bütövlüyü bərpa olunmaqla soydaşlarımızın yurd həsrətinə son qoyulub. Vətən, Torpaq üçün qan töküb, can qoyan igidlərimiz həm xalqımız, həm dövlətimiz tərəfindən böyük sayğı ilə anılır.
    Belə şəhidlərdən biri rayonumuzun Mamırlı kəndində doğulub, orada böyüyüb boya-başa çatmış Babazadə Mirşəmsi Elşad oğludur. O, həqiqi hərbi xidmətini başa vurduqdan sonra doğma kəndinə qayıdaraq təsərrüfat işləri ilə məşğul olmağa başlayıb. Daha ətraflı »

  • 09İyl
    Hərbi vətənpərvərlik Qazilərimiz üçün şərhlər bağlıdır

                                                                  MÜHARİBƏNİN YARATDIĞI İNAM

    44 günlük müharibədən 8 ay keçməsinə baxmayaraq hələ də aldığı yara sağalmayıb, əlilliyinə səbəb olub. Haqqında yazmaq istədiyim qazimiz 1979-cu il oktyabrın 4-də İrəvanlı kəndində doğulan Abdullayev Arzuman Qasım oğludur. O bu günlərdə redaksiyamızın qonağı oldu. Ömrünün bu gününə kimi keçən anlarından–yeniyetməlik çağlarından, hərbi xidmət dövründən, bir də Vətən müharibəsi dövründən qarşılaşdığı dəhşətli günlərdən söz açdı. Dedi ki, onun yeniyetməlik dövrü doğulduğu İrəvanlı kəndində keçib. Orta məktəbi bitirdikdən sonra kişilik məktəbi olan həqiqi hərbi xidmətə çağrılıb. Xidmət müddəti Füzuli rayonunda keçib, motoatıcı bölüyündə xidmət edib. Daha ətraflı »

  • 09İyl
    Milli-mənəvi dəyərlər MƏHƏRRƏM AYININ ƏMƏLLƏRİ üçün şərhlər bağlıdır

    Agah olaq ki, bu ay Məsumların (ə) və onların davamçılarının qəm və qüssə ayıdır.
    Həzrət İmam Rzadan (ə) nəql edilir: “O zaman ki, Məhərrəm ayı gələr, heç kim atamı gülərüz görməzdi. Onuncu gününə qədər bu qəm və qüssəli olmağı davam edərdi. Aşura günü çatanda, onun müsibət, qəm və göz yaşı günü olardı. Buyurardı: Bu gün elə bir gündür ki, Hüseyn (ə) şəhid olmuşdur”.
    Məhərrəm ayının ilk gecəsi: İbni Tavus “İqbal” kitabında bu gecə haqqında bir neçə namaz zikr etmişdir.
    1. Yüz rükət namazdır ki, hər bir rükətində “Həmd” və “Tövhid” surələri oxunur.
    2. İki rükətli namazdır ki, birinci rükətdə “Həmd” və “Ənam” və ikinci rükətdə isə “Həmd” və “Yasin” surəsi oxunar. Daha ətraflı »

  • 09İyl
    Hərbi vətənpərvərlik VƏTƏN SƏNƏ OĞUL DEDİ üçün şərhlər bağlıdır

    Vüsal Şakir oğlu Ağazadə sözün əsl mənasında qeyrətli, dəyərli və mərd oğullarımızdandır. İkinci Qarabağ müharibəsində onun göstərdiyi şücaət bu-nu bir daha sübut etdi. Vüsalın nəsil-nəcabəti Tərtərdəndir. Lakin onun dünyaya gəldiyi əməksevər, vətənpərvər ailə Bakıda yaşayır. Mən Vüsalın atası Şakir Ağayevlə on ildən çoxdur ki, salaməleyküm edirəm, çörək kəsirəm. İkinci Qarabağ müharibəsi başlaysan gündən mən Şakir qardaşımla hər gün demək olar ki, telefon əlaqəsi saxlayırdım. Erməni vandalları Tərtərin dinc əhalisini raket atəşinə tutur, onları qorxutmaq istəyirdi. Lakin igid və mərd tərtərlilər heç nədən qorxmadı və evlərindən çıxmadılar. Ötən ilin oktyabr ayının 6-da növbəti dəfə Şakirlə telefon əlaqəsi yaradanda mənə qürurla bildirdi ki, Vüsal könüllü olaraq cəbhə bölgəsinə gedib. Döyüşlərə həvəslə qatılan Vüsal kəşfiyyat taborunda döyüşüb. İgid və qorxmaz döyüşçü Suqovuşanın azad olunmasında şücaət göstərib, Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib. Mərmi partlaması nəticəsində o, kəllə-beyin travması alıb. Müalicə olunduqdan sonra Vüsal yenidən döyüşlərə qatılıb və azğın düşmənə qan uddurub. Könüllü döyüşçünün həyat səlnaməsinə qısaca da olsa nəzər salaq.Vüsal Şakir oğlu 3 iyul 1991-ci il tarixində Tərtər rayonun Əskipara kəndində dünyaya göz açıb. Orta təhsilə Bakının xətai rayonundakı 165 nömrəli tam orta məktəbində yiyələnib. 2009-2011-ci illərdə hərbi xidmətdə olub. Daha ətraflı »

