Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 14İyn
    Ədəbiyyat YERDƏKİ DİNMİRSƏ, GÖYDƏKİ NEYLƏSİN üçün şərhlər bağlıdır

    Yol getdiyim yerdə birdən elə bir şey yadıma düşür ki, başlayıram gülməyə. Nə qədər özümü sıxıram ki, gülməyim, yenə də gülürəm. Gülmək də var, gülmək də. Xeyli çəkəndən sonra bir təhər sakitləşirsən. Sakitləşən kimi də o tərəf bu tərəfə boylanırsan ki, birdən görən olar. Görən oldusa, vay halına. Deməzmi, yolun ortasında bu kişi öz-özünə niyə gülür? Yəqin o məsələ…Yəni havalanmışam. And verirəm Allahın adına, məni qınamayın. Bilirsiz nəyə gülürəm? Hardansa yadıma Ramazan ayının birinci gününün duası düşür. Bilmirəm bunu necə yozum? O mənadan ki, duada deyilir:”Bu ayda günahlarımdan keç, ey aləmlərin tanrısı! Məni bağışla, ey günahkarları bağışlayan!”.
    Düzünə qalsa burada gülməli bir şey yoxdur. Bu insanları düz yola dəvət etməkdir, yolunu azanlara nəsə xatırlatmaqdır. Mən tamamən başqa bir mətləbə gülürəm. Tutalım ahıl bir kişiyəm. Xeyli gün keçirmişəm. Mən bir yana, cavanları deyirəm. Ya da cavanlarla ahıl olanlar arasındakıları.
    Necə olsa da bunlar günah edə bilərlər. Günahsız adam varmı ki? Ola da bilməz. Söhbət oruc tutan 10-12 yaşlı uşaqlardan gedir. Bunlar nə yatdılar ki, nə də yuxu görələr?! Bu yaşda olan tifillər nə günah iş görüblər ki, bağışlanmalarını Tanrıdan istəsinlər. Uşaq hardasa, nədəsə səhv edib. Dalaşıb, pis söz deyib, kimisə cırnadıb, atasının tapşırığı yadından çıxıb, anasının dediyini unudub. Bunlar günah sayılırsa, daha nə deyim? Uşaq səhv iş görər, amma onların səhvi günaha yazılmaz. Bəs onda niyə uşaq deyirlər? Daha ətraflı »

  • 14İyn
    Ədəbiyyat KOROĞLU OLMAZ üçün şərhlər bağlıdır

    Keçəl Həmzə adında bir məmur yol gedərkən bərk acır. Restorana da xeyli yol qalıbmış. Gedib çatınca acından lap heydən düşər.
    Keçəl Həmzə buralara yaxşı bələd idi. Bilirdi ki, qənşərindəki evdə bir qoca, kimsəsiz arvad olur. Qara rəngli, çox bahalı maşınından düşüb qapını yavaşca taqqıldatdı. İçəridən hay verən olmadı. Birdən yadına düşür ki, qoca arvaddı, qulaqları ağır eşidər. Ona görə yerdən bir samballı daş götürüb qapıya vurur. Heç yarım dəqiqə keçməmiş qapı cırıldaya-cırıldaya aralanır. Qarı nənə başını qapıdan çıxarıb deyir:
    -Kimsən, a bala?
    Keçəl Həmzə dillənir:
    -Mənəm, ay nənə, allah qonağı.
    -Keç içəri, ay oğul, allaha da qurban olum, qonağına da.
    Keçəl Həmzə içəri keçir. Soruşur ki:
    -Otaq niyə qaranlıqdır, ay nənə?
    -Qaranlıq, olmayıb neyləsin, ay oğul. Bir həftədir gəlib kəsdilər. Dedilər işığa borcum var.
    -Bəs köməyin yoxdumu?
    -Bir nəvəm vardı. Allah onu da mənə çox gördü, şəhid oldu.
    -İşıq pulunu niyə vermirsən? Pensiya ki alırsan. Daha ətraflı »

