Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 16İyl
    Hərbi vətənpərvərlik ANA ÜRƏYİNİN SIZILTILARI üçün şərhlər bağlıdır

    Kəngərli kəndindəki şəhid ailələrini ziyarət zamanı İntiqam Mənsimlinin yaşadığı evin də qonağı oldum. Burada hər şey tamam fərqli idi. Sanki şəhid bir oğulun özü yaşayırdı onun üçün ayrılmış otaqda. Qapıdan içəri girərkən elə bil hər kəsə əl uzadıb xoş gəldin deyəcək. Bu otaqda nə varsa İntiqam nəfəslidir. Burada heyrətlənməmək olmur. Otaq İntiqam həsrətli, arzuları ürəyində donub qalmış, günlərini onun xəyalları ilə həmdərd olan ananın istəyilə bu cür yaradılıb. Burada hansı tərəfə üz çevirsən şəhid olmuş deyil, elə bil həyatda yaşayan İntiqamla üz-üzə gəlirsən. Bu otaqda şəhid İntiqam haqqında danışmasını atası Rövşəndən xahiş etdim. Doluxsunmuş ata özünü toplayaraq danışdı: Daha ətraflı »

  • 16İyl
    Hərbi vətənpərvərlik VETERAN ATANIN ŞƏHİD OĞLU üçün şərhlər bağlıdır

    Elmin 1998-ci il 1 noyabr tarixində Kəngərli kəndində doğulub. 3 qardaşın ikincisi olub. Sadə bir ailədə böyüyərək həm ailəyə, həm də Vətənə layıq bir oğul idi. Hərbi xidmətdə Vətəni müdafiə etmək bütün gənc oğlanlarımızın müqəddəs borcudur. Bu borcu şərəflə, ləyaqətlə yerinə yetirmək üçün əsgəri xidmət bir sınaqdır. Bu sınaqdan alnıaçıq, üzüağ keçən oğullarımızdan biri də Elmin Quluzadə olub.
    Elmin hərbi xdməti Bakı şəhərində təlim-tədris mərkəzində keçib. 2018-ci ildə hərbi xidmətini bitirdikdən sonra kənddə təsərrüfatla məşğul olub. Böyük qardaşı Murad müddətdən artıq xidmət etdiyi üçün o da ailəsinə, ata-anasına kömək olmağa çalışıb. 21 sentyabr 2020-ci ildə qismən səfərbərlik zamanı o da könüllü olaraq Orduya yazılıb. Daha ətraflı »

  • 16İyl
    Digər Sadə peşə adamları üçün şərhlər bağlıdır

    HALAL RUZİ

    Kamil bir palançı olsa da insan,
    Yaxşıdır yarımçıq papaqçılıqdan.

                                                                 (Nizami Gəncəvi)
    İnsanın kamilliyi onun peşəsi ilə yox, ağlı, zəkası ilə ölçülür. İnsan sözün həqiqi mənasımda İnsan olmalıdır və mənası yoxdur ki, sən hansı peşənin sahibisən. Ailəni halal ruzi ilə saxlayanlar həmişə Tanrı yanında da əziz olublar.
    Sadə peşə adamlarından söz düşəndə İlqar Sadıqovun adı fəxrlə çəkilir. O, bərbər peşəsində çalışır.
    İlqar 1968-ci ildə Tərtər rayonunun Buruc kəndində doğulub, Daha ətraflı »

  • 16İyl
    Digər İŞGÜZAR QADINLAR üçün şərhlər bağlıdır

    Hər gün səhər-səhər qarşılaşdığım mənzərəni qələmə almaq fikrinə düşdüm. Bununcün hər gün gördüyüm iki qadına yaxınlaşıb:
    –Sabahınız xeyir! Siz harada işləyirsiniz?–deyə, soruşdum. Hər ikisi “Dost Xidmətində”- dedi.
    –Kommunal xidməti müəssisəsində? Saleh müəlimin yanında?– deyə, maraqlandım.
    Yox, Hafiz müəllimin.
    Beləliklə, öyrəndim ki, hər gün rastlaşdığım bu qadınlar Hafiz Ələkbərovun rəhbərlik etdiyi Mənzil İstehsalat Təmiri müəssisəsində çalışırlar. Onların haqqında yazmaq istədiyimi bildirdim. Ona görə də müəssisənin rəhbəri Hafiz müəllimə fikrimi çatdırdım. O, işçiləri haqqında xoş sözlər söyləyərək dedi ki, müəssisəmizdə təmizlik işinə baxan 35 nəfər var. Bu qadınlar onlardan ikisidir– Ofelya Şəmilova və Elnarə Aslanova. Daha ətraflı »