  • 09İyl
    Hərbi vətənpərvərlik VUR, İGİD ƏSGƏR üçün şərhlər bağlıdır
    Müzəffər ordunla öyün, elimiz,
    Qarabağdan keçir döyüş yolumuz.
    Qüvvətlidir, bükülməzdir qolumuz,
    Qələbə sənindir, vur, igid əsgər!

     

    Təlxəklik eyləyir faşist Paşinyan,
    Bütün dünya bilir, danışır yalan.
    Var olsun Ərdoğan, Ali komandan,
    Qələbə sənindir, vur, igid əsgər!

     

    Şəhidlərin qanı yerdə qalarmı?
    Qartallar qarğaya əsir olarmı?
    İgid torpağını dara salarmı?
    Qələbə sənindir, vur, igid əsgər!
    Erməni terrorçu, erməni barbar,
    Onlarda olmayıb nə namus, nə ar.
    Haqqa güvənənlər qələbə çalar,
    Qələbə sənindir, vur, igid əsgər!

     

    Paşinyan tula tək daban yalayır,
    Rusa, fransıza quyruq bulayır.
    Bilib ki, uduzub, yerində sayır,
    Qələbə sənindir, vur, igid əsgər!
    Qoy yaşasın Azəri türk dostluğu,
    Tutduğumuz yoldur Öndərin yolu.
    Günümüz zəfərlə doludur, dolu,
    Qələbə sənindir, vur, igid əsgər!

    Emin Baratoğlu, AYB-nin və AJB-nin üzvü “Qızıl Qələm” media mükafatı laureatı, Prezident təqaüdçüsü, “Həkəri”nin bölgə müxbiri, Qəbələ rayonu Bum qəsəbəsi

  • 06İyl
    Digər ƏLƏT AZAD İQTİSADİ ZONASININ YARADILMASI İDEYASININ TƏMƏLİNDƏ DÖVLƏTİN SİYASƏTİ DAYANIR üçün şərhlər bağlıdır

    Bildiyimiz kimi qeyri neft sənayesinin inkişafı Ölkə Başçısının iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindən biridir. Bu sahədə görülən işlər nəticəsində son illərdə Azərbaycanda yüzlərlə müasir sənaye müəssisəsi, yeni istehsal sahələri, müxtəlif bölgələrdə sənaye parkları, aqro parklar yaradılmışdır. Bu da daxili tələbatın ödənilməsində yerli məhsulların payını artırmış, ixrac imkanları genişlənmişdir. Bu istiqamətdə görülən tədbirlər sırasında Ələt Azad İqtisadi Zonasının yaradılması da əhəmiyyətli hadisədir. Bildiyimiz kimi iyulun 1-də Ölkə Prezidenti cənab İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimində iştirak edib. Qeyd olunmuşdur ki, 850 ha ərazidə müvafiq infrastrukturun yaradılması nəzərdə tutulmuşdur. Artıq 60 ha ərazidə layihələndirmə işləri başa çatmış və tikintiyə başlanılmışdır. Azad İqtisadi Zonanın yaradılmasında əsas məqsəd yumşaq iqtisadi şərtlərlə, münbit biznes şəraitində xarici investorları Ölkəmizə cəlb edərək qeyri neft sənayesinin əhatə dairəsini genişləndirməklə dünya bazarında rəqabətqabiliyyətli məhsulların istehsalını və ixracını təmin etmək Daha ətraflı »