  • 14İyn
    Ədəbiyyat GETDİM CƏHƏNNƏMƏ üçün şərhlər bağlıdır

    Elə ki, söhbət şeytandan başladı, gərək ən azı üç dəfə bismillahir-rəhmanirrahim deyəsən ki, səndən əl çəksin. Yoxsa yaxandan yapışdımı, qopası deyil. Bilirsən onda nə sifət var? Allahın üzünə ağ olan yeganə mələkdir. Beləsindən nə gözləyəsən?
    Allah Şeytan adlı mələyi oddan yaradıb. Sonra da Adəmi. Hökm edib ki, bütün mələklər Adəmə itaət etsinlər. Şeytan özündən çıxıb deyir:
    -Mən Adəımdən əvvəl yaradılmışam, özü də oddan. Adəm isə məndən sonra yaradılıb, həm də kirli-pasaqlı, cücülü-mücülü palçıqdan. Mən niyə ona boyun əyməliyəm? Əymirəm!
    Canım fəda olmuş Allah necə qəzəblənirsə, Şeytanı bir başa cənnətdən cəhənnəmə göndərir və deyir ki, get, sən yiyənmədin.
    Şeytan Allahın bu hərəkətindən çox pərt olub, bütün Adəm övladlarından intiqam almağı qarşısına məqsəd qoyur. Hətta strateji plan hazırlayıb, başlayır bu planı birbəbir yerinə yetirməyə. Deyir ki:
    – Qoy insanlar allaha asi düşsünlər, Quranı oxumasınlar, Allahın buyurduğu düz yoldan çıxıb, özlərini daşlı-kəsəkli yola versinlər.
    Şeytan cəhənnəmdə dayanmadı. Onu bir yerdə zəncirləsən də, duruş gətirən deyil. Başladı dünyanı gəzməyə. Xeyli dolaşdı, ölkələri bir-bir “dişinə vurdu”, axır gəlib çıxdı İran deyilən bir vilayətə. Gördü bura çox səfalı yerdir. Həm də gecə -gündüz Qurandan danışırlar. Həzrət Peyğəmbərimiz Məhəmməd salavatullahdan misallar gətirirlər. Adlarını da qoyublar müsəlman. Və qışqırırlar ki, müsəlman müsəlmanın qardaşıdır. Şeytan qərara gəldi ki, əsl axtardığı yer elə buradır.
    Ayağını bu torpağa basan kimi girdi ayətullahların cildinə. Onlar da Azəri müsəlmanların üzünə güldülər, əl altdan nə yamanlıq qaldı etməsinlər. Aləm gizli-gizli qarışdı bir-birinə. Hal-qəziyyəni belə görən Şeytan sinəsinə vurub başladı öyünməyə:
    -Əhsən mənə! İş görəndə belə görəsən. İranlılara elə dərs keçmişəm ki, artıq bunlara Şeytan lazım deyil. Daha ətraflı »

  • 10İyn
    Tərtər RİH-də ALİ MÜKAFAT TƏQDİM EDİLİB üçün şərhlər bağlıdır

    “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyi tərəfindən Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov “Böyük Vətənpərvər” Ali Mükafatına layiq görülmüşdür. Bu mükafat ona Vətən müharibəsi dövründə göstərdiyi vətənpərvərlik fəaliyyətinə görə verilmişdir. Ali mükafatı icra başçısına “Həqqiqət” Tarixi Araşdırmalar İctimai birliyinin nümayəndə heyəti təqdim edib.

  • 10İyn
    Tərtər RİH-də NÖVBƏTİ QƏBUL üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə rayon sakinlərini karantin qaydalarının tələblərinə əməl etməklə qəbul edib. Qəbula gələnlər 44 günlük Vətən müharibəsində evlərinə dəyən ziyanla, təmir-tikinti işlərinin ləngiməsi, məişət əşyalarının qiymətləndirilməməsi, şəxsi əmlaklara dəymiş ziyanla bağlı dövlət tərəfindən veriləcək kompensasiyaların gecikdirilməsi və digər problemlərlə əlaqədar müraciət ediblər.
    Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənlib, həlli mümkün problemlər həll edilib, araşdırılması vaxt tələb edən müraciətlərlə bağlı isə əlaqədar qurumlara tapşırıqlar, əsassız müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib.
    Qəbulda olan rayon sakinləri müraciətlərinin dinlənilməsindən razı qaldıqlarını bildiriblər. Tərtər rayonuna göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.

     

  • 10İyn
    Xəbərlər “ŞƏHİD BULAĞI”NIN AÇILIŞI OLUB üçün şərhlər bağlıdır

    Şəhid gizir Mirzəli Rəşad Hafiz oğlu 26 may 1995-ci ildə Tərtər rayonunun Hacıqərvənd kəndində anadan olub. Murovdağ və Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib. Suqovuşan uğrundakı döyüşlərdə qəhrəmancasına şəhid olub. O, Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
    Şəhidin doğum günündə Hacıqərvənd kəndində onun adına olan bulağın açılışı olub.
    Tədbirdə Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbə-sinin rəisi Elşən Abdullayev, şəhid ailələri, qazilər, müharibə veteranları, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Əvvəlcə tədbir iştirakçıları kənddə şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül-çiçək dəstələri qoyaraq Vətən uğrunda şəhid olan oğulların xatirəsini yad ediblər.
    Tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin Daha ətraflı »