  • 16İyl
    Milli-mənəvi dəyərlər İslam dünyası üçün şərhlər bağlıdır

                                                                                        HAQQI VERMƏMƏK

    Cəmiyyət halında yaşamaq qarşılıqlı haqq və məsuliyyəti də özü ilə gətirir.
    İnsanlar arasında ata-ana və övlad, ər-arvad, qonşu, qohum, dost, işçi-işverən kimi qarşılıqlı əlaqələri təşkil edən fərdi münasibətlər tərəflər üzərinə müxtəlif haqlar qoyur.
    Hörmətli möminlər!
    İslam dini haqqlının haqqını verməyə çox böyük önəm verir. Bildiyimiz kimi, bir gün bu fani dünya həyatı sona çatacaq, həqiqi həyat adlandırdığımız axirət həyatı başlayacaq və hər kəs dünyadakı həyatına görə hesaba çəkiləcək. Ağıllı və bəsirətli insan o insandır ki, Allaha və Onun qullarına qarşı öz vəzifələrini yerinə yetirir, haqq və hüquqlara hörmət göstərir, hesab gününə borcsuz və günahsız getməyə çalışır. Daha ətraflı »

  • 15İyl
    Digər QURBAN BAYRAMI ALLAH YOLUNDA FƏDAKARLIĞIN, İKİNCİ QARABAĞ MÜHARİBƏSİ İSƏ VƏTƏN YOLUNDA FƏDAKARLIĞIN TƏNTƏNƏSİDİR üçün şərhlər bağlıdır

    Qurban bayramı bütün dünya müsəlmanlarının həmrəylik və qardaşlıq rəmzidir. Bu bayramın dövlət səviyyəsində qeyd olunması xalqla dövlətin birliyini, Azərbaycan xalqının öz milli və dini ənənələrinə sadiq olduğunu dünyaya nümayiş etdirir. Azərbaycan xalqı əsrlər boyu, hətta ən mürəkkəb dövrlərdə belə Qurban bayramını özünün əziz günlərindən biri kimi qeyd etmişdir. Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə bu günün müsəlman əhali tərəfindən layiqincə bayram edilməsi üçün əlverişli şərait yaranmışdır.

    Yüz illərdir ki, ayrı-ayrı xalqların və dinlərin mənsublarının mehriban ailə kimi yaşadıqları Azərbaycanda qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühiti mövcuddur. Azərbaycan dünyada tolerantlığın və multikulturalizmin nümunəvi məkanlarından biri kimi tanınır.

    Ümummilli Lider Heydər Əliyevin hər il xalqı Qurban bayramı münasibəti ilə təbrik etməsi, bayramı məcburi köçkün soydaşlarımızla birgə keçirməsi, Daha ətraflı »

  • 13İyl
    Digər ŞUŞA BƏYANNAMƏSİ 13 OKTYABR 1921-Cİ İL TARİXİNDƏ İMZALANMIŞ QARS MÜQAVİLƏSİNƏ İKİ DOST VƏ QARDAŞ ÖLKƏNİN SADİQLİYİNİN TƏCƏSSÜMÜDÜR üçün şərhlər bağlıdır

    15 iyun 2021-ci il tarixdə biz mühüm bir tarixi hadisənin şahidi olduq. Azərbaycan və qardaş Türkiyə arasında unikal bir müttəfiqlik nümunəsi “Şuşa Bəyannaməsi” imzalandı. Bu sənəd hər iki ölkə, o cümlədən region üçün mühüm tarixi əhəmiyyət daşıyır. Birinci növbədə bu müttəfiqlik bəyannaməsi xarici maraqların toqquşduğu bölgədə Ölkəmizin apardığı azad siyaətin məntiqi nəticəsidir. Eyni zamanda bu bəyannamə ilə Azərbaycan Türkiyə münasibətləri yeni bir mərhələyə qədəm qoydu. Burada əks olunan müddəalarda siyasi, iqtisadi, ideoloji, humanitar məsələlər öz əksini tapmış, bütün sahələrin davamlı inkişafı üçün şərait yaranmışdır.

    Şuşa Bəyannaməsi eyni zamanda Ermənistanda mövcud olan revanşist qüvvələrin seçkiqabağı torpaqları yenidən azad edəcəyik mövzusunda səsləndirdikləri şüarları alt-üst etdi. İndi Ermənistanda bəzi nüfuzlu şəxslər o cümlədən Vartan Arutyunyan, Georgiy Vanyan, Edqar Xaçatryan kimi tanınmış hüquq müdafiyəçiləri, Daha ətraflı »

  • 09İyl
    Tərtər RİH-də MÜRACİƏTLƏRƏ HƏSSASLIQLA YANAŞMA üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə rayon sakinlərini karantin qaydalarının tələblərinə uy-ğun olaraq qəbul edib.
    Vətəndaşlar 44 günlük Vətən müharibəsində evlərinə dəyən ziyanla, təmir-tikinti, məişət əşyalarının qiymətləndirilməməsi, əkin sahələrinin suvarılmasında rastlaşdıqları çətinliklərlə, işlə təminat və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər.
    Şəhid ailələri, qazilər növbədənkənar qəbul edilib, lazımi köməkliklər göstərilib.
    Sakinlərin problemləri dinlənildikdən sonra, icra başcısı tərəfindən həlli mümkün müraciətlər yerindəcə həll edilib, həlli vaxt tələb edən müraciətlərlə bağlı isə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
    Qəbulda olan sakinlər onların müraciətlərinə həssas-lıqla yanaşıldığına görə razılıqlarını bildiriblər.

     

  • 09İyl
    Xəbərlər POLİS İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI üçün şərhlər bağlıdır

    Polis işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirildi. Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin Mərkəzi Meydanda ucaldılmış abidəsi önünə tər gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
    Sonra tədbir karantin qaydalarının tələblərinə əməl etməklə rayon polis şöbəsində davam etdirilib.
    Tədbiri giriş sözü ilə açan rayon polis şöbəsinin rəisi, polis polkovniki Elçin Qasımov tədbir iştirakçılarını Azərbaycan polisinin peşə bayramı günü münasibətilə təbrik edib, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun şəxsi heyətə ünvanladığı təbrik məktubunu oxuyub, Azərbaycan polisiinin keçdiyi tarixi yola nəzər salaraq, Azərbaycan polisinə böyük diqqət və qayğının göstərildiyini qeyd edib. Daha ətraflı »

  • 09İyl
    Xəbərlər ORDEN VƏ MEDALLARIN TƏQDİMATI üçün şərhlər bağlıdır

    Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirərək Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş tərtərli igidlərin ailələrinə və Vətən müharibəsi iştirakçılarınaorden və medalların təqdimetmə mərasimi keçirilib.
    Tədbirdə şəhidlərimizin döyüş yoluna nəzər salınıb. Qeyd edilib ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaq. Ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet vəzifələrdəndir.
    Toplantıda ölkəmizdə ordu quruculuğu sahəsində aparılan islahatlardan bəhs edilib. Bildirilib ki, Müzəffər Ali Baş Komandan və şanlı Azərbaycan Ordusu tarixi qələbə ilə Azərbaycan tarixində yeni səhifə açdılar. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə bizim milli qürur mənbəyimiz, çox şərəfli tariximizdir.
    Tədbirdə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə təltif olunmuş 37 tərtərli şəhidin orden və medalları onların ailə üzvlərinə, 14 nəfər müharibə iştirakçısı və qazilərimizin orden və medalları isə özlərinə təqdim olunub.