  • 10İyn
    Xəbərlər UŞAQLARIN BAYRAM SEVİNCİ üçün şərhlər bağlıdır

    1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Tərtər rayon İcra Hakimiyyətinin, “Paşa Sı-ğorta” şirkətinin birgə təşkilatçılığı və “Paşa Holdinqin” dəstəyi ilə şəhərimizin parkında şəhid olan qəhrəmanlarımızın və qazilərin övladlarının iştirakıyla tədbir keçirilib.
    Tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov iştirakçıları 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun əldə etdiyi tarixi Zəfərdən danışıb. Tor-paqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını söyləyib. Rayon rəhbəri qeyd edib ki, ölkəmizdə uşaq və yeniyetmələrə, gənclərə göstərilən diqqət və qayğı, onlara yaradılan hərtərəfli şərait dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasət artıq milli strategiya kimi formalaşıb. Bu siyasətin davamı olaraq son illərdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uşaqlarla bağlı məsələlərə xüsusi diqqət yetirmələri həmin sahəyə qayğının daha da artmasına səbəb olub. Həmçinin Heydər Əliyev Fondunun uşaqların in-tellektual və fiziki inkişafında həyata keçirdiyi mühüm layihələrin rolu danılmazdır. Daha ətraflı »

  • 10İyn
    Digər “HƏDİYYƏ KARVANI” üçün şərhlər bağlıdır

    Türkiyənin Uşaq Oyunları və İdman Kulubları Federasiyasının başqanı Mehmet Mutlunun və YAŞAT Fondunun birgə həyata keçirdiyi “Hədiyyə karvanı” Vətən müharibəsi şəhidlərinin övladları üçün bu dəfə Tərtər rayonunda oldu.
    Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Türkiyədən gələn qonaqlar ilə görüşü zamanı onlara bu nəcib layihənin icrası üçün minnətdarlığını ifadə etdi. Bunun bizim üçün çox böyük mənəvi dəyəri olduğunu, iki millət arasında olan qardaşlıq münasibətlərinin doğma Qarabağımızın azadlığı uğrunda apardığımız haqq savaşında düşmənlərimizin süqutunda müstəsna rol oynadığını və bu birliyin bütün dünyaya əbədi dərs olduğunu bildirdi.
    Vətən müharibəsində düşmən vandalizminə ən çox məruz qalan rayonlardan birinin də Tərtər rayonu olduğunu bildirən rayon rəhbəri qeyd etdi ki, 44 gün davam edən Vətən müharibəsi ərzində düşmən Tərtərə 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atıb. Ancaq tərtərlilər bir gün də öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, Daha ətraflı »

  • 10İyn
    Xəbərlər ŞƏHİD AİLƏSİNİ ZİYARƏT üçün şərhlər bağlıdır

    Yeni Azərbaycan Partiyası (YAP) Tərtər Rayon Təşkilatı 44 günlük Vətən müharibəsində şəhid olanların ailələri ilə görüşlərini davam etdirir.
    Bu günlərdə YAP Rayon Təşkilatının üzvləri Vətən müharibəsi şəhidi İsaxlı Anar Rəsul oğlunun doğum günü ilə əlaqədar onun ailəsini ziyarət ediblər. Görüş zamanı Azərbaycan ordusunun 44 günlük müharibədə şücaətindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Qələbədən, şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından danışılıb.
    Həmçinin bildirilib ki, Tərtər rayon Cəmilli kənd sakini Anar İsaxlı 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğ-runda gedən döyüşlərdə iştirak edib. Düşmənin artilleriya atəşi nəticəsində həlak olub. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
    YAP fəalları şəhidin ailəsinin problemləri ilə maraqlanılıb və köməkliklər göstəriblər.
    Şəhid Anar İsaxlının doğum günü ilə əlaqədar onun məzarı ziyarət olunaraq ruhuna dualar oxunub.

  • 10İyn
    Xəbərlər SUQOVUŞANA MEDİA-TUR üçün şərhlər bağlıdır

    ” Meliorasiya və Su Təsərrüfatı ” ASC- nın təşkilatçılığı ilə jurnalistlərin Suqovuşan su anbarına səfəri təşkil olunub.
    Səfərin məqsədi işğaldan azad edilmiş Suqovuşan su anbarının mövcud vəziyyəti ilə tanışlıq və gələcəkdə anbarda aparılacaq infrastruktur işləri ilə maraqlanmaqdır.
    Suqovuşan su anbarının azad edilməsi ilə bir neçə rayonun su təminat problemi həll edilib.
    Tərtər rayonun ərazisində Tərtərçay çayı üzərində Suqovuşan su anbarı yerləşir. 1976-ci ildə istismara verilmiş bu su anbarı Tərtərçay Turaqaçay çaylarından daxil olan suların hesabına formalaşır. Ümumi həcmi 5,86 milyon kbm olan su anbarından ümumilikda 96217 hektar torpaq sahələrinin, o cümlədən Tərtər rayonunun 29317 ha, Ağdərə rayonunun 14380 ha,
    Goranboy rayonunun 6938 ha, Yevlax rayonunun 4918 ha, Bərdə rayonunun 7778 ha, Ağdam rayonunun 30886 ha və Ağcabədi rayonunun 2000 ha əkin sahələrinin suvarma suyu ilə təmin olunması nəzərdə tutulub. Daha ətraflı »